Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

60 

 

Meşəsi az olan Şin, Kiş, Girdiman və Pirsaat çaylarında dağıdıcı sellər müşahidə 



olunur.  Katex,  Mazım  və  Balakən  çaylarının  hövzələrinin  çox  hissəsi  Zaqatala 

dövlət  qoruğunda  yerləşdiyi  üçün  orada  meşələr  və  subalp,  alp  çəmənləri  yaxşı 

mühafizə olunur. Buna görə də bu ərazidə eroziya prosesi zəif gedir, sel hadisələri 

az olur. Bu çayların su rejimi normal olur, suları isə həmişə şəffaf axır.  

Respublikamızın  bir  çox  subalp  və  alp  yay  otlaqlarında  mal  –  qaranın 

sistemsiz və normadan artıq otarılması nəticəsində dağ – çəmən torpaqları başdan – 

başa eroziyaya məruz qalıb, ərazinin çoxu daşlı – qayalı sahələrə çevrilib. Bununla 

ə

laqədar  olaraq  çəmənlərin  məhsuldarlığı  aşağı  düşüb  və  ya  otlaqlar  tamamilə 



sıradan  çıxıb.  Bütövlükdə  Azərbaycan  ərazisini  eroziya  proseslərinin  xarakterinə, 

növünə  və  intensivliyinə  görə  çoxlu  sayda  qobuların  olması,  torpaq  səthinin  orta 

dərəcədə yuyulması Böyük Qafqazın şimal-şərq yamacında geniş bir qurşağı tutur. 

Böyük  Qafqazın  cənub  yamacında  orta  dərəcədə  yuyulmuş  torpaqlar  şimal-qərb 

istiqamətində  yayılaraq  Şəki-Zaqatala  massivinin  orta  dağ  qurşağında  müşahidə 

olunur.  Torpaq  səthinin  şiddətli  yuyulması  və  sellərin  əmələ  gəlməsi  Böyük 

Qafqazın  cənub  yamacında  hissəsində  yayılmışdır.  Böyük  Qafqazın  cənub 

yamacında  bu  tip  eroziya  Qəbələ  rayonundan  başlayaraq  zolaq  şəklində  şimal-

qərbə  doğru uzanıb Gurcüstan sərhədinə qədər  olan  ərazini tutur.  Burada  eroziya 

prosesi  torpağın  üst  qatını  dağıdaraq  ana  suxurun  üzə  çıxmasına  səbəb  olur. 

Bununla  bərabər  kobud  materiallar,  aşınma  məhsulları  qorxulu  olan  sel 

mənbələrində – hövzələrdə toplanır. Uzun sürən quraqlıqdan sonra leysan yağışları 

nəticəsində əmələ gəlmiş şiddətli su axını torpağı yuyaraq aşınma materiallarını sel 

axınları şəklində aparır.  

Respublikamızın Şəki-Zaqatala ərazisində səth, külək və qobu eroziyası geniş 

yayılmış  və  torpaqlar  müxtəlif  dərəcədə  eroziya  proseslərinə  məruz  qalmışdır. 

Araşdırmalar  göstərir  ki,  eroziya  proseslərinin  nəzərə  çarpacaq  dərəcədə  təzahür 

etdiyi zonalarda sel axınlarının əmələ gəlməsi üçün də əlverişli şərait yaranmışdır. 

Sel  hadisələri  eroziya  prosesləri  ilə  bilavasitə  əlaqədar  olduğundan  və  lokal 

xarakter  daşıdığı  üçün  biz  onu  müstəqil  ekoloji  problem  kimi  deyil,  eroziyanın 

tərkibində  nəzərdən  keçirmişik.  Böyük  Qafqazın  cənub  yamacı  relyef 

xüsusiyyətlərinə  və  geoloji  quruluşuna  görə  digər  dağlıq  rayonlardan  kəskin 

fərqlənir. Burada dağ yamaclarının çox yerləri asanlıqla aşına bilən gil şistlərindən, 

qum, və mergellərdən ibarət olub həm səth və qobu eroziyasının geniş yayılması, 

həm də sellərin inkişafı üçün əlverişli şərait yaradır. Torpaq eroziyası ilə mübarizə 

aparmaq,  eroziya  yayılan  sahələrdə  onun  qarşısını  almaq,  torpaqları  eroziyadan 

qorumaq  ümumdövlət  əhəmiyyətli  problemdir  və  təbiətdən  səmərəli  istifadənin 

başlıca vəzifələrindən biridir. 

Respublikamızın  torpaq  örtüyü  üçün  çox  ciddi  problemə  çevrilmiş  eroziya 

proseslərinin  və  onun  törətdiyi  fəsadların  (sel  hadisələri  və  s.)  qarşısını  almaq, 

intensivliyini  azaldıb  təbii  həddə  endirmək,  eroziyaya  məruz  qalmış  torpaqların 

münbitliyini  artırmaq,  bioloji  potensialı  və  ilkin  ekoloji  parametrlərini  bərpa 

etməkdən  ötrü  kompleks  aqrotexniki,  meliorativ,  meşəmeliorativ  və  s.  tədbirlərin 

görülməsi tələb olunur.   

Eroziya probleminin həlli aşağıdakı prisiplərə əsaslanmışdır: 



61 

 

1. Eroziyaya qarşı təklif edilən tədbirlər sistemi (aqrotexniki, meliorativ və s.) 

vasitəsilə aşağıdakılara nail olunmalıdır: 

a. eroziya proseslərinin öz təbii həddində sabitləşməsinə; 

b.  torpaq  zonası  üçün  səciyyəvi  olan  yüksək  münbitlik  göstəricilərinin 

reallaşmasına və torpağın ilkin ekoloji parametrlərinin bərpasına; 



2.  Eroziyaya  qarşı  görülən  tədbirlər  sistemi  Azərbaycanın  bütun  regionları 

üçün  universal  səciyyə  daşımamalı,  yerli  iqlim,  relyef,  torpaq  və  təsərrüfat 

fəaliyyətləri nəzərə alınmaqla layihələşdirilməlidir. 

Aqrotexniki  tədbirlər.  Kənd  təsərrüfatı  məqsədləri  ücün  istifadə  edilən 

torpaqlar  eroziya  proseslərinə  qarşı  daha  həssasdırlar.  Mülkiyyət  (dövlət, 

bələdiyyə,  xususi)  formasından  asılı  olmayaraq  bu  təyinatdan  olan  torpaqlar 

eroziyaya  qarşı  müvafiq  tədbirlər  kompleksinin  gürülməsini  tələb  edir.  Bunlar 

aşağıdakılardır: 

a. kənd təsərrüfatı yerlərinin eroziyaya qarşı təşkili düzgün həyata keçirilməli, 

meylliyi  160-dən  çox  olan  yamaclar  əkin  və  örüş  altında  istifadədən  çıxarılmalı, 

xüsusi tədbirlərdən (kontur-meliorativ, terraslaşdırma və s.) sonra çoxillik əkinlər, 

meyvə bağları, üzümlüklər və meşəliklərin salınması üçün istifadə edilməlidir; 



b.  tarla və tarlaqoruyucu  əkin dövriyyəsi sistemlərinə üstünlük  verilməli, bu 

zaman payızlıq dənli və çoxillik ot bitkiləri üstünlük təşkil etməli, əkinlər yüksək 

normada  gübrələnməli,  herikdən  istifadə  məhdudlaşdırılmalı  və  ya  tamamilə 

dovriyyədən cıxarılmalıdır;  



c.  yamaclarda  səthi  su  axınının  və  torpağın  yuyulmasının  qarşısını  almaq, 

habelə  torpağın  münbitliyini  mühafizə  etmək  üçün  yamaclarda  şum,  kultivasiya 

işləri  yamacın  eni  istiqamətində  və  ya  sahənin  horizontları  üzrə  aparılmalı, 

yuyulmanı azaltmaq və rütubəti saxlamaq ücün tirələr və şırımlar çəkilməlidir; 



d.  dik  yamaclarda  eroziya  prosesini  zəiflətmək  üçün  şumlamada  balansir  və 

ya  korpusu  çevrilən  xüsusi  dağ  kotanlarından  istifadə  edilməli,  şumu  yamacın 

aşağı hissəsindən başlamaqla birtərəfli aparılmalı və laylar yamacın aşağı tərəfinə 

doğru çevrilməli, zolaqlarla dərindən şumlanmaya üstünlük verilməlidir. 



Meşə  meliorasiya  tədbirləri.  Hazırda  dağ  rayonlarında  geniş  tətbiq  olunan 

fitomelorasiya  mübarizə  tədbirlərindən  biri  meşə  –  meliorasiya  işləri  sayılır.  Bu 

tədbirlər  əkinçilik  zonasında  tarlaqoruyucu  meşə  zolaqlarının  salınması,  yolların, 

kanalların,  su  hövzələrinin  ətrafının  yaşıllaşdırılmasından  ibarətdir.  Təcrübələr 

göstərir  ki,  meşə  zolaqları  dənli  bitkilərin  məhsuldarlığının  3  –  4,  pambığın 

məhsuldarlığının isə 2,5 – 3 sentnerə qədər artmasına şərait yaradır. Lakin təəssüflə 

qeyd  edək  ki,  məmləkətimizdə  belə  zolaqların  salınmasına  və  mövcud  zolaqların 

qorunub  saxlanılmasına  fikir  verilmir.  Meşəsizləşdirilmiş  dağ  yamaclarında 

meşələrin  bərpa  edilməsi  də  böyük  əhəmiyyət  daşıyır.  Bu  baxımdan,  Qax  meşə 

təsərrüfatının  lisu və Sarıbaş kəndləri ətrafında eroziyaya qarşı salınan meşəliklər 

təqdirə layiqdir. Lakin təəssüflə qeyd etməliyik ki, belə sahələr olduqca azlıq təşkil 

edir. Meşə təsərrüfatının əksəriyyəti eroziyaya qarşı meşəlikləri torpağı yuyulmuş 

dik yamaclarda deyil, azmeylli sahələrdə aparmışdır. Ən qiymətli və vacib meşə – 

meliorasiya tədbirlərindən biri də eroziyaya uğramış dağ yamaclarında terrasların 

duzəldilməsi  və  orada  bağların,  meşə  –  bağların  salınmasıdır.  Dağlarımızda 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə