60
Meşəsi az olan Şin, Kiş, Girdiman və Pirsaat çaylarında dağıdıcı sellər müşahidə
olunur. Katex, Mazım və Balakən çaylarının hövzələrinin çox hissəsi Zaqatala
dövlət qoruğunda yerləşdiyi üçün orada meşələr və subalp, alp çəmənləri yaxşı
mühafizə olunur. Buna görə də bu ərazidə eroziya prosesi zəif gedir, sel hadisələri
az olur. Bu çayların su rejimi normal olur, suları isə həmişə şəffaf axır.
Respublikamızın bir çox subalp və alp yay otlaqlarında mal – qaranın
sistemsiz və normadan artıq otarılması nəticəsində dağ – çəmən torpaqları başdan –
başa eroziyaya məruz qalıb, ərazinin çoxu daşlı – qayalı sahələrə çevrilib. Bununla
ə
laqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya otlaqlar tamamilə
sıradan çıxıb. Bütövlükdə Azərbaycan ərazisini eroziya proseslərinin xarakterinə,
növünə və intensivliyinə görə çoxlu sayda qobuların olması, torpaq səthinin orta
dərəcədə yuyulması Böyük Qafqazın şimal-şərq yamacında geniş bir qurşağı tutur.
Böyük Qafqazın cənub yamacında orta dərəcədə yuyulmuş torpaqlar şimal-qərb
istiqamətində yayılaraq Şəki-Zaqatala massivinin orta dağ qurşağında müşahidə
olunur. Torpaq səthinin şiddətli yuyulması və sellərin əmələ gəlməsi Böyük
Qafqazın cənub yamacında hissəsində yayılmışdır. Böyük Qafqazın cənub
yamacında bu tip eroziya Qəbələ rayonundan başlayaraq zolaq şəklində şimal-
qərbə doğru uzanıb Gurcüstan sərhədinə qədər olan ərazini tutur. Burada eroziya
prosesi torpağın üst qatını dağıdaraq ana suxurun üzə çıxmasına səbəb olur.
Bununla bərabər kobud materiallar, aşınma məhsulları qorxulu olan sel
mənbələrində – hövzələrdə toplanır. Uzun sürən quraqlıqdan sonra leysan yağışları
nəticəsində əmələ gəlmiş şiddətli su axını torpağı yuyaraq aşınma materiallarını sel
axınları şəklində aparır.
Respublikamızın Şəki-Zaqatala ərazisində səth, külək və qobu eroziyası geniş
yayılmış və torpaqlar müxtəlif dərəcədə eroziya proseslərinə məruz qalmışdır.
Araşdırmalar göstərir ki, eroziya proseslərinin nəzərə çarpacaq dərəcədə təzahür
etdiyi zonalarda sel axınlarının əmələ gəlməsi üçün də əlverişli şərait yaranmışdır.
Sel hadisələri eroziya prosesləri ilə bilavasitə əlaqədar olduğundan və lokal
xarakter daşıdığı üçün biz onu müstəqil ekoloji problem kimi deyil, eroziyanın
tərkibində nəzərdən keçirmişik. Böyük Qafqazın cənub yamacı relyef
xüsusiyyətlərinə və geoloji quruluşuna görə digər dağlıq rayonlardan kəskin
fərqlənir. Burada dağ yamaclarının çox yerləri asanlıqla aşına bilən gil şistlərindən,
qum, və mergellərdən ibarət olub həm səth və qobu eroziyasının geniş yayılması,
həm də sellərin inkişafı üçün əlverişli şərait yaradır. Torpaq eroziyası ilə mübarizə
aparmaq, eroziya yayılan sahələrdə onun qarşısını almaq, torpaqları eroziyadan
qorumaq ümumdövlət əhəmiyyətli problemdir və təbiətdən səmərəli istifadənin
başlıca vəzifələrindən biridir.
Respublikamızın torpaq örtüyü üçün çox ciddi problemə çevrilmiş eroziya
proseslərinin və onun törətdiyi fəsadların (sel hadisələri və s.) qarşısını almaq,
intensivliyini azaldıb təbii həddə endirmək, eroziyaya məruz qalmış torpaqların
münbitliyini artırmaq, bioloji potensialı və ilkin ekoloji parametrlərini bərpa
etməkdən ötrü kompleks aqrotexniki, meliorativ, meşəmeliorativ və s. tədbirlərin
görülməsi tələb olunur.
Eroziya probleminin həlli aşağıdakı prisiplərə əsaslanmışdır:
61
1. Eroziyaya qarşı təklif edilən tədbirlər sistemi (aqrotexniki, meliorativ və s.)
vasitəsilə aşağıdakılara nail olunmalıdır:
a. eroziya proseslərinin öz təbii həddində sabitləşməsinə;
b. torpaq zonası üçün səciyyəvi olan yüksək münbitlik göstəricilərinin
reallaşmasına və torpağın ilkin ekoloji parametrlərinin bərpasına;
2. Eroziyaya qarşı görülən tədbirlər sistemi Azərbaycanın bütun regionları
üçün universal səciyyə daşımamalı, yerli iqlim, relyef, torpaq və təsərrüfat
fəaliyyətləri nəzərə alınmaqla layihələşdirilməlidir.
Aqrotexniki tədbirlər. Kənd təsərrüfatı məqsədləri ücün istifadə edilən
torpaqlar eroziya proseslərinə qarşı daha həssasdırlar. Mülkiyyət (dövlət,
bələdiyyə, xususi) formasından asılı olmayaraq bu təyinatdan olan torpaqlar
eroziyaya qarşı müvafiq tədbirlər kompleksinin gürülməsini tələb edir. Bunlar
aşağıdakılardır:
a. kənd təsərrüfatı yerlərinin eroziyaya qarşı təşkili düzgün həyata keçirilməli,
meylliyi 160-dən çox olan yamaclar əkin və örüş altında istifadədən çıxarılmalı,
xüsusi tədbirlərdən (kontur-meliorativ, terraslaşdırma və s.) sonra çoxillik əkinlər,
meyvə bağları, üzümlüklər və meşəliklərin salınması üçün istifadə edilməlidir;
b. tarla və tarlaqoruyucu əkin dövriyyəsi sistemlərinə üstünlük verilməli, bu
zaman payızlıq dənli və çoxillik ot bitkiləri üstünlük təşkil etməli, əkinlər yüksək
normada gübrələnməli, herikdən istifadə məhdudlaşdırılmalı və ya tamamilə
dovriyyədən cıxarılmalıdır;
c. yamaclarda səthi su axınının və torpağın yuyulmasının qarşısını almaq,
habelə torpağın münbitliyini mühafizə etmək üçün yamaclarda şum, kultivasiya
işləri yamacın eni istiqamətində və ya sahənin horizontları üzrə aparılmalı,
yuyulmanı azaltmaq və rütubəti saxlamaq ücün tirələr və şırımlar çəkilməlidir;
d. dik yamaclarda eroziya prosesini zəiflətmək üçün şumlamada balansir və
ya korpusu çevrilən xüsusi dağ kotanlarından istifadə edilməli, şumu yamacın
aşağı hissəsindən başlamaqla birtərəfli aparılmalı və laylar yamacın aşağı tərəfinə
doğru çevrilməli, zolaqlarla dərindən şumlanmaya üstünlük verilməlidir.
Meşə
meliorasiya tə
dbirlə
ri. Hazırda dağ rayonlarında geniş tətbiq olunan
fitomelorasiya mübarizə tədbirlərindən biri meşə – meliorasiya işləri sayılır. Bu
tədbirlər əkinçilik zonasında tarlaqoruyucu meşə zolaqlarının salınması, yolların,
kanalların, su hövzələrinin ətrafının yaşıllaşdırılmasından ibarətdir. Təcrübələr
göstərir ki, meşə zolaqları dənli bitkilərin məhsuldarlığının 3 – 4, pambığın
məhsuldarlığının isə 2,5 – 3 sentnerə qədər artmasına şərait yaradır. Lakin təəssüflə
qeyd edək ki, məmləkətimizdə belə zolaqların salınmasına və mövcud zolaqların
qorunub saxlanılmasına fikir verilmir. Meşəsizləşdirilmiş dağ yamaclarında
meşələrin bərpa edilməsi də böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Qax meşə
təsərrüfatının lisu və Sarıbaş kəndləri ətrafında eroziyaya qarşı salınan meşəliklər
təqdirə layiqdir. Lakin təəssüflə qeyd etməliyik ki, belə sahələr olduqca azlıq təşkil
edir. Meşə təsərrüfatının əksəriyyəti eroziyaya qarşı meşəlikləri torpağı yuyulmuş
dik yamaclarda deyil, azmeylli sahələrdə aparmışdır. Ən qiymətli və vacib meşə –
meliorasiya tədbirlərindən biri də eroziyaya uğramış dağ yamaclarında terrasların
duzəldilməsi və orada bağların, meşə – bağların salınmasıdır. Dağlarımızda