Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   2   3   4   5   6   7   8   9   ...   45

 

 



 

                                                      G   R   Ş 

 

    Mövzunun aktuallığı. Demokratik ölkələrdə bazar iqtisadiyyatı şəraitində bir 



qayda olaraq ərazi istehsal potensialından səmərəli istifadə, dövlətin təbii şəraitini, 

təbii ehtiyat potensialını qorumaq və qiymətləndirmək, regionların iqtisadiyyatının 

inkişafı və təbii mühitin qorunmasının təmin edilməsi ən mühüm amilhesab 

olunur.  

    Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar təsərrüfatın, elmin, təhsilin 

bütün sahələri yenidən qurulur, müstəqil dövlətin tələblərinə uyğun şəkildə təşkil 

edilir. 

   Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıx bağlı mexanizmlərini bilmədən, 

yəni ekoloji biliyə dərindən yiyələnmədən, təbiətdən, onun  ehtiyatlarından 

səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı 

proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekoloji tədqiqatlara tələbat və 

maraq dünü-gündən artır.  

   Müasir dövrdə ekologiya elmi bütün sənət adamlarının, alim və mütəxəssislərin, 

müəsisə və dövlət rəhbərlərinin diqqət mərkəzindədir. Bu baxımdan tərəfimizdən 

yerinə yetirilən “Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında təbii 

dağıdıcı proseslərin yaratdığı ekoloji problemlər və onlara qarşı mübarizə 

tədbirləri” adlı elmi-tədqiqat işi çox aktualdır. 

   Bu baxımdan Böyük Qafqazın ümumi coğrafi şəraitinin təhlili, şimal-şərq  və 

cənub-qərb yamaclarında təbii dağıdıcı hadisələrin yaratdığı ekoloji problemlər və 

onlara qarşı mübarizə tədbirləri tədqiq edilmiş, iqlim, torpaq və bitki 

ehtiyyatlarının ekolojı cəhətdən qiymətləndirməsinə cəht göstərilmişdir. 

   Tədqiqatın məqsədi aşağıdakılardan ibarətdir: 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının fiziki-coğrafi səciyyəsi 

təhlil edilmiş; 

   -Böyük Qafqazın təbii iqtisadi zonaları ekoloji qiymətləndirilmiş; 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının iqlim ehtiyatları tədqiq 

edilmiş; 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamacların geotektonik və 

geomorfoloji şəraiti təhlil edilmiş; 

   -Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında torpaq əmələgətirən 

amillər, torpaq ehtiyatları, torpaqların itisadi-ekoloji qiymətləndirilməsi, 

yamacların bitki örtüyü və heyvanat aləminin antropogen təsir nəticəsində 

dəyişməsi və landşaft xüsusiyyətləri araşdırılmışdır; 

   -Böyük Qafqazın şimal-şərq yamaclarında baş verən eroziya proseslərinə 

antropogen və təbii proseslərin təsiri, onların qarşısının alınması yolları, 

yamaclarda sürüşmə proseslərinə səbəb olan amillər, ekoloji gərginlik yaradan 

səbəblər və ekoloji mühitin nizamlanması yolları müəyyən edilmişdir; 

   -Böyük Qafqazın cənub-qərb zonası torpaqlarının ekoloji səciyyəsi təhlil edilmiş; 



 

   -Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində dağıdıcı təbiət hadisələri 



və onların təsnifatı verilmiş; 

   -Böyük Qafqazın cənub-qərb və şimal-şərq yamaclarının aqroekoloji 

rayonlaşdırılması, ərazinin torpaq ehtiyatlarının aqroistehsal sahələrinin ekoloji 

mühitə təsiri təhlil edilmiş; 

   -Böyük Qafqazın cənub-qərb və şimal-şərq yamaclarında ekoloji mühitin 

nizamlanması yolları müəyyən edilmişdir. 

   Tədqiqatın informasiya bazası və işlənmə metodları. Disertasiya 

işinin yerinə yetirilməsində mövzular üzrə MDB dövlətlərində və xaricdə nəşr 

olunmuş bir çox mövcud ədəbiyyatlardan, həmçinin müəlliflərin şəxsi 

tədqiqatlarının materiallarından istifadə edilmişdir. 

   Qarşıya qoyulan tapşırığın yerinə yetirilməsində aşağıdakı metodlardan istifadə 

edilmişdir: 

   -Müqayisəli-coğrafi metoddan – bu metodun köməkliyi ilə bitkilərin istilik və 

rütubətlə təminatını, yayılma arealı müəyyən edilir. 

   -Riyazi-statistika metodu ilə iqlimin analizi – bu metodun köməkliyi ilə iqlim 

dəyişmələrini, şaquli üfüqi vəziyətdə ətraf mühitdə temperatur, rütubət 

çatışmamazlığı parametrlərini, hündürlükdən asılı olaraq torpaq ehtiyatlarının bitki 

örtüyünün yayılmasını və iqlimin tendensiyası Böyük Qafqazın şimal-şərq və 

cənub-qərb yamaclarında təbii dağıdıcı hadisələrin yaratdığı ekoloji proseslər 

tədqiq edilmişdir. 

  -Fiziki-kimyəvi metodlarla - ərazinin strukturu, torpaqların kimyəvi tərkibi və 

quruluşu, dağıdıcı təbiət hadisələrinin fiziki-kimyəvi və bioloji proseslərə təsiri 

müəyyən edilmişdir. 

   Tədqiqatın elmi yeniliyi – Böyük Qafqazın şimal-şərq və cənub-qərb 

yamaclarında antropogen təsir nəticəsində sürüşmə zonaları müəyyən olunmuş və 

onu yaradan səbəblər tərəfimizdən müəyyən edilmişdir.  

   Böyük Qafqazın cənub-qərb yamaclarında dağıdıcı təbiət hadisələri təhlil 

edilmiş, səth örtüyünün quruluşunun eroziyaya məruz qalma səbəbləri müəyyən 

edilmişdir.  

   Tərəfimizdən Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında meşə təbii  

zonasının sərhədlərinin tərəddüdü müəyyən edilmişdir.  

    lk dəfə olaraq, Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında ekoloji 

gərginlik yaradan səbəblər təhlil edilmişdir. 

    şin təcrübi əhəmiyyəti elmi – texniki tərəqqi keyfiyyətcə yeni yüksək mərhələ 

kimi söz yox ki, cəmiyyətə böyük fayda verir, əhalinin ümumi güzəranının 

inkişafına şərait yaradır. Tərəfimizdən yerinə yetirilən “Böyük Qafqazın şimal-şərq 

və cənub-qərb yamaclarında təbii dağıdıcı proseslərin yaratdığı ekoloji proseslər və 

onlara qarşı mübarizə tədbirləri” tədqiqat işindən kənd təsərrüfatının, sənayenin 

iqtisadiyyatının bərpası və inkişafı məqsədilə istifadə edilə bilər.  

    şin strukturu. Tədqiqat işinin həcmi 86 səh, Giriş, 3 fəsil, nəticə və təkliflər, 

ə

dəbiyyat siyahısı hissələrindən ibarətdir. 



   Fəsillərin daxilində tədqiqat materialları məntiqi ardıcıllıqla qruplaşdırılmışdır. 

 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə