Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   2   3   4   5   6   7   8   9   ...   45

 

cənubda Acınohur alçaq dağlığı, qərbdə Mazın çayı,şərqdə Girdiman çayı təşkil 



edir. Burada  IV dövrün çay və sel çöküntüləri çoxdur, çayların vadilərində gətirmə 

konusları və terraslar əmələ gəlmişdir. 

   Ərazinin qışı quraq keçən mülayim-isti iqlimi şəraitində 400-600 mm-dən  1000 

mm-ə qədər yağıntı düşür. Burada havanın orta illik temperaturu 10° -12°S-yə 

çatır.Yanvarda havanın orta aylıq temperaturu 0°S-dən 3°S-yə qədər, iyulda  

25°-27°S qeydə alınır.  l ərzində mütləq minimum temperatur  -18°S, mütləq 

maksimum temperatur 37°-40°S olur. 

   Alazan-Əyriçay vadisində çəmən-meşə və çəmən torpaqları yaranmışdır. Yeraltı 

suların səthə yaxın olması ilə əlaqədar burada palıd, vələs, qovaq və qızılağacdan 

ibarət düzənlik meşələri vardır. Cənub hissələrdə, daha yuxarı sahələrdə  müxtəlif 

otlu çöl bitkilərinə rast gəlinir. Bu ərazilər enliyarpaqlı düzənlik meşələri və 

meşələrdən sonrakı çəmən-kol landşaft qurşağına aiddir. Lakin onlar hazırda 

tamamilə mənimsənilmişdir. 

   Şamaxı (Dağlıq Şirvan) fiziki-coğrafi rayonu. Böyük Qafqaz dağlarının cənub-

şə

rq kənarları Dağlıq Şirvan fiziki-coğrafi rayonuna daxildir. Rayon şimalda 



Böyük Qafqaz silsiləsinin suayrıcısından cənub və cənub-qərbdə Şirvan duzunə 

qədər uzanır. Dağlıq Şirvan şərqdə Qobustanda qərbdə Girdiman çayına qədər bir 

ə

razini əhatə edir. Burada Nialdağ, Ləngəbiz, Böyük Hərəmi, Aladaş silsilələri və 



Ş

amaxı yaylası əsas oroqrafik vahidlərdir. Gülümdostu dağı və Dübrar dağı (2205 

m, Aladaş silsiləsi) fiziki-coğrafi rayonda ən yüksək zirvələrdir. Rayonun 

relyefində hamar platolara, geniş çökəkliklərə rast gəlinir. 

   Ərazinin geoloji quruluşunda Mezozoyun Təbaşir dövrünə aid əhəngdaşı və gil 

süxurları üstünlük təşkil edir. Burada Paleogen (qumdaşı, gil, konqlomerat) və 

Neogen yaşlı süxurlarla örtülən sahələr geniş sahə tutur, palçıq vulkanları vardır. 

   Dağlıq Şirvan rayonu yayı quraq keçən mülayim-isti iqlimə malikdir. Fiziki-

coğrafi rayonda havanın orta illik temperaturu dağlıq ərazilərdə 2°S olur. Düzən 

zonalarda onun qiyməti 12°S-dir. Yanvarda havanın orta aylıq temperaturu 0°S-

dən  -6°S-yə qədərdir. Havanın orta iyul temperaturu dağlıq ərazilərdə 10°S, düzən 

ə

razilərdə 20°S-yə çatır. 



   Burada havanın mütləq minimum temperaturu dağların yuxarı hissələrində -

30°S-yə qədər aşağı düşür. Şamaxıda onun qiyməti 14°S-dir. Havanın mütləq 

maksimum temperaturu 20° -37°S arasında olur.  l ərzində 400-900 mm yağıntı 

düşür. 


   Rayonun ərazisi dağların yamaclarından zirvələrinə doğru şabalıdı, dağ-qara, 

qəhvəyi dağ-meşə və dağ çəmən torpaqları ilə örtülür. Dağ çölləri yovşan, ağ ot, 

topal, şivyə otlarından ibarətdir. Enliyarpaqlı meşələr daha sonra kolluqlar, seyrək 

meşələr və çəmənliklərlə əvəz edilir. 

   Qobustan-Abşeron fiziki-coğrafi rayonu. Böyük Qafqaz təbii vilayətin şərqində 

yerləşən Qobustan-Abşeron fiziki-coğrafi rayonu Xəzər dənizinin sahillərindən 

ş

imal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-



qərbdə Şirvan düzünə qədər, cənubda Cənub Şirvan düzünə qədər uzanır. 

Qobustan alşaq dağlıq sahəsi və Ələt tirəsi fiziki-coğrafi rayonda mühüm relyef 




 

formalarıdır. Burada həmçinin yarğanlar, alçaq dağlar, tirələr, dağlararası 



çökəkliklər və sahilboyu terraslar geniş yayılmışdır. 

   Qobustan-Abşeron fiziki-coğrafi rayonu və onun Xəzər sahili zonaları 

Azərbaycanda palçıq vulkanlarının cəmləşdiyi əsas ərazilərdir. Burada Torağay, 

Lökbatan, Bozdağ, Osmanbozdağ, Ayrantökən, Mişovdağ, Axtarmapaşalı və s. 

Palçıq vulkanları yerləşir. Ərazi Kaynazoy yaşlı, şist, əhəngdaşı, qum, gil kimi 

süxurlarla örtülür. Sumqayıt çayının sol sahillərində Təbaşir yaşlı süxurlara da rast 

gəlinir. 

   Burada yayı quru, isti, qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi 

hakimdir. Qobustanda havanın orta illik temperaturu 14°-14,5°S-dir. Rayonun 

qalan ərazilərdə havanın orta illik temperaturu 10°-12°S müşahidə edilir. Yanvarda 

havanın orta temperaturu 0°-3°S arasında olur, iyulda isə bu göstərici 25°-27°S 

arsında dəyişi. Bakıda havanın maksimum temperaturu yayda 40°S-yə qədər 

qalxırsa, qışda havanın minimum temperaturu  -13°S-yə enir. Abşeron 

yarımadasının şimalında havanın maksimum temperaturu 42°S, havanın minimum 

temperaturu qışda  -16°S qeydə alınmışdır. Regionda 150 mm-dən 400  mm-ə 

qədər yağıntı düşür. Qobustanın cənub-şərq kənarlarını külək tutmadığına görə 

ə

razi respublikada ən az ( 150 mm ) yağıntı alan sahədir. 



   Qobustandan axan Pirsaat, Ceyrankeçməz, Sumqayıt çayları, həmçinin digər 

kiçik çaylar yağış suları ilə qidalandığına və orta dağlıq zonadan başlandığına görə 

yayda çoxu quruyur. Ərazinin yumşaq və asan yuyulan süxurlarla örtülməsi burada 

sıx yarğanlar şəbəkəsinin əmələ gəlməsinə səbəb olmuşdur. 

   Qobustan-Abşeron fiziki-coğrafi reyonunun boz-qonur və şorakətli boz-qonur 

torpaqlarında yovşan, şoran, dəvətikanı, kəndiz və efemerlər bitir. Onlar 

yarımsəhra landşaft qurşağına daxildir və ərazinin başdan-başa əhatə edir. 

Rayonun şərqində açıq şabalıdı torpaqlar inkişaf edir. Xəzərin sahillərində 

qumluqlar vardır. 

    

   1.2.Böyük Qafqazın təbii-iqtisadi zonalarının ekoloji qiymətləndirilməsi. 

Abşeron iqtisadi rayonu. Abşeron iqtisadi rayonunun tərkibinə respublika 

tabeliyində olan Bakı, Sumqayıt şəhərləri, Abşeron və Xızı inzibati rayonları 

daxildir. Böyük Qafqazda olan iqtisadi rayonlar haqqında məlumatlar cədvəl 1-də 

verilmişdir. 

 

                                                                                                                       Cədvəl  1 



Təbii-

iqtisadi 

zonalar 

və 


iqtisadi 

rayonlar 

Ə

razisi, 


min 

kv.km 


Respub- 

likada 


payı, % 

Ə

halisi,       min   



nəfər        ( 1997 ) 

Miqra- 


siya, 

min 


nəfər 

Ə

hali- 



nin 

sıxlığı 


nəfər 

kv.km 


 

Cəmi 


Respub- 

kada 


payı, % 

 

Şə



hər 

ə

halisi 



Xüsusi 

çəkisi, 


    % 

 

Kənd 



ə

halisi 


Böyük 

Qafqaz 


 

Abşeron 


 

 

28,60 



 

5,90 


 

 

33,0 



 

6,9 


 

 

3212,6 



 

2073,0 


 

 

42,8 



 

27,6 


 

 

2377,3 



 

2051,9 


 

 

74,0 



 

98,98 


 

 

835.3 



 

21,1 


 

 

-25,1 



 

-18,0 


 

 

112 



 

351 


 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə