Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

28 

 

qayalı aşırımlarda və dik çılpaq qayalarda 10 hektara yaxın sahədə qarmaqvarı şam 



ağacları  bitir.  Fikrimizcə  bu  şamlar  buzlaq  dövründən  bizə  qalan  yadigarlardır. 

Regionda yerləşən 6 meşə təsərrüfatlarının düzən lıissəsində 15 min hektar sahədə 

meşə meyvə təsərrüfatları yaradılmışdır. Bu təsərrüfatların çoxunda qoz və şabalıd 

ə

kinləri mövcuddur. Bundan başqa regionun dağlıq hissəsində ayrı-ayrı sahələrdə 



qoz,  şabalıd  və  digər  cinslərdən  ibarət  meşə  əkinləri  hazırda  meşəlik  şəklini 

almışdır. 

Regionun  bütün  ərazisində  ilkin  meşə  tipləri,  həmçinin  bitki  örtüyünün 

yüksəklik  qanunauyğun  yayılması  insan  fəaliyyətinin  təsiri  nəticəsində  bu  və  ya 

digər  dərəcədə  pozulmuşdur.  Xüsusi  qiymətli  meşə  massivində  saqqız,  ardıc 

meşəliklərində  ağacların  qanunsuz  kəsilməsi  və  intensiv  mal-qara  otarılması 

nəticəsində kserofil, bəzən yarımsəhra bitki qrupları ilə əvəz olunur. Vaxtilə palıd 

meşələri  üstünlük  təşkil  edən  Acınohur  öndağlığı  ərazisində  meşələrin  yox 

edilməsi,  uzun  müddət  əkinçilik  və  maldarlıqda  istifadə  edilməsi  nəticəsində 

törəmə tipli bitki örtüyü formalaşmışdır. Burada palıd meşələrinin və törəmə tipli 

dəmirqara  ağaclarının  qalıqlarına  təsadüf  edilir.  Yayla  ərazisində  dik  yamaclarda 

palıd  meşəsinin  məhv  edilməsi  torpaq  örtüyünün  güclü  eroziyaya  uğramasına, 

onun  quraqlaşmasına,  daşlı-çınqıllı  sahələrin  yaranmasına  səbəb  olmuşdur.  Belə 

yerlərdə  isə  quraqlığa  daha  davamlı  bitkilərdən  sumaq,  dağdağan,  acılıq, 

iydəyarpaq armud, tək-tək saqqızağac və gəvən inkişaf edir. Yaylada törəmə tipli 

qaratikan kolluqları və yovşanlıqlar daha geniş yayılmışdır. Bu kolluqlar daşdayan 

və dovşantopalı üstünlük təşkil edən bozqırlarla kompleks bitki örtüyü yaradır. 

Orta  dağ-meşə  qurşağında  yüksək  gövdəli  məhsuldar  fıstıq  meşələri  törəmə 

tipli  vələs  meşələrilə,  bəzən  titrəkyarpaq  qovaqla,  fındıq,  böyürtkən  kolluqlarilə, 

sıx  ayıdöşəyiliklərilə  zəngin  olunmuşdıır.  Yuxarı  meşə  qurşağında  uzunmüddətli 

intensiv  maldarlığın  təsiri  nəticəsində  meşə  heç  yerdə  təbii  sərhədində 

qalmamışdır.  Dağlıq  ərazidə  meşə  örtüyü  müxtəlif  meyllikli  yamaclarda  yerləşir. 

Qəbələ  və  Şəki  rayonlarında  meşə  ərazisinin  40%-ə  qədəri,  Qax  və  Zaqatala 

rayonunda 50%-dən çoxu, Oğuz rayonunda isə 60%-ə qədəri dikliyi 30°-dən artıq 

olan yamacları tutur. Lakin bu meşələrin çoxu bu və ya digər dərəcədə antropogen 

təsirlərə məruz qalaraq öz qoruyucu funksiyasını zəiflətmişdir. 



Heyvanat  aləmi.  lk  dəfə  olaraq  qoruq  ərazilərinin  yerləşdiyi  zonalarda 

Q. .Radde    quşları  öyrənərək  onların  təsvirini  verir,  1911-1912-ci  illərdə  isə 

K.A.Satunin  ərazidə yayılan quşların  kataloqunu hazırlayır. Həmin illərdə  H.V 

Dinnik  Zaqatala  qoruğunun  məməli  heyvanları  öyrənir.  Qoruq  təşkil  edilənədək, 

ə

razidə ornitoloji müşahidələr aparılmış  və avifaunanın təsviri verilmişdir. Qoruq 



təşkil  edildikdən  sonra,  heyvanların  öyrənilməsi  geniş  şəkil  alır.  Qafqaz  uları  və  

tetrası  hərtərəfli  tədqiq  edilir.  Bu  quşların  dağ  hündürlüklərindən  asılı  olaraq 

yayılmaları sayları müəyyənləşdirilir. Onların subalp və alp çəmənliklərində yalnız 

soyuq  qış  aylarında  aşağı  qurşaqlara  enmələri  qeyd  edilir.  Qoruğun  gəmirici 

heyvanları  və  cütdırnaqlıları  öyrənilərək,  onların  yayılma  əraziləri  və  bir  sıra 

morfoloji,  ekoloji  xüsusiyyətləri  müəyyən  edilir.  K.M.Qəmbərovun  baş  Qafqazın 

cənub  ətəkləri  və  ona  bitişik  ərazilərin  quşlarına  dair  tədqiqat  işləri  diqqətə 

layiqdir.  N. .Drozdov  tərəfindən  dağ-meşə  zonasının  ornitokompleksləri  tədqiq 




29 

 

edilir  və  quşların  qış  fəslində  sayları  haqda  maraqlı  məlumatlar  verilir.  Təbii 



qoruğun  məməli  heyvanları  və  quşlarının  öyrənilməsində  .F.Popkova  və 

A.S.Popkovun  xidmətləri  böyük  olmuşdur.  Onlar  Azərbaycanda  rast  gəlinən 

quşlardan  89  növünün,  məməlilərdən  32  növün  qoruqda  yaşadığını  müəyyən 

etmişlər.  Bu  növlərin  ekoloji  xüsusiyyətlərini  öyrənən  tədqiqatçılar  müəyyən 

etmişlər ki, onların əksəriyyəti dağətəyi vadilər (Alazan çayı) üçün xarakterik olan 

növlərdir. Müəlliflər qoruqda çaqqal, dovşan, qırqovul, vağ, şanapipik, qur-qur, su 

quşlarına rast gəlinmədiyini və ya tək-tük olduqlarını qeyd edirlər. 

Ancaq  son  illərdə  landşaftda  baş  verən  bir  sıra  ekoloji  dəyişikliklər  və 

regiondakı hərbi münaqişələrlə əlaqədar olaraq qoruq ərazisində ona xas olmayan 

heyvanları (dovşan, çaqqal, şanapipik, qırqovul və s.) qeydə alınması və saylarının 

dəyişilməsi  barədə  məlumatlar  verilir.  Xüsusilə  də  Dağıstan  turunun  (Capra 

caucasica),  köpkərin  (Ropicapra  rupicapra),  Avropa  cüyürünün  (Capreolus 

capreolus),  Qafqaz  uları  (Tetraogallus  caucasicus)  və  Qafqaz  tetrasının    sayı 

azalmışdır.  Qoruq  ərazisində  su  samuruna  2  dəfə  rast  gəlinibdir.  Katexçay 

dərəsində və Silibançay ərazisində Bəbir axrıncı dəfə 1955-ci ildə qoruğun işçiləri 

M.Həsənov  və  P.Jdanov  tərəfindən  Kilsəçay  dərəsində  qeydə  alınıb  80-cı  illərdə 

isə  leopardı  qoruq  ərazisindən  kənarda  ovlayıblar.  Qoruq  ərazisində  Zoologiya 

nstitutu  əməkdaşları  tərəfindən  sürünənlər  və  amfibilər,  eyni  zamanda 

cütdırnaqlılar  quşlar,  gəmiricilər,  qoluqanadlıların  ayrı-ayrı  növləri,  ekoloji 

qrupları müxtəlif illərdə tədqiq edilmişdir.  

Belə  ki,  1986-1988-ci  illərdə  Zoologiya 

nstitutunun  ornitologiya 

laboratoriyasının  əməkdaşları  tərəfindən  qoruqdakı  həşəratyeyən  quşların 

strukturu, təsnifatı və akustik davranışları öyrənilmişdir. Qoruqdakı nadir və kökü 

kəsilməkdə  olan  quşlar,  onların  bioloji  xüsusiyyətləri    və  vəhşi  cütdırnaqlı 

heyvanların  helmintofaunası,  onların  aradan  qaldırılması  yolları  öyrənilmişdir. 

Qoruq ərazisində fındıq bitkisinin yarpağını yeyən zərərvericilər tədqiq ediimişdir.  

Faunanı  təşkil  edən  növlər,  ekoloji  qruplar  -  təsnifat,  təkamül,  morfoloji, 

fenoloji  və  ovçuluq  baxımından  geniş  təsvir  edilsələr  və  öyrənilsələr  də,  hazırda 

bütöv  landşaftların,  biosenozların  ən  müxtəlif  təsirlərə  məruz  qaldığı  və  tədricən 

dəyişildiyi  indiki  şəraitdə,  bu  təbii  sistemlərin  fəaliyyətini,  inkişafını  və 

davamlılığını  təmin  edən  komponentlərin  öyrənilib,  onların  müasir  ekoloji 

vəziyyətini  qiymətləndirməyə  imkan  verən  yeni  materialların  toplanmasına  və 

ümumiləşdirilməsinə  böyük  ehtiyac  vardır.  Bütün  bunlar  mövcud  tədqiqat  işinin 

aparılmasını tələb edən şərtlərdən biri oldu. 

 

1.7.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının landşaft 

xüsusiyyətlərindən asılı olaraq torpaqların yayılması. Uzun dövrdən bəri 

aparılan kompleks torpaq tədqiqat işləri Şəki-Zaqatala iqtisadi rayonu ərazisində 

Göyçay çayın orta və yuxarı axınları sahələrindən, yəni Qəbələ rayonu ərazisindən 

başlayaraq Balakən rayonu ərazisidə Gürcüstan respublikası ilə sərhəd zonasına 

qədər olan geniş ərazidə dağ-çəmən, dağ meşə-çəmən, qonur dağ-meşə, qəhvəyi 

dağ-meşə, bozqırlaşmış qəhvəyi dağ-meşə, çəmən-qəhvəyi, adi dağ boz-qəhvəyi, 

dağ qara, adi dağ şabalıdı, tünd, adi, açıq şabalıdı, tipik boz, boz-qonur, subasar 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə