Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

24 

 

boyu  şiddətlənən  sellər  çay  yataqlarını və  hövzələrini  dəyişərək  dövrü tədbirlərin 



görülməsini tələb edir. Buna görə sel əmələ gətirən proseslərin qarşısını alan aktiv 

tədbirlər  yenidən  işlənilməli  və  təklif  olunmalıdır.  Tədbirlərin  əsasını  meşə-

meliorasiya  işləri  təşkil  etməli,  15°-dən  aıtıq  olan  yamaclarda  yalnız  çoxillik 

bitkilərin  əkilməsinə  icazə  verilməli  və  yamaclar  terraslaşdırılmalıdır.  Meşənin 

salınması mürəkkəb olub, uzun müddət tələb etdiyi üçün kompleks tədbirlər həyata 

keçirilməlidir. Su anbarlarının tikilməsi bir tərəfdən rayonun kənd təsərrüfatını və 

ə

halisini  su  ilə  təmin  edən  və  sel  təhlükəsi  altın  qalan  yaşayış  məntəqələrini 



ziyandan  xilas  edər.  Digər  tərəfdən  isə,  suyun  enerjisindən  istifadə  edərək  yerli 

ə

həmiyyətli  elektrik  stansiyaların  tikilməsi,  rayonu  işıq  və  istiliklə  təmin  edər. 



Demək  lazımdır  ki,  yuxarıda  adları  çəkilən  SES-lər  Mingəçevir  su  anbarı 

tikilməsindən  qabaq  mövcud  idi  və  hətta  daha  yüksək  enerji  almaq  üçün  onlar 

rekonstruksiya  olunmalı  idilər.  Bəzi  çaylarda  iki  SES  tikilmişdi.  Hazırda  da  bu 

təcrübəyə qayıtmaq lazımdır. 

     

     


   1.5.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında  

torpaqəmələgətirən amillər, torpaq ehtiyatları və torpaqların iqtisadi - ekoloji 

qiymətləndirilməsi.  1875-1876-cı  illərdə  Həsən  bəy  Zərdabi  ilk  dəfə  olaraq  öz 

ə

sərlərində əsas 4 faktorun torpaqəmələgəlmə prosesində rolunu göstərmişdir: ana 



süxur; bitki və canlı orqanizmlər; iqlim və insanın təsərrüfat fəaliyyəti. Ondan 8 il 

sonra  V.V.Dokçayev  5  amili  (torpaqəmələgətirən  süxurlar,  bitki  və  heyvan 

orqanizmləri, iqlim, relyef və ərazinin geoloji yaşı) torpağın əmələgəlməsində rolu 

daha geniş izah etmişdir. Sonralar V.R.Vilyams torpaqəmələgətirən amillərə insan 

fəaliyyətini  də  daxil  etmişdir.  ndiki  torpaqşünas  tədqiqatçılar  torpaqəmələgəlmə 

prosesində qrunt sularının da böyük rol oynadığını göstəririlər. 



qlim  torpaqəmələgətirən  amil  kimi.  Atmosfer  yağıntılarının  miqdarı 

torpaqda  nəmlik,  yəni  bitki  və  mikroorqanizmlərin  həyatı  üçün  şərait  yaradır. 

Yağıntıların  bir  hissəsi  buxarlanır,  bir  hissəsi  yamac  boyu  axır,  bir  hissəsini  isə 

torpaq  özündə  saxlayır.  Torpağın  rütubəti  onun  səthi  ilə  axan  və  buxarlanan  su 

torpaqəmələgəlmə  prosesində  iştirak  edir.  Torpaqdakı  su  mineral  maddələri  həll 

edərək  torpaq  profili  boyu  paylayır:  səth  su  axınları,  mineral  və  üzvi  hissəcikləri 

yamacboyu paylayaraq ya hissəcikləri aparır, yaxud da toplayır, buxarlanan su isə 

ə

traf havanı rütubətləndirərək torpağı sərinlədir. Qrunt suları duzlu olduqda torpağı 



ş

oranlaşdıra bilər. O səthə yaxın yerləşdikdə bataqlaşmaya səbəb olur. Havanın və 

torpağın temperatur şəraiti torpaqdakı kimyəvi və biokimyəvi reaksiyanını sürətinə 

təsir  göstərir.  Temperatur  20-35

0

  olduqda  mikroorqanizm  və  bitkiləri  fəaliyyəti 



artır.  Torpağın  temperaturu  40

0

-dən  yüksək  olduqda  isə  mikroorqanizmləri 



fəaliyyəti zəifləyir və ya dayanır. Temperatur 0-a endikdə orqanizmlər fəaliyyətdə 

olmurlar.  



Relyef  torpaqəmələgətirən  amil  kimi.  Yer  səthində  istiliyin  və  rütubətin 

paylanması relyefdən çox asılıdır. Relyef küləyin istiqamətinə və gücünə, günəşin 

torpaq  səthini  işıqlandırmasına  və  bitki  örtüyünün  formalaşmasına  təsir  göstərir. 

Torpaqəmələgəlmə prosesinə nəinki makrorelyef, hətta mikro və nano relyef də öz 




25 

 

təsirini  göstərir.  Səthin  çökəklik  və  hündürlük  hissəsində  torpaq  ətrafındakı 



torpaqdan  müəyyən  dərəcədə  fərqlənir.  Nano  relyef  torpaqda  olan  heyvanlar 

aləminin  təsiri  ilə  də  yaranır.  Torpaqəmələgəlmə  prosesində  relyefin  forması, 

cəhəti  xüsusi  rol  oynayır,  torpağın  temperaturu  və  nəmliyi  yamacın  dikliyi  və 

istiqamətindən  asılıdır.  Cənub  yamaclar  isti,  quru,  şimal  yamaclar  isə  soyuq  və 

rütubətli olur. Şimal yamaclar çox vaxt az meylli olur: orada qar daha uzun müddət 

qalır ki, bu da torpaqəmələgəlməyə öz təsirini göstərir. 



Ana  süxur  torpaqəmələgətirən  amil  kimi.  Səthə  çıxan  dağ  süxurların 

torpağın əmələ gəlməsində əsas mineral materialı hesab olunur. Süxurun tərkibində 

kalsium-karbonatın  mövcudluğu  torpaqda  zəif  qələvi  reaksiyanın  olmasına  şərait 

yaradır. Karbonatsız gillicəli və qumlu torpaqda isə turş reaksiya yarana bilər. Ana 

süxurun fiziki xassələri, yəni onun bərk və ya yumşaq olması, məsaməliyi, suyu və 

havanı keçirmə qabiliyyəti torpaqəmələgəlmə prosesində böyük rol oynayır. 

Torpaqəmələgəlmə  prosesində  qrunt  sularının  da  rolu  az  deyil.  Bu  prosesə 

suyun  minerallıq  dərəcəsi,  kimyəvi  tərkibi,  dərinliyi  böyük  təsir  göstərir.  Qrunt 

suyu  yer  səthindən  çox  dərində  yerləşmirsə  torpağı  kimyəvi  maddələrlə 

zənginləşdirir.  Onun  su  və  hava  rejimini  dəyişdirir.  Qrunt  suları  səthə  yaxın 

yerləşərsə  torpağı  hədsiz  rütubətləndirir,  onun  şorlaşmasına  və  bataqlaşmasına 

səbəb olur.  

Ə

razinin  yaşı  torpaqəmələgətirən  amil  kimi.  Hər  hansı  torpaq  tipinin 

yaranması  üçün  müəyyən  vaxt  lazımdır.  Burada  torpağın  mütləq  və  nisbi  yaşı 

nəzərə  alınmalıdır.  Tundra  torpaqlarının  şərti  olaraq  ən  cavan,  podzol  torpaqları 

orta yaşlı, qara torpaq və şabalıdı torpaqar isə yetişmiş yaşlı torpaqlar sayılır. Ən 

cavan torpaqlar çayların gətirmə konuslarında, müasir allüvial çöküntülər üzərində 

torpaq hesab edilir. Torpağın mütləq yaşını başlanğıcı, qurunun buzlaqdan, dəniz, 

göl, okean altından azaldılması vaxtı hesab olunur. Torpağın nisbi yaşı dedikdə isə 

onun vaxta görə formalaşması surəti nəzərdə tutulur. H.Bennetə görə ana süxurdan 

2-3 sm torpağın yaranması üçün 200-1000 il vaxt lazımdır.  

Orqanizmlər  və  torpaqəmləgəlmə.  Torpaq  orqanizmləri.  Torpağın 

münbitliyinin  yaranmasında  canlı  orqanizmlər  və  torpağın  üzvi  maddələri  əsas 

amil  sayılır.  Torpaqda  və  onun  səthində  bakteriyalar,  göbələklər,  aktinomisetlər, 

yosunlar,  şibyələr,  ali  bitkilər,  ibtidailər,  soxulcanlar,  həşəratlar  və  məməlilər 

yaşayır.  Əgər edofonu torpaqəmələgəlmə prosesində əhəmiyyətinə görə cərgələrə 

ölüşdürsək onda birinci cərgədə bakteriyalar, ikincidə aktenosimetlər, üçüncüdə isə 

göbələklər durur.  btidailərə amöblərə və yosunlara torpaqda az rast gəlinir. 

Bakteriyalar.  Torpaqda  olan  mikro  canlıların  ən  çoxunu  təşkil  edir. 

Bakteriyasız  torpaq  yoxdur.  Onun  çox  miqdarı  torpağın  üst,  əsasən  şum  qatında 

yerləşir.  Oksigenə  tələbinə  görə  bakteriyalar  aerob,  anaerob  və  fakültativ 

bakteriyalara  bölünür.  Aerob  bakteriyalar  yalnız  havanın  oksigeni  şəraitində, 

anaerob  bakteriyalar  havasız  şəraitdə,  fakultativ  bakteriyalar  isə  həm  havalı,  həm 

də  havasız  şəraitdə  fəaliyyət  göstərirlər.  Hərəkətli  və  hərəkətsiz  bakteriyalar 

mövcuddur.  Qidalanmasına  görə  bakteriyalar  avtotrof  və  heterotrof  bakteriyalara 

bölünürlər.  Enerjidən  istifadəsinə  görə  bakteriyalar  fotoavtotrof,  hemoavtotrof  və 

heterotrof bakteriyalara bölünür. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə