Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

26 

 

Aktinomisetlər  və  ya  şüalı  göbələklər  torpaqda  suda  və    peyində  geniş 

yayılmışdır. Aktinomisetlər humusun əmələgəlməsində fəal iştirak edir. Göbələklər 

torpaqəmələgəlmə  prosesində  böyük  əhəmiyyətə  malikdir.  Onlar  mürəkkəb  üzvi 

maddələrə mineral birləşmələrə qədər parçalaya bilir. 

Yosunlar. Yuxarıda göstərilən bitki orqanizmlərdən fərqli olaraq yosunlar öz 

hüceyrələrinə  xlorofil saxayır. Onlar işıq şəraitində mineral birləşmələrindən üzvi 

maddələr yaratmaq qabiliyyətinə malikdir. Yosunlar torpaqda. ən çox torpağın üst 

qatında  hərtərəfli  yaranır.  Bəzi  göbələklərlə  birlikdə  yosunlar  da  CO

2

  istifadə 



edərək üzvi maddələrin toplanmasında iştirak edir.  

Mamırlar.  Şibyə  və  yosunlarda  daha  inkişaf  etmiş  vegetativ  və  çoxalma 

üzvləri ilə seçilir. Mamırlar və şibyələr yararsız sahələrdə, daşlar üzərində pioner 

bitki  kimi  inkişaf  edir.  Mamırlar-bataqlıqlarda  və  bataqlıq  meşələrdə  əsas  torf 

ə

mələ gətirən bitki sayılır.  



Heyvanat aləmi. Torpaqda çoxlu miqdarda soxulcanlar, qurdlar, gəmiricilər, 

qarışqalar  və  həşəratların  sürfələri  yaşayır.  Onlar  öz  həzm  yolundan  xırdalanmış 

üzvi maddələri keçirərək torpaqları ifrazatları ilə zəngiləşdirir və torpağın mikro və 

makro strukturunun yaranmasına şərait yaradır. 



 Antropogen  amil.  Çox  yerdə  təbii  torpaq  tipi  qalmamışdır.  Yeni  mədəni 

torpaqlar  yaranmışdır:  bataqlıqlar  qurudulmuş,  səhra  çöl  torpaqlarına  suvarılma 

tətbiq  olunmuşdur.  Dağ  ərazilərdə  meşələrin  yerində  bağlar,  üzümlüklər 

yaradılmış, bəzi yerlərdə təbii relyef dəyişmiş, yamaclar terraslara çevrilmişdir.  



    

1.6.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarının bitki örtüyü 

və heyvanat aləminin antropogen təsir nəticəsində dəyişməsi. Böyük Qafqazın 

cənub yamacına daxil olan rayonların (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, 

Qəbələ) ərazisində bitki örtüyü dağlıq əraziyə məxsus yüksək zonallıq qanununa 

uyğun olaraq dəniz səviyyəsindən yuxarı qalxdıqca dəyişir. Balakən, Zaqatala, Qax 

rayonlarının cənub hissəsində düzən meşələrinin qalıqlarına (qızılağac, yalanqoz, 

ağyarpaq qovaq, uzunsaplaq palıd) rast gəlinir. Burada pozulmuş düzən meşələri 

çox yerdə bağlar, kənd təsərrüfatı sahələri, törəmə tipli kolluqlar (şibləklər) və 

yaşayış məntəqələri ilə əvəz olunmuşdur. Qax, Şəki, Oğuz, Qəbələ rayonlar 

ə

razisində Bozqır yayla ərazisində ardıc-saqqız seyrəklikləri və qismən iberiya 



palıdı meşələrinin qalıqlarına rast gəlinir. Bu rayonlarda da Qanıx-Həftəran 

vadisində düzən meşələri mövcuddur. Dağlıq zonanın dəniz səthindən 1000-1100 

m yüksəkliyə qədər yerləşən aşağı dağ-meşə qurşağmda iberiya palıdı və qafqaz 

vələsinin üstünlük təşkil etdiyi meşəliklər, 1000-1800 m yüksəklikdə yerləşən orta 

dağ-meşə qurşağında əsasən fıstıq meşələri, 1800-2000 (2300) m yüksəklikdə, yəni 

yuxarı dağ-meşə qurşağında şərq palıdı, Trautvetter ağcaqayını və tozağac meşələri 

yayılmışdır. Bu qurşaqda respublikamızın ərazisi üçün yeganə sayılan qafqaz 

rododendronunun kiçik sahələrinə Zaqatala qoruğunda təsadüf olunur. Yüksək 

dağlıq zonada üç bitki qurşağı ayrılır: subalp qurşağı 1800 (2000)-2600 m, alp 

qurşağı 2600-3000 (3200) m yüksəklikdə və alp qurşağının üstündə 3500 m-dən 

hündürdə yerləşən subnival (nival) qurşaqları.  



27 

 

Subalp  zonasında  bitmə  şəraitindən  asılı  olaraq  mezofil  subalp  çəmənləri, 



bozqırlaşmış  subalp  çəmənləri,  subalp  bozqırları,  alp  qurşağında  isə  alçaqboylu 

otlardan  ibarət  alp  çəmənləri  («xalıları»)  yayılmışdır.  3500  m-dən  yuxarıda 

subnival  qurşağında  torpaq  yoxdur.  Ərazi  qayalıqlardan  ibarətdir.  Burada  tək-tək 

çiçəkli  ot  bitkiləri  növlərinə  təsadüf  edilir.  Regionun  yüksək  dağlıq  zonasında, 

meşə,  xüsusilə  subalp  və  alp  qurşaqlarında  qayalıqlar,  uçqunlar,  yarğanlar, 

daşlıqlar  geniş  sahə  tutur.  Meşə  və  subalp  qurşaqlarında  ilkin  bitki  örtüyünün 

yayılması qanunauyğunluqları insanın mənfi təsərrüfat fəaliyyətinin təsirinə məruz 

qalaraq pozulmuş, növ tərkibləri dəyişilmiş (pisləşmiş), çox vaxt törəmə tipli bitki 

qruplaşmaları ilə əvəz olunmuşdur. 

Qeyd  edildiyi  kimi  region  ərazisində  bitki  örtüyü,  o  cümlədən  meşələr 

yüksəklik  qurşaqlıq  qanununa  uyğun  olaraq  yayılmışdır.  Regionun  cənub 

hissəsində Göyçay və Əlicançayları arasında və Qanıxçay hövzəsində geniş sahədə 

ardıc  və  saqqız-ardıc  meşələri  vaıdır.  Bizim  dövrümüzə  ardıc  meşələri  nisbətən 

uzaq  yerlərdə  qalmışdır.  Kəskiniyli  və  çoxmeyvəli  ardıc  növləri  Bozdağın  əsas 

bitki növləri hesab olunub. Ardıc meşələri çox vaxt saqqız ağacla qarışıq meşəlik 

ə

mələ gətirir. Şəki, Oğuz və Qəbələ rayonları ərazisində Qanıx-Həftəran vadisinə 



birləşən  Bozqu  yaylarına  əsasən  şimal  cəhətlərində  iberiya  palıdı  üstünlük  təşkil 

edən pozulmuş meşə qalıqlarına təsadüf edilir. Böyük Qafqazın cənub yamacının 

aşağı dağ meşə qurşağında sırf iberiya palıdı və qarışıq palıd-vələs meşələri, orta 

dağ-meşə  qurşağında  fıstıq  meşələri,  yuxarı  dağ-meşə  qurşağında  isə  şərq  palıdı, 

Trautvetter ağcaqayını və tozağac meşələri yayılmışdır. 

Regionun  meşə  təsərrüfatları  ərazisində  meşə  ilə  örtülü  sahə  218047  hektar 

(cədvəl  7),  qoruqların  ərazisində  isə  30438  ha  təşkil  edir.  Bu  regionun  ümumi 

ə

razisinin  28,3  faizidir  (meşəlik  faizi).  Ən  yüksək  meşəlik  faizi  Oğuz  rayonunun 



payına düşür. (37,6%). 

 

                                                                            



 Cədvəl  7

 

 



Meşə 

təsərrüfatı 

Ustünlük təşkil edən 

 ağac cinsi, ha-la 

Digər 

ağac 


cinsləri 

Meşə ilə 

örtülü 

sahə 


Rayonun meşəlik 

 faizi 


 

Fıstıq 


 

Palıd 


 

Vələs 


 

Cəmi 


Balakən 

14486 


1322 

9366 


25174 

5256 


30430 

27,9 


Zaqalala 

19932 


8562 

10159 


38653 

5827 


44480 

29,0 


Qax 

7314 


10010 

3565 


20889 

8107 


28996 

29,3 


Şə

ki 


14175 

5512 


10349 

30036 


6724 

36760 


17,01 

Oğuz 


14150 

11443 


3807 

29400 


2503 

31903 


37,6 

Qəbələ 


15558 

8714 


8583 

32855 


12623 

45478 


23,01 

Cəmi 


85615 

45563 


45829 

177007 


41040 

218047 


28,3 

 

Böyük  Qafqazın  cənub  yamacının  dağlıq  hissəsində  əsasən  fıstıq  (85,6  min 



ha), palıd (45,6 min ha) və vələs (45,8 min ha) meşələri yayılmışdır. (81%). Digər 

ağac  cinslərindən  ibarət  meşəliklər  (ağcaqayın,  qarağac,  tozağac,  qoz,  şabalıd, 

dəmirqara,  cökə,  qaraçöhrə,  Qafqaz  xurması)  və  süni  ağaclıqlar  cəmi  19%  təşkil 

edir.  Filizçay  (Balakənçay)  hövzəsində  dəniz  səthindən  800-1000  m  yüksəklikdə 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə