Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

42 

 

   Eroziya prosesinin otlaq sahəsində bu cür qeyri-bərabər paylanmasına təbii 



amillərlə yanaşı, antropogen amillərin də təsiri olmuşdur. Belə ki, otarma vaxtına, 

normasına, müddətinə riayət edilməməsi, otlaqlarda ot örtüyünün bərpa 

edilməməsi bitki örtüyünün zəifləməsinə gətirib çıxarmışdır. Bu isə öz növbəsində 

eroziyanın inkişafına səbəb olmuşdur. 

   Quba-Qusar bölgəsində eroziya prosesinin yayılma arealını və intensivliyini 

ə

ks etdirən materialları araşdıraraq, belə nəticəyə gəlmək olur ki, burada eroziya 



prosesi çox geniş inkişaf etmişdir. Lakin o, müxtəlif təbii-təsərrüfat 

sahələrindəeyni intensivlikdə getmir və ən çox əkin və örüş, ən az isə biçənək və 

meşə sahələrində baş verir. 

   Böyük Qafqazın şimal-şərq yamacında yerləşən yay otlaqlarının yerləşdiyi 

ə

razilərin geomorfoloji şəraitinin mürəkkəbliyi, sərt yamacların mövcudluğu 



amilləri insanların antropogen fəaliyyəti ilə birlikdə intensiv səthi axınlar həm də 

yarğanların əmələ gəlməsinə səbəb olur. 

Eroziya prosesinin yüksək dağlıq zonasının yay otlaqlarında geniş inkişaf 

etməsi, güclü səthi axının və sellərin baş verməsinə səbəb olur. 

   Torpaq- təbiətin bizə bəxş etdiyi ən gözəl və əvəzedilməz bir nemətdir. Onun 

qalınlığı coğrafi enliklər və təbii şəraitdən asılı olaraq 2-3 metrə qədər 

olur və tükənən sərvətlər kateqoriyasına aiddir. Odur ki, torpaqla düzgün rəftar 

etmək lazımdır, onu düzgün əkmək, ondan düzgün istifadə etmək, onu gələcək 

nəsillərə saxlamaq lazımdır. Dünya əhalisi, eləcə də respublika əhalisinin 

durmadan artması ilə əlaqədar yeni ərazilər insanlar tərəfindən müxtəlif məqsədlər 

60 üçün mənimsənilir və intensiv istifadə olunur, son nəticədə istifadə olunan 

torpaqların bir hissəsi yararsız hala düşür. Çox təəssüf hissi ilə qeyd edək k, bu 

kimi hallar Azərbaycandan da yan keçməyib və getdikcə də genişlənməkdədir. 

Tədqiqat obyektimiz olan Böyük Qafqazın şimal-şərq yamacının yay otlaqları da 

bu kimi amillərin təsirinə məruz qalmaqdadır. Respublikamız təbii yem 

mənbələrinin sahəsinə görə Qafqaz respublikaları içərisində birinci yeri tutur. 

    Respublikamızda kənd təsərrüfatında istifadə edilən torpaqların əsas kütləsini 

təşkil edən örüş və otlaq torpaqlarının sahəsi 2,574 mln. ha olmaqla, yararlı 

torpaq ehtiyatlarının 54,1%-ni əhatə edir, onlardan 1470561 ha kəndyanı örüşlər, 

832612 ha qış otlaqları və 278293 ha yay otlaqları təşkil edir. Biçənək 

altında istifadə oulnan torpaqların ümumi sahəsi 110,6 min ha olaraq ümumi 

sahənin 2,3%-ni təşkil edir [2]. Qeyd edək ki, Böyük Qafqazın şimal-şərq 

yamacının yay otlaqları Quba və Qusar rayonları ərazisində yayılaraq müvafiq 

olaraq 287711 və 4965 hektar sahəni əhatə edir.Boyük Qafqazın şimal-şərq 

yamacının yay otlaqları əsas etibarı ilə dəniz səviyyəsindən 1800-2200 m 

hündürlükdə yayılmışdır və bu otlaq sahələri kənd təsərrüfatında, xüsusən, 

heyvandarlıqda əvəzsiz rol oynayır. Subalp və alp çəmənliklərindən təşkil 

olunmuş yay otlaqlarında müxtəlif növ bitki formasiyaları yetişir ki, bu da ərazidə 

arıçılığın inkişafı üçün zəmin yaradır. Otlaqlarda yayılmış bitkilər nəinki 

heyvandarlıqda, eləcə də xalq təbabətində geniş istifadə edilir. 

     Azərbaycanın ekoloji problemləri içərisində torpaq eroziyası ilə əlaqədar 

yaranan problemlərin xüsusi yeri vardır. Eroziya prosesinin əmələ 




43 

 

gəlməsinə və intensiv şəkildə getməsinə səbəb olan amillərdən başlıcası insanın 



düzgün olmayan təbii təsərrüfat fəaliyyətidir. Respublikamızın əsasən orta 

və yüksək dağlıq, həmçinin aşağı dağlıq və dağətəyi ərazilərində düzgün 

aparılmayan təsərrüfat fəaliyyəti nəticəsində bitki örtüyünün məhv edilməsi, 

yamacların üzüaşağı şumlanması və mal-qaranın sistemsiz otarılması eroziya 

proseslərinin əmələ gəlməsinə və güclənməsinə səbəb olmuşdur. 

     Araşdırmalar göstərir ki, respublikamızda eroziyaya məruz qalmış torpaqların 

ümumi sahəsi 3144,7 min hektar olub, bu da respublika ərazisinin 36,4%-ni 

təşkil edir. Bu torpaqların 38,8% - i (1220,1 ha) zəif, 29,4% - i (924 ha) orta, 

31,8% - i (1000,6 ha) şiddətli dərəcədə eroziyaya məruz qalmışdır [1]. 

Tədqiqatlara görə dağ rayonlarında yerləşən çay hövzələrinin suayrıcı və tranzit 

sahələrində mürəkkəb geomorfoloji şəraitdə torpaq örtüyünün 70- 80%-i eroziyaya 

məruz qalmışdır. Bu çayların hövzələrində eroziya prosesləri geniş yayılaraq 

torpaq səthinin yuyulması, yarğanların əmələ gəlməsi ilə müşahidə edilir.  

    Böyük Qafqazın cənub və şimal-şərqyamaclarında ərazinin geomorfoloji 

(meyilliyi) vəeoloji quruluşu (ana süxurlar), həmçinin iqlim şəraiti (quraqlıq keçən 

aylardan sonra yağışların leysan şəklində düşməsi) ilə əlaqədar burada eroziya 

prosesləri daha çox intensiv şəkildə təzahür edir. Hesablamalar göstərir ki, təkcə 

Kişçay hövzəsində ildə ətraf ərazilərdən yuyularaq 3,5 milyon ton 

torpaq tökülür. Daşqın və sellərin tez-tez baş verdiyi illərdə bu rəqəm bir qədər də 

artır. Digər məlumata görə isə Azərbaycan çaylarına bir ildə 48 milyontondan çox 

torpaq yuyulub gətirilir [3]. Böyük Qafqazla yanaşı, Azərbaycanın Dağlıq 

Qarabağ, Naxçıvan və Talış (xüsusən də Lerik rayonunun ərazisi) vilayətlərinin 

torpaqları da bu və ya digər dərəcədə eroziyaya məruz qalmışdır. 

    Azərbaycan ərazisinin 20%-dən çoxunun erməni işğalçıları tərəfindən zəbt 

edilməsi və bu səbəbdən Laçın və Kəlbəcər rayonlarının yay 

otlaqlarının müvəqqəti itirilməsi Böyük Qafqazınyay otlaqlarında xırda buynuzlu 

heyvanların sayının kəskin şəkildə artmasına gətirib çıxarmış, bu da alp 

və subalp çəmən və çəmən - bozqır landşaft komplekslərinə, həmçinin mezofil 

meşələrin yuxarı sərhəddinə yükün artmasına səbəb olmuşdur.    

Eroziyaproseslərinin respublika miqyasında artımını təkcə insanın təsərrüfat 

fəaliyyətləri ilə bağlamaq düzgün olmazdı. Son on illiklərdə qlobal iqlim 

dəyişmələrinin Azərbaycanda nəzərə çarpacaq fəsadları-temperatur və yağıntı 

anomaliyaları, yaz-yay yağışlarının tez -tez leysanlar şəklində düşməsi bir 

çox regionlarda sel hadisələrinin, sürüşmə və daşqınların təkrarlığını artırmışdır. 

     Məlumdur ki, təbiətdə özü özünü tənzimləməfunksiyası mövcuddur və insan 

müdaxilə etməsə belə bu proseslər öz axarıyla gedəcəkdir. Lakin insanların 

bilavasitə təsiri ilə, yəni təbiətdə baş verən proseslərə müdaxiləsi nəticəsində 

təbiətin tarazlıgı pozulur və bu proseslər öz təbiiliyindən çıxır. Çünki, insanlar 

məskunlaşdıqları əraziləri, oranın relyefini, landşaftını dəyişilməyə məruz 

qoyurlar. Əsas etibarı ilə heyvandarlıqda istifadə olunan yay otlaqlarından 

düzgün istifadə olunmadıqda ərazinin ot örtüyü seyrəkləşməyə məruz qalır. Bu ona 

görədir ki, otarmadan düzgün istifadə edilmir, hər hektara düşən heyvanın sayı 5-6 

baş olduğu halda, həmin ərazidə 15- 20 baş heyvan otarılır. Bu isə normadan 3-4 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə