48
yamacın meyilliyindən və nəmliyindən asılı olaraq yayılır: məs: alatopallığın geniş
yayıldığı Daşlı dərə yaylağında meyilliyi 40-410 olan sahədə xüsusilə şimal-qərbdə
ş
ehduranın bolluğu nəzərə çarpan (Ada şəklində) formasında Alatopal otu (Zerna
variegatus) müşahidə olunmuşdur.
kinci qrup-müxtəlifotlu subalp çəmənliyi. Bölgənin dağlıq zonasının qərb
hissəsində mezofil və nəmli çəmənliklərin formasiyasına aid bitkilər geniş yayılıb.
Belə çəmənlərə bölgədə 5-6 variantda rast gəlmək olur, məsələn: Nəmgül
(mərcanotu),Vaxtsızotu (Betoniceto,Colchium) və s. Bitki qruplarının tərkibləri
eyni olmasa da yem cəhətdən və həm də fizionomik baxımdan bir-birinə çox
yaxındır. Bölgənin yay otlaqlarında mezofil subalp çəmənləri də mövcuddur.
Bunların tərkibində Qafqaz qaymaqçiçəyi, Orta yonca, Zəngçiçəyi, Qafqaz
ş
ehduranı (Ranunculus caucasius, Trifolium medium,Campanulaclae,Alchimilla
caucasica) və s. növləri müşahidə etmək olar.
Üçüncü qrup alp çəmənlikləri, yəni alp xalısı, bölgənin yüksək dağlıq
hissələrində rast gəlinir. Alp çəmənləri bozqırlaşmış çəmənlər və alp çəmənləri
arasındakı xırda sahələri əhatə edərək, əsas etibarilə daşlıqlarda, qayalıqlarda və
dağ süxurlarının səthə çıxdığı yerlərdə inkişaf etmişdir. Alp xalıları bitkilərin orta
hündürlüyünün qısa, tərkibinin sabit olması ilə fərqlənir. Bu formasiyanı botanik
alimlərin bir qismi ayrıca formasiya kimi qəbul edirlər. Bölgənin alp xalılarında
yayılan bitkilər arasında Xırdaçiçək sibbaldiya, Üçdişli zəngçiçəyi, Qafqaz
ş
ehduranı, Dağ çinotu, Badan (Sibbaldiya procumbens, Campanula tridentala,
Alchimilla caucasica,Minuartia oriena, Conium sp) və s. üstünlük təşkil edir. Alp
xalısında bitkilərin məhsuldarlığı yüksək olmur. Lakin onların keyfiyyət göstəricisi
çox zəngindir. Bunların tərkibində 1,5-2,9% azot , 12-19%-ə qədər protein, 2,1%-ə
qədər yağ və başqa azotsuz maddələr mövcuddur.
Dördüncü qrup əsasən Alatopal tərkibli bozqırlaşmış alp çəmənliklərini
özündə birləşdirir. Bu bitki alp çəmənliklərinin 35-40%-ni təşkil edir. Fizionomik
cəhətdən çox sadə, az növlü və qısaboylu olur. Bu zonadakı alatopalın tərkibi
subalp zonasındakı alatopala nisbətən daha zəngindir. Bunları davarlar da yaxşı
yeyir. Həmin bitkilərin yayıldğı qurşağın hər hektarında 5 baş davarın otarılması
məqsədəuyğundur.
Beşinci qrup qoyun topalı və çəmən tərkibli alp çəmənləridir. Adından
göründüyü kimi bu tip çəmənlərdə bitkilərin əsasını Qoyun topalı (Festuca ovina)
təşkil edir və həmin çəmənlər alp zonası üçün səciyyəvidir. Burada həm də Cil
(Carex caucasica) bitkisi çoxluq təşkil edir. Son illərin məlumatına gorə bu
çəmənliklərin sahəsi 800 hektarı əhatə edir. Əsasən alp hündürlüyündən subalp
hündürlüyünə qədər yayılır və subalp qurşağında bitkilərin orta hündürlüyü 20-25
sm təşkil edir.
Altıncı qrup əsas etibarilə ağbığ tərkibli alp çəmənləridir. Bu tip çəmənliklər
yaylaqlarda, onun ərazisinin əsas etibarilə şərq hissəsində dəniz səviyyəsindən
2800-3200 m hündürlükdə yayılmışdır. Öz quruluşu və fitosenoloji səciyyəsinə
görə Qoyun topalına (Festuca ovina) çox oxşayır. Botaniki tərkibinə görə
çəmənliklərdə çoxluq təşkil etməsi mühiti turşulaşdırır və ekoloji şəraitə təsir
49
göstərir.
Aşağıda Böyük Qafqazın şimal-şərq yamacı yay otlaqlarında üstünlük təşkil
edən fitosenozların qısa geobotaniki səciyyəsi verilir.
Ala topal (Festuca varia) – çoxillik taxıl otu hesab olunur və seyrək çim
ə
mələ gətirir. Gövdələri 40-80 sm, yarpaqları sərt, süpürgəsi dağınıqdır. Regionun
yüksək dağlıq qurşağında müxtəlif baxarlı yamaclarda yayılmışdır. Əksər hallarda
alp və subalp qurşağında bozqırlaşmış çəmənlər əmələ gətirir. Tərkibindəki
proteinin, yağın azlığı, sellülozanın isə çoxluğu onun ikinci dərəcəli yem
ə
həmiyyətinə malik olmasını göstərir. Alatoppalı otlaqlara qiymətli yem otları
toxumlarının səpilməsi ilə yanaşı torpağın su-hava rejiminin nizamlanması yaxşı
nəticələr verir.
Ş
ırımlı topal (Festuca sulcata) sıx çim əmələ gətirən çoxillik kserofil
bitkidir. Gövdələri düz, hamar və ya bir qədər kələ- kötür olub, boyu 30-50 sm-ə
qədər uzanır. Rayonun orta və yüksək dağlıq sahələrində yayılaraq, quru bozqır
bitkiliyinin tərkibində dominantlıq təşkil edir. Şırımlı topal quraqlığa davamlı yem
bitkisi kimi çılpaq, yuyulmuş dağ yamaclarının çimləşdirilməsi və
möhkəmləndirilməsində böyük əhəmiyyəti vardır.
Ala tonqalotu (Zerra variegata) taxıllar fəsiləsinə mənsub, gövdələri
çoxyarpaqlı, boyu 70 sm-ə qədər olan çoxillik otdur. Subalp və alp qurşağlarında
bitir. Ala tonqalotu böyük ekoloji plastikliyi, şaxtaya və quraqlığa davamlılığı ilə
fərqlənir. Çox yaxşı biçənək və otlaq bitkisidir.
Alp dişəsi (Pona alpina) çim əmələ gətirən çoxillik otdur. Kökümsovu
qısadır, gövdələri 15-30 sm hündürlüyündə, düz, çılpaq olub, az yarpaqlanandır.
Ona çox aşağıda, çəmən- bozqır zonasında da təsadüf olunur. Alp dişəsi rütubətli
və mezofil şərait bitkisidir, dağ- çəmən, qismən torflu torpaqlarda inkişaf edir. Alp
və subalp tipli otlaqlarda qaramal, atlar və qoyunlar tərəfindən Alp dişəsi yaxşı
yeyilir.
Qafqaz cili (Carex caucasica Stev.)-çoxillik kökümsovlu ,seyrək kollu
bitkidir.Gövdələri nazik,əyilən,40-60 sm hündürlükdə olur. Mülayim rütubətli
subalp və qismən alp çəmənliyində yayılmışdır. Qafqaz cilini çiçəkləyənə kimi
bütün mal-qara yaxşı yeyir.
Alp pişikquyruğu (Phleum alpinum L.)-qısa sürünən kökümsovlu çoxillik ot
olub, sıx çim qatı yaradır. Alp pişikquyruğundan ibarət formasiyanın bitki örtüyü
yem keyfiyyətinə görə 1-ci dərəcəli otlaqlara aid edilmişdir. Ala dişə (Colpodium
varieqatum Boiss) çoxillik otdur. Ən yaxşı otlaq bitkisi hesab edilir. Mal-qara
tərəfindən həvəslə yeyilir. Onun tərkibi proteinlə zəngindir (27,6%). Məhz ona
görə də heyvanlar tərəfindən həvəslə yeyilir və bu bitkiyə rast gəlinən otlaqlar 1-ci
dərəcəli otlaqlar kimi qeydə alınır.
Alp çəmən yoncası (Trifolium alpinium), Orta çəmən yoncası (Trifolium
maxium L) və Qəmgin çəmən yoncası (Trifolium ambiquus M.B.) –hər üçü çox
illikdir: yüksək dağ çəmən formasiyalarının əsas bitkiləridir və hər üçü mal-qara
tərəfindən həvəslə yeyilir. Qiymətli otlaq bitkiləridir. Qafqaz zirəsi (Carum
caucasicum(M.B.) Boiss). Regionun subalp və alp qurşaqlarında geniş yaylıbdır.
Qiymətli yem bitkisidir, odur ki, bu bitkini yeyən qoyunlar az müddətdə kökəlirlər.