Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

52 

 

400 



500 

12 


10 

110,8 


82,4 

 

 



Cədvəl 9-dan göründüyü kimi yamacların meylliyi artıqca yağmurlar düşdükdə 

ə

mələ gələn səthi su axınının sürəti artır və eroziya prosesi güclənir, yuyulan 



torpağın miqdarı da artır. 

Geoloji quruluş – 

eroziya prosesinin əmələ gəlməsinə sahənin geoloji quruluşu, 

torpaqlaırn, suxurların mexaniki, mineroloji, kimyəvi tərkibi də böyük təsir 

göstərir. Torpağın kimyəvi tərkibi ana suxurun mineroloji kimyəvi tərkibindən asılı 

olaraq dəyişir. Ana suxurun su-fiziki xassələri eroziya prosesinin şiddətli 

getməsinə və onun sürüşmələrinin əmələ gəlməsinə böyük təsir göstərir. Belə ki, 

torpaq qatı altında su keçirməyən gilli suxurlar olduqda eroziya şiddətli gedir və 

sürüşmə hadisəsi müşahidə edilıir. 

Sürüşmələr çox mürəkkəb proses olub torpaq qatı ilə ana suxurun müxtəlif 

mexaniki tərkibdə olması nəticəsində baş verir. Belə ki, torpaq əmələgətirən ana 

suxurlar gilli mexaniki tərkibdə olduqda su keçirməyən horizont ilə torpaq arasında 

rabitə pozulur. Bunun da nəticəsində yamaclarda yağış suları torpağı isladır. 

Torpaq tam sututumu vəziyyətinə çatdırdıqda yamac boyu sürüşərək hərəkət 

etməyə başlayır. Bunun əksinə, allüvial çöküntülər olan sahələrdə düşən yağmuralr 

tədricən torpağa hopur və sürüşmə prosesi müşahidə edilmir. 

Sərt suxurlar yayılmış sahələrdə qobu eroziyası zəif gedir. Bunun əksinə, 

aşınma prosesinə asanlıqla məruz qalan III dövrə aid duzlu və gipsli suxurlar 

yuyulma prosesinə tez düçar olur. Belə ki, Böyük Qafqazın ön hissəsində 

Qobustan, Ceyrançöl və III dövrə aid olan Boz dağın cənub yaamclarında asanlıqla 

yuyulan suxurların olması burada səthi və qobu eroziyasının geniş yayılmasına 

səbəb olmuşdur. 

Azərbaycanda sürüşmələr Böyük Qafqazın cənub, şimal-şərq yamaclarında 

geniş yayılmışdır. Sürüşmələrin gətirdiyi torpaq və suxurlar dərələrə toplanaraq 

gətirmə konusları və su saxlayan bəndlər yaradır. 

Dağ rayonlarında müasir tektonik hərəkətlərin sürətlə getməsi, burada relyefin 

parçalanmasına və çay hövzələrində eroziya prosesinin şiddətli getməsinə səbəb 

olur və bu da sel hadisələrinin əmələ gəlməsi ilə nəticələnir. 

Tektonik hərəkətlər – yer qabığında olan kütlələrin yerini dəıyişməsi 

nəticəsində baş verir. 

Iqlim – 

eroziya prosesinin əmələ gəlməsinə iqlim böyük təsir göstərir. 

Ümumiyyətlə, iqlimin xüsusən atmosfer çöküntülərinin torpaq əmələ gəlmə 

prosesində rolu böyükdür. Quruya düşən yağmurların bir hissəsi buxarlanıb 

yenidən atmosferə qyıdır, qismən yerin səthi ilə axır, qismən də torpağa hopur. 

Yerin səthi ilə axıb gedən atmosfer çöküntüləri özləri ilə aşınma məhsullarını 

aparır və bu zaman onları müəyyən dərəcədə sortalşdırır. 

Eroziya prosesinin əmələ gəlməsi yağmur ilə sıx əlaqədardır. Belə ki, torpağı 

dağıdıb özü ilə aparan suyun miqdarı düşən yağmurlaırn miqdarından asılıdır. 

Eroziya prosesinin formalaşmasına, şiddətli getməsinə yağmurların intensivliyi 

böyük təsir göstərir. Bu və ya digər eroziyaya qarşı mübarizə tədbirlərini işləyib 



53 

 

hazırlamaq üüçn düşən yağmurların miqdarını, onların intensivliyini nəzərə almaq 



lazımdır. Il ərzində olan yağmurlar çiskin şəkildə düşdükdə su tədricən tropağa 

hopur və eroziya prosesi müşahidə edilmir. Bunun əksinə, güclü yağmurlarda yağış 

suları torpağa pis hopur və səthi su axınının əmələ gəlməsi müşahidə edilir ki, bu 

da torpağı yuyub aparır. 

Yağmurların intensivliyi artdıqca, torpağın yuyulması şiddətlənir. Belə ki, 

meylliyi 17

0

olan yamacda intensivliyi dəqiqaədə 1 mm olan yağmurlar düşdükdə 



0,25 m

2

 sahədən 3,5 litr su axını olmuş və 26 q torpaq yuyulmuşdur. 

Eroziya prosesinin əmələ gəlməsinə qar örtüyü də təsir göstərir. Azərbaycanda 

qar örtüyünün torpağın yuyulmasına təsirini dağ-çəmən qurşağında bitki örtüyü 

olmayan sahələrdə müşahidə etmək olur. Burada qar əriyən vaxtı yamacın səthində 

ş

ırımların əmələ gəlməsi görünür. 



Torpaq örtüyü – eroziya prosesinin əmələ gəlməsi və inkişafına tropaq örtüyü, 

onun su-fiziki xassələri, mexaniki tərkibi, suya qarşı davamlılığı böyük təsir 

göstərir. Bununla yanaşı torpağın su ilə yuyulub dağılması tropaq qatının mexaniki 

tərkibindən, onun yumşaqlığından və qalınlığından asılıdır. 

Səthi su axınının əmələ gəlməsinə və onun miqdarına torpağın su sızdırması 

böyük təsir göstərir. Su sızdırması yaxşı olan sahələrdə yağıntılar torpağa hopur və 

səthi sua xınının əmələ gəlməsi müşahidə edilmir. Yüngül gillicəli, qumsal 

torpaqlaırn su sızdırması yaxşı olduğu üçün eroziya prosesi zəif gedir. Bunun 

ə

ksinə, ağır gillicəli torpaqlarda bitki örtüyü olmadıqda eroziya prosesi şiddətli 



gedir. 

Respublikanın torpaq örtüyü mürəkkəb olub burada müxtəlif tip torpaqalra arst 

gəlinir. Dəniz səthindən yuxarı qalxdıqca iqlim, bitki örtüyü dəyişdiyinə görə 

torpaq örtüyüdə dəyişir. Bunlardan dağ-çəmən, dağ-meşə, dağ-qəhvəyi, dağ-qara 

və şabalıdı müxtəlif çəmən torpaqlarını göstərmək olar. Bu torpaqlar öz 

mənşəyinə, kimyəvi tərkibinə, morfoloji əlamətlərinə görə də bir-birindən 

fərqlənir. Buna görə də torpaqlarda eroziya prosesləri müxtəlif intensivlikdə gedir. 

Lakin sahədə tropağın tipindən asılı olmayaarq bitki örtüyü torpağın eroziyaya 

qarşı davamlılığına böyük təsir göstərir. Bu onunla aydınlaşdırılır ki, bitkilərin 

yerüstü hissəsi düşən yağmurların bir hissəsini özündəı saxlayır və səthə düşən 

yağmuralrın dağıdıcı qüvvəsi çox da yüksək olmayır. Bitkilərin yeraltı hissəsi, yəni 

kökləri torpaq hissəciklərini bağlayaraq onu yuyulub dağılmaqdan mühafizə edir. 

Dağ-meşə torpaqalrı eroziyaya qarşı yaxşı davamlı olub 3-5 mm böyüklükdə 

olan hər bir aqreqatın dağılmasına 3-4 litrə qədər su tələb edir. 

Torpağın  yuyulub dağılması müddəti onun əkin qatının qalınlığından asılıdır. 

Yuxa torpaqlarda bu proses sürətlə gedir, qalın torpaqlarda isə uzun müddət davam 

edir. 

Azərbaycanda torpaq eroziyasına qarşı mübarizəyə dağlıq rayonlarda daha ciddi 



fikir verilməlidir. Dağ rayonlarında eroziyaya qarşı mübarizə  torpağı pozulub 

dağılmaqdan mühafizə edir və aran rayonlarının su rejiminə müsbət təsir göstərir.  

    

2.5.Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında ekoloji 

gərginlik yaradan səbəblər. Ümumiyyətlə, Balakən-Katex ekogeokimyəvi rayonu 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə