Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

68 

 

 



 

 

 



 

 

 



                                                                                                               

    1 


     2  

     3 


        4 

      5 


     6 

     7 


     8 

     9 


   7. 

0-15 


15-35 

32-68 


68-90 

90-114 


     3,7 

     4,0 

     4,2 

     4,4 

     4,4 

     3,86 

     3,48 

     2,77 

     1,90 

     5,89 

    6,9 

    7,0 


    7,0 

    7,1 


    7,1 

1,28 


3,02 

3,65 


3,89 

4,20 


36,50 

35,70 


38,20 

39,00 


36,50 

10,36 


11,24 

11,89 


12,18 

12,25 


36,64 

39,72 


40,54 

41,54 


41,82 

   8. 

0-4 


4-38 

38-68 


68-98 

98-105 


     3,4 

     5,0 

     5,2 

     5,4 

     5,4 

     3,97 

     2,61 

     2,03 

     1,28 

     0,76 

    6,8 

    6,8 


    7,0 

    7,2 


    7,2 

4,32 


9,05 

11,75 


12,00 

12,08 


45,60 

30,30 


32,20 

31,40 


28,20 

10,34 


10,28 

20,45 


21,10 

21,69 


35,70 

53,12 


55,88 

56,40 


56,95 

 

 



      

Çimli dağəmətorpaqları respublikamızın yüksək dağlıq ərazilərin subalp 

qurşağında çox geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli dağ-çəmən torpaqları 

dağ meşələri ilə alp çəmənləri arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz 

silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dubrar dağına qədər 

uzanır. Çimli dağ-çəmən torpaqların yayıldığı sahələr dik və bəzən uçurumlu 

olduğu üçün bu torpaqlar ancaq suayrıcı boyu inkişaf edərək dağ düzənliklərinin 

səthində geniş örtük yaradır. Baş Qafqaz silsiləsindən şimala isə bu torpaqlar vahid 

zona təşkil edir. Bazardüzü-Şahdağ-Böyük Süval istiqamətində yüksək dağlıq 

ə

razinin genişlənməsi və əlverişli iqlim şəraiti şimal-qərb istiqamətində çimli 



dağçəmən torpaqlarının tutduğu ərazilərin genişlənməsinə səbəb olur.    

Azərbaycanın digər yerlərindən fərqli olaraq Böyük Qafqazın şimal-şərq 

yamaclarında, xüsusilə Şahdağ və Suval dağları arasında dağ-çəmən torpaqlarının 

aşağı sərhəddi 1800 m mütləq yüksəkliyə kimi enir, 2000-2200 m yüksəklikdə olan 

termik şəraitin meşə bitkiləri üçün əlverişli olması buna başlıca səbəbdir .     

Ə

razinin ot örtüyü taxılkimilər və müxtəlif otlu çəmən bitkilərindən ibarətdir. 



Torpaqəmələgətirici süxurlar kimi turş vulkanik və aşınmanın elüvial məhsulları 

böyük rol oynayır. 

    Subalp çəmənlərinin yayıldığı yüksək dağlıq zona üçün rütubətlənmə və ərazinin 

kifayət qədər parçalanması torpaqları yuyucu rejim şəraitində inkişaf etdirir. 

Tədqiqatlar zamanı alınan nəticələrə əsasən torpaqların morfoloji quruluşunun 

ümumiləşdirilmiş xarakteristikasını versək görərik ki, bu torpaqların profili çox da 

qalın olmayıb çox hallarda 60-70 sm-dən artıq olmur. Torpaqların profilinə nəzər 

salsaq onların genetik qatlarını aydın seçmək olar. Sanki ―hörülmüş

‖ 5-7 sm 

qalınlığında olan çim qatının olması bu torpaqlar üçün səciyyəvi 

xüsusiyyətlərindəndir. Torpaqların bitki örtüyündə taxılkimilər fitosenozunun 



69 

 

inkişafı bir çox hallarda çim qatının nisbətən yumşaq olmasına səbəb olur. Çimli 



dağ-çəmən torpaqlarında bitki kökləri və çürüntülü maddələrin zənginliyi 

torpaqların tündlüyünə və humuslu akkumlyativ horizontunun kəsim zamanı aydın 

seçilməsi ilə müşahidə olunur. Ümumi morfoloji təsirə nəzər salsaq görərik ki, 

aşınma və eroziya proseslərinin intensivliyindən asılı olaraq bütün profil iri qum və 

çınqıllı olur. Bu xarakter təsvir edilən torpaqların ən xarakterik xüsusiyyətlərindən 

biridir. Çimli dağ-çəmən torpaqlarının tipik növlərində karbonatlılıq yoxdur və 

onların dərinliyə qədər yuyulması müşahidə olunur. Təsvir olunan torpaqların 

profili qranulometrik tərkibinə görə fərqlənir. Profildə qleyləşmə əlamətləri 

müşahidə olunur . 

    Dağ-çəmən torpaqları qeyd etdiyimiz kimi humusla zəngin olur. Torpaqların 

üst qatında humusun miqdarı 8,0-14,0% təşkil edir və dərinliyə getdikcə onun 

miqdarı kifayət qədər azalır. Əksər halda 50-60 sm dərinlikdən sonra humusun 

miqdarı 1,7-2,4% dən çox olmur. Təsvir olunan torpaqlarda ümumi azotun miqdarı 

humusun miqdarına uyğun olaraq yüksəlir. Torpaqların üst qatında onun orta 

miqdarı 0,48-0,76% təşkil edir. Çimli dağ çəmən torpaqlarında üzvi qalıqlar daha 

dərindən parçalanır. Bu qənaətə torpaqlarda humusun azota (C/N) olan nisbətinin 

böyük hüdudda dəyişməsindən gəlmək olur. Çimli dağ-çəmən torpaqlarının udma 

tutumu yüksəkdir. Həmin torpaqların üst qatında onun göstəricisi 45,5-50,10 

mqekv t’.kil edir . Ca

2+ 


və Mg

2+ 


udulmuş əsasların cəmində üstünlük təşkil 

edir. Tərkibində hidrogen və aluminium olmaması səbəbindən torpaqlar zəif 

doymamışdır. 

    Torpaq məhlulunun reaksiyası zəif turş və turşdur. pH göstəricisinin bir qədər 

yüksək olması çimli qatda kül elementlərinin çoxluğu ilə izah edilir. Qranulometrik 

tərkibinə görə çimli dağ-çəmən torpaqları əsasən çınqıllı, orta və yüngül 

gillicəlidir. Torpaqların üst qatında lil fraksiyası 10,3-21,6% dən artıq olmur, fiziki 

gil isə 36,9-56,7% arasında tərəddüd edir (cədvəl). Bunun səbəbi dağ süxurlarının 

kobud aşınma materiallarının və qravitasiya proseslərinin intensiv inkişafı ilə 

ə

laqədardır [8]. Hal-hazırda çimli dağ-çəmən torpaqları əsasən yay otlaqları və 



biçənəklər üçün istifadə olunur. Əlverişli su-fiziki xassələr və sıx ot örtüyü 

göstərilən torpaqların səthində səth axınlarının yaranması və eroziya proseslərinin 

inkişafına mane olur. 

    Qaramtıl dağəmətorpaqları subalp çəmənləri torpaqlarının aşağı hissəsini 

ə

hatə edir. Böyük Qafqaz vilayətində bu torpaqların aşağı sərhəddi dəniz 



səviyyəsindən 1800-2000 m yüksəklikdən keçir. Qaramtıl dağ-çəmən torpaqlarının 

yayıldığı ərazilər üçün relyefin daha sakit forması səciyyəvidir. Böyük Qafqazda 

və Yan silsilənin dağarası depressiyalarında, bəzi hallarda (Yan silsilədə) suayrıcı 

yaylalarda inkişaf edərək yayılmışdır. Əsas etibarı ilə bu torpaqlar yuyucu rejim 

şə

raitində əhəngdaşı qumlucalar və karbonatlı gillicələrin aşınma qabığı üzərində 



formalaşır. Kalsium karbonatla zəngin süxurların üzərində yayıldığı üçün bu 

torpaqların profilində karbonatlar ayrı-ayrı ocaqlar şəklində yayılır, yaxud nisbətən 

aşağı qatlarda ağ karbonatlı ləkələrlə müşahidə olunur. 

     Qaramtıl dağ-çəmən torpaqlarında taxılkimilər, cır yulaf və nazikgövdə kimi 

çim yaradan bitkilərin üstünlük təşkil etməsi torpaqlarda qalın çim qatının 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə