70
yaranması üçün əlverişli şərait yaradır. Onu da qeyd edək ki, qaramtıl torpaqların
çim qatı ilə çimli dağ-çəmən torpaqların çim qatları bir-birindən müəyyən qədər
fərqlənir. Çimli dağ-çəmən torpaqlarında çim qatı 8-10 sm-dirsə, qaramtıl
torpaqlarda bu qat 15-20 sm arasında tərəddüd üdir. Bu səbəbdən də qaramtıl
dağçəmən torpaqlarında bitki kökləri 30-35 sm dərinliyədək daxil olur və maddələr
mübadiləsinin, eləcə də çim qatında kül elementlərinin daha çox toplanmasına
ə
lverişli şərait yaradır. Bitki örtüyü daha gur və sıx inkişaf etdiyi üçün qaramtıl
torpaqların yayıldığı ərazilərdə ümumi fitokütlənin miqdarı çimli dağ-çəmən
torpaqlarının yayıldığı sahələrə nisbətən yüksəkdir (391-489 t/ha). Bitkilərin yeraltı
kütləsi yerüstü kütlədən 10-11 dəfə çoxdur. Torpaq səthinə daxil olan töküntülərin
ə
sas hissəsi surətlə parçalandığı üçün səthdə demək olar ki, döşənək əmələ gəlmir.
Bioiqlim şəraiti ilə əlaqədar olaraq torpaqlarda humifikasiya prosesi
qənaətbəxş şəkildə gedir. Təsvir edilən torpaqların üst qatında humusun miqdarı
10-16%, azotun miqdarı 0,51-0,78% təşkil edir. C/N nisbəti 7-9-dan yüksək
deyildir. Bu da torpaqlarda üzvi qalıqların yüksək parçalanmasından xəbər verir.
Təsvir edilən torpaqlarda mühitin reaksiyası adətən zəif turş, bəzi hallarda isə
neytrala yaxın olur. pH-ın qiyməti isə 6,0-6,6 arasında tərəddüd edir. Profilin orta
hissələrində mübadilə olunan hidrogenin nisbətən çox olması ilə əlaqədar olaraq
mühitin turşluğunun artması müşahidə olunur.
Qaramtıl dağ-çəmən torpaqları qranulometrik tərkibinə görə orta və ağır
gillicəli olur. Həmçinin torpaqların qranulometrik tərkibində lil və xırda toz
hissəcikləri üstünlük təşkil edir. Götürülmüş kəsimlərin qranulometrik tərkibə görə
analizinin nəticələrinə əsasən torpağın dərin qatlarına nisbətən üst qatlarında lil
hissəciklərinin miqdarı azalmışdır -9-20%, fiziki gilin miqdarı isə 52-58 % təşkil
edir. Aşağı qatlara doğru onun miqdarı artır, orta qatlarda zəif gilləşmə əlamətləri
müşahidə olunur. Aqroistehsalat baxımından qaramtıl dağ-çəmən torpaqları yüksək
məhsuldar yay otlaq sahələrinə aid edilir və əsasən örüş və biçənək sahəsi kimi
istifadə olunur.
3.2.Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində dağıdıcı təbiət
hadisələri və onların təsnifatı.
Təbii fövqaladə halların təsnifatı. Aparılan tədqiqatların elmi baxımdan yaxsı
dərk olunmasında oyrənilən hadisələrin təsnifatının aparılması əsas mərhələlərdən
biri sayılır. TFH haqqında movcud təsəvvurlərin sistemləsdirilməsi və onlara qarsı
mubarizə islərinin yungulləsdirilməsi ucun bu problemin ayrı-ayrı tədqiqatзılar
tərəfindən təzahurlərin müxtəlif təsnifatları verilmis və bu proses indi də davam
edir.
TFH-nin formalaşmasını və zərərli təsirini sərtləndirən əsas amillərdən asılı
olaraq, coxlu sayda buna oxsar təsnifatlar islənib hazırlanmısdır. Lakin bir qayda
olaraq hər bir təklif olunmus təsnifat butun TFH-nin məcmusunu deyil, yalnız
onun bir-iki novlərini əhatə etmisdir. Ona gorədə butun əraziləri əhatə edən TFH-
nin umumi əlamətlərini özundə birləsdirən vahid təsnifat hazırlanmalıdır. Bu
təsnifat ayrı-ayrı TFH-nin yaranmasına təsir gostərən amillərin muxtəlifliyinin
nəzərə alınmaqla, yalnız hər hansı bir «dominant» əlamətlərin umumiləsdirilmsi və
71
fərqləndirilməsi zamanı mümkündür. Belə amilərin daha ətraflı səkildə
sistemləsdirilməsi ucun tədqiq olunan TFH-nin məqsədli təyinatından və
xarakterindən asılı olaraq təsnifatın muxtəlif Novlərinin islənib hazırlanması
məqsədəuygundur.
Butun TFH əksər hallarda xalq təsərrüfatının və təbii muhitinin tarazılıgını
pozur, mənfi iqtisadi nəticələrə səbəb olurlar. Bu ziyanın xarakteri TFH-nin fiziki
mahiyyətindən, mənşəyindən, cografi yayılmasından, eləcədə onların muəyyən
muddət ərzində inkisaf etməsindən və basa зatmasından asılı olaraq dəyisilir. Ona
gorə də K.Xyuit və L.Berton(1972) TFH-ni atmosfer, hidroloji, geoloji və bioloji
kimi 4 kateqoriyaya bolurlər. Bu cur təsnifat əsas etibarı ilə hec bir etiraza səbəb
olmasa da, TFH-nin dərin təhlili ucun cox sxematikdir. TFH-nin muxtəlifliyini
onun novlərinin məhdud sayına çatdırmaq cəhti bəzən dasqınları və qar uçqunlarını
geoloji qrupa daxil etməyə sərait yaratmısdır ki, bununla da razılasmaq olmaz.
TFH-nin əsaslandırılmıs səkildə dərk olunması, oyrənilməsi və proqnozlasdırılma
metodikasının təşkili ucun daha etibarlı vasitə onların sistemləsdirilməsidir. TFH
mahiyyətindən, xarakterindən, yaranmasından və zamanməkan daxilində
dəyisməsindən asılı olaraq elmi ədəbiyyatlarda ilk dəfə sistemləsdirib, təsnifatını
verənlər B.Ə.Budaqov,N.A.Babaxanov(1978) olmuslar. Muəlliflər TFH-nin
asagıdakı kimi sistemləsdirilməsini təklif edirlər.
Əvvala, butun TFH yerustu və yerdən kənar novlərə bölunurlər. Yerdən kənar
TFH kosmogen mənşəyə malik olub atmosferdə, yerustu TFH isəYer kurəsinin
cografi örtuyundə əmələ gəlirlər.
Tə
bii fə
lakə
t hadisə
lə
rinin sistemləş
dirilmə
si
Cədvəl 11
Tiplər
Törəmələrin şərtləri
Təbii dağıdıcı hadisələrin növləri və
təzahürlərin davamı:
1.Ani; 2.Saat,günlər; 3.Həftələr, aylar
Yerdən kənar baş
verən
Yer kürəsində baş
verən
Kosmik
Meteoroloji – iqlim
Hidroloji
Hidrometeoroloji və
geoloji-geomorfoloji
Buzlaq-meteoroloji
Meteoritlərin düşməsi 1.
Asteoridlərin düşməsi 2.
Kometalarla toqquşma 1.
Günəş fəallığı 1.
stilik 2. Quraqlıq 3. Qara yel 3. Tozlu tufan 2.
Qum yığımı 2. Qar yığımı 2. Boran 2. Qar
fırtınası 2. ldırım 1. Şiddətli külək 2. Fırtınalı
külək 2. Qasırğa 1. Tufan1. Şaxta 2. Güclü
ş
axta 2. Leysan 2. Çox davamlı yağış 3.
Dolu 2. Duman 2.
Güclü su basma 2. Daşqın 2. Su qasırğası 1.
Güclü dalğa 2.
Sel 2.
Buzlaq aşınması 1. Qar uçqunu 1. Buzlaqların
hərəkəti 3.