Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

62 

 

meylliyi  13  dərəcədən  yuxarı  olan  yamaclarda  terraslar  duzəldilə  bilər.  Yeri 



gəlmişkən  qeyd  edək  ki,  Respublikamızın  bəzi  dağ  rayonlarında  vaxtilə  layihə 

ə

sasında 1000 ha - ya yaxın dağ yamacları terraslaşdırılmışdır. Lakin bu terrasların 



az bir hissəsində meyvə bağları salındı. Əksər terraslar isə istifadəsiz qalıb yararsız 

hala düşür.  

Respublikamızda  şiddətli  dərəcədə  eroziyaya  uğramış  meşə  melorasiya 

tədbirlərinə ehtiyacı olan sahələr hazırda 60 000 ha–ra catır. Bu sahələrdə püstə və 

badamdan istifadə edib bağlar, meşə – bağların salınması meyvəçiliyin inkişafına 

kömək  edə  bilər.  Yaylaqlarda  torpağı  eroziyadan  mühafizə  etmək  üçün  otlaq 

sahələri sistemli istifadə edilməli, otarma norması və vahid sahədə otarılan mal – 

qaranın  sayı  normadan  artıq  olmamalıdır.  Bununla  yanaşı  otlaqlarda  eroziyaya 

qarşı  aşağıdakı  tədbirlər  həyata  keçirilməlidir.  Bu  tədbirlər  yerinə  yetirilərsə, 

topağın  yuyulmasının  qarşısı  alınar,  bitki  örtüyü  bərpa  olunar  və  otlaqların 

məhsuldarlığı  artar.  Torpağı  eroziyadan  mühafizə  işində  kənd,  su  və  meşə 

təsərrüfatları  kompleks  şəkildə  iştirak  etməlidir.  Respublikamızda  torpaqların  və 

kənd təsərrüfatı bitkilərinin radionuklidlərlə çirklənməsinin ekoloji problemlərinin 

həlli kompleks tədbirlərin görülməsini tələb edir. Bunlar aşağıdakılardan ibarətdir: 



1.  Aqrokimyəvi  tədbirlər.  Əkinçiliyin  kimyalaşdırılması  (torpağa  onun 

fiziki-kimyəvi  xassələrini  yaxşılaşdıran  və  onun  münbitliyini  artıran  gübrə  və 

meliorantların verilməsi) radionuklidlərin torpaqdan kənd təsərrüfatı bitkilərinə və 

sonra  da  heyvandarlıq  məhsullarına  daxil  olmasının  qarşısını  alan  ən  səmərəli 

vasitələrdən  biridir.  Mineral  gübrələrin  tətbiqi  nəticəsində  məhsulda 

radionuklidlərin  konsentarsiyasının  aşağı  düşməsi  bir  sıra  səbəblərlə  izah  edilə 

bilər: 

a.  Bitkinin  qida  şəraitinin  yaxşılaşması  nəticəsində  biokütləsinin  artması  və 

bununla da radionuklidlərin həcminin ümumi kütləyə nisbətdə azalması; 



b.  Torpaqda  mubadiləli  kationların,  ilk  növbədə  kalium  və  kalsium 

kationlarının konsentrasiyasının artması; 



c.  Radionuklid  ionları  ilə  torpağa  verilmiş  gübrələrin  (duzların)  ionların 

arasında  antoqonizmin  güclənməsi  və  nəticədə  bitki  tərəfindən  radionuklidlərin 

mənimsənilməsinin çətinləşməsi; 

d.  Mineral  gübrələrin  təsiri  altında  radionuklidlərin  bitki  tərəfindən  çətin 

mənimsənilən formalara transformasiya olunması. 

Üzvi gübrələrin tətbiqi də torpaqda radionuklidlərin toplanmasının və onların 

bitkiyə  keçməsinin  qarşısını  alır.  Üzvi  gübrələrin  səmərəliliyi  yüngül 

qranulometrik  tərkibli  torpaqlarda  özünü  daha  yaxşı  gostərir.  Belə  ki,  aşağı 

münbitli torpaqlarda yüksək dozada peyinin verilməsi taxıl və arpanın məhsulunda 

90-80%  azaldır.  Digər  kateqoriyadan  olan  təbii  və  suni  radionuklidlərin  üzvi  və 

mineral  gübrələrin  təsiri  altında  torpaq  və  bitkidə  azalmasına  dair  məlumatlar 

vardır. 

2.  Radionuklidlərlə  çirklənmiş  torpaqların  fitomeliorasiyası.  Məlum 

olduğu  kimi,  bir  sıra  təbii  və  kənd  təsərrüfatı  bitkiləri  kimyəvi  elementləri  və 

radionuklidləri  özündə  toplamaq  qabiliyyətinə  malikdir.  Bu  maddələrin  bitkidəki 

konsentrasiyası  torpaqdan,  adətən,  bir  neçə  dəfə  çox  olur.  Bunu  nəzərə  alaraq 




63 

 

bitkilərin  toplamaq  qabiliyyətindən  istifadə  etməklə  onların  vasitəsilə  (vegetasiya 



dövrünün sonunda sahədən çıxarılmaqla) torpaqların bioloji təmizlənməsini həyata 

keçirmək  mümkündür.  Bu  üsul  torpaqların  fitomeliorasiyası  adlanır.  Adətən,  bu 

tədbirlər  AES  qəzalarından  sonra  və  digər  səbəblərdən  müəyyən  ərazilərdə 

radionuklidlərlə çirklənmə baş verərkən tətbiq edilir. 

Radionuklidlərlə  çirklənmiş  torpaqların  ekoloji  problemlərinin  həllində 

aqrotexniki,  aqrokimyəvi,  fitomeliorativ  və  digər  tədbirlərin  əhəmiyyəti  Böyük 

olsa  da,  onların  ətraf  muhitdə  yayılmasına  qarşı  profilaktik  tədbirlərin  gorulməsi 

daha  önəmlidir.  Torpağın  vəziyyətini  dəyişdirən  antropogen  faktorların  və  dunya 

torpaq  sahələrinin  istifadəsinin  analizi,  Yerin  canlı  maddələrinin  əsasını,  surətlə 

artan dünya əhalisinin ərzaq məhsullarının əsas mənbəyi sayılan pedosferin təhlukə 

qarşısında  qaldığını  gostərir.  Pedosferin  deqradasiyası  dunyanın  ən  ciddi, 

uzunmuddətli  ekoloji  problemlərindən  biri  hesab  olunur,  cunki  Yerdə  həyatın 

movcudluğunu  təmin  edən  bu  sistemin  dağılması  geniş  miqyas  almışdır.  Nəzərə 

daha  tez  çarpan  ümumdunya  problemləri  də  movcuddur,  olduqca  kəskin  lokal 

problemlərə  də  rast  gəlinir  və  onlar  diqqəti  daha  cox  cəlb  edir.  Lakin  təəssuf  ki, 

pedosferin  deqradasiyası  hələ  layiqincə  qiymətləndirilmir.  Bu  baxımdan,  əsas 

narahatlıq  doğuran  kənd  təsərrüfatı  sahəsi  hesab  olunur.  Burada  vəziyyəti 

yaxşılaşdırmaq və baş verəcək bohranı müvəqqəti aradan qaldırmaq üçün gübrə və 

pestisidlərdən  istifadə  olunur, suni  suvarma  tətbiq  olunur  və  ya  yeni  maşınlardan 

istifadə olunur. 



Torpağın  rekultivasiyası.  Texniki  tərəqqi  əsrində,  dünyanın  bir  sıra 

ölkələrində  sənayenin  yüksək  inkişaf  etməsilə  əlaqədar  torpaq  örtüyünün 

pozulması, dağılması fəlakətli miqyas almışdır. Əvvəllər kənd təsərrüfatı bitkiləri 

becərilən  sahələr,  məhsuldar  meşələr,  çəmənlər,  otlaqlar  altında  olan  münbit 

torpaqların yerində karxanalar qazılmış, yararsız laylarla örtülmüş, yollar, borular 

salarkən dağıdılmışdır.  nsan fəaliyyəti ilə relyefi, hidroloji rejimi dəyişmiş, torpaq 

örtüyü dağılmış və çirklənmiş, bitki örtüyü məhv edilmişdir, belə yerlər pozulmuş 

sahələr adlanır. Bu zaman həm də sular və atmosfer də çirklənməyə  məruz qalır. 

Biosferin  təmizliyinə  xususilə  təhlükə  yaradan  mineral  xammal  istehsal  edən, 

tərkibində  bitki  və  heyvanat  aləmi  üçün  zəhərli  sayılan  sənaye  tullantıları  hesab 

edilir. 

Faydalı  qazıntıların  açıq  üsulla  çıxarılması  təbii  komplekslərə  kəskin  təsir 

göstərərək landşaftın komponentlərinin dəyişməsinə səbəb olur. Bu zaman torpaq 

örtüyü,  bitki  və  heyvanat  aləmi  pozulmaqla  yanaşı,  həm  də  litogen  əsas  dəyişir, 

yəni  landşaftın  morfoloji  hissələrinin  görunüşü  tamamilə  dəyişir.  Antropogen 

kompleks  sistemində  belə  ərazilər  «təbii  -  texnogen»,  yaxud  qısa  şəkildə 

«texnogen» landşaft  adlanır. Texnogen landşaftın digər antropogen landşaftlardan 

fərqi  texnikanın  və  istehsalın  ayrı-ayrı  texnologiyasının  təsiri  nəticəsində  dərin 

dəyişikliyə  uğramasıdır.  Qeyd  edək  ki,  texnikanın  təbii  ərazi  kompleksinə  təsiri 

musbət istiqamətə də yonəldilir. Ekoloji şəraitin yaxşılaşdırılması, landşaft və ətraf 

muhitin  optimallaşdırılması  istiqamətində  hidrotexniki  və  digər  muhəndis 

qurğularının yaradılması buna misal ola bilər. 




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə