339
deyil ki, mifik allahların hamısı Troya müharibəsi fonunda təqdim olunur.
Müharibədə qələbəni kimə vermək səlahiyyəti büt-miflərin
real gücünü
qullara anlatmaq üçün o zaman əsas arqument idi.
Beləliklə bütpərəstlik dövründə mifyaratma, ədəbi yaradıcılıq hələ
əsasən utilitar bir sahədir. Lakin eyni zamanda, mistikadan istifadənin
qaçılmaz surətdə həm hərbi, həm siyasi, həm də əxlaqi və iqtisadi sahədə
istifadəsi cəhdlərinin sürətlə dərinləşməsini əks etdirirdi. Süjetlərdə baş
verən hadisələr isə müəlliflərin özü tərəfindən
də gerçək olaraq baş vermiş
maddi hadisələrə
təqlid kimi,
reallığın variantı kimi təsəvvür edilirdi. Bu
təqlid mifik allahların real gücünü, əsas səbəbiyyət başlanğıcı olduğunu
təsdiqləməli və gözü bağlı qullara da izah etməli idi. Yəni ədəbi-mifoloji
sözün və variantın mistikliyi artırdı. Kitab mədəniyyətinin, mifologiyanın
fərdi yaradıcılıq yolu ilə genişlənməsi dünyanın süjetlərdə və kitablarda
yaradılan mənzərəsinə inamım mistik dərinliyini və daha çox adamları
əhatə etmək dairəsini genişləndirirdi.
2.
Təkallahlıq dövründə söz obrazın mistikliyi mütləqləşir, mifi
utilitar mənimsəməyə ondan qeyri-utilitar qorxu da əlavə olunur. Makedo-
niyalı İsgəndərin dünyanı istila
etməsi Vahid ümumdünya müharibə
allahı ideyasını reallıq kimi ortaya qoydu. Tayfa mifləri nümunəvi tayfa
döyüşçüsü barədə idi. Çoxtayfalı imperiya dövlətlər yarananda isə
imperiyanın vahid Allahı onların nümunəvi döyüşçüsünə çevrildi və bu,
Aleksandrın öz simasında təsəvvür olundu.
Monoteizm tayfa əcdadını universal səbəbə və başlanğıca, hər şeyin
yaradıcısına çevirdi. Böyük tayfa çoxluqlarının və dövlətlərin bütü olan
vahid Allah siyasətçilər üçün utilitar alət olaraq qaldı. Amma qullar
kütləsi və mülkiyyətsiz azad adamlar üçün
tək Allah mütləq mülkiyyətçi
oldu və insanların canının yiyəsi və yaradıcısı, Qiyamət günündə son
hakim oldu. İnsanlar yaranışa görə ona sitayiş etməyə və ondan qorxmağa
başladılar. Allah xofu kimi təbliğ olunan əxlaq müasir dünyəvi qanunların
ilk forması oldu və müqəddəs kitablarda əksini tapdı. Panteizmdə isə
Allah təbiətlə eyniləşdi, çünki bu halda dünyanın onun tərəfindən
yaradılmasını izah etmək və anlatmaq rahat olurdu.
İmperiya və dünya mifi kimi təbliğ olunan vahid Allahın kultu dün-
yanın böyük ərazilərində mərkəzdən idarə olunan siyasi təsisata çevrildi.
Sosial qanunların ədalətli olduğu onların Allahla əlaqəsi ilə əsaslandırıl-
mağa başladı. Dini ədəbiyyatın utilitar qanadı müstəqil saray ədəbiyyatı-
na, hökmdarlara xidmət edən ədəbiyyata çevrildi.
Vahid Allaha aid ədə-
biyyat isə xalis monoteist mətn mədəniyyətinə çevrildi. Onun ilk nümunə-
ləri Bibliyada Davud peyğəmbərin allah haqqında nəğmələridir. Lakin
Bibliyada əcdad-qəhrəmanlar haqqında bir çox tayfa süjetləri, təmsillər və
340
pritçalar və s. ədəbi süjetlər var idi. Məhz bunlar sonralar monoteist dini
ədəbiyyatın əsası oldu. Xristian və müsəlman ədəbi ənənəsi də əslində
Bibliya mətnlərindən ayrılmazdır.
Monoteist dini ədəbiyyat süjetyaratmanı ləngitdi, onu Bibliya ilə
məhdudlaşdırdı. Yunan mifoloji ənənəsində isə süjetyaratma
sərbəstliyi
daha yüksək idi. İntibah dövründə ədəbi yaradıcılıq yenidən antik dövrün
sərbəst süjetyaratma bazasına qayıtdı. Dini ədəbiyyat kimi monoteist
variantyaratmanın əsas özəlliyi onun bütpərəstlik dövründə məlum olma-
yan Allah xofunun təbliğatçısına çevrilməsi idi. Dini ədəbiyyat bu qorxu-
nu təbliğ edən və möhkəmləndirən bir alət idi. Bunun üçün ədəbiyyatda
istifadə olunan bütün süjetlər vahid Allah mifinə bağlandı, onun variantla-
rı və formaları oldu. Bu monoteist ədəbi mədəniyyəti yunan ədəbi mətnlə-
rinə nisbətən yoxsullaşdırdı. Təqlid, ehkam, nəzirə monoteist dini ədəbiy-
yatın əsas prinsipləri oldu.
Lakin monoteizm dövrü sözün mistik gücünü nəinki azaltmadı,
hətta ən yüksək səviyyəyə çatdırdı. Müqəddəs kitabların
Allahdan gəlmə
yazı olması barədə təlim ortaya gələndən sonra dünya müqəddəs kitablar
vasitəsi ilə və onların ehkamları mövqeyindən idarə olunmağa başladı.
İncil və Quran Allahın sinonimi oldu. Sonralar maarifçi ateizm nümayən-
dələri bu dövrü mistisizm dövrü adlandırdılar. Xristian ehkamında söz
Allahın ayrılmaz atributu adlandı. İslamda isə Quranın mətni insan ağlının
heç zaman dərk edə bilməyəcəyi mistik həqiqətlər daşıyıcısı hesab edildi
və onun tərcüməsi belə qeyri mümkün sayılaraq qadağan edildi.
Ədəbi kitabyaratma monoteizmdə nə qədər mistik bir fəaliyyət kimi
təsəvvür edilsə də, bu işlə məşğul olan adamlar real dünyəvi bir hakimiy-
yət də qazanırdılar. Bu onların Allahın katibi
olmaq peşəsinin yüksək so-
sial statusunu yaratdı. Yazıcı və şairlik monoteizm dövründə də öz maddi
ehtiyaclarının ödənməsi üsulu kimi, mənəvi özünütəsdiq üsulu kimi qal-
mağa davam etdi. Ona görə dini ədəbiyyata xidmət edən şairlər də ikili
fəaliyyətlə məşğul idilər: rəsmən onlar allah xidmətçisi və təbliğatçısı
idilər. Qeyri rəsmi olaraq isə sözün monoteist cəmiyyətdə yaratdığı mistik
hakimiyyətin daşıyıcısı idilər.
Dini monoteist ədəbiyyatın müəllifləri bəlkə özlərindən sonra heç
kəsin malik olmadığı dünyəvi nüfuz qazandılar. Bu nüfuz bir tərəfdən,
cəmiyyətdə həyat uğrunda, maddi dolanışıq uğrunda mübarizənin bir şəkli
oldu, digər tərəfdən isə kollektivlərdə müəyyən
hakimiyyət yaradan və
özünütəsdiq verən sosial amilə çevrildi. Nəticədə müəllifin cəmiyyətə və
dünyaya aktiv fərdi münasibəti dini ədəbiyyat müəllifliyinin içində də
həmişə nisbi şəkildə yaşadı. Bu dini ədəbiyyatın da nisbi bir sosial və