334
və Akkad dövründən gələn tərcümədən danışırlar. Lakin bu dəqiq deyildir.
Sənaye inqilablarına qədər indiki tərcümə anlayışı yox idi, bu funksiyanı
icra
edənlər isə şərhçilər, izah edənlər sayılırdılar. Ona görə antik
mənbələrdə tərcüməçi anlayışı
şərhçi anlayışı ilə bildirilirdi. Avropa
dillərində tərcümə mənasını verən termin-sözlərin hamısının ilkin mənası
izah və şərh, anlamağa kömək mənasına gəlir (transleyt). Ona görə milli
ədəbi dillərin formalaşdığı intibah dövrünə qədər tərcümə və təbdil
təxminən eyni iş olmuşdur. Bu xüsusiyyət hətta intibah dövründən sonra
da özünü göstərirdi. İntibah dövründə Qədim yunan ədəbiyyatının milli
dillərə tərcümələri yunan süjetlərinin milli ədəbiyyatlarda
geniş təbdil
edilməsi ilə müşayiət olunurdu. Başqa misal: XVI-XVIII əsrlərdə Fransa-
da çevrilən əsərlərin bir qayda olaraq Fransa mühitinə uyğunlaşdırılaraq
təbdili və klassisizmə uyğunlaşdırılması prosesi baş verirdi. Bu təbdilin
bütün xalqların ədəbiyyat tarixi üçün universal variantyaratma üsulu
olduğunu təsdiqləyir.
Tərcümənin bir sənət kimi tarixi isə monoteizm ilə bağlıdır. Bibliya
cavan milli Avropa dillərinə tərcümə ediləndə hərfi
dəqiqliyə xüsusi
əhəmiyyət verilirdi. Bu xalqların tərcümə tarixi Bibliyanın ilk tərcümələri
ilə başlanır. Şübhəsiz ki, dilin mənşəyi barədə yeni nəzəriyyə bütün
tərcümə tarixinin də yenidən qurulmasına səbəb olacaqdır.
Tərcümə üçün variantın yaradıldığı dilin inkişafı az-çox kodun
(orijinalın) dilinə lüğət tərkibicə uyğun olmalıdır. Bu uyğunluğun olmadı-
ğı dövrlərdə, qədim yazılı dillərlə şifahi xalq dilləri arasında böyük uçu-
rum olduğu üçün kitab və əsərlər təbdil yolu ilə yayılırdı. Təbdildə cümlə-
cümlə uyğunluq axtarılmır. Lakin tərcümədə mətn cümlə və söz-söz digər
dildə ifadə edilir.
Çox güman ki, tərcümə ənənəsi müqəddəs mətn anlayışı
yaranandan sonra, bu mətnlərin digər dildə, ləhcədə dəqiqi ifadəsi zərurət
kimi ortaya çıxandan sonra yaranmışdır. Antik mənbələrdə Bibliyanın
yeni eradan əvvəl 285-260-cı illərə aid edilən yunancaya tərcüməsi xüsusi
rəsmi kahinlər heyəti qarşısında cümlə-cümlə şifahi oxunur və mənaların
düzlüyü müzakirə yolu ilə dəqiqləşdirilirdi.
Məhz müqəddəs dini mətndəki sözlərin dəqiq ifadəsi tələbi müqəd-
dəs kitablardakı termin və adların tərcümə zamanı kütləvi
surətdə cavan
ləhcələrə gətirilib işlədilməsi ilə nəticələnmişdir. Termin xarakterli dini
sözlərin çevrilmədən işlədilməsi müqəddəs mətnlərin tərcüməsindən
gəlmədir. Qədim tərcümələr də yəqin ki, hələ təbdilə yaxın olmuşdur, yəni
mətnlərin müəyyən ərazilərdə şifahi işlənən leksikaya uyğunlaşdırılmış
variantı olmuşdur. Çünki müəyyən regionlarda qədim dillər eyni yazılı dil
bazasına əsaslanırdı. Belə halda tərcümə ancaq sözlərin 15-30 faizinin
yeni oxucuların işlətdiyi ləhcəyə uyğunlaşdırılmasından ibrət olurdu.
335
Ləhcə sözü də məhz yazı sözlərinin tələffüz
fərqlərini nəzərdə tutur və
mütləq orijinal dil anlayışından çox uzaqdır.
Janr yaddaşından istifadə ədəbi variantyaratmada mühüm rol
oynayır. Ədəbi əsərin yaradılması bir qayda olaraq janr şablonlarına əsa-
sən baş verir. Dram və ya hekayə yazan yazıçı ömrü boyu bu janrlarda
oxuduğu əsərlərin öz yaddaşındakı izlərindən və qalıqlarından mətnqurma
materialı kimi istifadə edir. Deyirlər hər böyük ədəbi əsərin
özündən əvvəl
də bir variantı olur. Bu şübhəsiz ki, janr yaddaşından istifadənin yaradıcılıq
prosesindəki mühüm roluna işarədir. Məsələn, L.Tolstoyun “Anna Karenina”
əsərinin Q.Floberin “Madam Bovari” romanının təsiri ilə yazıldığı deyilir.
Roman və poema janrlarının qədim tarixi onlarının müxtəlif janr
şablonlarının və tarixi tiplərinin yaranması ilə nəticələnmişdir.
Süjet yaddaşından istifadə də ədəbi variantyaratmada mühüm rol
oynayır. Şərq və Qərb klassisizmində süjetlərin təqlid obyekti kimi
götürülməsi adi bir hal idi. Şərqdə Leyli və Məcnunlar,
Yusif və Züleyxa-
lar əsas süjet kimi çıxış edir və məhz onların yenidən işlənməsi həqiqi
sənətkarlıq sayılırdı.
Realizm epoxasında süjet seçmə azad bir seçimə çevrilsə də, hər
xalqın ədəbi prosesinin müəyyən dövründə dəbdə olan süjet və fabulaların
işlənməsi diqqəti cəlb edir. Ona görə də süjet yaddaşından istifadənin
yaradıcı prinsip kimi müasir ədəbiyyatda da davam etdiyi mübahisə
doğurmur. Mifoloji ədəbiyyatşünaslıq məktəbinin nümayəndələri hətta
ədəbiyyatların tarixini süjetlərin tarixi kimi sistemləşdirməyə çalışırdılar.
Hollivud ssenarilərində hər janrın öz süjet şablonları formalaşıb və
ssenari boyu bu şablonlar bir-birini əvəz edir. Süjet yaddaşı bir qayda
olaraq müəyyən vəziyyətlərin təkrarı ilə bağlı olur. Məsələn detektivlərdə
silahın
cinayətkara təslim edilməsi, girovluq vəziyyəti belədir. Diqqət
edilsə klassik dramaturgiyanın da öz süjet şablonları olmuşdur. Servantes
isə “Don Kixot” romanında cəngavər romanlarının süjet şablonlarını köh-
nəlmiş və gərəksiz bir şey kimi lağa qoymuşdur. M.F.Axundovun maarifçi
pyeslərinin hamısının sonluğu rus müstəmləkə orqanlarının konflikti həll
etməsi ilə bitir. Hİnd filmlərində isə həqiqəti ancaq məhkəmə epizodu
təsdiqləyir.
Ədəbi forma yaddaşından istifadə daha çox poetik yaradıcılıq
sahələrinə aiddir. Poetik formanın qafiyə, ritm, vəzn,
bənd quruluşu, ovqat
və s. formal əlamətləri xüsusilə ilk yaradıcılıq dövrlərində ədəbi gənclik
tərəfindən istifadə olunur. Orta əsr şərq qəzəliyyatında eyni qafiyələrdən
istifadə edilməsi buna gözəl misaldır: burada şairlik az qala məlum qafi-
yələri yenidən işlətmək kimi təsəvvür olunurdu. XX əsrin 20-30-cu