Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə130/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   126   127   128   129   130   131   132   133   ...   137

 
334
və Akkad dövründən gələn tərcümədən danışırlar. Lakin bu dəqiq deyildir. 
Sənaye inqilablarına qədər indiki tərcümə anlayışı yox idi, bu funksiyanı 
icra edənlər isə  şərhçilər, izah edənlər sayılırdılar. Ona görə antik 
mənbələrdə  tərcüməçi anlayışı  şərhçi anlayışı ilə bildirilirdi. Avropa 
dillərində tərcümə mənasını verən termin-sözlərin hamısının ilkin mənası 
izah və şərh, anlamağa kömək mənasına gəlir (transleyt). Ona görə milli 
ədəbi dillərin formalaşdığı intibah dövrünə  qədər tərcümə  və  təbdil 
təxminən eyni iş olmuşdur. Bu xüsusiyyət hətta intibah dövründən sonra 
da özünü göstərirdi.  İntibah dövründə  Qədim yunan ədəbiyyatının milli 
dillərə  tərcümələri yunan süjetlərinin milli ədəbiyyatlarda geniş  təbdil 
edilməsi ilə müşayiət olunurdu. Başqa misal: XVI-XVIII əsrlərdə Fransa-
da çevrilən  əsərlərin bir qayda olaraq Fransa mühitinə uyğunlaşdırılaraq 
təbdili və klassisizmə uyğunlaşdırılması prosesi baş verirdi. Bu təbdilin 
bütün xalqların  ədəbiyyat tarixi üçün universal variantyaratma üsulu 
olduğunu təsdiqləyir. 
Tərcümənin bir sənət kimi tarixi isə monoteizm ilə bağlıdır. Bibliya 
cavan milli Avropa dillərinə  tərcümə ediləndə  hərfi dəqiqliyə xüsusi 
əhəmiyyət verilirdi. Bu xalqların tərcümə tarixi Bibliyanın ilk tərcümələri 
ilə başlanır.  Şübhəsiz ki, dilin mənşəyi barədə yeni nəzəriyyə bütün 
tərcümə tarixinin də yenidən qurulmasına səbəb olacaqdır. 
Tərcümə üçün variantın yaradıldığı dilin inkişafı az-çox kodun 
(orijinalın) dilinə lüğət tərkibicə uyğun olmalıdır. Bu uyğunluğun olmadı-
ğı dövrlərdə, qədim yazılı dillərlə şifahi xalq dilləri arasında böyük uçu-
rum olduğu üçün kitab və əsərlər təbdil yolu ilə yayılırdı. Təbdildə cümlə-
cümlə uyğunluq axtarılmır. Lakin tərcümədə mətn cümlə və söz-söz digər 
dildə ifadə edilir. Çox güman ki, tərcümə ənənəsi müqəddəs mətn anlayışı 
yaranandan sonra, bu mətnlərin digər dildə, ləhcədə dəqiqi ifadəsi zərurət 
kimi ortaya çıxandan sonra yaranmışdır. Antik mənbələrdə Bibliyanın 
yeni eradan əvvəl 285-260-cı illərə aid edilən yunancaya tərcüməsi xüsusi 
rəsmi kahinlər heyəti qarşısında cümlə-cümlə şifahi oxunur və mənaların 
düzlüyü müzakirə yolu ilə dəqiqləşdirilirdi. 
Məhz müqəddəs dini mətndəki sözlərin dəqiq ifadəsi tələbi müqəd-
dəs kitablardakı termin və adların tərcümə zamanı kütləvi surətdə cavan 
ləhcələrə  gətirilib işlədilməsi ilə  nəticələnmişdir. Termin xarakterli dini 
sözlərin çevrilmədən işlədilməsi müqəddəs mətnlərin tərcüməsindən 
gəlmədir. Qədim tərcümələr də yəqin ki, hələ təbdilə yaxın olmuşdur, yəni 
mətnlərin müəyyən  ərazilərdə  şifahi işlənən leksikaya uyğunlaşdırılmış 
variantı olmuşdur. Çünki müəyyən regionlarda qədim dillər eyni yazılı dil 
bazasına  əsaslanırdı. Belə halda tərcümə ancaq sözlərin 15-30 faizinin 
yeni oxucuların işlətdiyi ləhcəyə uyğunlaşdırılmasından ibrət olurdu. 


 
335
Ləhcə sözü də  məhz yazı sözlərinin tələffüz fərqlərini nəzərdə tutur və 
mütləq orijinal dil anlayışından çox uzaqdır. 
 Janr yaddaşından istifadə  ədəbi variantyaratmada mühüm rol 
oynayır. Ədəbi əsərin yaradılması bir qayda olaraq janr şablonlarına əsa-
sən baş  verir.  Dram  və ya hekayə yazan yazıçı ömrü boyu bu janrlarda 
oxuduğu əsərlərin öz yaddaşındakı izlərindən və qalıqlarından mətnqurma 
materialı kimi istifadə edir. Deyirlər hər böyük ədəbi əsərin özündən əvvəl 
də bir variantı olur. Bu şübhəsiz ki, janr yaddaşından istifadənin yaradıcılıq 
prosesindəki mühüm roluna işarədir. Məsələn, L.Tolstoyun “Anna Karenina” 
əsərinin Q.Floberin “Madam Bovari” romanının təsiri ilə yazıldığı deyilir. 
Roman və poema janrlarının qədim tarixi onlarının müxtəlif janr 
şablonlarının və tarixi tiplərinin yaranması ilə nəticələnmişdir. 
Süjet yaddaşından istifadə də ədəbi variantyaratmada mühüm rol 
oynayır.  Şərq və  Qərb klassisizmində süjetlərin təqlid obyekti kimi 
götürülməsi adi bir hal idi. Şərqdə Leyli və Məcnunlar, Yusif və Züleyxa-
lar  əsas süjet kimi çıxış edir və  məhz onların yenidən işlənməsi həqiqi 
sənətkarlıq sayılırdı. 
Realizm epoxasında süjet seçmə azad bir seçimə çevrilsə  də, hər 
xalqın ədəbi prosesinin müəyyən dövründə dəbdə olan süjet və fabulaların 
işlənməsi diqqəti cəlb edir. Ona görə  də süjet yaddaşından istifadənin 
yaradıcı prinsip kimi müasir ədəbiyyatda da davam etdiyi mübahisə 
doğurmur. Mifoloji ədəbiyyatşünaslıq məktəbinin nümayəndələri hətta 
ədəbiyyatların tarixini süjetlərin tarixi kimi sistemləşdirməyə çalışırdılar. 
Hollivud ssenarilərində hər janrın öz süjet şablonları formalaşıb və 
ssenari boyu bu şablonlar bir-birini əvəz edir. Süjet yaddaşı bir qayda 
olaraq müəyyən vəziyyətlərin təkrarı ilə bağlı olur. Məsələn detektivlərdə 
silahın cinayətkara təslim edilməsi, girovluq vəziyyəti belədir. Diqqət 
edilsə klassik dramaturgiyanın da öz süjet şablonları olmuşdur. Servantes 
isə “Don Kixot” romanında cəngavər romanlarının süjet şablonlarını köh-
nəlmiş və gərəksiz bir şey kimi lağa qoymuşdur. M.F.Axundovun maarifçi 
pyeslərinin hamısının sonluğu rus müstəmləkə orqanlarının konflikti həll 
etməsi ilə bitir. Hİnd filmlərində isə  həqiqəti ancaq məhkəmə epizodu 
təsdiqləyir. 
Ədəbi forma yaddaşından istifadə daha çox poetik yaradıcılıq 
sahələrinə aiddir. Poetik formanın qafiyə, ritm, vəzn, bənd quruluşu, ovqat 
və s. formal əlamətləri xüsusilə ilk yaradıcılıq dövrlərində  ədəbi gənclik 
tərəfindən istifadə olunur. Orta əsr  şərq qəzəliyyatında eyni qafiyələrdən 
istifadə edilməsi buna gözəl misaldır: burada şairlik az qala məlum qafi-
yələri yenidən işlətmək kimi təsəvvür olunurdu. XX əsrin 20-30-cu 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə