Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə127/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   123   124   125   126   127   128   129   130   ...   137

 
325
saray dilidir və onlardan istifadə edənlər şüurlu olaraq xalq dillərindən im-
tina edirlər.  Əslində belə deyildi: qədim yazılı dillərin hökmranlığı döv-
ründə xalq dilləri hələ ədəbi dilin əsası olacaq dərəcədə zəngin deyildi. 
Xalq dillərinin inkişafı sənaye inqilabları dövründə təhsilin və kitab 
çapının kütləviləşməsinin nəticəsi idi. Kütləvi ibtidai və orta təhsil 
insanların mətnləri  əzbərbilmə qabiliyyətini artırdı. Bu dil kodluğunun 
fərdi təfəkkür mərhələsinin təşəkkülü idi. Bu mətnyaratmanın keyfiyyətin-
də də özünü göstərdi. 
2.  İntibah dövründən sonra mətnyaratmada iki kodluq dövrü 
başladı. Birinci kod kitab mədəniyyəti və yaddaşı, ikinci kod isə müasir 
savadlı adamın fərdi  əzbər yaddaşı oldu. Fərdi yaddaş kodundan istifadə 
intibah dövründən sonra mətnyaratmada aparıcı oldu: xalq dili, fərdi 
üslub, folklordan istifadə, orijinallığın estetik meyara çevrilməsi, dil özəl-
liyi kimi estetik dəyərlər barədə təsəvvürlər yarandı və ədəbi yaradıcılığın 
əsası oldu. Süjet və dialoq ədəbi yaradıcılıqda əsas baza oldu və bunların 
hər ikisi mənbəcə fərdi əzbər yaddaşın fərdiliyini əks edirdi. 
Fərdi yaddaş kodunun ədəbi mətnyaratmada üstün mövqeyi roman-
tik estetika və nəzəriyyədə, bu nəzəriyyənin subyektivizmində öz təsdiqini 
tapdı. Romantiklərin subyektivizmi XIX əsrin ortalarından başlayaraq 
modernist nəzəriyyələrdə davam etdi: bu nəzəriyyələr  ədəbi yaradıcılıq 
üçün kitab mədəniyyətinin kodluq funksiyasını rədd edirdilər, danırdılar. 
Subyektiv təfəkkür kodunu mətnyaratmada yeganə  əsas kimi görürdülər. 
Lakin bu özünü aldatma idi: kitab kodu yaradıcı adamın özündən asılı 
olmadan onun mövzu, süjet, qəhrəman seçimini idarə edir. Kitabyaratma-
nın dərinliklərində isə təqlid stimulu həmişə qalır. 
 
 
6.4. Ədəbi kitabın, mətnin və nitqin variantlığı 
 
Mətn variantlığının psixoloji xüsusiyyətləri. Mətn yazanın mətnə 
qoymaq istədiyi informasiya yükü heç zaman mətnoxuyanın ondan 
götürdüyü informasiya yükünə bərabər deyil və heç bir halda bərabər ola 
bilməz. Bunun səbəblərini iki qismə ayırmaq olar: dilin təbiətindən gələn 
fərqlər və yazma ilə oxumanın subyektləri və baş verdiyi müxtəlif sosial-
tarixi şəraitdən gələn fərqlər. Bunları bir-bir nəzərdən keçirək. 


 
326
Hər bir mətnoxuma dilin təbiətinin təzahürüdür. Dilin, yəni mətnin 
və sözün təbiəti onun işarə xarakterindədir. Dil işarə edir, müstəqim 
mənada təsvir edə bilmir. Biz dillə  təsvirdən həmişə  şərti bir şüy kimi 
danışırıq. Dil, söz ancaq dünyaya işarə edir, bunun nəticəsində insanların 
yaddaşında yaranan obraz kombinasiyaları isə insanların beynində 
topladığı görümlü obrazların bir qisminin aktuallaşması kimi baş verir.  
Dilin işarəviliyinə görə iki şey heç vaxt mümkün deyildir: birinci 
maddi  şeyləri sözlə adekvat təsvir etmək, ikincisi isə  mətni iki adamın 
mütləq eyniyyət kimi oxuyub tanıması. Başqa sözlə, danışanın yaratdığı 
mətnlə onu anlayanın (oxuyanın) yaddaşında yaranan arasında heç zaman bə-
rabərlik və eyniyyət mümkün deyildir. Mətnyaratma variant olduğu kimi, onu 
oxuma da reallıqda ikinci şəxsin başında yeni variantyaratma olur.  
Strukturalistlər  variant  terminindən daha çox bədii mətnlərə aid 
hadisə kimi danışırlar.  Əslində isə  mətnyaratmanın (şifahi və yazılı) 
formalarının hamısı variant yaratmadır. Hətta söz birləşmələri də analogi-
ya prinsipi ilə yaradılır. Strukturalizmin klassikləri epiteti geniş  tədqiq 
ediblər. Epitet də sözün işarəviliyidir, iki söz yanaşı qoyularkən birinin o 
birinin əlamətinə işarə etməsidir. Geniş mənada isə hər bir sözün işarəliyi 
artıq onun epitet, oxşadıcı  və  bənzədici təbiətini təyin edir. Söz, mətn 
həmişə bənzətmədir. Ona görə dünyanın sözlə təsviri həmişə analogiyadır, 
həm də taftalogiyadır. Dil konkret iti mütləq eyniyyət kimi heç vaxt təsvir 
edə bilmir, ancaq konkret itin də itlər növünə, çoxluğuna aidiyyətini 
təsdiqləyə bilir. Ona görə dildə konkretin təsviri mümkün deyildir. 
Fotonun özü mütləq eyniyyətdən uzaqdır, ona görə konkretlərin sözlərlə 
təsvirinin dəqiqliyi də nisbidir və dilin bənzədici təbiətindən kənara çıxa 
bilmir. Dildə heç bir işarələmədə konkretlik yaranmır, dil 99 faiz dünyanı 
taftalogiya prinsipi ilə izah edir və ancaq nisbi orijinallıq üçün, variant 
yaratmaq üçün imkan yarada bilir.  
Söz, mətn özü mənzərə daşıyıcısı deyil, mənzərə  və obrazlar fərdi 
beyinlərin  əvvəllər görülüb yaddaşda saxlanan obrazların oyadılmasıdır. 
Hər bir söz işarədir, bütün sözlərin yeganə mənbəyi olan işarə əvəzliyinin 
təbiətinin daşıyıcısıdır. Hər bir fərdi yaddaş bir nüsxədə  və mütləq 
təkrarsızlıq daşıyıcısı olduğu üçün dil işarələri onda mütləq eyniyyət yox, 
həmişə  mətnə az-çox uyğun olan variant  yaradır. Bədii mətnləri dünya 
haqqında informasiya daşıyıcısı kimi unikal edən səbəb mətnin özündən 
çox, belə oxuma variantı yaradan subyektlərin təbii çoxluğudur. Belə 
təbii çoxluq insan yaddaşının təbiətinin nəticəsidir və sosial amillərlə 
qarışdırılmamalıdır. 
Sözün və mətnin işarəviliyindən doğan oxuma və anlamada yaranan 
variant yaradıcılığı prosesi mətnyaratmada gördüyümüzdən fərqlənir. Bu 


 
327
fərq, ilk növbədə, danışanla eşidəm, yazanla oxuyan arasında niyyət 
eyniyyətinin qeyri-mümkünlüyündən gəlir. 
Mətnoxuma zamanı qavrananlarla mətn yazanın ikinci şəxsə 
ötürmək istədikləri arasında yaranan obrazlı-informativ fərqlərin çoxu 
həm də yazı zamanı birinci şəxsin içinə düşdüyü problem-situasiya ilə 
ikinci  şəxsin oxuma zamanı içində olduğu problem situasiya arasındakı 
zaman və niyyət fərqlərindən irəli gəlir. Bu fərqlər nəticəsində mətnoxu-
ma da, anlama da variant yaratma formasına çevrilir. Ən dərin oxunuş isə 
yaradıcılıq prosesinə yaxınlaşa bilir. Mətnyaradanla mətnoxuyan müxtəlif 
mədəniyyətlərə (təhsil ehkamlarına) aid olduqda bu variantlar bir birindən 
tamam fərqlənə bilir. Məsələn, Füzuli bir sufu şair kimi bütün qəzəllərini 
Allahı tərənnüm, Allahı sevmə niyyətinin ifadəsi kimi yazıb. Amma müa-
sir oxucuların çoxu bu şeirləri adi məhəbbət lirikası kimi qəbul edir. Bu 
mətnin adekvat olmaması kimi bir qüsurudur. Lakin o biri tərəfdən, dün-
yanın müxtəlif zaman kəsiklərində yeni mənzərələrinin yaradılması poten-
sialını özündə daşımasıdır. Bu potensial mətnləri həmişə təxmini edir. La-
kin bu təxminilik özü də  mətnlərin sonrakı  nəsillər tərəfindən də bilgi 
variantı kimi qavrana bilməsini təmin edir. 
Mətnoxuma  əzbərləmə prosesinin bir hissəsi hesab edilə bilər. 
Sivilizasiya tarixində  mətnoxuma mətnyaratmaya nisbətən daha məhsul-
dar rol oynamışdır. Bu ən çox başdan-başa mətnoxumadan ibarət olan 
təhsil prosesində baş verir. İnsanların 95 faizi mətnoxumanı mexaniki 
edir, əzbərləyir. Lakin adamların, xüsusilə təhsil alan adamlarım beş faizi 
mətnoxumanı  həm də bir variantyaratma kimi yaşayır.  İdraka meylli 
adamlar mətnləri o dərəcədə yaradıcı  və diqqətlə oxuyurlar ki, onların 
yaddaşında mətndən qalan şeylər, informasiyalar, təsəvvürlər mətnin bir 
variantına çevrilir. Əslində yaradıcılıq prosesinin əsas hissəsi belə şüurlu 
mətnoxuma zamanı baş verir. 
Bir çox hallarda aktiv mətnoxumadan sonra fərdlər bu mətnləri şərh 
etməyə ehtiyac hiss edirlər və bu ehtiyac insan özünütəsdiqinin bir şəkli 
səviyyəsində təzahür edə bilir. Bu artıq sosial bir refleksdir və mədəniyyət 
erasında formalaşmışdır. Hər fərdin yaddaşı ona dünyanı göstərən yeganə 
pəncərədir. Hətta dərsliklərdə yazılanları da yaddaşa köçürəndən sonra 
onlar dünyanın fərdi mənzərəsini bir qədər zənginləşdirirlər. Mətnoxuma 
ilə bağlı mədəniyyətlərdə müxtəlif yanlış təsəvvürlər yaranıb. Təhsildə adi 
əzbərçilər normal, əzbərlədiyini yozmağa meylli olanlar isə “qəribə” 
adamlar sayılır. Əslində isə əksinədir, əzbərlədiyini yozmağa maraq gös-
tərməyənlər  əqli cəhətdən zəiflərdir. Bunun əksinə olan məntiqlə elmin 
əsaslarını və kitabları yaradıcı, özünəxas şəkildə yozanları qəribə adamlar 
sayırlar. Hətta psixologiyada qədimdən belə təsəvvür var: istedadlar nor-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə