Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə129/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   125   126   127   128   129   130   131   132   ...   137

 
331
dəsinin bir qayda olaraq kitab mətnlərindən kənar qalması və ya onlarda 
çox az yer tutması ilə bağlıdır. 
 Folklor – əzbər mətn və süjetlərin fərdi ifalara məxsus çoxvariant-
lığından yaranır. Bu çoxluğun əsasını funksiyaca kitaba yaxın olan əzbər 
süjetlər təşkil edir. Fonetik yazının az yayıldığı dövrlərdə əzbər formada 
yayılan süjetlər kitabın  şifahi  şəkli idi. Fonetik dilin yayılmasında, onun 
istifadəçilərinin artmasında  əzbər süjetlərin rolu çox böyük olub. Belə 
süjetlər mif xarakteri daşıyır və dünyada səbəb nəticə  əlaqələrinin bədii 
üsulla  şərhindən ibarət olurdu. Fonetik dildə  mətnlərin və deməli, dilin 
özünün yayılması əzbər mətnlərin ötürülməsi yolu ilə baş verirdi. Çox güman 
ki, yazısız xalq dilləri belə yaranmışdır. Onlar əvvəl yazılı dillərin variantı 
olmuş, miqrasiyaların nəticəsi kimi isə ilkin şəklindən uzaqlaşmışdır. 
Ədəbi variantyaratmanın tarixi formaları dörd mərhələdə təsəv-
vür edilə bilər. 
1. Bütpərəst mifologiya yaradıcılığı dövrü 
2. Monoteist yəhudi, xristian və müsəlman dini ədəbiyyatı dövrü 
3. İntibah dövrü 
4. Müasir maarifçi ədəbi mədəniyyət dövrü. 
Biz müxtəlif münasibətlərlə bu dövrlərin özəllikləri barədə bəhs aç-
mışıq. İndi isə onu demək olar ki, ədəbi əsərlərin yaradılmasının hər dövrü 
özünə məxsus janr yaddaşı yaratmış və janr özəlliklərinə malik olmuşdur. 
Bununla tarixi poetika məşğul olur. 
 
 
6.5. Ədəbi variantyaratmanın üsulları 
 
 Təqlid prinsipi.  İş, hərəkət və hadisələrin insanlar tərəfindən 
şüurlu ya şüursuz, mexaniki təqlidi insanlarda sivil vərdiş  və adətlərin 
yaranmasının əsasını  təşkil edir. İnsanlığın təkamülündə təqlidin misilsiz 
rolu olmuşdur. Alimlər heyvan sürülərində  də körpələrin tərbiyəsi üçün 
təqliddən istifadə olunduğunu aşkarlayıblar və bunu çox zaman məişətdə 
də görmək olar. İnsanlar da ovçuluqda, əkinçilikdə, hərbidə, arxitekturada 
təqlidlə  mədəni yaddaşı yaratmışlar. Bu mənada təqlid təkrarın bir şəkli 
olmaqla insanların yaddaşında sabit vərdişlərin möhkəmlənməsini təmin 
edən, onu mədəni yaddaşa və ənənəyə çevirən bir vasitə olmuşdur. Bu indi 
də qalır: xalqların mədəniyyətləri biri digərinə  təqlid məntiqi ilə keçir, 
müxtəlif mənşəli elementlər birləşərək bəşəri mədəni yaddaşı yaradır. 
Yazının tarixi də bu baxımdan istisna deyildir. Yazının yaranmasın-
da və intişarında təqlid əsas rol oynamışdır. İlkin vaxtlarda təqliddən təq-


 
332
vimlər və uçot aparılması üçün daha çox istifadə edilmişdir. Lakin sonra-
lar bütləşdirilən tayfa başçıları, pəhləvan  əcdadlar haqında onların mə-
zarlarında yazı  ənənəsi meydana çıxmış  və  təqlid yolu ilə yayılmışdır. 
Yəqin ki, ibtidai yazının yayılmasında adi təqlid stimul kimi mühüm rol 
oynamışdır. 
İlkin bütpərəst kitabçılıq işi yaranandan sonra kitab yazmanın yayıl-
masında da təqlid mühüm rol oynamasıdır. Yunanıstana kitabyazma şüb-
həsiz ki, Misir və Babilistan ərazilərindəki kitabyazmanın təsiri ilə keç-
mişdir. Bu mənada əcdad-tayfa başçıları haqqında yazılar hələ təqlid sayı-
la bilər. Lakin mifləşdirilən əcdadlar haqqında yazılarda təqlidə dini-mis-
tik stimullar da qarışır və yazının sonrakı təkamülündə aparıcı rol oynayır. Am-
ma monoteizmə qədər əcdad qəhrəmanlara pərəstiş hissləri və adi insani təqlid 
kitabçılıq işinin davamını şərtləndirən iki əsas stimul olmuşdur. 
İntibah dövrünə  qədər  ədəbi mətnyaratma ya dini mətnyaratmanın 
içində ya da onun bir şəkli kimi inkişaf edirdi. Lakin dini yazı mədəniy-
yətinin içində  sırf bədii mətnlərin çəkisinin artması da əsasən təqlid 
prinsipi ilə baş verirdi. Bu şərq və qərb klassisizminə qədər belə olmuşdur. 
Yalnız sənaye inqilablarından sonra kitab çapı kommersiya stimulları ilə 
inkişaf etməyə başlayır. 
Üzünü köçürmə intibah dövrünə  qədər kitab və  əsəryazmaya 
təqlidin əsas forması idi. Bütpərəst və monoteist ənənədə mətnlərin köçü-
rülməsi allahlara xidmətin bir üsulu olur. Hər bir üzünü köçürmə ən qədim 
vaxtlardan variant yaradırdı, çünki identik köçürmə sadəcə mümkün deyil-
di. Qədim əlyazma kitabları naxışlarla, fərdi xətlə, şəkillərlə bəzədilir, on-
ların cildləri yeni variantlarda yaradılırdı. Beləcə üzünü köçürmə, katiblik 
yaradıcılığın bir şəkli olurdu, qədim katiblər isə bir növ qədim ilkin 
müəlliflərin müştərək müəlliflərinə çevrilirdilər. 
Qədim əlyazma kitabların üzünün köçürülməsi katib  peşəsinin ya-
ranması ilə  nəticələndi. Hökmdarların yanında katiblər onların yürüşləri-
nin xronikasını yazanda müəllifləşməyə başladılar. Müəlliflərin əksəriyyə-
ti katibliyi müəlliflik kimi davam etdirənlər olmuşlar. Zaman keçdikcə 
katiblər mətnləri orfoqrafiyaya salır, onların dilinə əl gəzdirir, aydınlaşdı-
rıcı sözlər əlavə etməklə kitab sənətinin, ədəbi dillərin tərəqqisinə xidmət 
etmişlər. Sənaye inqilablarına qədər katib-müəlliflər ədəbi mətnyaratmanı 
və ümumən mətnyaratmanın fasiləsizliyini təmin edən əsas simalar idilər. 
Təbdil  mənşəcə üzünü köçürmənin bir şəkli olmuşdur. Müqəddəs 
kitablardan Yusif və Züleyxa, Adəm və  Həvva kimi süjetlərin ayrılıqda 
ədəbi əsər kimi yazılması variantyaratma idi. Müqəddəs kitablardan süjet-
ləri təbdil etmək intibah dövrünə qədər süjetyaratmanın əsas üsulu idi. İlk 
təbdillər müqəddəs kitabların müxtəlif niyyətlə yaradılan qısa variantları 


 
333
idi. Xalis ədəbi təbdil isə artıq müqəddəs kitab süjetlərinə  əsaslanan 
əsərlərə təqliddən yaranır. Xalis ədəbi təqlid ədəbi əsərə kod kimi yanaşıb 
onun variantını yaratmaqdır. 
Təqlidin  ədəbi mətnyaratmadakı fundamental rolu ədəbi  əsərlərin 
digər yeni ləhcələrdə  təbdil yolu ilə variantlarının yaradılmasında 
meydana çıxmışdır. Bu mənada təbdil tarix səhnəsinə gələn yeni xalqların 
dillərində ədəbi mətnlər yaradılmasının əsas şəkli olmuşdur. Yazısı olma-
yan xalqlarda təqlid şifahi variantların yaradılması yolu ilə baş vermişdir. 
Mifoloji  ədəbiyyatşünaslıq məktəbi nümayəndələri çoxlu xalqlarda 
təsadüf edilən süjetlərin eyniliyinin səbəblərini axtarırdılar. Onlar da bu 
süjetlərin dildən dilə keçmə olduğu və bunun təbdilin nəticəsi olduğu 
qərarına gəlmişdilər. Ədəbiyyatın mənşəyini dilin mənşəyi ilə əlaqəli izah 
edəndə təbdilin mədəniyyətyaradıcı əhəmiyyətini tam səkildə üzə çıxarır. 
Şərqdə türkdilli xalqlar da daxil olmaqla bütün xalqların  ədəbi 
mədəniyyəti ərəb və fars dilində olan ədəbi əsərlərin və süjetlərin təbdili 
yolu ilə yaranıb. Bu təbdil prosesində bu dillərdə lüğət fondunun əsasını 
təşkil edən ərəb və fars sözləri də bu xalqların dillərinə keçib. Qərbdə bu 
rolu qədim yunan və latın dilləri görmüşdür. Ona görə Avropa dillərinin 
də lüğət fondu 80 faiz Suriya, yunan və latın sözlərindən ibarətdir. Bu 
dillərdəki mifoloji süjetlər isə romantizmə  qədər  ədəbi mətnyaratmada 
əsas süjet bazası olmuşdur. 
Müasir Azərbaycan  ədəbiyyatını Avropa ənənəsi üzərində yenidən 
yaradan A.Bakıxanov, M.F.Axundov kimi maarifçilərimiz də ədəbi təqlid 
prinsipindən geniş istifadə etmişlər. Bolşeviklər cavan ədəbiyyatlarda yeni 
proletar ədəbiyyatını da təbdil yolu ilə yaradırdılar. Bu mənada təbdil və 
təqlid  ədəbi mədəniyyətin xalq dillərində yayılmasının universal üsulu 
olmuşdur.  
Təbdil ünvanlı,  şüurlu və  bəzən isə müəllifin iradəsindən asılı 
olmayaraq onun yaddaşının ünsürü kimi özünü göstərə bilir. U.Folknerin 
bütün yazıçıları  oğru adlandırması da bununla əlaqədar idi. Yazıçılar 
əvvəllər oxuduqları  əsərlərdən istifadə edəndə çox hallarda bunu hiss 
etmirlər. Lakin təbdilin şüurlu ədəbi prinsip kimi istifadə edilməsi halında 
müəllif hansı  əsəri təbdil etdiyini dəqiq bilir. Klassist ədəbiyyatda yayıl-
mış nəzirə və onun müxtəlif formaları buraya aiddir. 
Azərbaycan teatrının 1920-ci ilə qədərki salnaməsinin müəllifi olan 
Qulam Məmmədli öz kitabında 1920-ci ilə  qədər Azərbaycan səhnəsi 
üçün təbdil edilmiş 150-yə  qədər rus və Avropa dramaturqunun əsərini 
göstərmişdir. 
Tərcümə əsər və kitabın digər dildə ədəbi variantını yaratma üsulu 
kimi təbdildən çox cavandır. Tərcümə tarixçiləri və nəzəriyyəçiləri Şumer 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə