Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə125/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   121   122   123   124   125   126   127   128   ...   137

 
320
çevrilməsidir. Fərdi yaddaşın sözləri dünyanın obrazı kimi, aydınlaşdırıcı-
sı kimi tanıma qabiliyyətidir. 
D funksiyası – dilə  məxsus söz və ifadələrin vasitəsi ilə  fərdi 
yaddaşın idarə edilməsi vərdişlərinin təşəkkülüdür. Bu, mətnoxuma və 
mətnyaratmadan kütləvi istifadə, yəni yetkin təfəkkür qabiliyyətidir 
E funksiyası – nitq hissələrindən ibarət danışıq qabiliyyətinin 
təşəkküldür. Nitqin hamıya məxsus, sosial vərdiş və alət olmasıdır. 
H funksiyası – fərdi  şifahi nitq vərdişlərinin dünyanı izah etmək 
dərəcəsinə çatmasıdır. Burada şifahi danışığın əzbər forması dilin kitablıq 
funksiyasının dolayı analoqu və əvəzləyicisi dərəcəsinə qalxır. Bu, əzbər 
mətnbilmənin yeni keyfiyyət səviyyəsidir. 
K – funksiyası  fərdi yazılı  mətnyaratmanın kütləvi vərdişə, dilin 
yeni bir sosial funksiyasına çevrilməsidir. 
Söylədiklərimizə görə  yazılı nitq terminindən imtina edilməlidir, 
çünki bu termin dilin müasir nitq qabiliyyətindən ibarət və çox-çox 
sonralar  əmələ  gəlmiş funksiyasını dilin ilkin kollektiv informasiya 
toplayıcılığı funksiyası ilə eyniləşdirilməsi və qarışdırılmasıdır. Lakin bu 
imtina da azdır: dilin mənşəyini düzgün anlamaq üçün onun mətnyarat-
ma  və  ünsiyyət vasitəsi olma funksiyaları  və onların tarixi təkamülü 
ayrılıqda nəzərdən keçirilməlidir. 
Belə yanaşdıqda aydınlaşır: yazının ikin təkamül etdiyi 80-85 min 
il ərzində heç bir müasir mənada nitq qabiliyyəti ümumiyyətlə olma-
yıb. Ona görə yazının dilçilikdə şifahi nitqin bir şəkli sayılması və nitqin 
yazıdan qədim kimi təsəvvür edilməsi açıq – aşkar yanlışdır. Bu səhv dilin 
tarixini və yaranma mexanizmini düzgün təsəvvür etməyə mane olur. Əslin-
də dilin tarixinin ilk mərhələsi yazıdır, qrafik işarələrlə dünyanı göstərmək və 
təsvir etməkdir. Dünyanı yazıda sözlə ilkin təsvir mətnyaratma idi. 
Mürəkkəb söz və  mətn. Yazıya qədər insanlar ola bilsin ki, iki 
hədli nida-sözlərdən, indiki mürəkkəb sözlərin ibtidai formasından istifadə 
ediblər. Lakin şifahi işlədilən iki hədli nida-sözlər, xüsusilə saylar hələ 
mətn deyildi. Söz və söz birləşməsi dünyanı  təsvir üçün yazılanda 
mətn oldu. Yazıya alınana qədər söz və birləşmə ancaq fərdi yaddaşa 
məxsus işarə idi, onun sosial alətlik potensialı yox idi. Lakin yazıya alınan 
kimi söz və söz birləşməsi bir çox adam üçün kollektiv işarə aləti oldu, 
sosial hadisə oldu. Ona görə şifahi söz və hətta birləşmə yazılandan sonra 
mətn oldu, sosial müqavilə oldu. Deməli,  mətnin birinci əlaməti yazılı 
söz sırası, maddi şəklə salınmış söz sırası olmasıdır.  Bunu sayəsində 
mətnin subyekti öləndə  mətn qalırdı, dilyaratmanın fasiləsizliyini təmin 
edirdi. 


 
321
İlk yazıda qoşa yazılan iki söz mətn oldu, yəni biri digərini aydın-
laşdırmaqla müstəqil söz birləşmə oldu. Söz birləşməsi isə dünyanın 
yeni obraz-işarəsi olur. Məsələn, ibtidai insan böyük sözünü çox şeyə 
aid edirdi. Adi bir böyük təyini su, daş, ağac və s. sözlərə qoşularaq yeni 
obrazlar yaratdı: böyük su, böyük daş, böyük ağac və s. Bütün yazılı 
mətnyaratma sözün bu adı xassəsinin – digər sözü aydınlaşdırmaq xassəsi-
nin inkişafı idi. İnsanlar hələ üç, dörd tərkibli söz birləşmələrini yarada 
bilməyəndə  məhz yazı onları yaratdı.  İnsanlar təyini söz birləşmələri 
düzəltməyi yazıda öyrəndilər. Mətnin ikinci əlaməti, sözlərin məntiq və 
dil qaydalarına əsasən bir-birinə bağlanmasıdır. 
Hər bir yazı, mətn informasiyanı sonradan istifadə üçün maddiləş-
dirmə idi. Maddi forma alan yazı sonrakılar, təzə yaradılanlar üçün mətn 
kodu olur. Çoxlu istifadəçi üçün nəzərdə tutulma mətni onların hər 
biri üçün identik bir koda çevirir.  Mətni identik anlama vərdişi onun 
yenisini yaradanda da onun anlama identikliyi normalarına əsaslanması ilə 
nəticələnir.  Nəticədə  hər yeni mətn  əvvəlkindən ayrılmaz olur, onun 
davamı, variantı və oxşarı olur. Mətnin üçüncü əlaməti sonrakı mətnlə-
rin kodu, əsası  və bazası olmasıdır. Kodluq  mətnin həm yazılma 
məqsədinə, həm də yeni söz birləşmələri yaratma qaydalarına aid olur. 
Mətndə söz birləşmələri müxtəlif ölçüdə – balaca və çox uzun ola 
bilir. Mətn sözlərin artması ilə öz informasiyalıq və obrazlıq potensialını 
artırmaq xassəsinə malikdir. Həm də əksinə istənilən həcmli mətn özü də 
müstəqil obraz olmaq, yaddaşda müstəqil, yeni obrazın işarəsi olmaq 
xassəsinə malikdir. Mətndə yaradılan obraz: 1) söz, 2) birləşmə, 3) cümlə, 
4) abzas, 5) məqalə, 6) hekayə, 7) monoqrafiya, 8) süjet və s. həcmində 
ola bilir. Bu, mətndə söz sayı ilə obrazlılıq və informativliyin 
mütənasibliyi xassəsidir. Ona görə mətnin həcmi anlayışı nisbidir və bu 
həcm nisbiliyi mətnin dördüncü xassəsidir. 
Yazılı  mətn mədəniyyəti sözlərin müstəqim, məcazi, təxmini, 
işarəvi, antonim, sinonim və s. mənalarında anlama və istifadə vərdişlərini 
və  mədəniyyətini yaratmışdır. Dilin təkamül tarixi həm də sözlərdən
onların mənalarından, mənayaratma potensialından istifadə qanunlarının 
təkmilləşməsi və genişlənməsi idi. Sözdən istifadə indi bizə asan görsənə 
bilər, amma kitab mədəniyyətinin tarixinə, yazı dilinin təkamülünə diqqət 
edəndə insanların sözdən istifadəni, xüsusilə  dəqiq istifadəni də yazılı 
dildə öyrəndiklərini təsdiq edir. Qədimlərə getdikcə mətnlərin lüğət fondu 
kasıblaşır və əksinə, kitab mədəniyyəti inkişaf etdikcə dillərin söz ehtiyatı 
sayca və dəqiqlikcə inkişaf edir. 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə