Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə121/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   117   118   119   120   121   122   123   124   ...   137

 
310
manlarının istisnasız olaraq kral və zadəgan ailələrindən olan seçmə 
insanlar arasından seçilməsi idi. 
Maarifçilər və romantiklər klassist dramı islah edib onu burjua inqi-
labları dövrünün tələblərinə uyğunlaşdırdılar. Üçüncü silkdən olan qəhrə-
manların seçilməsi meşşan dramının yaranması demək idi. Romantiklər 
isə klassist dram ehkamlarını  tənqid edib romantik dram nəzəriyyəsini 
yaratdılar. Viktor Hüqo romantik dramın nəzəriyyəçisi oldu və öz əsərləri ilə də 
klassist normaları cəsarətlə pozaraq müasir realist dram üçün yol açdı. 
XIX-XX əsrlərdə dram janrı bütün məlum ədəbi cərəyanların təsiri 
ilə öz nümunələrini yaratmışdır. Ona görə ədəbiyyatşünaslıqda naturalist, 
simvolik, inqilabi, absurd, ekzistensialist  və s. dram terminləri yaran-
mışdır. Marksistlər inqilabi dram nəzəriyyəsini romantiklərdən götürərək 
B.Brext və rus marksist teatr xadimlərinin  şəxsində yenidən işləmişlər. 
Kommunist rejimləri bu dramı  rəsmən himayə edirdilər və sosialist 
realizmi dramı adlandırırdılar. Lakin marksist teatr nəzəriyyəsi  əslində 
D.Didro, H.Lessinq kimi maarifçilərin dram və teatr nəzəriyyəsindən heç 
nə ilə  fərqlənmirdi. Maarifçi dram nəzəriyyəsi, onun sosial və pedaqoji 
tərbiyə üçün əhəmiyyəti ideyaları  əksər milli ədəbiyyatların maarifçilik 
dövründə mənimsənilmişdir. 
Müasir dramın  ən nüfuzlu məktəbi isə A.Çexov yaradıcılığında 
əksini tapmış dram ənənələrinə əsaslanır. Bu ənənələrdə əsas mövzu insan 
və onun mənəvi həyatı, daxili ziddiyyətləri, mühitlə münasibətlərinin 
böhranı kimi motivlər təşkil edir. Bernard Şou bu ənənələri  şərtilik 
prinsipi ilə  zənginləşdirmişdir. Müasir teatr və dram yaradıcılığında 
dramatik fabulanın və hadisənin  şərtilik prinsipləri get-gedə  dərinləşir. 
Müasir dram həmçinin kinoya məxsus effektlərdən də geniş istifadə 
etməyə çalışır. 
Azərbaycan  ədəbiyyatında dram komediyadan sonra populyarlaş-
mışdır. XX əsrin əvvəllərində coşqun inkişaf tapan teatrda romantik dra-
mın təcrübəsindən geniş istifadə edilmişdir, bir çox Avropa müəlliflərinin 
əsərləri təbdil edilərək səhnələşdirilmişdir. Romantik dram ənənələri müa-
sir dramaturgiyanın  şah  əsərlərini yaratmış C.Cabbarlının yaradıcılığına 
da qüvvətli təsir göstərmişdir. Hətta romantik elementlərin çoxluğuna görə 
bir müddət C.Cabbarlı romantik dramaturq adlandırılmışdır. Lakin bu 
yanlış bir fikirdir. Əslində həqiqi Azərbaycan dramının bir janr kimi əsil 
yaradıcısı C.Cabbarlıdır. 
Azərbaycan  ədəbiyyatında C.Cabbarlı dramından başqa romantik
şərti və lirik dram məktəbləri mövcuddur. Romantik dramın  əsas 
yaradıcısı Hüseyn Cavid idi. C.Məmmədquluzadənin “Ölülər”, H.Cavidin 
“İblis”, “Peyğəmbər”, C.Cabbarlının “”Od gəlini”  əsrlərin ilə bizim dra-


 
311
maturgiya ədəbiyyatımızda şərti-fəlsəfi dram adlandırıla bilən bir janr da 
təşəkkül tapmışdır. Sovet vaxtı bu janr inkişaf edə bilməsə də, sadalanan 
əsərlərin yaradılması XX əsrin əvvəllərində bədii fikrimizin yüksək fəlsəfi 
və sənətkarlıq səviyyəsini göstərən hadisələr idi. 
Lirik dram janrı  ədəbiyyatımızda  İkinci Dünya müharibəsindən 
sonra konfliktsizlik nəzəriyyəsi içərisində yaranmış,  Ə.Məmmədxanlı, 
xüsusilə  İ.Əfəndiyevin yaradıcılığında güclənərək  ədəbi istiqamətə 
çevrilmişdir.  
 
 


 
312
 
VI FƏSİL 
ƏDƏBİ ƏSƏRİN YARADILMASI VƏ ƏDƏBİ 
PROSESƏ DAXİL OLMASI 
 
  
6.1. Kitab, nitq və fərdi mətnyaratmanın 
ayrılmazlığı 
 
Müasir nitqin yazıdan və kitab dilindən törəmə olduğunu  əsaslan-
dırmaq üçün mühüm bir məqama diqqət yetirmək lazımdır: bu insanın 
mətnyaratma və danışma qabiliyyətinin kitab mədəniyyəti ortaya çıxan 
dövrdəki vəziyyəti ilə ondan sonraki dövrün keyfiyyət cəhətdən tamam 
fərqli iki mərhələ kimi fərqləndirilməsidir. Bu iki mərhələdə prinsipial 
fərqlər var: kitab dilindən istifadəyə qədər insanların nitqi işarə əvəzliklə-
rindən və nida-xəbərlərdən ibarət idi. Nida-adlar meydana çıxandan sonra 
güman ki, iki üzvlü əmr cümlələrindən istifadə olunmuşdur. Bu mərhələdə 
hələ işarə əvəzliyindən və nida-xəbərlərdən və nida-adlardan bəhs etmək 
olar. Nida səsləri isə qovuşuq səs kompleksi idi, tərkibində nə heca, nə də 
fonemlər fərqlənmirdi. Ona ibtidai insanın reaksiyası instinktiv xarakter 
daşıyırdı, yəni nida dili söz dili kimi cəmiyyətə daxil olmaqla qazanılan 
vərdiş deyildi. 
 Fonetik  yazıya qədər bütün yazılar  əsasən  şeylərin və onların sa-
yının təsvirindən ibarət idi. Bu obrazlı yazı idi, təsviri yazı idi və şeyləri 
onların görünüşünə  və görünüşdəki  əlamətlərə  əsasən işarə etməyə 
çalışırdı  və  ən çox mühasibat, əkinçilik və  gəmiçilik təqvimləri ilə bağlı 
ola bilərdi. Yazıda sözdən istifadə edilməməsi bu yazının, təfəkkür 
qabiliyyətinin təkamülü baxımından, əhəmiyyətini də azaldırdı. 
Heca yazısı deyəndə bunu heç də müasir söz hecası kimi yox, nida-
sözlərin fonetik tərkib cəhətdən aydınlaşmış, fonetik sözə doğru təkamül 
etmiş  mərhələsini başa düşmək lazımdır. Həmin dövrdə heca iki-üç 
qovuşuq səs idi və müasir fonem tərkibli hecadan çox uzaq idi, çünki 
müasir fonemlərin özü hələ tam mənada yox idi, yəqin diftonq səviyyəsin-
də idi. Bu mənada, hətta qovuşuq səs parçaları olan nida-sözlərin səs 
tərkibi baxımından aydınlaşması, qovuşuq səslərə, müasir diftonqların 
ibtidai formasına keçməsi də nida sözlərin yazıya alınmasının və identik 
səkildə  tələffüzü təşəbbüslərinin təkamülü nəticəsidir. Bu təkamülün 
sonlarında heca-söz yazısı meydana gəlib, yəni sözlərin bir qismi fonetik 
yazı qaydasında yazılmağa başlayıb. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə