Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.

səhifə1/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   142


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ VƏ HÜQUQ İNSTİTUTU
İSLAM
TARİX, FƏLSƏFƏ VƏ HÜQUQ
ENSİKLOPEDİK LÜĞƏT
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə
və Hüquq İnstitutunun Elmi Şurasının 1 iyun
2015-ci il tarixli iclasının (protokol № 4) və Azər-
baycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-340d-07/20 saylı 21 iyul
2015-ci il tarixli qərarına əsasən çap olunmuşdur.
Bakı – 2016


Müəlliflər kitabın çap olunmasında göstərdiyi köməyə görə “Safi Care”
şirkətin təsisçisi Səbinə Rəhimovaya öz dərin təşəkkürünü bildirirlər.
Tərtibçi müəlliflər: Fəl.ü.e.d. Aydın Əlizadə 
Fəl.ü.f.d. Elsevər Səmədov
Elmi redaktor:
Fəl.ü.e.d. İlham Məmmədzadə
Rəyçilər:
Akademik Vasim Məmmədəliyev 
Fəl.ü.e.d. Lalə Mövsümova 
Fəl.ü.e.d.Roida Rzayeva 
Fəl.ü.f.d. Şölət Zeynalov
Fəl.ü.f.d. Gündüz Süleymanov
İlah.ü.f.d. Aqil Şirinov 
Hüq.ü.e.d. Habil Qurbanov 
A.A.Əlizadə, E.M.Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik
Lüğət. Bakı: 3 Saylı Mətbəə, 2016, 400 səh.
Azərbaycan oxucusuna təqdim olunan “İslam: Tarix, Fəlsəfə və Hüquq” en-
siklopedik lüğətində kəlam, fəlsəfə, hədis, təfsir və digər İslami elmlərə aid an-
layış, kateqoriya, hadisə və şəxsiyyətlər müasir şərh və izahlarla oxucuların
ixtiyarına verilmişdir. Əsərin işlənmə metodologiyasında mötədillik əsas
götürülmüş, heç bir təriqətə, məzhəbə və ya əqidəyə üstünlük verilməmişdir. Bütün
anlayışlar haqqında qısa, konkret və obyektiv məlumat verilmişdir. Ayrıca, təqdim
olunan Ensiklopedik lüğət həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
2


ÖN SÖZ
Azərbaycanda yaşayan xalqların milli kimliklərinin formalaşmasında İslamın
xüsusi yeri vardır. Əsrlər boyu İslam mənəviyyatı və dəyərləri üzərində insanların
məişəti, yaşam və düşüncə tərzləri formalaşmışdır. Azərbaycanda müxtəlif millət
və xalqların yaşamasına baxmayaraq, İslam onları ümumi ideologiya ətrafında
birləşdirməyə qadir olmuşdur. 
Eyni zamanda, dini-siyasi proseslər bu dinə baxışların yenilənməsi zərurətini
də ortaya çıxarır. Son dövrlər elm və texnikanın inkişafı, qloballaşma proses-
lərinin dərinləşməsi, informasiya cəmiyyətinin formalaşması insanların
düşüncələrini, həyata baxışlarını köklü olaraq dəyişdirmişdir. Artıq keçmiş dəyər-
lərlə yaşamaq yetərli olmamış, yeniləşən dünyada insanlar yeni dəyərlər arxasınca
getməyə başlamışdırlar. Buna görə də, dünya xalqları bu gün öz ənənəvi dəyər-
lərinə yenidən baxmaq, onları həyatın yeni tələblərinə uyğunlaşdırmaq
məcburiyyətində qalmışlar. Bir yandan yeni dəyərlərlə yaşamaq keçmişin bir çox
qayda-qanunlarının ortadan qalxmasına səbəb olur, digər tərəfdən isə keçmiş
dəyərlərin unudulması milli kimliyimizin sarsılması ilə nəticələnə bilər. Bu
baxımdan zaman irəlilədikcə bu problemlərin daha da kəskinləşəcəyi müşahidə
edilməkdədir. Bu səbəblə, İslam dəyərlərinə yeni metodla yanaşmaq günün
tələblərindən hesab edilir. Çünki, keçmişlə günümüzü birləşdirən körpünün salın-
ması yeni nəslin gələcək rifahına xidmət edəcəkdir. Gənc nəslin keçmiş dəyərləri
unutmaması üçün onlara bu dəyərləri yeni metodlarla ötürmək lazımdır. 
Bu baxımdan Azərbaycan oxucusuna təqdim olunan “İslam: Tarix, Fəlsəfə və
Hüquq” ensiklopedik lüğəti də bu məqsədlə hazırlanmışdır. Bu əsərdə kəlam, fəl-
səfə, hədis, təfsir və digər İslami elmlərə aid anlayış, kateqoriya, hadisələr və
şəxsiyyətlər müasir şərh və izahlarla verilmişdir. Əsərin işlənmə
metodologiyasında mötədillik əsas götürülmüş, heç bir təriqətə, məzhəbə və ya
əqidəyə üstünlük verilməmişdir. Bütün anlayışlar haqqında qısa, konkret və
obyektiv məlumat verilmişdir. Ümumiyyətlə, kitab İslam elmləri haqqında
ümumi təsəvvürün formalaşması üçün geniş məlumat vasitəsi kimi nəzərdə tu-
tulmuşdur. Əlbəttə, bütün İslam irsini bu kitabda vermək mümkün deyildir. Bu
səbəbdən də, kitabdakı mövzular ümumiləşdirilərək aşağıda şəkildə verilmişdir:
-Məhəmməd peyğəmbərlər , onun əhli-beyti və səhabələrin həyat yolları;
-İslamda əqidə, hüquq və mənəviyyat məktəbləri:
-Təriqətlər və dini cərəyanlar;
-İslamın tarixi, kəlamı və fəlsəfəsi.
Ensiklopedik lüğətdə 700-dən çox böyük və kiçik məqalələr yer almışdır.
Məqalələrdə tarixi hadisələr həm hicri, həm də miladi təqvimlərlə göstərilmişdir.
Burada birinci hicri, sonra isə miladi tarix göstərilir (32/653 il kimi). Bəzi hallarda
3


isə tarixi hadisələr yalnız miladi təqvimlə göstərilmişdir. Məqalələrdə kursiv
olaraq göstərilən söz və ifadələr kitabda eyni adlı məqalənin mövcudluğundan
xəbər verir. Kitabın quruluşunda da yeniliklər vardır. Burada bütün termin və an-
layışlar həm əlifba sırası, həm də mövzular üzrə verilmişdir. Eyni zamanda,
kitabın sonunda məqalələr mövzular üzrə təsnif edilmişdir.
Azərbaycanda bu kitabdan öncə İslam ensiklopedik lüğəti müxtəlif müəlliflər
tərəfindən də nəşr edilmişdir. Belə ki, bu nəşrlər əsasən rus dilindən tərcümə ol-
unmuş kiçik tutumlu “İslam - Qısa məlumat kitabçası” (Bakı, 1989), digəri isə
Z. Bünyadovun “Məzhəblər və təriqətlər” (Bakı, 1997) kitabıdır. Bundan başqa
“Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” (Bakı, 2012-
2013) adlı böyük həcmli və çoxcildli ensiklopediyası işıq üzü görmüşdür. Ayrıca
qeyd etmək lazımdır ki, fil.ü.e.d. G. B. Baxşəliyevanın redaktorluğu ilə Rusiyada
nəşr edilmiş “İslam. Ensiklopediçeskiy slovar” (Moskva, “Nauka”, QRVL, 1991)
kitabının tərcüməsi əsasında “İslam: Ensiklopedik lüğəti” ( Bakı “Elm” 2013)
kitabı dərc olunmuşdur. Bu kitablar öz dövrləri üçün olduqca əhəmiyyət kəsb
edən elmi vasitələr hesab edilirlər. Təqdim olunan “İslam: Tarix, Fəlsəfə və
Hüquq” ensiklopedik lüğəti isə bu nəşrlərlə müqayisədə yuxarıda göstərilən fərqli
xüsusiyyətləri ilə seçilir.
4




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə