Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə9/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   5   6   7   8   9   10   11   12   ...   142

B
BAB –  həqiqətin qapısıdır. Babilər
hərəkətinin lideri olan Mirzə Əli Məhəmməd
Şirazi özünü bu adla tanıtmışdır.
BABİL
–  Cənubi Mesopotamiya
ərazisində (müasir İraq ərazisi) yerləşmiş
qədim dövlət və mədəniyyətin adı olmuşdur.
Miladdan öncə II minilliyin əvvəllərindən,
m. ö. 539-cu ilinədək mövcud olmuş ən
qədim mədəniyyətlərdən biri hesab edilir.
Babil dövlətinin paytaxtı Babil şəhəri idi. Ən
görkəmli hökmdarı Hammurapi (m. ö. 1798
– 1750) olmuşdur. Hammurapi olduqca uza-
qgörən və islahatçı hökmdar kimi bilin-
məkdədir. Onun qanunları günümüzə qədər
gəlib çatmışdır. 
Rəvayətlərə görə, qədim dövrlərdə
bəşəriyyət bu dildə danışmışdır. Ancaq, son-
ralar onlar Tanrının dərgahına çatmaq niyyəti
ilə göylərə ucalan nəhəng bir qüllə tikmək
istəyinə düşmüşdürlər. İnsanların bu fikrikini
duyan Tanrı qəzəblənərək onları bir-bir-
lərindən uzaq salmış və beləliklə, onlar müx-
təlif qövmlərə ayrılaraq fərqli dillərdə
ünsiyyət qurmağa başlamışdırlar. Nəticədə,
bir-birilərini anlamayan insanlar bu istək-
lərinin yerinə yetirə bilməmişlər. Beləliklə,
yer üzərində irqlər, millətlər və xalqlar yaran-
mışdır.
Babil Yaxın Şərqin ən qüdrətli şəhəri olsa
da, əhalisi bütpərəst  idi. Müqəddəs
kitablarda Babilin İsrail oğullarını məğlub
etməsi faktı vardır. O zaman, Babil çarı
Bühtünnəsr Qüds üzərinə yürüş edib o şəhəri
dağıtmış, İsrail oğullarını isə Babilə sürgün
etmişdir. O, hətta Tövratın mətnlərini də
yandırmışdır. Bu hadisələr İsrail oğullarının
Tanrıya qarşı asilik etməsi və onların Allah
yolundan dönməsi üzündən baş vermişdir. 70
illik sürgündən sonra babilliləri məğlub etmiş
İran şahları, onların Qüdsə qayıtmalarına
icazə vermişdirlər. Babilin dağıntıları
təxminən Bağdadın 100 km-də yer-
ləşməkdədir.                                                                                            
BABİLƏR –  XIX əsrin ortalarında
İranda Babilik dini hərəkatının davamçıları
olmuşdurlar. Babilik sonradan ayrıca dinə -
bəhailiyə çevrilmişdir. Hazırda Babilik, eləcə
də onlardan ayrılmış bəhailik İslam dininə
məxsus dini cərəyan kimi qəbul edilmir.
Artıq bəhailik dünyada müstəqil din kimi
tanınmaqdadır. 
Babilər hərəkatı İranda 1819-cu ildə
anadan olmuş Seyid Əli Məhəmmədin
(Babın) adı ilə bağlıdır. Öncə o və onun
ardıcılları Şeyx Əhməd Əhsainin “Şeyxilər”
təriqətinə mənsub idilər. Bab 1844-cü ildə
özünü Mehdi elan etmiş, ancaq bununla ki-
fayətlənməyərək, “Birinci Nöqtə” adını
götürmüşdür. Bab günəş təqvimini bərpa
etmiş və özünün zühur etdiyi ili yeni eranın
başlanğıcı elan etmişdir. O bildirmişdir ki,
onun təlimi əsasında qurulacaq cəmiyyətdə
qadınlara geniş azadlıqlar veriləcək, yox-
sullar ümumi xəzinədən yardım alacaq, təhsil
hamı üçün icbari olacaqdır.
Babın bərabərlik, ədalət, qadınlara
azadlıq çağırışları İranda Babilər hərəkatına
səbəb olmuşdur. Hərəkat 8 il sonra böyük
çətinliklə yatırılmışdır. Hakim dairələr Babın
Allahın təcəllisi olmadığını insanlara sübut
etmək məqsədi ilə onu 1850-ci il iyulun 9-da
Təbriz şəhərində kütlə qarşısında edam et-
mişdirlər. 
Babilər hərəkatı sosial ədalət uğrunda
mübarizə kimi tanınsa da, Babın dini təlim-
inin başlıca hissəsini İslam ilə ziddiyyət
təşkil edən həşr, qiyamət günü,  cənnət 
cəhənnəm məsələlərinin şərhi və özündən
sonra gələcək Mehdinin zühurunun mədhi
təşkil edirdi. O, qiyamətə ölülərin fiziki
dirilməsi kimi baxılmasını, eləcə də, Məad
hadisəsini inkar edir və onların məcazi iza-
19
BABİLƏR


hını verirdi. Baba görə həşr – “Cəhalət və
nadanlıq qəbirlərində yatanların mənəvi oy-
anışıdır”. O, maddi cənnət və cəhənnəm an-
layışlarını insan təxəyyülünün uydurması
adlandırırdı. Baba görə cənnət – həm bu,
həm də ölümdən sonrakı həyatda ruhun Al-
laha yaxınlığı, cəhənnəm isə Ondan uza-
qlığıdır. O, İslamın sonuncu din olmasını
qəbul etmirdi. Onun düşüncələrinə görə vəhy
arasıkəsilməz davamlı prosesdir. Peyğəmbər-
lər həmişə gəlmiş və bəşəriyyət tam kamil-
liyə çatana kimi, bundan sonra da gələcəklər.
O qeyd edirdi ki, Müqəddəs Kitablar öz
dövrləri üçün endirilmiş və onlar sonsuzluq
üçün nəzərdə tutulmamışdırlar. Allah Musa,
İsa və Məhəmmədə bir-birini əvəz edən
Tövrat, İncil və Quranı nazil etdiyi kimi ona
da Quranı əvəz edəcək “Bəyanı” göndər-
mişdir. İnsanlar onu qəbul etməklə öncə
İranda, sonra isə bütün dünyada sülh və qar-
daşlığın bərqərar olduğu sivilizasiyanı qura-
caqlar.
Babın ən fəal ardıcılları arasında Azər-
baycan əsilli Tahirə Qurrətüleyn adlı qadın
da olmuşdur. Tahirə Babın təlimlərindən il-
hama gələrək, Babilərin Bədəşt konfransında
(1848) nümayəndələr qarşısında çadrasını
atmış və qadın-kişi bərabərliyi haqında nitq
söyləmişdir. Həmin konfransda Babilər öz
inanclarının İslamla əlaqəli olmadığını və
özlərinin isə İslamdan rəsmən çıxdıqlarını
elan etmişdirlər.
BAĞDADİ ƏBDÜLQAHİR (1037-ci
ildə vəfat etmişdir) – görkəmli şafii fəqihi və
əşəri kəlamçısı olmuşdur. Həyatının böyük
bir hissəsini İranda Nişapur şəhərində keçir-
mişdir. Bağdadi hüquq, kəlam (I) 
riyaziyyatın ən kamil bilicilərindən biri
olmuş, müxtəlif elmləri öyrənmiş və tədris
etmişdir. Şiə, xarici, mütəzili və digər müsəl-
man dini cərəyanların ardıcılları ilə
polemikalar aparmış, bir neçə tanınmış
kitabların müəllifi olmuşdur. “Dinin üsulu”
kitabında o, kəlam və fiqh problemlərini
tədqiq etmişdir. “Təriqətlər arasındakı
fərqlər” adlı kitabında isə müxtəlif İslam
təriqətlərinin təlimlərini izah edərək, onları
sünni İslamı baxımından tənqid etmişdir.
Onun üçüncü tanınmış kitabı isə “Dinlər və
təriqətlər haqqında kitab” adlanır.
BAKİLLANİ MƏHƏMMƏD
(403/1013-cü ildə vəfat etmişdir) – görkəmli
İslam alimi və kəlamçısı, əşəri kəlam mək-
təbinin təmsilçisi olmuşdur. Soyu Bəsrədən
olsa da, həyatının böyük bir hissəsini Bağ-
dadda keçirmiş, orada hakim vəzifəsinə
qədər yüksəlmişdir. 
Bakillaninin elmi fəaliyyəti Bəsrədə
olarkən başlamış, xüsusən də əşəri kəlamına
(I) böyük maraq göstərmişdir. Bakillani elmi
Əbu Həsən Əşərinin tələbələrindən İbn
Mücəhid Taidən və Əbu Həsən Bəxilidən
öyrənmişdir. O, fiqh elminin bilicisi kimi də
tanınırdı. 
Bağdada gəldikdən sonra Bakillani
Məhəmməd burada elmi fəaliyyətini davam
etmiş və o, burada Əbu Bəkr ibn Malik
Qatidən, Əbu Məhəmməd ibn Məsi,
Dəraqutnidən, Əbu Əhməd Hüseyn ibn Əli
Nişapuri kimi alimlərdən hədis elmini öyrən-
mişdir.
Sonra Bəsrəyə qayıdaraq məscidlərdə
müdərrislik etmiş, əşəri kəlamını inkişaf et-
dirmişdir. O, sonrakı bütün həyatında apolo-
getik fəaliyyətini davam etdirmişdir. Büveyhi
Ədudəd-Dövlənin hakimiyyəti zamanında o,
Şirazda müxalifləri ilə dini-fəlsəfi müza-
kirələrdə iştirak etmişdir. Büveyhilərin şiə
hökmdarları olduqlarına baxmayaraq,
Ədudüd-Dövlə Bakillani Məhəmmədi dəyər-
ləndirərək, ona hörmət bəsləmiş, onu öz oğlu
Simnanəd-Dövlənin müəllimi təyin etmişdir.
Bundan başqa Ədudəd-Dövlə Bakillani
Məhəmmədi öz elçisi kimi Bizans impera-
torunun yanına göndərmişdir. Ədudəd-
Dövlənin ölümündən sonra o, Bağdadda
20
BAĞDADİ ƏBDÜLQAHİR 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə