Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   6   7   8   9   10   11   12   13   ...   142

yaşamış və orada Mənsur məscidində müdər-
rislik etmişdir. Onun dərslərinə tələbələr
İraqdan, Xorasandan, Əndəlüsdən, müsəl-
man dünyasının müxtəlif yerlərindən
gəlirdilər. Onun tələbələri arasından məşhur
müsəlman mütəfəkkirləri də çıxmışdır. 
Əşəri kəlamının əsaslarını inkişaf et-
dirmiş Bakillani, onları digər təlimlərin nü-
mayəndələrinin tənqidlərindən qorumuşdur.
Bununla da o, sünniliyin daha da bərkiməsi
və geniş yayılmasını təmin etmişdir. Buna
görə də, onu öz dövrünün mucəddidi ad-
landırmışlar. Bakillaninin bacarığını müxtəlif
müsəlman hökmdarları yüksək dəyərləndirərək
onu dəstəkləmişlər. O, “İcazül-Quran”
(Quranın bənzərsizliyi), “Təmhidül-Əvail və
Təlxisüd-Dəlail” (Başlanğıcların yüngül-
ləşdirilməsi və dəlillərin qısa olaraq verilməsi),
“Mənakibül-Əimmə” (İmamların həyatı) kimi
əsərlərin müəllifidir. Bakillaninin elmi
irsindən İslam alimləri bu gündə istifadə et-
məkdədirlər.
BAKUVİ SEYİD YƏHYA – bax:
XƏLVƏTİLƏR.
BALİQ –  yetkinlik yaşına çatmış in-
sandır. İslam hüququna görə, bu yaşa
çatanda hər bir müsəlman etdiklərinə görə
məsuliyyət daşıyır. Yetkinlik yaşına çatan hər
bir müsəlman İslam dininin əsaslarını bilməli
və ona tabe olmalıdır. İslam alimlərinə görə
nisbi olaraq qız yetkinlik yaşına 9, oğlan isə
12 yaşlarında çatır. Təbii ki, bu insanın bi-
oloji, fiziki və ruhi vəziyyətindən asılıdır.
Buna görə də, yetkinliyin son yaş həddi qı-
zlar üçün 17, oğlanlar üçün isə 18 yaş qəbul
olunmaqdadır. 
BATİL –  həqiqətlə heç bir əlaqəsi ol-
mayan bir şeydir. İslamda Quran və
peyğəmbərin qoyduğu yola uyğun olmayan
hər bir inanc, düşüncə və davranış batil hesab
olunur. Quranda batil sözü inancsızlıq, pislik
kimi mənalarda da işlədilir. Batilin əksi isə
həqiqətdir. 
BATİN –  insanlar üçün əsl mahiyyəti
bilinməyən gizli və sirli hər hansı bir şey və
ya varlıqdır. Allahın gözəl adlarından biridir.
Kəlamda (I) batin, hər hansı bir varlığın gizli,
sirli və ezoterik tərəfini əks etdirir. 
BAYRAMİLİK  –  Türkiyə və Balkan
ölkələrində yaşayan müsəlmanlar arasında
yayılan sufi təriqətlərindən biridir. Bu
təriqətin adı Hacı Bayram Vəli (833/1429
ildə vəfat etmişdir) ilə bağlıdır. O, Ankaranın
Zülfədl kəndində doğulmuşdur. Dini elmləri
dərindən mənimsədikdən sonra Zülfədl mə-
drəsələrində müdərris kimi fəaliyyət göstər-
mişdir. Sonra o, müdərrislikdən uzaqlaşaraq,
tanınmış sufi Əbu Hamidəddin Ağsarayinin
(815/1412 ildə vəfat etmişdir) başçılığı al-
tında mənəviyyat yolçuluğuna başlamışdır.
Onun ölümündən sonra Hacı Bayram Vəli
Ankarada sufi təkkəsi yaradaraq dövrünün ən
hörmətli sufi şeyxlərindən biri olmuşdur. 
Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə
gedib orada ölkənin tanınmış alimləri ilə
tanış olmuşdur. Onun davamçısı (xəlifəsi)
olmuş Ağ Şəmsəddin İstanbulu fəth etmiş
sultan II Məhmət Fatihin müəllimi olmuşdur.
Yazıçıoğlu Məhməd, Əhməd Bican, Ağbıyıq
Sultan, Dədə Ömər Sikkini kimi tanınmış su-
filər də onun ardıcılları olmuşdurlar. 
Bayramilərin mənəvi yolu nəqşibəndilik
və  xəlvətiliyin yoluna bənzəməkdədir. On-
ların irfani dünyagörüşü daha çox İbn
Ərəbinin dünyagörüşünə yaxındır. Öz ayin-
lərində onlar, çox vaxt ucadan deyilən
cəhri”, bəzən isə pıçıltı ilə deyilən “hafi”
zikrləri oxuyurlar. Bayramilərin ibadətlərinin
əsas məqsədi “Allahın cazibəsi, sevgisi və gi-
zliliyidir”. Bu təriqətin əsas əsərlərini daha
çox Ağ Şəmsəddin yazmışdır. Hacı Bayram
Vəlidən isə heç bir əsər günümüzə gəlib çat-
mamışdır. 
21
BAYRAMİLİK


Təriqət davamçıları çoxda uca olmayan
ağ mahuddan tikilmiş altıguşəli papaq
geyinirdilər. Hacı Bayram Vəlinin sağlığında
onun davamçıları əsasən Ankara, Bursa və
Ədirnədə geniş yayılmışdırlar. Bayramilərin
əsas üç başlıca qolu vardır: 
1. Ağ Şəmsəddinə bağlı Şəmsiyyə qolu.
Bu qol günümüzdə klassik bayramilik təriqə-
tidir; 
2. Dədə Ömər Sikkiniyə bağlı Məlamiyyə
qolu; 
3. Ağbıyığa bağlı xəlvəti qolu. Bu qol isə
daha sonralar müstəqil sufi təriqətinə
çevrilmişdir. Öz dövrünün elm-irfan ər-
lərindən biri hesab olunan Əziz Mahmud
Hüdai (1038/1628 ildə vəfat etmişdir) Os-
manlıda bu təriqətin inkişafında böyük rol
oynamışdır. O, otuzdan artıq əsərlərin müəl-
lifi olmuşdur. Onun mürşid kimi yetişdirdiyi
minlərlə tələbə və müridləri onun qoyduğu
sufi ənənəsini davam etdirmişdirlər.
Xəlvətiliyin sonrakı inkişafında isə İsmail
Həqqi Bursalının (1137/1724 ildə vəfat et-
mişdir) rolu böyük olmuşdur.
BEYDAVİ ABDULLAH (685/1286-cı
ildə vəfat etmişdir) – Quran təfsirçilərindən
biri olmuşdur. Tam adı Abdullah ibn Ömər
Məhəmməd Nəsirəddin Beydavidir. O, Şi-
razın yaxınlığındakı Bəyda kəndində doğul-
muşdur. Onun ilk müəllimi Şirazın baş qazısı
vəzifəsində işləyən öz atası olmuşdur. Abdul-
lah da ailə ənənəsini davam etdirərək qazi
(II) vəzifəsində işləmişdir. Buna görə də onu
daha çox Qazi (Hakim) Beydavi ad-
landırırdılar. 650/1252-ci ildə Təbriz
şəhərinə köçən Beydavi uzun müddət burada
yaşamışdır. O, hədis üsulu,  fiqh, məntiq,
kəlam (I) və tarix elminə aid bir çox
kitabların müəllifi olmuşdur. Abdullah Bey-
davinin ən tanınan əsəri Təbrizdə yazılmış
“Ənvərüt-Tənzil və Əsrarüt-Təvil” adlı
Quran təfsiri olmuşdur. Əşəri kəlamı və Şafii
məzhəbinin üsulları ilə yazılan bu təfsir bir
neçə  əsr Osmanlı mədrəsələrində tədris
edilmiş və sonralar bu təfsirə 250-dən çox
şərh yazılmışdır.
BEYƏT – İslam hüququnda hər hansı
bir şəxsin hakimiyyətinin tanınmasıdır.
Adətə görə beyət edən insan hakimiyyəti
tanınan şəxsin əllərini sıxaraq, ona bağlılıq
(sadiqlik) andını içir. Bu qayda ilə səhabələr
Məhəmməd peyğəmbərə sadiqlik andını
içmişlər. Müsəlmanlar arasında ilk beyət
Əqəbədə reallaşmışdır.
Sufizmdə beyət müridin öz mürşidinə
bağlılıq andıdır. Məsələn, Məhəmməd
peyğəmbərin səhabələri ona beyət etmişlər.
Beyət prinsipləri bütün sufi təriqətlərində
eynidir. Təriqətə daxil olan mənəviyyat
yolçusunun onu bu yola yönəldən şeyxi və ya
mürşidi olmalıdır. Mürşid onunla rabitə
qurur, sonra isə onun təriqətə girməsi barədə
hökm verir. Hökm verildikdən sonra beyət
mərasimi başlayır. Mürid dəstəmaz alaraq
mürşidinin yanına gəlməli, onun yanında di-
zləri üstündə oturmalıdır. Sonra mürşid
müridin əllərindən tutaraq onu törətmiş gü-
nahlarına görə  Allah  qarşısında  tövbə et-
məyə çağırır. Tövbə edən mürid Allah və
mürşidinə tabe olacağına söz verir. Bundan
sonra o, Allahı tanrı, Məhəmmədi elçi, təriqət
yolunda ona yol göstərən şeyxi isə özünə
mürşid kimi qəbul etdiyini qeyd edir. 
Qadının da təriqətə girməsi mərasimi
buna bənzər baş verir. Sadəcə, burada mürşid
onun əllərini tutmur. Bəzi təriqətlərdə beyət
zamanı müridin əyninə “xirqə” adlanan xü-
susi geyim geyindirirlər, bəzilərində isə onun
başını xüsusi örtü ilə bağlayırlar. Ayinin sonu
olaraq mürşidlə mürid arasında mənəvi
bağlantı yaranır və onu pozmaq olmaz. Sufi
təriqətlərinin qaydalarınarına görə beyəti
pozmaq ədəbdən hesab olunmur.
BEYƏTÜR-RİZVAN  –  Məhəmməd
peyğəmbərə Hüdeybiyə anlaşmasından
əvvəl Məkkə yaxınlığındakı Samur
ağacının altında 1400-ə yaxın səhabənin
22
BEYDAVİ ABDULLAH


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə