Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə13/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   9   10   11   12   13   14   15   16   ...   142

üsyan etmiş, ehtiram və hörmət göstərməmiş,
beləliklə də, doğru yoldan sapmışdır. Rə-
vayətlərə görə, Musa peyğəmbər Bələmin
cəzalandırılmasını Allahdan istəmiş, O, da
bunu həyata keçirmişdir. Təfsirçilərə görə,
Bələmin  Quranda adı çəkilməsə də, Əraf
surəsində ona işarə edilir.
BƏNİ İSRAİL –  İsrail oğulları və ya
qədim yəhudi xalqının adlarından biridir.
“İsrail” sözü ibrani (qədim yəhudi) dilində
“Allahın qulu” deməkdir. İsrail Quranın
“Ali-İmran” surəsinin 93-cü ayəsinə görə
Yaqub peyğəmbərin adlarından biridir. Məhz,
Yaqub peyğəmbərdən yəhudilərin 12 qolu
törəmişdir.
BƏRА İBN ƏZİB (72/691-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Bəra Mədi-
nədə  dünyaya gəlmişdir. Onun Evs qə-
biləsindən olduğu bilinməkdədir. İslamı
hicrətdən əvvəl qəbul etmişdir. Uhud
döyüşündən başlayaraq müsəlman ordusu-
nun sıralarına qatılmış, müşriklərə qarşı
bütün döyüşlərdə iştirak etmişdir. İlk
xəlifələrin dövründə Bizans və Sasani im-
periyalarına qarşı gedən savaşlarda, xüsusən
də Rey və Şüştərin alınması uğrunda gedən
döyüşlərdə vuruşmuşdur. Xilafətdəki daxili
çəkişmələrdə isə xəlifə Əlinin tərəfini tut-
muşdur. Bəra 80 yaşında Kufədə vəfat et-
mişdir.
BƏRAƏT GECƏSİ –  müsəlmanların
müqəddəs hesab etdikləri gecələrdən biridir.
Hər il Şaban ayının 14-dən 15-nə keçən gecə
qeyd edilir. Rəvayətlərə görə Allah bu gecə
bütün insanların dualarını və istəklərini yer-
inə yetirmək üçün mələklərini yer üzünə
göndərir. Eyni zamanda, bu gecə Allah insan-
ların  günahlarını bağışlayır. Bəraət gecəsi
möminlər arzularını dilə gətirərək Allahdan
onların yerinə yetirilməsini diləyirlər. Çoxlu
duaların edilməsi tövsiyə edilsə də, bu
gecənin ayrıca bir namazı yoxdur. Rə-
vayətlərə görə, Allah Məhəmməd peyğəm-
bərə bütün müsəlmanlar üçün şəfaətçi olmaq
vəzifəsini bu gecə vermişdir. Şaban ayının
15-ci gecəsinin müqəddəsliyi haqqında
hədislər mövcuddur.
BƏRƏKƏT –  bu söz bolluq, çoxluq,
dində qazanılan mükafat mənasını ver-
məkdədir. Bərəkət sözü Quranın ayrı-ayrı
ayələrində zikr edilməkdədir.  Allah onu
istədiyi insana verir. Sufilikdə, şiəlikdə və bir
sıra digər təriqətlər və cərəyanlarda bərəkətin
peyğəmbərlərdən  övliyalara, onlardan isə
digərlərinə varisliklə keçməsi iddia edilir.
Sufi dünyagörüşünə görə bərəkət ilk olaraq
Məhəmməd peyğəmbərin birbaşa varisləri
olan seyidlər və şəriflərə verilmişdir. Onlar
isə onu sadə insanlara ötürə bilərlər. Bərəkəti
yalnız sağ olan müqəddəsdən deyil, onun
məzarından da almaq mümkündür. Buna
görə də, sufilikdə (eləcə də şiəlikdə) müqəd-
dəslərin məzarlarına da hörmət bəslənilir.
Onların məzarları üzərində türbələr tikilir və
bu yerlər zamanla ziyarət yerlərinə çevrilir-
lər.
BƏRZƏX_–_pərdə_və_ya_iki_şey_arasında__yerləşən_yerdir_(Quran_55:_19-20).'>BƏRZƏX – pərdə və ya iki şey arasında
yerləşən yerdir (Quran 55: 19-20). Bu söz
eyni zamanda, dənizi ayıran su sərhədi və ya
boğaz mənasında da istifadə edilir. Bərzəx
sözünü ölən insanların ruhlarının qiyamət
gününə qədər qaldıqları yer mənasında da
işlədirlər. Bərzəx aləmi dünya həyatından
sonrakı həyatın başlanğıcıdır. Bədəndən
ayrılmış ruhlar burada bədənlərin yenidən
təkrar diriləcəyi günə qədər gözləyirlər.
Bərzəx vəfat etmiş mömin insan üçün cən-
nətdən bir guşəyə və ya günahkar insanlar
üçün əzablarla dolu cəhənnəmə bənzər atəş
dolu çuxura bənzəyir (Quran 23: 99-100). 
27
BƏRZƏX


BƏST – bax: QƏBZ VƏ BƏST.
BƏYAZİD BİSTAMİ (262/875 ildə
vəfat etmişdir) – görkəmli İran sufisi, Su-
fizmdə əsas təriqətlərdən birinin qurucusu
və dünyaca məşhur təsəvvüf alimi olmuş-
dur. Tam adı – Əbu Yəzid Təyfur (Bəyazid)
ibn İsa Bistamidir. O, İranın Bistam
şəhərində doğulmuş, həyatını orada keçir-
mişdir. Təriqət yolunda onun müəllimi sufi
Əbu Əli Sindi olmuşdur. 
Bəyazid Bistami insanın öz “Mən”ini
itirərək, Tanrıda ərimək ideyasını irəli sür-
müşdür. Bu durumu o, “fəna” adlandırmışdır.
Fəna (yoxluq) ilə birlikdə ortaya çıxan, digər
anlayış Tanrıya olan heyranlıq və sevgidən
irəli gələn sərxoşluqdur. Belə ki, Tanrıya
yönəlmiş və onda ərimiş insan, Onun
sifətlərini mənimsəmiş olur. O, ilk dəfə “Sən
Mənsən, mən isə Sən” sözlərini istifadə et-
mişdir. Sufilər mistik təcrübələri zamanı,
ruhun yüksəlməsinə “merac” deyirlər. Ehti-
mal edilir ki, bu termin də ilk dəfə Bəyazid
Bistami tərəfindən istifadə edilmişdir.
Bəyazid Bistaminin bu kimi ideyaları ənənə
tərəfdarı müsəlmanlar tərəfindən rədd
edilmişdir. Onlar onu küfrdə ittiham et-
mişdirlər. 
Bəyazid Bistamidən heç bir əsər qal-
mamışdır. Onun 500-ə yaxın kəlamını onun
tələbələri ölümündən sonra qələmə almışdır-
lar. Sonra onları Küşeyri, Süləmi, Hüciviri,
Münəvi və Sərrac kimi müsəlman sufi
mütəfəkkirləri öz əsərlərində istifadə et-
mişdirlər.
BƏYHƏQİ ƏHMƏD
(384/994 –
458/1066) – görkəmli fəqih, mühəddis və
təfsirçi olmuşdur. Tam adı – Əbu Bəkr
Əhməd ibn Hüseyn Bəyhəqidir. O, İranın
Nişapur şəhərinin yaxınlığındakı Bəyhəq
bölgəsində doğulmuşdur. Xorasan, Bağdad,
Kufə, Məkkədə təhsil almışdır. O, hədis 
fiqh elmlərini yüzdən çox müəllimdən öyrən-
mişdir. Daha sonra Bəyhəqi müəllimlik etmiş
və elmi fəaliyyətlə məşğul olmuşdur. O,
hüquq, kəlam (I) və hədis elminə aid bir çox
kitabın müəllifidir. O, Şafii məzhəbinin
davamçılarından hesab edilir. Hədislər məc-
muəsi hesab olunan “Sünəni-Kubra”
(peyğəmbər yolunun böyük məcmuəsi) və
“Sünəni-Suğra” (peyğəmbər yolunun kiçik
məcmuəsi) kitabları ilə tanınmışdır. Eləcə də,
Allahın adları və sifətləri ilə bağlı “Kitabül-
Əsma vəs-Sifət” (Allahın adları və sifətləri
haqqında) kitabının da müəllifidir.
BƏYY –  İslam hüququnda bir malın
başqası ilə dəyişdirilməsi və ya alqı-
satqısıdır. Bəyy ticarətdə tərəflərin nə isə
almaq və satmaq istəyi ilə baş tutur. Bundan
sonra alqı-satqı qanuniləşir və bu anlaşma
birtərəfli pozula bilməz. Onu yalnız hər iki
tərəf anlaşaraq poza bilərlər. İstisna hallarda
isə alan və satan arasında bu barədə anlaşma
olmayıbsa  mal geri qaytarıla bilər. Alqı-
satqının 
şərtləri
bunlardır: Ticarətdə
tərəflərin qarşılıqlı razılığı; Onların ağıllı,
azad olmaları və yetkinlik yaşına çatmaları;
Malın  şəriət  qanunlarına uyğun olması,
məsələn; donuz əti, spirtli içkilər kimi dində
qadağan olunan malları satmaq olmaz;
Satıcının malı satmaq hüququnun olması;
Malın qiyməti müəyyənləşdirilməlidir.
BİDƏT –  Məhəmməd peyğəmbər və
onun səhabələrinin zamanında olmayan,
sonra İslam dininə gətirilmiş bütün yenilik-
lərdir. Bidətin iki tərifi vardır:
1.  İslam alimlərindən bəziləri Məhəm-
məd  peyğəmbərdən sonra İslamda ortaya
çıxan yeni hər bir şeyi bidət hesab edirlər.
Onlara görə, “yenilik” geniş anlayışdır. Onlar
bütün yenilikləri iki hissəyə ayırırlar. Birin-
cisi, Quran və peyğəmbərin göstərdiyi yola
qarşı olmayan, ikincisi isə bunlara qarşı olan
bidətlərdir. Buna görə də, İslam hüququnda
bunlar dərəcəsinə görə vacib, mübah,
28
BƏST 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə