Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə15/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   11   12   13   14   15   16   17   18   ...   142

müşdür. Ancaq, Buxari təkcə bu şərtlə ki-
fayətlənməmiş, yeni metodunu ortaya qoy-
muşdur. Bu metoda görə ravilərin bir-biri ilə
görüşməsi faktı sübuta yetirilməli idi. Ayrıca,
bunu başqaları da təsdiq etməli idilər. Bu şərt
yoxdursa, onda hədis etibarlı hesab
edilmirdi. Çünki, ravilər bir-birləri ilə
görüşməyiblərsə, onda hədis də ötürülə
bilməzdi. Beləliklə, hədislərin etibarlı sayıl-
ması üçün, hədis ravilərinin görüşmək şərti
ilə ardıcıl silsiləsi sübuta yetirilməli, bundan
başqa ravilərin soyu, doğum və ölüm tar-
ixləri, yaşayış yeri və müəllimləri bilinməli
idi. 
Buxarinin ən məşhur əsəri “Cəmiüs-
Səhih” (Etibarlı hədislər toplusu) kitabıdır.
Bu əsərində o, irəli sürdüyü metoda uyğun
ən etibarlı hədisləri toplamışdır. Rəvayətlərə
görə o, bu əsəri 600 minə yaxın hədisi
araşdırdıqdan sonra, on altı il müddətində
yazmışdır. Ancaq, bunların az hissəsi tətbiq
etdiyi seçim metoduna uyğun olmuşdur.
Buna görə orada yalnız 7397-yə yaxın hədis
vardır. 
“Cəmiüs-Səhih” kitabında olan bütün
hədislər mövzularına görə ayrı-ayrı fəsillərə
bölünmüşdür. Sıralama isə fiqhi mövzulara
uyğun aparılmışdır. Beləliklə də, Buxarinin
əsəri təkcə hədislərin toplusu deyil, hüquqi
hökmlərin verilməsi üçün də faydalı bir dərs-
lik olmuşdur. Buna görə də, orada ehtiyac
olanda, bəzi hədislər təkrar olunur. Təkrar ol-
unan hədislərin sayı isə 2762-dir. 
Bəzi müsəlman alimləri Buxarinin tətbiq
etdiyi metodu tənqid etmişlər. Buna baxma-
yaraq onun “Cəmiüs-Səhih” kitabı hədis və
fiqh elmində özünə layiq yerini tutmuşdur.
Bu əsərin bəzi yerlərdə bir-birindən
fərqlənən və bir neçə qədim əlyazma
nüsxələri günümüzə gəlib çatmışdır.
BURAQ –  gecə vaxtı Məhəmməd
peyğəmbəri Məkkədən Qüdsə, sonra isə
göylərə Allahın hüzuruna, sonra oradan
Onu geri qaytarmış heyvanın adıdır. İs-
lamda bu hadisəyə İsra və  Mirac (Gecə
səfəri və göylərə yüksəliş) deyilir (Quran 7:
1). Rəvayətlərə görə, Buraq ağ rəngli, qatır-
dan kiçik, eşşəkdən böyük və yüksək surətlə
irəliləyən bir heyvan olmuşdur.
BUZOV –  Musa peyğəmbərin za-
manında İsrail oğullarının tapındıqları büt-
dür.  Musa peyğəmbər İsrail oğullarını
Fironun zülmündən qurtardıqdan sonra Al-
lahın buyruğu ilə Tur dağına getmiş, qardaşı
Harunu müvəqqəti olaraq öz yerinə başçı
təyin etmişdir. Musa Tur dağında olarkən İs-
rail oğulları Harunu dinləməyərək öz bəzək-
düzək əşyalarından buzov heykəli düzəltmiş
və həmin buzova sitayiş etmişdirlər. Buna
görə də, Allah onları cəzalandırmışdır.
BÜREYDƏ İBN HÜSEYB (63/682 ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. O, Əsləm qə-
biləsindən idi. Onun Məhəmməd peyğəm-
bərlə tanışlığı Mədinəyə hicrət zamanı
başlamışdır. Peyğəmbərin hicrət etməsinin
qarşısını almaq məqsədi ilə qüreyşlilər onu
izləmək qərarına gəlmişdirlər. Ancaq, ax-
tarışlar heç bir nəticə vermədiyindən, onlar
Məhəmməd  peyğəmbəri tapan şəxsə yüz
dəvə verəcəklərinə söz vermişdirlər. Bu
xəbər başqa yerlərdə yaşayan ərəb qə-
bilələrinə də gedib çatmışdır. 
Rəvayətlərə görə, Büreydə ibn Hüseyb
söz verilən mükafatı almaq istəyinə düşərək,
Məhəmməd peyğəmbərin axtarışına
başlamışdır. Bu məqsədlə o, yetmiş atlı ilə
qəbiləsinin yaşadığı yerdən keçən yolu kəs-
miş və orada səfərdə olan bütün yolçuları
saxlayıb onların kim olduğunu müəyyən-
ləşdirmişdir. Mədinəyə doğru hərəkət edən
Məhəmməd peyğəmbər və Əbu Bəkr bu
yoldan keçmək məcburiyyətində qalmışlar.
Onlar Büreydə ibn Hüseyb və onun silah-
daşları ilə salamlaşmışlar. Bundan sonra on-
ların arasında danışıqlar başlamışdır.
Məhəmməd peyğəmbər və Əbu Bəkr
Büreydə ibn Hüseybə özlərini olduqca yaxşı
31
BÜREYDƏ İBN HÜSEYB


tərəfdən göstərmişlər. Qarşısında Məhəm-
məd peyğəmbərin olduğunu biləndən sonra
o, əvvəlki istəyindən çəkinmiş, İslamı qəbul
etmişdir. Ardınca onun silahdaşları da müsəl-
man olmuşdurlar. Sonra onlar peyğəmbərin
arxasında namaz qılmış, sonra isə Büreydə
ibn Hüseyb dəstəsi ilə Məhəmməd peyğəm-
bəri Mədinəyə qədər müşayiət etmişdir.
Müsəlman olmuş Büreydə özü də Məd-
inəyə köçmüşdür. Orada o, İslam ordusunun
sıralarına qatılaraq, on altı döyüşdə vuruş-
muşdur. Xüsusən də, igidliyini Xeybər
qalasının alınmasında göstərmişdir.
Məkkənin fəthi günü isə o, Əsləm qəbiləsinin
bayraqdarı olmuşdur. 
Raşidi xəlifələri dövründə Büreydə ibn
Hüseyb Xilafətin genişlənməsi uğrunda
aparılan savaşlara qatılmışdır. Xüsusən də,
Xorasana edilmiş yürüşdə öz döyüş
bacarığını göstərə bilmişdir. Fəth edilmiş
yerlərdə Büreydə İslamın yayılması üçün
böyük işlər görmüşdür. O həm də hədis ravisi
kimi tanınmışdır. Onun rəvayət etdiyi hədis-
lər Buxari və Müslimin kitablarında vardır.
Büreydə ibn Hüseyb xəlifə Yəzid ibn
Müaviyənin hakimiyyəti dövründə Xo-
rasanda vəfat etmişdir. 
BÜT – insan tərəfindən yaradılan, uy-
durulmuş tanrı obrazıdır. Bütlər tarixdə və
günümüzdə bəzi insan, qəbilə, tayfa, millət
və xalqların ibadət etdikləri daş, ağac, torpaq
və buna bənzər şeylərdən hazırlanmış heykəl,
şəkil, oyma və fiqurlardır. Bütlərə sitayiş
edən insanlara bütpərəst deyilir. 
Cahiliyyə dövründə ərəblər çoxlu bütlərə
tapınmışlar. Onların əsas tanrıları Hübəl, Lat
və Mənat olmuşdur. Qüreyşlilər Kəbənin
yaxınlığında yerləşdirilmiş İsaf və Nailə adlı
bütlərə də qurban kəsib, onlara tapınırdılar.
Rəvayətlərə görə İsaf adlı kişi ilə Nailə adlı
bir qadın Kəbədə cinsi əlaqəyə girdiklərinə
görə, Allah onları daşa çevirmişdir.
Bu bütlərdən başqa, hər bir məkkəli
müşrikin tapındıqları ailə bütləri də mövcud
olmuşdur. Onlar səfərə çıxdıqda bu bütlərə
toxunaraq və üzlərini onlara sürtərək yolda
qorunmalarını diləyirdilər. Bu tapınma geri
qayıdandan sonra da təkrarlanırdı. 
BÜTPƏRƏSTLƏR –  Allahla yanaşı
başqa tanrıların varlığına inanan və onlara
tapınan insanlardır. Bütpərəstlər yaradanı
yaradılmışdan ayrılmış, ondan uzaqlaşmış
hesab edirlər. Onlara görə, Yaradanla dünya
arasında əlaqəni yalnız vasitəçilər qura bilər.
Bu vasitəçilər də, sayları çox olan tan-
rılardır(Quran, 39: 3). 
İslam alimlərinin çoxu başqa tanrılara
tapınanları bütpərəst hesab edir və buna dəlil
kimi Quranın (9: 30) ayəsini gətirirlər. İs-
lamda bütpərəstlər ən böyük günahkarlar
hesab olunurlar. Onlar bu inanclarına görə
tövbə etməsələr, Allah onları əsla bağışlamaz
(Quran, 4: 48). Hətta, Quranın (9: 113) ayəs-
inə görə Allaha bütpərəstlərin bağışlanması
üçün dua etmək belə yol verilməzdir. 
Quran (9: 28) ayəsinə görə bütpərəstlərin
Məkkədə  müqəddəs məkanlardan hesab
edilən  Məscidül-Harama girməsi qadağan
olunmuşdur. Ancaq, bu ayəni başqa cür təfsir
edənlər, onların ora girməsində heç bir prob-
lemin olmadığını qeyd edirlər. Bütpərəstlərin
başqa məscidlərə girmələri haqqında isə
müxtəlif hökmlər vardır. Bəzi alimlər onların
başqa məscidlərə girmələrini də eyni dəyər-
ləndirmiş və bunun haram olduğunu iddia et-
mişlər. Bəziləri isə buna icazə verərək burada
heç bir problemin olmadığını qeyd etmişlər. 
Müsəlmanlar özlərini bütpərəstlərə
bənzətməməli, onlar kimi yaşamamalı, on-
ların 
adətlərini
mənimsəməməlidirlər.
Müsəlman alimlərinin əksəriyyətinin fikrinə
görə Allah bütpərəst olan yetkinlik yaşına
çatmamış, müstəqil düşüncəsi olmayan
uşaqları cəzalandırılmayacaq, onları
bağışlayacaqdır (Quran, 17: 15).
32
BÜT


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə