Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə17/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   13   14   15   16   17   18   19   20   ...   142

arasında kölələrin olmadığını, onların cinayət
törətmədiklərini bildirmişdir. Onlar yalnız
müsəlman olduqlarına görə təqib olun-
duqlarını bildirdilər. 
Bunu eşidən nəcaşi Cəfər ibn Əbu Talib-
dən müsəlmanların inancları haqqında
soruşdu. Cəfər də qısaca İslamın nə olduğunu
anlatmışdır. Quranın “Məryəm”, “Ənkəbut”,
“Rum”, “Kəhf” surələrindən ayələr oxumuş,
Nəcaşi İslam dininin əsaslarının Xristianlığa
yaxın olduğunu anladı və bundan sonra
müsəlmanları Məkkəyə qaytarmamaq
qərarına gələrək onları dəstəkləmişdir. Bəzi
rəvayətlərə görə sonra o, İslamı qəbul et-
mişdir. 
Hicrətin 7-ci ilində Cəfər ibn Əbu Talib
və onun dostları Həbəşistandan Mədinəyə
gəlmişdirlər. O zaman Məhəmməd peyğəm-
bər öz qoşunu ilə Xeybərdə döyüşürdü. Bu
döyüşü qazandıqdan sonra peyğəmbər savaş-
dan alınmış qənimətin bir hissəsini Həbəşis-
tandan gələn müsəlmanlara vermişdir.
Hicrətin 8-ci ilində təxminən 40 yaşlı Cəfər
ibn Əbu Talib Muta döyüşündə igidcəsinə
vuruşmuş və orada şəhid olmuşdur. 
CƏFƏR SADİQ (80/699 – 148/765) –
dini və ictimai xadim olmuşdur. Cəfəri
məzhəbinin adı onunla bağlıdır. Cəfər Sadiq
oniki-imamçı şiələrinin altıncı imamı sayılır.
Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn ibn
Əli  və onun ailəsi Kərbəlada qətl
edilmişdirlər. Bundan sonra Xilafətdə bu
ailənin nümayəndələri siyasi səbəblər
üzündən təqib olunurdular. Buna görə də on-
ların bir çoxu (xüsusən də Mədinədə
yaşayanlar) siyasətdən uzaqlaşaraq elmlə
məşğul olmuşdurlar. Onlar İslam mirasının
qoruyucuları, biliciləri, hədis raviləri, Quran
təfsirçiləri idilər. 
Cəfər Sadiq bir-çox tanınmış alimlərin
müəllimi olmuşdur. Məsələn, Əbu Hənifə
ondan islami elmləri öyrənmiş, ondan
öyrəndiklərini isə öz tələbələrindən olan Əbu
Yusiflə Məhəmməd ibn Həsən Şeybaniyə
ötürmüşdür. Malik ibn Ənəs də Cəfər Sadiqin
tələbəsi olmuşdur. 
Öz ailə ənənələrinə sadiq olan Cəfər
Sadiq erkən yaşlarından İslam elmlərinin
öyrənilməsinə böyük səylər göstərmişdir.
Onun müəllimləri babası Əli Zeynül-Abidin
və atası Məhəmməd Baqi olmuşdurlar. Ümu-
miyyətlə, Cəfər Sadiq İslam hüquq elminin
yaradıcılarından biri hesab edilə bilər. O,
İslam hüququnun metodlarını sistem-
ləşdirdikdən sonra, digər hüquqçular bu
metodları daha da inkişaf etdirmişdirlər. 
Cəfər Sadiqin dini dünyagörüşü və
düşüncəsi tələbələrinin yazılarında yer
almışdır. Tələbələrindən biri Mufəddəl ibn
Əmir olmuşdur. O, öz kitabında töhviddən
yazarkən ustadının dini dünyagörüşünə xü-
susi yer vermişdir. Allahın varlığını və bir-
liyini dəlilləri ilə isbatlamağa çalışmışdır. 
Cəfər Sadiq irsinin davamçılarından biri
də Cabir ibn Xəyyan olmuşdur. O, müəllim-
ini təkcə hüquqçu kimi deyil, həm də təbiət
elmlərində və kosmoqoniya sahəsindəki
işləri ilə tanıtmışdır. Ancaq, Cabir ibn
Xəyyamın fikirlərini şübhə ilə qarşılayan
tənqidçilər də olmuşdur. 
Şiə etiqadına görə din haqqında bütün
məsələləri  Məhəmməd peyğəmbər öz əhli-
beytinə ötürmüşdür. Onların inanclarına görə
bu bilgilər bir imamdan digərinə ötürülürdü.
Şiələrə görə Cəfər Sadiq bütün elmlərin ən
mahir bilicisi və dövrünün ən yaxşı alimi ol-
muşdur. “Cəfr” adlanan bu elm, gizli və
müqəddəs hesab edilirdi. Şiə alimi Məhəm-
məd ibn Yaqub Küleyni (238-ci hicri ilində
ölmüşdür) əsərində “Cəfr” elmi haqqında
məlumat vermişdir. 
Məlumdur ki, Cəfər Sadiq hakimiyyətə
gəlmək fikrində olmamışdır. Bəlkə də, Zeyd
ibn Əlinin faciəli ölümü, onun bu fikrə
gəlməsinə təsir etmişdir. Onun qeyd etdiyinə
görə bir çox insanlar sözdə əhli-beyt tərəfdar-
ları olmalarını iddia etsələr də, əslində onlar-
35
CƏFƏR SADİQ


dan üz çevirmişdirlər. Məsələn, onlar
müəyyən dövrlərdə Əli ibn Əbu Talibi, sonra
Hüseyn ibn Əlini, daha sonra Zeyd ibn Əlini
özlərinə rəhbər seçsələr də, onlardan üz çe-
virdikləri tarixi salnamələrə həkk olunmuş-
dur. 
Bundan başqa Cəfər Sadiq, Abbasi
xəlifəsi Əbu Cəfər əl-Mənsurun əhli-beyti
necə təqib etdiyinin şahidi olmuşdur. Bu
xəlifə ona qarşı üsyan etmiş Həsən ibn Əlinin
soyundan olan Məhəmməd ibn Abdullahı,
eləcə də onun qardaşı İbrahimi edam et-
dirmişdir. Sonra əhli-beytdən olan digər in-
sanlara qarşı da təqiblər davam etmişdir.
Buna görə də Cəfər Sadiq siyasətlə məşğul
olmamağa qərar vermişdir. 
Qeyd etdiyimiz kimi oniki-imamiyyə
şiələri Cəfər Sadiqi öz imamları hesab
edirlər. Onların inanclarına görə, Allahın
istəyini həyata keçirən bir imamın dünyada
olması hər dövrdə vacibdir. O, siyasi
hakimiyyətə can atmasa da, bu məqsədlə in-
sanlara çağırışlar etməsə də o, yenə də
imamdır. Ancaq, zeydi şiələri siyasi rəhbər
olmayan insanı imam hesab etmədiklərinə
görə Cəfər Sadiqi imam kimi tanımamışdır-
lar. 
Oniki-imamiyyə şiələri Cəfər Sadiqin
siyasi passivliyini, onun təqiyyədə olduğu ilə
izah etmişlər. Onlara görə o, gizli olaraq
doğru inancda olmuş, sadəcə təqiblər
səbəbindən fikirlərinin ayrı-ayrı məqamlarını
gizlətməli olmuşdur. Xəlifə Əbu Cəfər əl-
Mənsur bir zaman Cəfər Sadiqi də təqib et-
mişdir. Ancaq, sonra onun siyasətə
qarışmadığına tam əmin olduqdan sonra
buna son qoymuşdur. 
Cəfər Sadiqin fiqh elmi haqqındakı
düşüncələrinə gəldikdə isə deyə bilərik ki o,
müxtəlif problemlərin həllini açıq-aydın
Quran  ayələri və hədislərdən çıxarırdı. O,
bəzən rəy metodunu da istifadə edirdi. Ancaq
o, qiyas və istihsan metodlarından istifadə et-
məmişdir. O, Quran və hədislərdə anlaşıl-
mayan problemlərin həllində qiyasa deyil,
əqli dəlillərə üstünlük vermişdir. Düşüncəyə
xüsusi əhəmiyyət verən Cəfər Sadiqə görə
hər bir insan bir şeyin yaxşı və ya pis
olduğunu anlayırsa, deməli reallıqda da bu
belədir. 
CƏFƏRİ MƏZHƏBİ – şiəliyin ən geniş
yayılmış fiqhi məzhəbdir. Bu məzhəbin adı
Cəfər Sadiqlə bağlıdır. O, müxtəlif problem-
lərin həlli yollarını Quran və hədislərdən ax-
tarıb tapmışdır. O, bəzən rəy metodunu da
istifadə edirdi. Ancaq bunu edərkən o, qiyas
və istihsan metodlarından istifadə etməmiş,
əqli dəlillərə üstünlük vermişdir. Əqli dəlil-
lərə üstünlük verən Cəfər Sadiqə görə hər bir
insan bir şeyin yaxşı və pis olduğunu an-
layırsa, deməli reallıqda da bu belədir. Cəfəri
məzhəbinin davamçıları müctəhidlərin
hökmlərini təqlid etməlidirlər. Müctəhidlər
şiə məzhəbində böyük rol oynayırlar. Şiə-
likdə imamların günahsız olması inancının
olduğuna görə onların hər bir buyruğu Allah-
dan gəlmiş əmr kimi dəyərləndirilir. Buna
görə də şiə inancında Quranı yalnız imamlar
doğru təfsir edə bilərlər. Yəni, yalnız onlar
müqəddəs kitabı doğru anlamağa qadir ol-
muşdurlar. Bundan başqa şiələr Quran
ayələri və hədislərin gizli və açıq mə-
nalarının olduğuna da inanırlar. 
Cəfərilərin ən tanınmış Quran təfsirləri
bunlardır: 
1.  Hicri təqvimi ilə III - IV əsrlərdə
yaşamış Əli İbrahim Qumminin “Təfsirül-
Qummi” kitabı; 
2. Əbu Cəfər Məhəmməd ibn Həsən
Tusinin (460/1068-ci ildə vəfat etmişdir)
“Tibyan” (Anlatma) kitabı; 
3. Əbu Əli Təbərsinin (548/1153-cü ildə
vəfat etmişdir).  “Məcmuil-Bəyan fit-Təf-
sirül-Quran” (Quran yozumu üçün yığılmış
anlatmalar) kitabı.
Cəfərilərdə hədislərin seçilmə üsulu və
onların təsnifi bir çox məqamlarda digər
36
CƏFƏRİ MƏZHƏBİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə