Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   16   17   18   19   20   21   22   23   ...   142

böyük ölçülü yaqut, mirvari, eləcə də başqa
daşlardan düzəldilmiş çadırlarda hurilərlə
yaşayacaqlar. Rəvayətlərə görə bu çadırlarda
yalnız Allahın varlığını qəbul etmiş, bütün
peyğəmbərləri tanınmış möminlər yaşaya-
caqlar. Möminlər cənnətdə qızıl qolbağlar
taxacaq; tünük, eləcə də qalın ipəkdən yaşıl
geyimlər geyəcəklər (Quran, 18: 31). 
CİBT – cadugər və falçılar belə adlanır-
lar. İslamın ilk mənbələrində bu söz tez-tez
“tağut” sözü ilə birlikdə ifadə edilirdi. “Cibt
və tağut” ifadələri bütlər anlamında da isti-
fadə olunmuşdur. 
CİHAD – dünyada müsəlmanın din və
inancı, istək və arzuları, haqq və hüquqları
uğrunda mübarizə aparması və bu is-
tiqamətdə səy göstərməsidir. İslam əqidəsinə
görə cihad vacibdir (Quran, 2: 216, 193; 9:
36). Hər bir müsəlman İslamın müdafiəsi
üçün bütün varlığını və gücünü ortaya qoy-
malıdır. Lazım olarsa din düşmənlərinə qarşı
döyüşməlidir. Ayrıca, cəmiyyətdə ortaya
çıxan mənəvi problemlərlə də mübarizə
aparmalıdır. Beləliklə, cihad – insanın öz qü-
surları ilə mübarizə aparması, cəmiyyətdə
ədalətsizliyin aradan qaldırmasıdır. 
Hətta, zərurət halında silahlı cihadın
edilməsi hər bir müsəlmanın qarşısına qoy-
duğu məqsəd olmalıdır. Bəzi hallarda cihadı
ümumi müsəlmanlar adından bir qrup müsəl-
man da edə bilər. Belə olarsa, onlar hamının
qorunması işini öz öhdələrinə götürmə-
lidirlər. Silahlı cihadın məqsədi nizamın qu-
rulması, hər cür ədalətsizliyin aradan
qaldırılmasıdır. Silahlı cihad qisas,  qətl,
soyğunçuluq, kölələrin alınması, başqa
xalqların istismar edilməsi məqsədi ilə
aparılmamalıdır. İnsanları zorla İslamı qəbul
etdirmək üçün cihad etmək olmaz. İslama
yalnız hər kəs öz istəyi ilə gəlməlidir. Bunun
üçün İslamla tanış olmaq üçün imkanlar
yaradılmalıdır. 
Müharibə zamanında müsəlmanlar çoxlu
qanın axıdılmamağının qarşısını almaq üçün
əllərindən gələni etməlidirlər. Bunun üçün
düşmənlərə İslamı qəbul etmək imkanı ver-
ilməlidir. Onlar bu təklifi rədd etsələr, cizyə
verməlidirlər. Bununla razı olsalar, onda
müsəlmanlar onlarla anlaşaraq onları qoru-
malıdırlar. Düşmənlər bu kimi təklifləri
qəbul etməsələr, o zaman onlarla müharibə
etmək olar. 
Müharibələri İslam ordusu apara bilər.
Bunu etmək üçün düşmənlərlə hər-hansı bir
sülh müqaviləsi bağlanmamalıdır. Döyüşün
gedişində dinc əhalinin öldürülməsi qəti
qadağandır. Düşmənlərdən əsirliyə
götürülənlərlə də yaxşı davranılmalıdır. Əgər
qarşı tərəf sülh istərsə, o zaman razılığa
gəlinməlidir. 
CİMA –  kişi və qadının cinsi orqan-
larının qovuşmasıdır. Buna yalnız evlilikdə
yol verilir (Quran 2: 223). Alimlərin ictihad-
larına görə cinsi yaxınlıq olanda ər və arvad
əxlaqi qaydalara riayət etməlidirlər. Məsələn,
yaxınlıqdan öncə bədənlərinin təmizlənməsi,
duaların oxunması, cinsi yaxınlıq üçün his-
lərin öncədən oyadılması savabdır. Cinsi
yaxınlığı örtük altında, övrət yerlərin görün-
məməyi şərti ilə edilməsi ədəb qaydalarına
uyğun hesab edilir. Ər arvadla yaxşı davran-
malı, onu fiziki baxımdan məmnun etmədən,
ondan ayrılmamalıdır. Arxadan cinsi əlaqəyə
girmə müsəlmanların əksəriyyəti tərəfindən
birmənalı olaraq qəbul edilmir. Qadınlar
nifas və heyz halında olanda onlarla yaxınlıq
etmək haramdır (Quran 2: 222). Cinsi yaxın-
lıqdan sonra ər və arvad qüsul almalıdırlar.
CİNLƏR –  insanlar kimi şüurlu var-
lıqlar olduqlarına görə Allah qarşısında et-
dikləri əməllərdən məsul varlıqlardır. Allah
cinləri insanlardan əvvəl oddan yaratmışdır
(Quran, 55: 15; 15: 26-27). Cinlər gözə
görünməyən varlıqlardır. Onlar da insanlar
41
CİNLƏR


kimi kişi və qadın cinsinə ayrılırlar. Onlar
bir-birləri ilə evlənir, nəsillərini artırır, yeyir
və içirlər. Hətta, bəzi insanların onlarla əlaqə
yaradıb, onlardan istifadə etdikləri haqqında
rəvayətlər də vardır. Məsələn, Süleyman
peyğəmbərin cinlərlə əlaqəsi haqqında
məlumat verilir (Quran, 34: 12). 
Cinlər də insanlar kimi şüurlu var-
lıqlardır. Buna görə də, Allah qarşısında et-
dikləri əməllərə görə məsuliyyət daşıyırlar.
Onların arasında da mömin və kafirlər vardır.
İnanclı cinlər Allaha ibadət edirlər (Quran,
51: 56). Dinsiz cinlər isə şeytanın silah-
daşlarıdırlar. Quranın “Ənam” (6) surəsinin
130-cu ayəsində cinlərə onların özlərindən
olan peyğəmbərlərin göndərildiyi bildirilir.
Onları danan cinlər şeytanlardır. Şeytan və
onun silahdaşları olan dinsiz cinlər qiyamət
günündən sonra, cəhənnəmdə sonsuzluğa
qədər qalacaqlar (Quran, 32: 13). 
İslamın ilk mənbələrində “cin” sözü,
insan” (ins) sözü ilə birlikdə anılır. Hər iki
sözün birlikdə olan mənası ərəbcə “səqa-
leyn” kimi ifadə edilir. İslam alimlərinə görə
“səqaleyn” həm də, gözə görünməyən mələk-
lər və şeytanlardır. Quranın 72-ci surəsi “Əl-
Cin” adlanır. 
CİZYƏ –  müsəlman olmayan vətən-
daşların, canları və mallarını qorumaq
üçün İslam dövlətinə ildə bir və ya iki dəfə
ödədikləri vergidir. Bu vergi Məhəmməd
peyğəmbərin sağlığında tətbiq edilmişdir
(Quran, 9: 29). Cizyə müsəlmanlar və digər
din mənsubları (əhli-kitab) arasında gəlinən
razılıqdan sonra alına bilərdi. Müharibə vaxtı
müsəlmanlar digər din mənsublarının
yaşadıqları yerləri ələ keçirdikdən sonra on-
ların can varlığını qorumaq şərti ilə bu
vergini alırdılar. 
Peyğəmbərin sağlığında Nəcran xristian-
ları özlərini qorumaq üçün müsəlmanlara
vergi ödəmiş, bunun üçün peyğəmbərlə
müqavilə bağlamışdırlar. Müqaviləyə əsasən
hər ilin Səfər ayında onlar müsəlmanlara iki
min, Rəcəb ayında isə min dəst geyim ver-
məli idilər. Hər bir dəstin dəyəri qırx dirhəmə
(üç qrama yaxın çəkisi olan gümüş sikkəyə
bərabərdir) yaxın olmuşdur.
Xəlifə Əbu Bəkrin hakimiyyətinin sonuna
qədər verginin məbləği bu ölçüdə
saxlanılmışdır. Xəlifə Ömərin xəlifəliyi
dövründə xilafətə çoxlu sayda müsəlman ol-
mayan xalqların qatılması ilə bu vergi növü
də genişlənmişdir. Bu səbəbdən də,
vəziyyətlə əlaqədar olaraq vergi siyasəti də
müəyyən dəyişikliklərə məruz qalmışdır. Bu
dövrdən başlayaraq bütün yetkinlik yaşına
çatmış qeyri-müsəlmanlar dörd qızıl dinar və
ya qırx gümüş dirhəm məbləğində vergi
ödəməli idilər. 
Daha sonrakı dövrlərdə cizyənin tutumu
hər kəsin maddi durumundan asılı olaraq
dəyişmişdir. Çox varlı qeyri-müsəlmanlar hər
il qırx səkkiz, orta səviyyəli qeyri-müsəlman-
lar iyirmi dörd, yoxsullar isə on iki dirhəm
vergi ödəmişlər. Bu verginin ödənilməsi
İslam dövlətinin himayəsində yaşamaq, eləcə
də öz inanclarında qalmaq imkanlarını
verirdi.
Cizyə yalnız yetkinlik yaşına çatmış,
azad, sağlam düşüncəli kişilərdən alınırdı.
Çünki, onlar müsəlmanlarla döyüşmək
bacarığında və iqtidarında olan insanlardır.
Xəstə, uşaq, qadın, kölə və qocalar bu vergini
ödəmirdirlər. Rahib və keşişlərin vergini
ödəməsi məsələsində müsəlman hüquq mək-
təbləri arasında fərqli fikirlər mövcuddur.
Bizim dövrümüzdə isə cizyə vergisi İslam
dövlətində alınmır.
CUDİ DAĞI –  Nuh peyğəmbərin
gəmisinin tufandan sonra quruda lövbər
saldığı dağdır (Quran, 11: 44). Hazırda
Türkiyə-İraq sərhədinin yaxınlığında yer-
ləşən və hündürlüyü 2100 metr olan bu
dağdır. Qeyd olunan dağın həmin dağ olduğu
güman edilir. 
CÜMƏ –  İslam ənənəsində mübarək
42
CİZYƏ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə