Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə25/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   21   22   23   24   25   26   27   28   ...   142

Allah tərəfindən verilir. Vasitəli bilik isə in-
sanın zəhməti qarşılığında çalışmaqla əldə
edilir. Məhz, dini və dünyəvi elmlər bu yolla
əldə edilməkdədir.
İslam təlimlərində bilik üç vasitə ilə əldə
oluna bilər: duyğu orqanları, metafizik və
araşdırma yolu ilə əldə olunan elmlər. Dinə
görə ayrı-ayrı biliklərin əldə olunması bütün
müsəlmanlar üçün vacibdir. Məsələn, müsəl-
manlar halalı haramdan, yaxşını pisdən ayır-
malıdırlar. Digər elmlər isə ehtiyac olduqca
öyrənilməlidir. İslamda bütün pisliklər haqsı-
zlıq, elmsizliklə əlaqələndirilir. Pisliyin nə
olmasını anlayan insan, onun elmsizlik və
inancsızlıqdan ortaya çıxdığını dərk et-
məkdədir. İslamın müxtəlif elm sahələrini
bilən alimlərə “üləma” deyilir. Onlar elmləri
qarşılıqsız öyrətməli, heç bir qazanc və
şöhrət məqsədi güdməyərək yalnız İslamın
yüksəlişi üçün çalışmalıdırlar. Eyni zamanda,
sadə olmalı, bilikləri ilə öyünməməlidirlər.
Müsəlman aliminin ən başlıca məqsədi alın-
mış biliklərin başqa insanlara, yəni müsəl-
manlara ötürməli, onu ölkənin
çiçəklənməsinə yönəltməlidir. Bunu etmək
vacibdir. İslamda dini elmlər ilahiyyat adı al-
tında öyrənilir. Bunlardan bəziləri aşağı-
dakılardır: əxlaq - gözəl davranış haqqında;
kəlam – Allahın varlığı və sifətlərini öyrənən;
təcvid – Quranın düzgün və qaydalara uğun
oxunmasını öyrədən elm sahəsidir; təfsir isə
– Quranın izah olunması istiqamətində for-
malaşan elmidir; hədis – peyğəmbərin
kəlamlarını araşdıran elm sahəsidir. İslamın
inanc doktrinası, hüquq və əxlaq qaydaları
“ilmihallar” və “risalələr” adlanan kiçik məc-
muələrdə yer alır.
EŞQ – sevgi hissinin ən yüksək mərtəbə-
sidir. Müsəlman hər şeydən öncə Allahı
sevməlidir. Çünki, Allahı sevmək hər bir
müsəlman üçün əsasdır. Qadına, anaya, ataya
və övladlara olan sevgi dinin buyruqlarına
zidd deyilsə, təqdir edilir. İnsanın Allaha olan
sevgisi Quranda (5: 54) da anılmışdır. 
Eşq  sufilikdə ən geniş yayılmış bir
mövzulardan biridir. Mərifət və idrak ol-
madan məhəbbətin hasil olması düşünül-
məzdir. Çünki insan ancaq tanıdıqlarını
sevər. Bunun üçün mərifətdən məhrum olan
insanlar sevgidən də uzaq olarlar. Sevmək
idrak edən canlının ən əsas xüsusiyyətidir.
Sevgi, idrak və mərifətə tabedir. Ancaq, sevgi
sadəcə beş duyğu orqanının idrakından ibarət
deyildir. Bunlardan əlavə ağıl və qəlbin
idrakı da vardır. Çünki, batini bəsirət, zahiri
gözdən daha qüvvətlidir. Qəlb isə idrak
baxımından gözdən daha güclüdür. Teosofik
sufi İbn Ərəbi də eşqin gücünü məhz mərifət
və idrakda görürdü. Ona görə də, İbn
Ərəbinin və onu kimi düşünən mütəfəkkir-
lərin eşq təcəssümləri yaddaşlara hək olmuş-
dur. Çünki, İbn Ərəbi və onun kimi düşünən
elm və irfan əhli eşqi deyil, eşqin həqiqətini
axtarırdılar. “Eşq aşiqlər üçün həqiqət yolunu
işıqlandırır” deyən Füzuli, “Eşqin həqiqəti,
Allahın zatı ilə eynidir” deyən İbn Ərəbi ilə
eyni düşüncəni paylaşmışdır.
ETİQAF_–_özünə_qapanma_və_ya_inzi-__vaya_(təkliyə)_çəkilməkdir.'>ETİQAF – özünə qapanma və ya inzi-
vaya (təkliyə) çəkilməkdir. Müəyyən şərt 
istəklərlə məsciddə Allaha ibadət etmək üçün
bir necə gün təkliyə çəkilmək anlamında
işlədilən bir termindir. Vacib və müstəhəb ol-
maqla iki növ etiqaf vardır. Etiqafı niyyət
edən müsəlman üçün bu davranış vacibdir.
Ramazan ayının sonuncu on günündə bütün
fikrini Allaha yönəldərək dualar edən hər bir
müsəlman etiqaf edə bilər. Etiqaf etmək
müstəhəbdir. Etiqafı edən insan müsəlman,
eləcə də sağlam düşüncəli adam olmalıdır.
Məsciddə olarkən etiqafda olan müsəlman
təmiz (qüsul almış və dəstəmazlı) olmalıdır.
Etiqaf zamanı müsəlman məscidi yalnız
üzrlü səbəbdən tərk edə bilər. Əks halda
etiqaf pozulmuş olur. Cinsi əlaqəyə girmək
istəyi və sağlam düşüncədə olmama durumu
da etiqafı pozar. 
51
ETİQAF


EVS –  Mədinə qəbilələrindən biri ol-
muşdur. İslamı qəbul etdikdən sonra evsilər
ənsarlardan olmuşdurlar. Bu qəbilə öncə
Yəməndə yaşamışdırlar. Sonra onlara qohum
olmuş Xəzrəc qəbiləsi ilə Yəsribə (Mədi-
nəyə) köçmüşlər. İslamdan öncə onlar baş
tanrı hesab etdikləri Mənata tapınırdılar. Yəs-
ribdə evslilər yəhudilərlə birlik təşkil edərək
güclənmişdirlər. Ancaq bir qədər sonra, on-
lardan daha böyük olan Xəzrəc qəbiləsi ilə
qarşıdurmaları baş vermişdir. Bu qarşıdur-
malar onilliklər boyu davam etmişdir. On-
ların arasındakı sonuncu qanlı toqquşma
Buas döyüşündə olmuşdur. Kureyzə və Nadir
kimi yəhudi, eləcə də bəzi ərəb qəbilələrinin
yardımı ilə evslilər Xəzrəciləri məğlub edə
bilmişlər. Ancaq, uzun sürmüş savaşlar
səbəbindən gücdən düşmüş evslilər bu üstün-
lükdən istifadə edə bilməmişdirlər. 
Xəzrəclilər isə qüreyşlilərdən dəstək
almaq üçün Məkkəyə öz elçilərini göndər-
mişdirlər. Orada Məhəmməd peyğəmbərlə
görüşmüş xəzrəclilər anladılar ki, onların
evsilərlə onilliklər boyu davam edən qarşı-
durmalarına yalnız onun yaydığı dinin va-
sitəsi ilə son qoymaq mümkün olacaqdır.
Onlar İslamı qəbul edən kimi evslilər də İs-
lamı qəbul etmişdirlər. Artıq Məhəmməd
peyğəmbərə Əqəbədə birinci beyət zamanı
on xəzrəcli ilə birlikdə iki evsli iştirak et-
mişdir. Əqəbədə ikinci beyətə evsilər daha
böyük sayla gəlmişdirlər. Onlar Məhəmməd
peyğəmbəri  qorumağa, bütün qovulan
məkkəli müsəlmanlara sığınacaq verəcək-
lərinə söz vermişdirlər. 
Məkkəli müsəlmanlar Yəsribə hicrət et-
dikdən sonra evslilər və xəzrəclilər birlikdə
ənsar” (peyğəmbərin havadarları) ad-
landırılmışlar. Bununla da evslilər və xəzrə-
clilər arasındakı qarşıdurmalara son
qoyulmuşdur. Daha sonra onlar birlikdə
İslam dövlətinin yaranması işində aktiv
fəaliyyət göstərmişdirlər. 
Məhəmməd peyğəmbərin vəfatından
sonra evslilərin çoxu Əbu Bəkrin xəlifə ol-
masını dəstəkləmişlər. Bundan sonra onlar
başqa müsəlmanlar kimi onun xəlifəliyi
dövründə Ərəbistanda dinlərindən dönmüş
(riddət II etmiş) qəbilələrlə igidcəsinə vuruş-
muş, İslamın möhkəmlənməsində böyük
işlər görmüşdürlər. Sonra onlar İslam ordusu-
nun sıralarına qatılaraq İran, Bizans, eləcə də
müxtəlif yerlərdə İslam dinini yaymışdırlar.
Ə
ƏBABİL – Fil ilində Məkkəyə hücum
etmiş Həbəşistan kralı Əbrəhənin qoşun-
larına, Allahın buyruğu ilə hücum edərək
onları darmadağın etmiş quşlardır. Əbabil
quşları haqqında Quranda (105: 1-5) məlu-
mat verilməkdədir. Bu möcüzəyə görə Əb-
rəhənin qoşunları şəhəri ələ keçirə və Kəbəni
yağmalaya bilməmişlər. Bu hadisə Məhəm-
məd peyğəmbərin anadan olmasından az
əvvəl baş vermişdir.
ƏBBAD İBN BİŞR (13/634-cü ildə
həlak olmuşdur) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. O, Mədinədə
dünyaya göz açmışdır. Məhəmməd peyğəm-
bərin  Mədinəyə göndərdiyi Müsab ibn
Ümeyrin vasitəsi ilə İslamı qəbul etmişdir. İs-
lamı qəbul etdikdən sonra o, xəlvətə çək-
ilərək günlərini Allaha ibadət etməklə
keçirmişdir. Quranın ən yaxşı bilicisi hesab
edilirdi. Yəmmamədə yalançı peyğəmbər
Müseyliməyə qarşı döyüşdə şəhid olmuşdur.
ƏBBAN İBN SƏİD –  Məhəmməd
peyğəmbərin səhabələrindən biri olmuşdur.
Qüreyşlilərdən olan Əbban İslamı gec qəbul
etmişdir. Əbban uzun müddət müsəlmanlara
qarşı olmuşdur. Onun qardaşları Əmir və
Xalid İslamı qəbul etdikdə Əbban onlarla
düşmənçilik etmişdir. Hətta, Əbban Bədr
52
EVS


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə