Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   29   30   31   32   33   34   35   36   ...   142

olmasına baxmayaraq onlar müsəlman
ənənəsində bütün şərtlərə uyğun gələrsə,
onda təkcə hüquqi deyil, digər məsələlərdə
də istifadə edilə bilinər. Məsələn əhəd hədis-
lər Quran ayələri və mütəvatir hədislərin an-
laşılması və təfsir edilməsində istifadə oluna
bilərlər. 
ƏHLİ-BEYT –  Məhəmməd peyğəm-
bərin qızı Fatimə və Əli İbn Əbu Talibin iz-
divacından davam edən peyğəmbər ailəsinə
verilən addır. Bunların konkret olaraq kim-
lərdən ibarət olması haqqında müsəlman
ilahiyyatçıları arasında fikir ayrılığı vardır.
Onların bəzilərinə görə peyğəmbərin əhli-
beyti dedikdə bütün ailəsi nəzərdə tutulur.
Onlar bu siyahıya peyğəmbərin əmiləri Əbu
Talib, Abbas və Həmzəni də daxil edirlər; İs-
lama gec gəldiklərinə görə peyğəmbərin
digər əmilərini onun əhli-beyti hesab et-
məmişdirlər. Bundan başqa İslam alimlərinin
çoxu  Quran (33: 32, 33) ayəsinə istinad
edərək Məhəmməd peyğəmbərin əhli-beytinə
onun həyat yoldaşlarını da daxil etmişdirlər.
Müsəlmanların çoxu Məhəmməd
peyğəmbərin qızı Fatimənin Əli ibn Əbu Ta-
liblə evliliyindən doğulmuş oğullarını və on-
ların bütün sonrakı nəsillərini də əhli-beyt
hesab etmişdirlər. Əlinin peyğəmbərin əmisi
oğlu olduğu kimi, İslama erkən yaşlarından
gəlməsi, daha sonra müsəlman cəmiyyətinin
inkişaf etməsində böyük rol oynaması bilin-
məkdədir. Bəzi rəvayətlərdə Məhəmməd
peyğəmbər öz qızı Fatiməni, onun həyat
yoldaşı Əlini, eləcə də onların övladları olan
Həsən və  Hüseyni öz əhli-beyti adlandır-
mışdır. Buna görə şiələr, Əlinin soyundan
olanlardan bəzi şəxsləri xəlifə və imam kimi
qəbul edirlər. Onlar Quranın müxtəlif ayələri
və hədisləri buna dəlil gətirmişlər. Onlar ən
başlıca dəlil kimi hədislərin birində Məhəm-
məd peyğəmbərin Qədir-Xum adlanan yerdə
“Mən hər kimin mövlasıyamsa, Əli də onun
mövlasıdır” sözlərini göstərirlər.
Ancaq, İslam alimlərinin əksəriyyətinə
görə bu hədisdə Əlinin imamlığı birbaşa
vurğulanmamışdır. Onlar qeyd edirlər ki, bu-
rada deyilən “mövla” sözünün bir çox mə-
naları vardır. Bu söz ərəb dilində cənab,
köməkçi, əmioğlu, sevimli, istəkli, himayəçi,
idarəçi, başçı, yardımçı, qohum, qonşu, dost
və başqa mənalarda işlənilə bilər. Bəziləri isə
bu hədisin zəif və etibarsız olduğunu iddia
etmişdirlər. 
İslam alimlərinin az bir hissəsi isə Qədir-
Xum hadisəsini həqiqət hesab edərək, burada
işlənilən “mövla” sözünün yalnız “cənab”
mənasında başa düşülməsində israrlıdırlar.
Onların fikrincə bu da Əlinin imamlığına
dəlalət edir. 
İslam tarixində Əməviləri devirmək yolu
ilə əhli-beyti xilafətə gətirmək məqsədini
güdmüş güclü hərəkatlar olmuşdur. Onlar
əsasən Əli ibn Əbu Talib və Abbas soyunun
tərəfdaşları olmuşdurlar. Abbasilər
bu
hərəkatlar arasında ən fəalı olmuşdur. Bu
səbəblərdən də Abbasilər xilafəti ələ keçirə
bilmişdirlər. Bu da sonralar Ələvilərlə (I) Ab-
basilərin arasındakı qarşıdurmaları daha da
alovlandırmışdır. Ələvilər Abbasiləri xilafəti
zorla ələ keçirmək, ədalətsizlik və çoxsaylı
günahlarda günahlandırmışdırlar. Abbasilər
isə onları hər zaman təqib etmişdirlər.
Bununla belə, Əlinin imamətini qəbul
edənlər onun çoxsaylı soyunun arasında kim-
lərin imam (icma öndəri) olması proble-
mində birliyə gələ bilməmişdirlər. Onların
hamısı imamın öz varisini aydın göstərişlə
təyin etməsini vacib hesab edirdilər. İmam-
ların varislərinin çoxu onların oğulları
olurdu, ancaq liderlik qardaşdan qardaşa da
ötürülə bilərdi (Həsəndən Hüseynə keçdiyi
kimi). Bəzi imamların qardaş və oğullarının
çox olduğundan, onlardan kimin imam ol-
ması məsələsində Əli tərəfdarları arasında
şübhələr və ixtilaflar ortaya çıxırdı. Bu qarşı-
durmalar onların arasında müxtəlif
təriqətlərin yaranması ilə nəticələnmişdir.
67
ƏHLİ-BEYT


Bir çox durumlarda bu təriqətlərin baxışları
bir-birlərindən gözə çarpacaq qədər
fərqlənirdi. Peyğəmbərin həyat yoldaşlarının
əhli-beytə aid olub-olmamaları məsələsi də
ixtilaf məsələsi olmuşdur.
ƏHLİ-KİTAB – İslamdan əvvəl Allahın
kitab və səhifələr nazil etdiyi millət və ya
qövmlər belə adlanır (Quran, 3:64). Quranda
yəhudilərxristianlar və sabiilər əhli-kitab
olaraq adlandırılmışdırlar. Bəzi İslam alim-
ləri zərdüştiləri də Əhli-Kitaba aid edirlər. 
İslam tarixində əhli-kitab İslam dövləti
ərazisində öz dinlərində qala bilər, müsəl-
manlar isə onları cizyə vergisi qarşılığında
qorumalı idilər. Müsəlmanlar onların həyat-
larına, mallarına, ləyaqətlərinə qəsd edə
bilməzdirlər. İndi isə heç bir İslam dövlətində
əhli-kitab ayrı-seçkiliyi və cizyə vergisi yox-
dur.
Həmçinin müsəlmanlarla əhli-kitab
arasında qohumluq bağları da qurula bilər.
Müsəlman kişiləri kitab əhlindən olan qadın-
larla evlənə bilsələr də, müsəlman qadınları
onlara ərə gedə bilməzlər. Əhli-kitabdan olan
birinin dinlərinin yol verdiyi qaydalar uyğun
bişirilmiş yeməklərini də yemək olar.
Bununla belə, müsəlmanlara donuz əti, spirtli
içki kimi Quranda qadağan olunmuş yemək-
ləri yemək və ya içkiləri içmək qadağan ol-
unmuşdur (Quran, 5: 5). Əhli-kitab Quran və
hədislərdə Allahın göndərdiyi sonuncu
peyğəmbər
olan Məhəmmədi tanı-
madıqlarına, doğru yoldan çəkildiklərinə,
Quranı inkar etdiklərinə, və başqa bu kimi
günahlarına görə İslam mənbələrində bir
mənalı dəyərləndirilmirlər. 
ƏHLİ-SÜNNƏ VƏL-CƏMAƏ – bax:
SÜNNİLƏR.
ƏHMƏD FƏRUQİ
(971/1563 –
1024/1615) – islahatçı alim olmuşdur. Bəzi
sufi təriqətlərində ikinci minilliyin mücəd-
didi adlandırılmışdır. Onu imam Rəbbani də
adlandırırlar. Əsl adı Əbu Bərakət Əhməd
ibn Əbdül-Əhəd Zeynül-İbn Abidindir. O,
Hindistanın Sirhind şəhərində doğulmuş,
soyu ikinci xəlifə Ömər ibn Xəttaba
dayandığından o Fəruqi adını daşıyırdı.
Əhməd Fəruqinin ilk müəllimi onun atası ol-
muşdur. O, ərəb dilini yaxşı öyrənmiş, Quran
hafizi olmuşdur. Siyalqut şəhərində qaldığı
dövrlərdə tanınmış alimlərdən hədis və fiqh
elmini öyrənmişdir. 
Nəqşibəndiliyin
mənəvi doktrinasını
Dehlidə tanınmış şeyx Məhəmməd Baqi Bil-
lahdan öyrənmişdir. Əhmədin yüksək
əxlaqını və biliyini qiymətləndirən şeyx
Məhəmməd ona doğma şəhəri olan
Sirhinddə müəllimlik etməyə icazə ver-
mişdir. Müəllimlik fəaliyyəti ilə məşğul olan
Əhməd Fəruqi təfsir, hədis və fiqhə böyük
əhəmiyyət vermişdir. Sonra o, Lahora
köçmüş və orada müəllimlik fəaliyyəti ilə
məşğul olmuşdur. 
Əhməd Fəruqi ənənəvi dinlə sufilik
arasındakı qarşıdurmanı aradan qaldırmaq
istəmiş, bu istiqamətdə bəzi sufilərin dinə
gətirdiyi  bidətlərdən dini ehkamları qoru-
mağa çalışmışdır. O, sufilikdə yayılmış
vəhdətül-vücud təliminin bəzi məqamlarını
tənqid edərək, vəhdətüş-şühud konsep-
siyasını irəli sürmüşdür. 
Qeyd edildiyi kimi Əhməd Fəruqi dinə
gətirilmiş müxtəlif bidətləri pisləyərək İs-
lamın ilkin təmizliyinə qayıdışın vacibliyini
vurğulamış, müxtəlif təriqətlərə və dini
cərəyanlara qarşı çıxış etmişdir. Buna görə
də, müxtəlif dini təriqətlərin təmsilçiləri ona
qarşı çıxmışdırlar. Əhməd Fəruqi “Risalatüt-
tahliliyə” (Şanlı mesaj), “İsbatül-nübüvvə”
(peyğəmbərliyin isbatlanması) və başqa
kitabların müəllifi olmuşdur. Ən məşhur
kitabı isə məktublar toplusu olan “Məktubat-
dır”.
ƏHMƏD İBN HƏNBƏL – görkəmli ic-
timai xadimi, mühəddis və fəqih olmuşdur.
İslamın dörd sünni etiqadi məzhəblərindən
68
ƏHLİ-KİTAB


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə