Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə34/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   30   31   32   33   34   35   36   37   ...   142

biri olan Hənbəli məzhəbi onun adı ilə
bağlıdır. Əhməd ibn Hənbəl Bağdadda
doğulmuşdur. Onun soyu Şeyban qə-
biləsindən olmuşdur. Onun ata-babaları
Ərəbistandan Xorasana köçmüş və orada
yaşamışdırlar. Sonra isə Əhməd ibn Hənbəlin
doğulmasından öz öncə onun ailəsi Bağdada
köçmüş, orada atası Məhəmməd 30 yaşında
vəfat etmişdir. Atasını itirdikdən sonra
Əhməd anası ilə birlikdə əmisinin hi-
mayəsində yaşamışdır. Onun elmə marağı
anasının təsiri ilə oyanmışdır. Ancaq,
bununla yanaşı Xilafətin paytaxtı olan Bağ-
dadın ictimai həyatı da gənc Əhməd ibn Hən-
bəlin dünyagörüşünə böyük təsir
göstərmişdir. 
Əhməd ibn Hənbəl erkən yaşlarından
Quranı, hədisləri səhabələrin və onların
davamçılarının həyatlarını öyrənmiş, ərəb
dilinin incəliklərinə qədər yiyələnmişdir.
Onu daha da çox hədis və fiqh elmi maraq-
landırmışdır. Hədisləri xırdalıqlarına qədər
öyrənərkən onlardan hüquqi hökmlər çıxarıl-
masını vacib saymışdır. Bu elmlər üzrə onun
müəllimi görkəmli fəqih, hənəfi məzhəbinin
nümayəndəsi Əbu Yusif olmuşdur.
Qırx yaşından sonra Əhməd ibn Hənbəl
hədis rəvayətçisi olmuş, fiqhi hökmlər ver-
məyə başlamışdır. Eyni zamanda, bu elmləri
tədris edərək böyük nailiyyətlər qazanmışdır. 
Əhməd ibn Hənbəl mütəzililiyi rəsmi ölkə
ideologiyasına çevirmiş, Abbasi xəlifəsi Mə-
munun hakimiyyəti dövründə yaşamışdır. O
zaman Mütəzili kəlamçıları ilə ənənəvi İslam
alimləri arasında Quranın məxluq olub-olma-
mağı məsələsi üzrə qızğın mübahisələr
gedirdi. Belə ki, mütəzililər Quranın
yaradılmış olduğunu iddia edirdilər,
ənənəçilər isə buna qarşı çıxırdılar. Xəlifələr
ilk öncə mütəzililəri dəstəkləmişlər. O
dövrdə Əhməd ibn Hənbəl onların ehkam-
larını qəbul etmədiyinə görə təqiblərə məruz
qalmışdır. Ancaq, daha sonralar xəlifələr
mütəzilikdən imtina etdilər. Mütəzililiyə
qarşı mübarizə apardığına görə Əhməd ibn
Hənbəlin əsasən ənənəvi dinə üstünlük verən
xalqın və hakim dairələrin arasında nüfuzu
artmışdır.
Əhməd ibn Hənbəlin günümüzə qədər
gəlib çatmış ən tanınan əsəri hədislər toplusu
olan “Müsnəddir”. Burada o, otuz minə
yaxın  səhih hesab etdiyi hədisi bir araya
yığmışdır. O hədisləri seçərkən onların ravi-
lərinin kim olduğuna böyük əhəmiyyət ver-
mişdir. Onun başlıca şərti bu ravi silsiləsinin
peyğəmbərə qədər gedib çıxması olmuşdur.
Bu şərtə cavab verməyən və ən etibarlı rav-
ilərdən rəvayət olunmuş hədisləri belə,
Əhməd ibn Hənbəl zəif hədis hesab etmişdir.
Ancaq, buna baxmayaraq bir çox hədis alim-
lərinə görə onun “Müsnəd” əsərində zəif
hədislər də vardır.
ƏQƏBƏ_–_Məkkə_və_Mina_arasında_yer-__ləşən_təpənin_adıdır.'>ƏHMƏDİLƏR – bax: QADİYANİLİK.
ƏQƏBƏ – Məkkə və Mina arasında yer-
ləşən təpənin adıdır. Burada İslamın yayıl-
ması üçün böyük əhəmiyyət kəsb edən
hadisə baş vermişdir. Məhəmmədin peyğəm-
bərliyinin 12-ci ilində həcc zamanı  Mə-
dinədən gələn 10 xəzrəcli, 2 evsli onunla
görüşərək ona sadiqlik andını içib, onun
peyğəmbərliyini tanımışdırlar. Onlar bir olan
Allaha inanacaqlarına, oğurluq, əxlaqsızlıq,
yalandan şahidlik etməkdən çəkinəcəklərinə,
qız uşaqlarını öldürməyəcəklərinə söz ver-
mişdirlər. Bu hadisə “Birinci Əqəbə andı”
kimi tanınmışdır. Bir il sonra isə Məhəm-
mədin peyğəmbərliyinin 13-cü ilində ar-
alarında 75 müsəlmanın olduğu 500 mədinəli
ziyarətə
gəlmişdir. Onlar gizli olaraq
Məhəmməd peyğəmbərlə görüşüb, onu və
ona inanan müsəlmanları yaxınları kimi
qoruyacaqlarına söz vermişdilər. Bu hadisə
isə “İkinci Əqəbə andı” adını almışdır. Bun-
dan sonra müsəlmanların Məkkədən Məd-
inəyə hicrəti başlanmışdır. 
69
ƏQƏBƏ


ƏQİQƏ –  uşaq dünyaya gəldikdən
sonra Allaha minnətdarlıq rəmzi olaraq
kəsilən qurbandır. İslamdan öncəsi Ərəbis-
tanda bütlərə tapınan ərəblər yalnız oğlan
övladı doğulduqda heyvan qurban kəsirdilər.
Məhəmməd peyğəmbər bu adəti dəy-
işdirmişdir. Rəvayətlərə görə imkan və istək
olarsa, oğlan övladı doğulduqda iki, qız
övladı doğulanda isə bir qoyun kəsmək məs-
ləhət görülmüşdür. Yenə rəvayətlərdə
Məhəmməd  peyğəmbər nəvələri  Həsən 
Hüseynin doğulmasından yeddi gün sonra
qurban kəsdiyi bilinməkdədir. 
Qurbanı uşağın doğulmasından yetkinlik
yaşına qədər kəsmək olar. Ancaq hədislərə
görə bu işi onun doğulmasından sonra yed-
dinci gün yerinə yetirmək daha yaxşıdır. Qur-
banlıq heyvanın gözə çarpacaq qədər
əskiklikləri olmamalıdır. Qurbanlıq ətindən
hamı, eləcə də yenicə doğulmuş körpənin
ailə üzvləri də yeyə bilərlər. Bununla belə, bu
ətin bir hissəsi yoxsullara verilməlidir. Ümu-
miyyətlə, əqiqə qurbanı dində savab, ancaq
vacib deyildir.
ƏL-ƏQSA – bax: MƏSCİDÜL-ƏQSA
ƏLƏVİLƏR (I) –  Əli ibn Əbu Talib
nəslinin nümayəndələridirlər. Onların ən
tanınmışları onun oğulları – Həsən, Hüseyn
və Məhəmməd ibn Hənəfiyyə olmuşdur.
Həsənin soyundan olanları şəriflər, Hüseynin
soyundan olanları isə seyidlər adlandırırlar.
Əli soyunun tərəfdarları olan şiələr onların
adından çıxış edərək əsrlər boyu Xilafət
hakimiyyətinə və başqa müsəlman hökmdar-
lara qarşı mövqe tutmuşdurlar. Onlar Əli
soyunun hakimiyyətə gəlməsini və ədalətin
qurulmasını tələb etmişdirlər. 
Xüsusən də onlar Əli soyundan olan
“gizli” imamın gəlişini, onun şiələrə öndərlik
edəcəyini gözləyirdilər. Ancaq onlar “gizli”
imamın kim olacağı məsələsində birliyə gələ
bilməmişdirlər. Bu da onların parçalan-
masına gətirib çıxarmışdır. Mübarizələrinin
nəticəsində müxtəlif şiə qruplarının
davamçıları İslam dünyasının müxtəlif yer-
lərində hakimiyyəti ələ ala bilmişdirlər.
Onlar Yəmən, Şimali Afrika və İranda müx-
təlif dövlətlər qura bilmişdirlər. 
ƏLƏVİLƏR (II) – ismaililik və Xristian
qnostik təlimlərinə yaxın təriqətin ardıcıl-
larıdırlar. Onları nüseyrilər, qızılbaşlar, əli-
ilahilər də adlandırırlar. Ələvilər daha çox
Suriyada yaşayırlar. Müsəlman alimlərinin
çoxu onları İslamdan çıxmış  təriqət hesab
edirlər. Ələvilik hicrətin III əsrində yaran-
mışdır. Sonra isə bu təriqəti Məhəmməd
Cənnan Cünbulani inkişaf etdirmişdir.
Ələvilərə görə əhli-beyt əzəli olan sonsuz
biliyə sahibdir. Əli ibn Əbu Talib isə
ölməmişdir, Allahın yer üzərindəki təcəlli-
sidir. Onlara görə dinin gizli (batin) və açıq
(zahir) tərəfləri vardır. Bununla bərabər onlar
inanırlar ki, tanrı nurundan ilhamlanmış
imamlar gizli biliklərə sahibdirlər. 
Ələviliyin bir çox tərəfi ilə antik fəlsəfi
cərəyanlardan biri olan Yeni platonçuluğun
oxşarlıqları vardır. Xüsusən də, bu bənzərlik
emanasiyada (tanrının nurla kainata enmə-
sidir) özünü əks etdirir. Emanasiya ələvilikdə
Anlam, Adlar və Qapılar üçlüyü kimi
düşünülür. Tanrının nuru öncə göy fələk-
lərinə, sonra yerə enir, sonda isə peyğəmbər-
lərdə  özünü göstərir. Ələvilər ruhun bir
bədəndən başqasına köçməsinə inanırlar. Bu
təlimin davamçıları alimlərə və rəiyyətə
bölünürlər. Onlar başqa müsəlmanların
inandıqları bir çox inancları inkar edirlər. 
ƏLİ İBN ƏBU TALİB (40/661 ildə
həlak olmuşdur) – görkəmli siyasi xadim,
Məhəmməd peyğəmbərin əmisi oğlu və
kürəkəni, onun ən yaxın səhabələrindən
biri,  şiələrin birinci imamı və İslamın
dördüncü Raşidi xəlifə si olmuşdur. Onu
Əbu Həsən, Əbu Turab, Heydər də adlandır-
mışdırlar. Atası Əbu Talib, anası isə Fatimə
bint Əsəd idi. Məhəmməd peyğəmbər onu
Mürtəza (seçilmiş) və Mövla adlandırmışdır.
Xəlifəlik dövründə Əli “Əmirül-Möminin”
70
ƏQİQƏ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə