Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə29/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   25   26   27   28   29   30   31   32   ...   142

Zeyd ibn Əli ona qarşı üsyana qalxanda Əbu
Hənifə onu dəstəkləmiş, maddi yardım
göstərmişdir. Buna görə də, Əməvilər
tərəfindən təqib olunmuşdur. 
Abbasi hakimiyyəti dövründə isə onlar
ələviləri (I) təqib etməyə başladılar.
Ələvilərdən olan Məhəmməd ibn Abdullah
və onun qardaşı İbrahim Abbasilərə qarşı
üsyana qalxmışdır. O zaman, Əbu Hənifə on-
ların tərəfini tutmuş və ona görə də Abbasilər
tərəfindən 150/767-ci ildə vəfat edənə qədər
təqiblərə məruz qalmış və tutularaq zindana
atılmışdır. Onun ölümündən sonra tələbələri
onun irsini toplamış və sistemləşdirmişlər.
Beləliklə, onlar İslamın ilk məzhəblərindən
biri olan hənəfi məzhəbinin əsasını qoymuş-
durlar.
ƏBU HÜREYRƏ (57/676 ildə vəfat et-
mişdir) – sünni məzhəblərində etibarlı hədis
ravilərindən biri kimi tanınmışdır. Əsl adı
Əbdürəhman ibn Sahrdır. İslamdan əvvəlki
dövrlərdə onu Əbdüş-Şəms (Günəşin köləsi)
adlandırmışlar. İslamı Xeybər döyüşü za-
manı qəbul etmişdir. İslamı qəbul etdikdən
sonra o da Mədinəyə hicrət etmişdir. Bundan
sonra o, Məhəmməd peyğəmbər vəfat edənə
qədər ondan ayrılmamışdır. Rəvayətlərə
görə, Əbu Hüreyrə özünü Məhəmməd
peyğəmbərin irsini öyrənməyə həsr etmiş
səhabələrdən biri olmuşdur. Onun kimi in-
sanlar Mədinə məscidinin Süffədə toplaşıb
peyğəmbərin hər bir sözünü və addımını
diqqətlə izləyərək mənəvi həyatlarında tətbiq
etmişdirlər. Ona görə də onları əshabüs-süffə
adlandırırdılar. Əbu Hüreyrə ən çox hədis rə-
vayət edən ravilərdən biri olmuşdur. Onun
rəvayət etdiyi 5000-ə yaxın hədis vardır.
Ancaq, onlara tənqidlə yanaşanlar da az dey-
ildir. O, Mədinədə 78 yaşında vəfat etmişdir.
ƏBU LƏHƏB (2/624 ildə vəfat etmişdir)
– Məhəmməd peyğəmbərin əmisi olmuşdur.
O, müsəlmanların amansız düşməni idi. O,
qüreyşlilərin ən zəngin və hörmətli nü-
mayəndələrindən biri olmuşdur. Əsl adı
Əbdül-Üzzə ibn Əbdülmüttəlib ibn Hişam
idi. Əbu Ləhəb (od atası, cəhənnəmlik) adını
ona müsəlmanlar vermişdir. Bu ad Quranda
da qeyd edilməkdədir. Əbu Ləhəb, Məhəm-
məd peyğəmbərə qarşı çoxlu ədalətsiz
hərəkətlər etmiş, onun həyat yoldaşı Ümm
Cəmil bint Hərb isə onun keçdiyi yollara
tikanlar səpmişdir. 
Məhəmməd Allahın ona verdiyi peyğəm-
bərliyi qohumlarına bildirdikdə (Quran 26:
214) Əbu Ləhəb ona qarşı çıxmışdır. Sonra
Allah peyğəmbərə İslamın
məkkəlilər
arasında açıq təbliğatına başlaması əmrini
verdikdən sonra (Quran,15: 94) Məhəmməd
Səfa təpəsinə çıxmış, ilk dəfə olaraq bir olan
Allaha ibadətin, Onun cəzasından qorxmağın
vacibliyini söyləyəndə Əbu Ləhəb yenə ona
etiraz etmişdir. Buna cavab olaraq Məhəm-
məd peyğəmbərə Quranın 111-ci ayəsi nazil
olunmuşdur. Məhəmməd peyğəmbərin büt-
pərəstlər arasında çoxlu sayda düşmənlərinin
olduğuna baxmayaraq onlardan yalnız Əbu
Ləhəbin adı Quranda çəkilmişdir. Sonrakı il-
lərdə də Əbu Ləhəb müsəlmanlara qarşı
düşmənçiliyini davam etdirmişdir. O, bacısı
Ətiqənin pis yuxu görməsi səbəbi ilə Bədr
döyüşünə vuruşmasa da, qüreyşli
döyüşçülərə maddi yardım etmişdir. Əbu
Ləhəb qüreyşlilərin məğlubiyyətlərindən
üzülərək bir-neçə gün sonra ölmüşdür. 
ƏBU MƏNSUR MATURİDİ (333/994
ildə vəfat etmişdir) – görkəmli İslam
kəlamçısı olmuşdur. Ən çox yayılmış etiqadi
məzhəblərindən biri olan maturidiliyin adı
onunla bağlıdır. Səmərqəndin yaxınlığındakı
Maturid kəndində doğulmuşdur. Doğum tar-
ixi haqqında heç bir məlumat yoxdur. Ola
bilsin ki, Məhəmməd peyğəmbərin səhabəsi
olmuş Əbu Əyyub Ənsarinin soyundandır. O,
hənəfi məzhəbinin davamçılarından biri ol-
muşdur. O, tanınmış kəlam (I) və hüquq
59
ƏBU MƏNSUR MATURİDİ  


alimi Əbu Nəsr İyyaddan elmləri öyrən-
mişdir. Əbu Mənsur Maturidi İslam dininin
müxtəlif sahələri haqqında bir çox kitablar
yazmışdır. Onun ən məşhur əsəri “Kitabüt-
Tövhid” əsəridir. Bu kitabda İslam dininin
əsaslarını təhlil etmiş, müxtəlif təriqətlərin
təlimlərini kəskin olaraq tənqid etmişdir.
Bundan başqa o, mütəzililərin və qər-
mətilərin baxışlarını tənqid edən əsər də
yazmışdır. Onun Quran təfsiri, kəlam,
hüquqa aid əsərləri də mövcuddur. 
ƏBU MUSA ƏŞƏRİ (44/666 ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri olmuşdur.
Yəməndən olan Əbu Musa Əşərinin əsl adı
Abdullah olmuşdur. O, İslamı ailəsi ilə bir-
likdə Yəməndə, Məhəmməd peyğəmbərlə
qarşılaşmazdan əvvəl qəbul etmişdirlər. O,
hicrət edən müsəlmanlarla görüşmək üçün
Həbəşistana getmişdir. Xeybər döyüşündən
sonra  Mədinəyə köçmüşdür.  Məhəmməd
peyğəmbər onu döyüşçülərdən biri kimi
dəyərləndirmiş, qənimətdən ona da pay ayır-
mışdır. Sonra Əbu Musa Əşəri Məkkənin
alınmasında,  Hüneyn döyüşündə, Təbük
yürüşündə də iştirak etmişdir. Sonralar
Məhəmməd peyğəmbər onu Muaz ibn Cəbəl
ilə birlikdə yəmənliləri İslama dəvət etmək
üzrə oraya göndərmişdir. Yəməndən qayıt-
mış Əbu Musa peyğəmbərin vida həccində
iştirak etmişdir. 
Məhəmməd peyğəmbərin vəfatından
sonra Əbu Musa Xilafətin möhkəmlən-
məsində iştirak etmişdir. Xəlifə Ömər onu
Hədrəməutun (Cənubi Ərəbistan) valisi vəz-
ifəsinə təyin etmişdir. Ancaq sonra o, istefa
vermiş və İraq döyüşlərinə qatılmışdır. Ona
Nüseybini almaq tapşırılmışdır. Bu tapşırığı
o, uğurla yerinə yetirmişdir. Bundan sonra
xəlifə Ömər ona Bəsrənin valisi vəzifəsinə
təyin etmişdir. Bu vəzifədə olarkən Əbu
Musa idarə etmə işlərini yaxşı yerinə yetir-
miş, döyüşlərdə uğur əldə edə bilmişdir. O və
onun ordusu iranlılara qalib gələ bilmişdirlər.
Onların sərkərdəsi tutularaq Mədinəyə xəlifə
Ömərin hüzuru gətirilmişdir. Bu uğurdan
sonra müsəlmanlar Xuzistanı ala bilmişdirlər.
Daha sonra iranlılar Qadisiyyə döyüşündə bu
məğlubiyyətin əvəzini çıxmağa cəhd etsələr
də, ancaq yenə də məğlub olmuşdurlar. 
Xəlifə Ömər Kufə valisi olmuş Əmmarı
geri çağırdıqdan sonra, Əbu Musa Əşərini
onun yerinə təyin etmişdir. Ancaq, sonra
xəlifə onu yenidən Bəsrə valisi vəzifəsinə
qaytarmışdır.  Hicrətin 23-cü ilində müsəl-
man qoşunları tərəfindən İsfəhan şəhərinin
alınmasında Əbu Musanın böyük rolu ol-
muşdur. Xəlifə Ömərin vəfatından sonra Əbu
Musa 6 il Bəsrə valisi olmuşdur. 29-cu ildə
xəlifə Osman onu geri çağırmış Abdullah ibn
Əmiri onun yerinə təyin etmişdir. 
34-cü ildə Əbu Musa Əşəri yenidən Kufə
valisi olmuşdur. Xəlifə Osmanın vəfatından
sonra o, yeni xəlifə olmuş Əlinin xəlifəliyini
tanısa da, Xilafətdəki daxili savaşda aktiv
iştirak etməmişdir. Süffeyn döyüşündən
sonra qurulan məhkəmədə o, xəlifə Əlinin
təmsilçisi olmuşdur. Bu məhkəmədə Əbu
Musa hər iki tərəfin (Əli və Müaviyənin)
yanlış yolda olduğunu, onların vəsifələrindən
kənarlaşmasını, yeni xəlifənin seçilməsinin
vacibliyini dilə gətirmişdir. 
Əvvəlcədən danışıldığı kimi Müaviyənin
təmsilçisi olmuş Əmir ibn As da bunları
deməli idi. Ancaq Əbu Musadan sonra çıxış
edən Əmir, Müaviyənin yanlış yolda
olduğunu dilə gətirməkdən çəkinmişdir.
Bununla da o, öncədən verdiyi sözdən dön-
müşdür. Əmirin bu addımından sonra prob-
lemlərin sülh yolu ilə həll olunma imkanının
ortadan qalxdığı üçün daxili müharibə
yenidən başlanmışdır. Məhkəmədən sonra
Əbu Musa Əşəri tamamilə siyasətdən uza-
qlaşıb Məkkəyə getmiş, orada həyatını
davam etdirmişdir. Əbu Musa Əşəri olduqca
bilikli bir şəxs olmuşdur. Bəsrə və Kufənin
valisi vəzifələrində olarkən o, çoxlu işlər gör-
60
ƏBU MUSA ƏŞƏRİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə