Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə128/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   124   125   126   127   128   129   130   131   ...   137

 
328
madan kənar adamlardır. Əslində onlar və şairlər ən normal adamlardır: onlar 
öz yaddaş pəncərəsindən gördükləri dünya mənzərəsini ən dolğun və ya unikal 
sayır və ətraf adamlara bu barədə deməyə daxili ehtiyac hiss edirlər. 
Mətnoxumada elə  nəticələr də olur ki, onlar oxuyanın iradəsindən 
yox, onun mənsub olduğu mədəniyyət və  təhsil ehkamlarından gəlir. 
Müxtəlif mədəniyyətlərə  məxsus adamlar bir birilərinin kitablarını oxu-
yanda mütləq yeni mətn variantları yaranır. Bunlardan ən tipiki tərcümə-
lərdir. İdentik tərcümə haqda danışmaq xəyalatdır. Eyni dilin özündə belə 
eyni fikir müxtəlif sözlərlə ifadə ediləndə yeni mətn variantı yaranır, yeni 
informasiya və yeni mənzərə yaranır. Lakin tərcümə zamanı isə  əslində 
yeni  əsərlər yaranır. Bir qayda olaraq şərhsiz ikinci dildə orijinal mətni 
adamlar başa düşmür. Nəticədə insanların – yəni tərcümə oxuyanların 
yaddaşında dünyanı mətndə təsvirin yeni variantı, yeni mətn ortaya çıxır. 
Bu mənada ilkin yazı  əsasında sonradan yazı  mədəniyyəti yaratmış 
xalqların mədəniyyətləri törəmədir, mətnləri isə tərcümədir. Bütün ikinci 
və üçüncü sıra ədəbi dillər kalkadan ibarətdir. 
Eyni dildə olanda belə  mətnyaratma və  mətnoxuma identik ola 
bilmir. Lakin mətnlər mədəni dildən mətn bazası zəif dilə çevirəndə onun 
orijinal informasiya yükünün 10-15 faizi qalır.  Əksinə olanda isə 15-25 
faiz arta bilir. Bu o deməkdir ki, variantyaratmanın dəqiqliyi təkcə 
fərdlərdən deyil, həm də dilin mətn yaddaşının zənginliyindən asılıdır. 
Lakin tərcümə zamanı yeni variant yaranması labüddür. Çünki dildəki 
epitet çoxluğu dünya obrazının mənzərəsini dəyişirsə, mətnin informa-
siyasını digər dildə ifadə edəndə tamam yeni mənzərə alınır.  İkinci dilin 
oxucularının qavrayışında bu mənzərə tamam təzələşir, gözlənilməz 
görünə bilir. Bu həm dilin dünyanı təsvir aləti kimi qüsuru, həm də gücü-
dür. Bu ziddiyyət dil aləti ilə yeni mətnyaratmanın  əsasıdır, təfəkkürü 
zənginləşdirmək üçün yol açan əsas xüsusiyyətdir. Burada dialektika var: 
dilin işarəvi alət kimi konkreti göstərməkdəki qüsurlarını aradan qaldır-
maq təşəbbüslərinin nəticəsi təfəkkür kimi unikal bir alət olmuşdur. Dildə 
yaranan hər yeni mətn variantı dilin təxminiliyi və  işarəviliyi ilə 
mübarizədir, bu işarəvilik çərçivəsindən çıxmaq təşəbbüsüdür.  
Bu gün Platonu, Aristoteli öz dillərinə çevirən mədəniyyətlər 
(tərcümələr) əslində yeni mətnlər yaradır. Platonun müasir tərcümələri ilə 
onun öz mətnlərini yazarkən ora qoymaq istədiyi informasiya arasında 
köklü fərqlər olur. Bu fərqlər 90 faizə çata bilər. Çünki müasir tərcüməçi-
lər qədim yunan sözlərini müasir lüğətlərdə onların qarşılığı kimi yazılan 
müasir anlayışlarla çevirirlər. Əslində qədim yunan dilində bu anlayışların 
çoxu yox idi. 


 
329
Kitabın variantlığı. Biz kitabın kodluğundan danışanda gördük ki, 
informasiyanı kitablaşdırmaq mədəniyyəti yaranan ilk vaxtlardan hər təzə 
kitab köhnə kod əsasında yaranırdı  və müəyyən mənada onun davamı 
olurdu, ondan törəmə olurdu. Ona görə hər bir kitab təcrid edilərək ayrıca 
müəllifin əsəri, müəyyən ədəbi prosesin məhsulu kimi konkretlikdə götü-
rüləndə o variant olur. Bu mənada kitabın kodluğu və variantlığı arasın-
dakı münasibətlər ümumi ilə ayrıcanın münasibətləri kimidir. Konkretlik-
də  hər bir kitab əvvəlkilərin variantıdır:  ədəbi kitab süjet, qəhrəman, 
konflikt, üslub baxımından da variant kimi götürülə bilir. Füzulinin Divanı 
ayrıca kitab kimi nəzərdən keçiriləndə o özündən  əvvəl türkcə yazılmış 
divanlar sırasında, onların bazasında yaranmış bir variantdır. Lakin bu 
divanı Füzulidən sonrakı poeziyaya təsir baxımından nəzər saldıqda bu 
divan koddur, yüzlərlə  təqlidçi və  nəzirəçilər, davamçılar üçün kod—
təqlid nümunəsi rolu oynamışdır.  
Müəyyən tirajla çap olunan kitab kod statusuna keçir, çünki onun 
yaranma prosesi, mətnində dəyişiklik prosesi praktik olaraq bitir. Kitabın 
yazılmağa başladığı birinci gündən onun çap prosesinin bitməsinə qədərki 
yolu müddətində o hələ variant statusunda olur. Yaradıcılıq prosesi mətni 
son sabit varianta qədər yazıb təkmilləşdirməkdir. Şeir bir saata, roman isə 
on ilə də yazıla bilər. Süleyman Rəhimov “Şamo” epopeyasını 47 il ərzin-
də yazıb. 
Lev Tolstoy məşhur “Hərb və sülh” romanını 7 dəfə əllə köçürmüş-
dü. Ümumən böyük yazıçıların  əsərlərinin  əlyazma variantları  bəzən 
kitabxanalar təşkil edir. Mütəxəssislər yaradıcılıq prosesini öyrənmək 
üçün bu əlyazma variantlarını  tədqiq edirlər. Bəzi yazıçılar  əsərlərinin 
plan variantını yaratmağı xoşlamışlar.  Əsərin planı  əvvəlcə diqqətlə 
hazırlananda onun kompozisiya və süjeti daha yığcam və  səliqəli olur. 
M.F.Dostoyevski öz romanlarının əvvəlcə müfəssəl planını hazırlayırdı. 
Bir çox ədəbi abidələrin çap variantları arasında da ciddi fərqlər 
olur. Müəllif özü və ya naşirlər iri ədəbi  əsərlərin yığcam variantlarını 
yaradıb çap edirlər və bu, onların tədrisini asanlaşdırır. Servantesin 
“Donkixot” romanı adətən ixtisarla çap olunur. Məktəblilər üçün nəzərdə 
tutulan müntəxəbatlarda ədəbi əsərlərin qıca variantları və ya parçaları çap 
olunur. 
Mətnin variantlığı həm də dünyanı sözlə təsvirin və işarə etməyin 
nisbiliyini ifadə edir. Belə nisbilik həm sözlərin sayına, həm də  dəqiqli-
yinə aiddir. Yağışın yağmasını beş  səhifə  də, beş sözlə  də yazmaq olar. 
Beş səhifəni bir abzasa qədər ixtisar da etmək olar. Bu variantların hamısı 
yağışın yağmasını bildirəcəkdir.  


 
330
Bu mənada dildən istifadədə – istər  şifahi, istər yazılı olsun, oriji-
nallıq və yaradıcılıq da nisbidir. Günün çıxmasından gözəlin təbəssümünə 
qədər, sevgi hisslərindən nifrətə  qədər, dənizdən damlaya qədər hər  şey 
yazılı dildə dəfələrlə təsvir edilib və bədii ədəbiyyat oxumaqda təcrübəli 
adamlar bunlara bələd olurlar. Ona görə  bədii dildə yazılan hər hansı 
təsvir və epizod da kitab mədəniyyətinə  və  əzbər dilbilməyə  məlum 
olanlardan birinin variantı olur. Məktəbdə müəllim “Payızda nələr olur” 
mövzusunda inşa yazdıranda eyni məzmunun, informasiya həcminin 
şagirdlərin sayı qədər variantı yaranır. 
Hər bir əlyazma kitabına mətn variantlığı xasdır. Mətn variantlığı 
kod kimi götürülən kitabların müqayisəsindən yaranır. Bunu konkret kita-
bın universal mətnyaratma prosesi baxımından variantlığı ilə qarışdırmaq 
olmaz. Mətn variantlılığı ilə mətnşünaslıq məşğul olur. 
Nitqin variantlığı.  İrəlidə  fərdi təfəkkürün, insanların dildən isti-
fadə qabiliyyətinin qazanma olduğunu gördük, təcrübə yolu ilə  mənim-
sənildiyini gördük. Buradan prinsipial bir nəticə doğur: insanın yazmaq və 
danışmaq qabiliyyəti sosial bir alətdir, dil daşıyıcılarının kollektiv istifadə 
etdiyi vərdişlər məcmusudur. Ona görə insan nə danışsa və  nə yazsa 
mütləq orijinal olan bir şey ortaya gətirə bilməz. Çünki onun istifadə 
etdiyi dil aləti və onun söz, cümlə, süjet, əzbər və yazılı mətnlər ona qədər 
var idi. Həm də dilin göstərdiyimiz formalarından hamı  şərti işarə kimi 
istifadə edir. Hətta oğlunu Oqtay adı ilə çağıran valideyn belə Oqtay 
sözündən variant kimi istifadə edir. Bu variantlıq Bakıda yüzlərlə adamın 
öz tanışlarını Oqtay adı ilə çağırmasıdır. Əslində söz kimi Oqtay kəlməsi 
bir dənədir. Minlərlə adam bu adı daşıdığına görə və on minlərlə adam bu 
sözdən istifadə edəndə  əslində  əvvəlcədən mövcud olan sözün şifahi 
variantını yaradırlar. Deməli,  şifahi mətnyaratma yaddaşdakı hazır mətn 
parçalarından variant kimi istifadədir, onları nitq prosesində, konkret 
problem situasiyada şəxsi intonasiya ilə tələffüz etmədir. 
Bütün dediklərimizə şifahi nitqdə istifadə edilən “salam”, “sağ ol”, 
“alo”, “zəng edin”, “işığı söndür”, “Xoş gəldiz”, ”Mən sizi sevirəm”, “Ot 
kökü üstə bitər” və s. danışıq şablonları haqqında da demək olar. Onlardan 
dil daşıyıcılarının hamısı istifadə edir və hər yeni istifadə məlum mətnin 
fərdi variantının yaradılmasıdır. Bu variantlıq danışanın istifadə etdiyi söz 
və ifadələri “n” sayda eşitdiyini də ifadə edir. 
Fərdi nitqdə adamların özəlliyi qabarıq əks olunur. Ona görə ədəbi 
əsərin bir janrı – dram janrı insanları onların ancaq nitqi ilə göstərilməsi 
üsuluna  əsaslanır.  İnsan obrazlarının nitqini yazmaq onları  təsvir etmək-
dən çətin hesab olunur. Bunun səbəbi insanların nitq formalarından istifa-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə