Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə136/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   129   130   131   132   133   134   135   136   137

 
349
müxtəlif ədəbiyyatlardan və ədəbi ənənədən gələn janr, tema, obraz və s. 
kodlarından gələn elementlərlə zəngin olur. Əsas odur ki, bu xüsusiyyətlər 
süni olmasın, eklektik quraşdırma olmasın,  əksinə yazıçının yaddaş ma-
raqlarının təbii səciyyəsindən gəlsin. Yalnız belə hallarda yazıçının bəşəri 
ədəbi təcrübədən və  dəyərlərdən ustalıqla yaradıcı istifadə etdiyini 
təsdiqləmək olar. 
Yaradıcılıq prosesinin özündə milli və bəşəri material və əlamətlər 
müəllifin yaddaşının qütbləri kimi çıxış edir və bir qayda olaraq təhtəlşüur 
şəklində  təzahür edir. Lakin yazıçı müəyyən niyyətlərlə  təsvir etdiyi 
adamların və milli mühitin milli xüsusiyyətlərini şüurlu şəkildə qabartma-
ğa çalışa bilir. Bu halda əsər etnoqrafik nəsrə və ya publisistikaya aid olur. 
 
 
6.9. Ədəbi əsərin yaradılmasının tarixi  
konkretliyi və bədiiliyi anlayışı 
 
Ədəbi variantyaratmaya başlayan müəllif  əsərinin uğurlu və  bədii 
keyfiyyətli nümunə kimi qəbul edilməsi üçün hansı meyarlardan istifadə 
etməlidir?  
Bəri başdan deyək: bədiiliyin universal meyarları yoxdur. Hər bir 
cavan müəllif daxil olduğu  ədəbi mühitin dəyərlər sistemini qəbul edir. 
Müəllifin həm ümumi tarixi mühiti, həm konkret ədəbi mühiti tarixi 
xarakter daşıyır və paradoksal səslənsə  də, müəllifin bədiiliyin, yaxşı  və 
nümunəvi  əsərin nə olması barədə  təsəvvürlərini onun bu mühitdə 
yaradıcılığa başlaması və fəaliyyət göstərməsi təyin edir. Bədiilik proble-
minin iki səviyyəsi vardır. 
1. Bədiilik – ədəbi obrazın dünyanı konkret maddi realıq kimi gös-
tərmək xüsusiyyətidir. Ədəbi obraz dünyanı konkret fakt kimmi təsvir edir 
və bu işi elmi ümumiləşdirmə yolu ilə görən elmi təsvirdən və termin-
lərdən köklü surətdə  fərqlənir. Bu baxımdan və bu səviyyədə  bədiilik 
ədəbi obrazın konkretliyidir, onun dünyanı spesifik şəkildə göstərmək 
üsuludur. 
2. İkinci səviyyədə bədiilik ədəbi obrazın və əsərin bütün hallarda 
konkret müəllifə  məxsusluğudur. Konkret müəllifə  məxsusluq  ədəbi 
əsərin unikallığının – onun bir nüsxədə olmasının və  təkrarsızlığının 
səbəbidir. Bu mənada bədiilik  ədəbi  əsərin və digər sənət  əsərinin bir 
nüsxədə olmasından yaranan əlamətidir.  
Lakin son vaxtlarda texniki tərəqqi və fərdi surətyaratma sənəti bir 
nüsxədə olan və orijinal sayılan əsərlərin onların əslindən daha keyfiyyətli 


 
350
və ya yaxın səviyyədə nüsxəsinin çıxarılması imkanlarını yaratmışdır. İndi 
müəyyən çap maşınları, fotokameralar əl işindən də keyfiyyətli görünən 
sənət nümunələri yaradırlar. Bu fərdi yaradıcılıq işinin müasir texniki 
istehsalat ilə toqquşması sayıla bilər. Lakin güman ki, fərdi  əməyin 
bəhrəsi olan əsərlərə insanlar tərəfindən verilən yüksək dəyəri heçə endirə 
bilməz. Bir nüsxədə olan hər bir əsər həmişə qiymətli sayılacaqdır. 
Biz irəlidə  hər bir müəllifin konkret bir tarixi, mədəni və maarif 
gerçəkliyinə aid olması barədə müəyyən qeydlər dedik. Ədəbi yaradıcılı-
ğın konkret tarixi fəaliyyət olması onu iki səviyyədə nəzərdən keçirməyə 
imkan verir. Birinci səviyyədə söhbət ədəbi əsər yaradan yaradıcı şəxsiy-
yətin professional yazıçılığa qədər milli təhsil mühitində savad almasını 
nəzərdə tutur. Konkret dövrə məxsus milli təhsil mühiti yaradıcı şəxsiyyə-
tin ümumi dünyagörüşünü, mühüm saydığı, sevdiyi mənəvi, elmi və 
siyasi, əxlaqi dəyərləri və s. təyin edir.  
Lakin yazıçı ya şair olmaq istəyən  şəxsin yaradıcı adam kimi for-
malaşması birinci mərhələdə tamamlanmır. Yaradıcı cavan müəllif yazıcı 
olmaq həvəsinə konkret adamlarla ünsiyyətdən, onların mühitinə daxil 
olduqdan sonra düşür. Bu mühiti adətən  ədəbi mühit adlandırırlar. 
Müəllifin qəzəl, dram, roman yoxsa qoşma yazması  məsələsi məhz bu 
mühitin təsiri ilə müəyyənləşir. Məsələn, XIX əsrin ortalarında  Şamaxı 
ədəbi mühitinə daxil olan Seyid Əzim Şirvani qəzəlxan oldu. Bu zahirən 
onun öz seçimi kimi görünür. Lakin diqqət etdikdə görürük ki, Seyid 
Əzimin o zaman qədəm qoyduğu ədəbi mühitdə və konkret ədəbi məclis-
lərdə adətən Fizulinin qəzəlləri oxunur, təriflənir və müzakirə olunurdu. 
Seyid  Əzimin, ilk növbədə, qəzəlxan olmasında bu amil həlledici təsir 
göstərib.  
Təxminən Seyid Əzimlə eyni vaxtda Fransada ədəbiyyata gələn 
Emil Zolya isə roman janrının üstün və  dəbdə sayıldığı bir mühitə daxil 
oldu və  nəticədə romançı oldu. XIX-XX əsr Azərbaycan maarifçiləri 
ədəbiyyata gələndə isə Bakı  və Tiflis ədəbi mühitində dram janrı 
maarifçiliyin  ən münasib janrı sayılırdı. Bunun nəticəsində bizim 
maarifçilərin əksəriyyəti dramaturq oldular. 
Beləliklə, müəlliflərin janr, süjet, qəhrəman seçimləri onların şəxsi 
istəyindən çox, daxil olduqları  konkret  ədəbi mühitin ədəbi dəyərlər 
sistemindən asılı olur. Məhz həmin dəyərlər sistemi də müəllif üçün 
bədiilik meyarı olur. Çünki müəllif  əsərini mücərrəd bir oxucu üçün 
deyil, konkret mühitin oxucusu, konkret ədəbi dərnəyin və  cəmiyyətin, 
ədəbi jurnalın və ya almanaxın oxucusu üçün nəzərdə tutaraq yazır. Çünki 
özü yaradıcılığa başlamazdan qabaq müəllif həmin jurnallarda dərc edilən 
əsərlərin və  dərnəklərdə oxunan nümunələrin dinləyicisi olurdu. Onun 


 
351
bədiilik meyarları  məhz bu mühitdə yaxşı  və pis əsər barədə aldığı 
təsəvvürlərin davamından ibarət olur. Yazıçının bu mənada konkret mühi-
tə  məxsusluğu onun bədiilik meyarlarının da səbəbi və  əsası olur. Bu 
mənada yaradıcılığa başlayan  hər bir müəllif üçün bədiilik meyarı 
universal prinsiplər kimi deyil, konkret ədəbi mühitin ədəbi dəyərlər 
və təsəvvürlər sırası kimi müəyyənləşir. 
Eyni zamanda, nəzərə almalıyıq ki, yaradıcılıq azad bir fərdi 
prosesdir və müəlliflərin öz ədəbi mühitlərində hakim olan ədəbi meyar-
larla hesablaşması məsələsi çox fərdi bir hadisədir. Bir çox hallarda cəsa-
rətli və yenilikçi olmaq istəyən müəlliflər dövrün ədəbi meyarları ilə he-
sablaşmırlar, onlara sərbəst yanaşır və ya onları dağıtmağa çalışırlar. Lakin 
bütün hallarda belə şüurlu təzəçilik meylləri də öz fikir və impuls kökləri ilə öz 
ədəbi mühitinə, orada yazıçılar arasında formalaşan münasibətlərdəki  ədəbi 
intriqa və ədəbi rəqabət mülahizələrinə gedib çıxır və ədəbi meyarların konkret 
ədəbi gerçəkliklə bağlılığı prinsipini inkar etmir. 
Ona görə  əsərlərə qiymət verəndə, ilk növbədə, tarixilik prinsipi 
köməyə gəlir və yazıçıların irsinə onların yetişdiyi mühitlə az-çox əlaqədə 
qiymətlər verilir. Şərqin divan ədəbiyyatında dünyanın hüdudsuz əlvanlığı 
5-7 beytlik qəzəlin misralarına yerləşdirilməli idi. Müasir oxucu bunu 
qəzəl klassiklərinin özlərini süni surətdə forma ilə  məhdudlaşdırması, 
epiqonçuluq kimi də qiymətləndirə bilər. Lakin klassik şərq qəzəliyyatına 
belə yanaşma elmi cəhətdən doğru sayıla bilməz. Çünki şərqin qəzəl 
klassiklərinin dövründə və ədəbi mühitində şairin öz sənətkarlığını məhz 
qəzəl formasında və  hətta müəyyən qafiyələr  əsasında göstərməsi həqiqi 
bədii ustalıq sayılırdı. 
Beləliklə görürük ki, ədəbi  əsərlər yaradılmasının psixoloji əsası 
olan kod və variant yaddaşı konkret yazıçının yaradıcılığı prosesində həm 
tarixi baxımdan, həm də müəllif yaddaşının fərdiliyi baxımından 
konkretləşir. Yazıçının kod yaddaşının tarixiliyi onun konkret təhsil və 
ədəbi dil, ədəbi növ mühitinin yetirməsi olması kimi təzahür edir. 
Yaradıcı adamın daxil olduğu  ədəbi dərnək və qruplar ədəbi növlərə 
məxsusluq baxımından da fərqlənir. Lirik növlə  məşğul olan ədəbi 
mühitin öz xüsusiyyətləri,  ənənələri və intriqaları olur. Şairlər məxsus 
olduqları vəzn, forma, dil qruplarına görə fərqlənir və ədəbi zövq dəstələri 
və dərnəkləri yaradırlar. Bunlar formalaşan cavan şairlərin ədəbi zövqünə 
və üstünlük verdikləri bədiilik meyarlarına daha çox təsir göstərir. Şairlər 
mühitində adətən volyuntarizm və abstrakt istedad kultu hakim olur, ədəbi 
savada ciddi əhəmiyyət verilmir. Şərqdə və xüsusən, İranda əsrlərlə ancaq 
şairlik əsil və yeganə söz sənəti sayılmışdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə