Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə131/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   127   128   129   130   131   132   133   134   ...   137

 
336
illərində qafiyəsiz salon şeirinə  təqlid edən eybəcər cərəyan var idi və 
onun Azərbaycan poeziyasında izi qalmadı. 
Elmdə ədəbi forma termini çox zaman ədəbi əsərin ayrıca atributu 
kimi işlənir. Lakin bu dəqiq deyildir: ədəbi əsərin forması onun süjet, janr, 
kompozisiya, obraz və vəziyyət kimi xüsusiyyətlərinin məcmusudur. Ona 
görə forma termini çox şərtidir. 
Obraz və vəziyyət yaddaşından istifadə də ədəbi əsərin yaradılma-
sında mühüm rol oynayır. Müəyyən obraz və vəziyyətlər ədəbi əsərlərdə 
geniş  təkrar oluna bilir. Vəziyyətlərin təkrarı dram janrı üçün daha 
xarakterikdir. Ayrılmalar, ölüm, xəyanət, məhəbbət, intiqam, məhkəmə, 
duel və s. səhnələr bu qəbildəndir.  
Roman janrında atalar və  oğullar, sevgi üçbucaqları  fəhlə, kəndli, 
inqilabçı, kapitalist, fahişə  və s. obrazları daha səciyyəvidir. Hollivud 
ssenarilərində kişi və qadın qəhrəmanların paralelliyi bir qaydaya çevrilib. 
Bu mənada maarifçi və romantik ədəbiyyatın  əz  şablon qəhrəman tipləri 
vardır və onlar elmi ədəbiyyatda geniş işlənmişdir. Maarifçi ədəbiyyatda 
tərbiyəçi və  şagird, romantik ədəbiyyatda dünyaya qarşı duran üsyankar 
qəhrəmanlar və onların məhəbbəti  əsas yer tutur. Dini ədəbiyyatın  əsas 
qəhrəmanları allahlar və dindar insanlardır. 
Azərbaycan satirik ədəbiyyatında fırıldaqçı dindarlar, qırmızı 
saqqal tacirlər, savadsız kəndlilər, mülkədar obrazları əsas yer tuturdu. 
 
 
6.6. Ədəbi variantyaratmanın 
tarixi-psixoloji mərhələləri 
 
Ədəbiyyat tarixindən yaradıcılığın qədim tarixə malik olduğu 
məlumdur və biz irəlidə bu barədə müxtəlif münasibətlərlə danışmışıq. 
Yaradıcılıq prosesinin bütün mürəkkəbliyini və dilin təbiətindən gələn 
mistikliyini sona qədər izah etmək üçün yenidən bu məsələyə qayıtmalı-
yıq. Ədəbi əsərin qavrayışı fəslində biz əsəri oxuma prosesinin mistik tə-
rəflərini göstərməyə çalışmışıq. Bu mistikliyin əsas mənşəyi bir tərəfdən, 
fərd üçün sözün obrazlı  təbiətinin mistik keyfiyyət olması ilə bağlıdırsa, 
ikinci tərəfdən sözün mistikliyi duyğusunun yaradıcı adamın yazısı 
prosesində iştirak etməsidir. Bu iştirakın 1/ çoxallahlıq 2/ monoteist və 3/ 
maarifçilik epoxalarındakı təzahürünü qısaca səciyyələndirmək vacibdir. 
1. Çoxallahlıq dövründə söz obrazın utilitar mistikliyi ortaya gəlir 
və inkişaf edir. Qədim cəmiyyətlərdə, məsələn, Yunanıstanda savad ancaq 
quldar sinfin seçmə nümayəndələrinə aid idi, yəni nadir bir hadisə idi. 


 
337
Qullar və azad tayfa üzvləri savadsız idi. Belə vəziyyət savadlı bütpərəst 
kahinlər üzərinə  əsas mifoloji maarifçilik vəzifəsi qoyurdu. Mifoloji 
maarifçilik dini bir vəzifə idi. Bəs din nədir?  
 Yazılı fonetik dilə  və kitab mədəniyyətinə  qədər dünya insanlar 
üçün ancaq maddi təbiətdən ibarət idi. İnsanların öz əcdadları barədə 
yaddaşları belə yox idi. Nə üçün? Ona görə yox idi ki, əcdad haqqında 
təsəvvürün olması üçün əcdadı bildirən sözlər meydana gəlməli idi. 
Lakin biz artıq demişik: insanların sözləri bilmək və omlardan istifadə 
etmək qabiliyyəti onların genetik kodunda, instinktləri sırasında yoxdur. 
Dil də insanların dünyanı özlərinə uyğunlaşdırma prosesində əldə etdikləri 
vərdişlərdən, qazanılma qabiliyyətlərdən biridir. Ona görə bu vərdişlər 
formalaşana qədər mistika yox idi. İnsanlarda instinktiv qorxu var idi. 
Amma sosial qayğılarla, anlayışlarla, sözlərlə bağlı qorxu yox idi. Bu 
qorxu insanların söz-obrazlar vasitəsi ilə yaradılan əcdad (ilkin doğulma , 
başlanğıc) obrazından və onun izahından yarandı. 
Din – fonetik dildə formalaşan dünya obrazının mistikasıdır. 
Dini mistikanın əsas forması söz idi, daha dəqiqi ad-sözlər idi. Ad sözlər 
bütün metafizikanın başlanğıcı oldu. Yəni dünyanın gerçək maddiliyindən 
başqa sözdən ibarət obrazı da yarandı  və insanların başında, yaddaşında 
özünə yer tutdu. İlk belə obrazlar fiziki doğulmanın başlanğıcı kimi 
təsəvvür olunan totem-əcdadların adlarını bildirən sözlər oldu. Ad-sözlər 
insana bənzər və diri subyekt kimi təsəvvür edildi, yəni fonetik sözlə 
mif pulun iki üzü kimi ayrılmaz oldu. Beləliklə ayrılıqda heç nə 
bildirməyən ad-sözlər insanın başında subyektlik keyfiyyəti aldı. Əslində 
təbiətdə mövcud olmayan bu subyektlik haqqında təsəvvür sözün mistik 
təbiətinin nəticəsi idi, onun maddi dünyanın davamı olan ikinci dini mistik 
aləm barədə təsəvvür şəklinə düşməsi idi. Bu, həm bütpərəstlikdə, həm də 
təkallahlıqda dini təsəvvürlərin əsas obrazı oldu.  
Biz bilirik ki, sözlər insanların udlaqda tələffüz etdikləri sərti işarə-
lərdir. Konkret adamın yaddaşından kənarda götürülən söz yazıda  şərti 
işarə sırasıdır, nitqdə isə səslənib yox olan səsdir. Müasir dillərdə milyon-
larla olan bu sözlər təsadüfi və ixtiyari sərti işarələrdir və bundan başqa 
heç nə deyildir. Lakin sözün subyektliyi, mifliyi sözlərlə sistemləşən və 
idarə olunan fərdi yaddaşın, təfəkkür qabiliyyətinin ayrılmaz xüsusiyyəti 
kimi insanların kollektiv təsəvvürünə daxil olub yaşadı. Həm də  nəinki 
yaşadı, yazı bilən adamların bir qismi ancaq öz yaddaşında olan mifik 
dünya obrazlarını maddi həqiqət kimi təbliğ etməyə başladı. Bu, dünyanı 
anlamaq, düzgün yaşamaq və təşkil etmək üsulu kimi təbliğ olundu. 
Bütün yunan ədəbiyyatı yunanların tayfa bütlərini təbliğ edən, 
onları dünyadakı maddi məntiqin subyekti kimi təbliğ edən dini ədəbiyyat 


 
338
idi. Bu ədəbiyyatın diniliyi, ilk növbədə, onun mistik fəaliyyət növü 
olması ilə  şərtlənirdi. Beləliklə, insanlar dünyanın sözlərlə ifadə olunan 
mənzərəsi ilə birgə onun ikinci mistik obrazını da yaratdılar və ona 
inandılar. Metafizika, təbiətdən sonra insanların sözlər vasitəsi ilə 
tanıdıqları, bildirdikləri, təsəvvür etdikləri hər şey mistika idi. 
Bəs nə üçün insanlar bütpərəst mistikaya belə meylli oldular? Ona 
görə ki, mistik mifləri, subyekt kimi sözləri də insanlar istifadə etdikləri 
alətlərdən biri kimi görür və onları utilitar məqsədlərlə  mənimsəyirdilər. 
Yunan mifologiyasında Allahlara pərəstişin özü utilitar, əməli fayda 
qazanma məntiqinin daşıyıcısıdır. Bütpərəst allahların təbliği, tanıdılması 
onların gücündən istifadə etmək, onların himayəsini qazanmaq məqsədi 
daşıyır. Burada hələ Allah qorxusu yoxdur. 
“İlliada”nın özü bir kitab kimi bəşəriyyətin bütün sonrakı dini 
kitablarının özülüdür. Burada allahların yaşadığı Olimp və insanların fəa-
liyyətdə olduğu Troya müharibəsi səbəb və  nəticə münasibətindədir. 
İnsanların həyatı, Troya müharibəsinin gedişi buradan – Olimpdən idarə 
olunur. Bu səbəbiyyətin, dünya məntiqinin ilk dini konsepsiyası idi. Əsas 
allah olan Zevs də  təkallahlığın başlanğıcıdır. Büt-Allahlardan istifadə 
təşəbbüsü ilə onların ən güclüsünün seçilməsi bütpərəstliyin ilkin inkişaf 
xətti idi. 
Yunan müəllifliyi hələ kahinlik fəaliyyətidir, bütlərin dünya səbə-
biyyətinin əsası kimi təbliği dövrüdür. Yeni eradan əvvəl dördüncü əsrdən 
başlayaraq yunan-Roma mühitində allahların məbədləri yaranır və bizim 
yunan və Roma yazıçıları kimi tanıdığımız adamlar Zevs, Paseydon və s. 
kimi əsas allahların məbədlərinin xidmətçiləri olurlar. 
Yunan mifologiyasında maddi və sosial dünyanın şəcərəsi ilk dəfə 
ortaya çıxır və adamların gerçək fəaliyyətindən ayrılmaz bir şey kimi 
təsəvvür olunur. Mifoloji kitab ənənəsi miflərin  ələkdən keçirilməsi, 
iyerarxiya yaradılması prosesini, yəni monoteizmə doğru keçidi 
sürətləndirir. Lakin bütpərəstliyin qızıl dövrünü Yunan allahlarının hey-
kəllərinin və  məbədlərinin yarandığı yeni eradan əvvəlki 3-2-ci əsrləri 
hesab etmək olar. Zevsin və digər Allahların heykəlləri  ən ciddi 
simmetriya, ən gözəl tərzdə yaradılır. Bu allahlar şübhəsiz ki, yunanların 
özlərindən gözəldir, çünki onlar etalon kimi yaradılırdılar və bütün o 
zamankı  əhalinin onlar kimi gözəl olduğunu düşünmək səhv olardı. 
Tövratda isə gözəlliyin Allahdan insanlara verilməsi bir ehkam oldu. 
Beləliklə, bütpərəstlik dövründəki ədəbi yaradıcılıq – variantyarat-
ma prosesi dini bir fəaliyyət idi. Amma bu mərhələdə dini fəaliyyətin 
mistik tərəfi onun utilitar cəhətindən zəif idi. Bütlər müharibələrdə 
qoruyucu və  qələbə  gətirici bir qüvvə kimi mistikləşdirilirdilər. Təsadüfi 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə