Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə134/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   129   130   131   132   133   134   135   136   137

 
344
verir. Freyd reallaşa bilməyən seksual enerjinin digər fəaliyyət formaların-
da – elmdə, idmanda, ovçuluqda, bədii yaradıcılıqda və s. sahələrdə özünü 
büruzə verməsinə sublimasiya adı vermişdir. O, ədəbi yaradıcılığa fanatik 
bağlılıq və bu işdəki fanatik ardıcıllığı yaradıcı  şəxslərdə sublimativ 
enerjinin az ya çoxluğu ilə bağlayırdı. 
Bu baxımdan yazıcılıq fanatik bir mənəvi hünərdir. Qopmaz 
ideyalar adətən böyük yazıçılarda bəşəri əxlaqi dəyərlərə fanatik bağlılıq 
kimi özünü göstərir. Yazıçıların  ən böyükləri və  ən yaxşıları müəyyən 
dini, sosial, fərdi ideallara bağlı olurlar. Bu bağlılıq çox vaxt əxlaqi 
dəyərləri təsdiqləmək, onları kompromissiz himayə etmək ehtirası kimi 
çıxış edir. Yazıcı həmişə iki qütb arasındadır, onlardan birinə yaxınlaşma-
ğa, ikincisindən isə uzaqlaşmağa xidmət edir. 
Emosional sabitlik yazıçının yaradıcılıq prosesində mühüm rol oy-
nayır və müəllifin əsəri tamamlayana qədər müəyyən ovqat içərisində ya-
şamasını  təmin edir. Yaradıcı  şəxsiyyətdə emosional ovqatı tamamlayan 
xüsusiyyət iradə möhkəmliyi və bunun nəticəsi olan nisbətən sabit həyat 
tərzi ilə yaşamasıdır. Belə iradi və vərdiş ardıcıllığı yazıçıya öz ədəbi niy-
yətlərini illərlə işləyib tamamlamağa imkan yaradır. Yaradıcılıq prosesi yek-
nəsəq və  ağır fiziki yazı  işi olduğundan gəncliyində yazıçı olmaq istəyən 
minlərlə  gənclərdən ancaq bir necəsi öz iradə ardıcıllığı sayəsində ömrünü 
ağır yazıçı peşəsinə həsr edir və ədəbiyyatda real nəticələrə nail olur. 
İradi keyfiyyətlərdən başqa yazıcılarda peşə  vərdişlərinin də 
mühüm rolu olur. Keçmişin Balzak, A.Düma kimi yazıçıları notariusda və 
məhkəmədə katib vəzifəsində çalışmış, səhərdən axşamacan yazı yazmaq 
vərdişini yazıçılıqda davam etdirmişlər. İndi isə yazıçıların çoxu peşəkar 
qələm adamı olan jurnalistlərin içərisindən çıxır. Jurnalistlik gələcək 
yazıçıda ömrü boyu ağır və çox vaxt yeknəsəq yazı işi ilə məşğul olmaq 
vərdişində kömək edir. Orta məhsuldar yazıçı gündə 5-10 saat yazı  və 
mütaliə ilə məşğul olur. 
Yazıcılıq və  şairlik böyük fiziki enerji tələb edən bir sahədir. Ona 
görə  hər istedadlı  qələm adamı yazıçı ola bilmir, çünki yazıçılığa gərək 
olan yazıb-oxumaq enerjisi sağlam ağıla uyğun olmayacaq dərəcədə 
böyük iş qabiliyyəti tələb edir. Ona görə  ən istedadlılar yox, ən enerjili 
qələm adamları yazıçı olurlar. Çoxları isə bir necə  əsər yazmaqla ömrü 
boyu təzələrini yazmaq barədə düşünür, lakin bunu edə bilmək üçün enerji 
və iradələri çatmır və nəticədə həvəskar yazıçı vəziyyətində qalırlar. 
Yaradıcılıq prosesi əzablı və ağır bir prosesdir. Bəs yaradıcı adamı 
bu işə sövq edən hansı amillər olur? Bu sualın universal cavabı yoxdur, 
çünki yaradıcı adamlar şəxsi psixi xüsusiyyətləri, xarakterləri vərdişləri, 
həyat maraqları baxımından çox müxtəlifdirlər. Tarixi baxımdan da 


 
345
müəlliflərin  ədəbi yaradıcılığa kəlməsinin stimul və  səbəbləri çox 
müxtəlifdir. Məsələn, dini ədəbiyyat dövründə müəlliflik dini mülahizələr-
lə daha çox bağlıdır. Lakin elə həmin dövrlərdə saray ədəbiyyatının inki-
şafı  mədhiyyə poeziyasının çiçəklənməsi bir çox saray şairlərinin haki-
miyyətə yaxınlaşmaq, hökmdarın rəğbətini qazanmaq kimi həm maddi, 
həm də  şöhrətpərəstlik mülahizələri ilə yaradıcılığa gəldiyini təsdiq edir. 
Güman ki, şairin öz şəxsi mənəvi üstünlüyünü və qabiliyyətini göstərməsi 
stimulu təriqət poeziyasının da ikinci planda olan stimullarından 
olmuşdur. Həm təriqət, həm saray, həm partiyalı şair və yazıçılar arasında 
intriqaların dərin köklərə malik olması yaradıcılıq prosesində  şəxsi 
mənəvi ambisiyaların, özünütəsdiq ehtiraslarının həmişə az-çox dərəcədə 
iştirak etdiyini təsdiqləyir. Bu mənada, yaradıcı mühitdə  şəxsi ambisiya-
ların toqquşması siyasi mühitlərdən heç də zəif olmur. 
Xırda təsadüfləri nəzərə almasaq şairlik və digər  ədəbi yaradıcılıq 
bütün zamanlarda:  
1) peşə və maddi dolanışıq forması; 
2)  şəxsi ambisiyaların özünütəsdiq,  şöhrət, dahilik maniyası, 
mənəvi rəqabət, paxıllıq və s.; 
3) insanı ömrü boyu müşayiət edən qopmaz ideyalarla; 
4) seksual enerjinin (məhəbbətin) sublimativ yolla reallaşdırılması; 
5) uşaqlıqdan üzə  çıxan istedadın reallaşdırılması  və inkişaf 
etdirilməsi; 
6) adi təqlidçilik ehtirası, qrafomaniya, təsadüfən  ədəbi mühitə 
düşmə; 
7) ədəbiyyata və onun mistikasına məhəbbətlə; 
8) ailənin peşə ənənəsinin davamı;  
9) təriqət və siyasi partiya ideologiyalarına və ideyalarına bağlanma 
ilə və s. mülahizələrlə bağlı ola bilər. 
Göstərilən doqquz yaradıcılıq stimulunun birlikdə özünü göstərən 
kompleks variantları da məlumdur ki, onları ayrıca nəzərdən keçirməyə 
ehtiyac yoxdur. Məsələn, qrafomaniya təqlidçilik və şöhrət ehtirası ilə çox 
hallarda vəhdətdə olur. Paxıllıq, şəxsi rəqabət mülahizələri ilə ədəbiyyata 
gəlmək  ədəbiyyatda Salyeri kompleksi barədə  əsərlərin belə meydana 
çıxması ilə nəticələnmişdir. 
 
 


 
346
 
6.8. Ədəbi variantyaratmanın milli fərdiliyi 
  
Biz irəlidə variantyaratmanın universal üsullarını nəzərdən keçirdik. 
Lakin real yaradıcılıq prosesində əsəri yazan müəllif konkret şəxsiyyətdir: 
o hansısa tarixi dövrdə yaşayır, müəyyən təhsil sistemində savad alır və 
əlinin altında olan konkret kitabxanalarda olan bədii ədəbiyyatın mütaliə-
çisi olur. Bütün bunlar yaradıcı müəllifin fərdi və milli xüsusiyyətlərini 
yaradır və bunlar da onun yazdığı əsərlərdə öz əksini tapır. 
Lakin qeyd etmək lazımdır ki, qədim ədəbi dillərdə yaranan ədə-
biyyatın milli müəyyənliyi yox idi.  Ədəbiyyatşünaslar bir sıra hallarda 
regional üslublardan bəhs edirlər. Lakin qədim dillərdə yaranan ədəbiyyat-
da regional üslub axtarışları milli özünəməxsusluq dəyərlərini qədin 
dillərdə yaranan mədəniyyətə süni surətdə tətbiq etmək cəhdidir. Əlbəttə, 
qədim beynəlmiləl dillərdə yaranan ədəbiyyatda da fərdi üslub haqda 
danışmaq olar, bəlkə regional üslub haqda da danışmaq olar, amma bunu 
milli müəyyənlik, hansısa xalqın məxsusi ənənəsi kimi baxmaq təşəbbüs-
ləri əsassızdır. İlk növbədə ona görə ki, qədim dillər ancaq yazılı dillər idi 
və onların  şifahi xalq dili kimi qarşılığı yox idi. Şifahi xalq dilləri 
folklorun bazası olmaq mənasında ancaq milli təhsil sisteminin nəticəsi 
kimi yarana bilibdir. 
Milli ədəbiyyatlar ancaq intibah dövründən başlayaraq sənaye 
inqilablarının nəticəsi kimi milli ədəbi dillərdə yaradıcılığın yayılma-
ğa başlaması ilə yaranır. Lakin nəzəriyyədə milli ədəbiyyatlar anlayışı 
əsasən romantik maarifçi ideoloqlar tərəfindən XVIII-XIX əsrlərdə ortaya 
atılıbdır. Milli ədəbiyyat anlayışının başlanğıcını  hələ intibah dövründən 
qədim dillərlə milli ədəbi dillərin qütbləşməsi barədə polemikalarda 
görmək mümkündür. Bu polemikalar xalq kütləsinin başa düşdüyü xalq 
dilində yazmağın qədim dillərdə yazmaqdan üstünlüyü ideyası ilə başla-
nır. Lakin bu ideyaların sonu isə milli dillərin həm xalqın məxsusi ruhunu 
ifadə edən milli mənşəli dəyər olması ideyaları ilə bitir. Bu, romantik 
millətçiliyin ifratı idi, çünki xalqların heç biri dil yaradıcısı deyil, dillər 
böyük dövlətlərin, hakimiyyətin və xüsusi mülkiyyətin nəticəsi kimi 
ortaya gəlmiş yazı dilindən doğma dolayı bir sosial hadisədir. 
Lakin millətçiliyin ideologiya kimi XVIII əsrdə meydana çıxması 
təsadüfi deyil: bu milli dillərin, kitab çapı  və  mətbuatın təşəkkül etdiyi 
dövr idi. Bu təşəkkül milli ədəbi dillərin xalqlar üçün maarif və 
mədəniyyət aləti kimi böyük əhəmiyyətini ortaya qoyur. Dil birliyi 
xalqların mənəvi, iqtisadi və s. tərəqqisi üçün misilsiz əhəmiyyətini ortaya 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə