Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə135/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   129   130   131   132   133   134   135   136   137

 
347
çıxardı. Avropada qanlı müharibələr getdiyi bir dövrdə ordu 
quruculuğunda milli ideyaların böyük birləşdirici əhəmiyyəti ortaya çıxdı 
və qısa vaxtda millətçilik monarxa sədaqət ideyası ilə yanaşı ikinci dövləti 
məfkurə oldu. Napoleon, Adolf Hitler kimi müstəbidlər öz qanlı planlarını 
icra etmək üçün millətçilik ideyalarından geniş istifadə etdilər. 
Klassisizmə qarşı mübarizə aparan romantiklər latın dilinə qarşı 
mübarizədə dillərin xalqlar tərəfindən yaradılması barədə nəzəriyyədən də 
istifadə etdilər, dil xalqın yaradıcı dühasının  ən böyük əsəri adını aldı. 
Romantiklərdən gələn bu təsəvvürlər rus xalqçıları və marksistləri tərəfin-
dən daha da inkişaf etdirildi. Rus slavyanofilliyinin davamı olan raznoçin 
xalqçılar, xüsusilə V.Belinski xarici təsirlərdən kənar olan həqiqi bir milli 
rus ədəbiyyatı haqqında nəzəriyyə yaratdılar. A.S.Puşkin ilk milli rus şairi 
elan edildi. Bolşeviklər isə çoxlu xalqın yaşadığı Rus imperiyasını 
dağıtmaq üçün xalqların öz müqəddəratını təyin etmə hüququ ideyasından 
geniş istifadə etdilər: onlar bu yolla kiçik xalqları da imperiyaya qarşı 
inqilaba cəlb etmək istəyirdilər. Sovetləşmədən sonra bu şüarlardan geniş 
istifadə edildi: 20-ci illərdə azsaylı xalqlar üçün belə öz dillərində orta 
məktəblər təşkil edildi, əlifbalar yaradıldı və kitab çapı başlandı. 
SSRİ-də yaşayan azsaylı xalqlar üçün yazı və hətta mili ədəbiyyat-
lar yaradılması bolşeviklərin milli siyasətinin böyük nailiyyəti kimi təbliğ 
olunmağa başladı. Lakin 30-cu illərdən xırda xalqlar üçün təhsil sistemi 
yaratmaq planlarının maddi cəhətdən qeyri-real, təhsil keyfiyyəti baxımın-
dan isə səmərəsiz olduğu ortaya çıxdı. Lakin xalq dillərinə maraq, onların 
elmi surətdə öyrənilməsi, folklor materiallarının toplanması, milli dillərin 
inkişafı baxımından bolşeviklərin milli mədəniyyət siyasətinin böyük əhə-
miyyəti oldu. Rusiyada yaşayan türkdilli xalqlar bundan daha çox 
faydalandılar. 
Milli kilsə, təhsil və kitab çapından sonra xalqların  şifahi  ədəbi 
dilləri də tərəqqi edir: folklor klassikləri sayılan sənətkarlar yazılı ədəbiy-
yata bələdlik, ifaçılıq sənəti əsasında çoxvariantlı şifahi ədəbiyyat yaradır-
lar. Realist ədəbiyyatın inkişafı xalqların məxsusi adət-ənənəsinin, etnik 
psixi xüsusiyyətlərinin, tarixi taleyinin və təcrübəsinin ədəbiyyatda geniş 
əks olunması ilə nəticələnir. Bu xüsusiyyətlər marksizmdə ədəbiyyatların 
milli özünəməxsusluğu barədə nəzəriyyənin yaranmasına səbəb olmuşdur. 
Xəlqilik partiyalılıqla yanaşı sosialist realizmi ədəbiyyatının ayrılmaz 
xüsusiyyəti sayılırdı. Həmin nəzəriyyəyə görə müsbət obrazlarda əksini 
tapan müsbət xüsusiyyətlər milli xarakterin ifadəsi kimi qələmə verilir. 
Belə  məntiqlə düşünəndə  mənfi obrazların neqativ xüsusiyyətlərini də 
milli xarakterə aid etmək olar. Lakin bununla heç kəs, o cümlədən ədəbiy-
yatın milliliyinin tərəfdarları razılaşmazlar. 


 
348
 Həmin nəzəriyyəyə əks olan kosmopolit nəzəriyyəçilər isə ədəbiy-
yatlarda milli xüsusiyyətləri dəyərsiz sayır və onu gerilik kimi təqdim 
edirlər. Onlar insanın hər yerdə eyni təbiətdə olması fikrinə  əsaslanırlar. 
İnsan təbiətindəki eyniyyət  şüuraltı  səviyyəsində doğrudur. Lakin sosial 
şəraitin, tərbiyənin milli variantından gələn milli xüsusiyyətlər də inkar 
edilə bilməz. Tarixilik hissinə əsaslanan realizm epoxasından sonra milli 
dillərdə yaranan ədəbiyyatlarda milli gerçəkliyin əks olunması ədəbiyyatın 
milli xüsusiyyətlərini gerçək bir fakta çevirir.  
Lakin ədəbiyyatın və yazıçının milliliyi nisbi və fərdi bir xüsusiy-
yətdir. Ona görə  ədəbiyyatın milliliyindən universal bir xüsusiyyət kimi 
deyil, fərdi yazıçı şəxsiyyətlərinə məxsus xüsusiyyət kimi danışmaq daha 
doğru olar. İçində yaşadığı milli mühit yaradıcı  şəxsiyyətin bir sıra 
yaradıcı, əxlaqı, ədəbi xüsusiyyətlərini müəyyən edir. Onları əsasən dörd 
qrupa bölmək olar: 
1. Tərbiyədən və milli adət-ənənədən, sosial reallıqdan gələn xüsu-
siyyətlər. Bunlar əsasən qapalı milli mühitdə yaşayıb yetişən müəlliflərdə 
aparıcı olur. 
2. Təhsildən, xüsusilə  ədəbi təhsil dilindən gələn xüsusiyyətlər. 
Fransada və Rusiyada təhsil alan və həmin dillərdə daha çox mütaliə edən 
müəlliflər bu baxımdan kəskin fərqlənir. Azərbaycanlı yazıçıların bir 
qismi indi də rus və ya fars dilində yazırlar.  İndi onlarla xalqa məxsus 
yazıçılar ingilis dilində yazırlar. Bu bilavasitə yazıçı şəxsiyyətində bu dil-
də təhsilin və mütaliənin üstünlüyü ilə bağlıdır. Həyatı yad ölkələrdə ke-
çən yazıçılar bəzən bu ölkələrin gerçəkliyini və adamlarını qələmə alırlar. 
Belə hallara ədəbi yaradıcılığın milliliyinin əks qütbündə olan faktlar kimi 
yanaşmaq lazımdır. Orta avropalı psixologiyası artıq insanların milli 
mənsubiyyəti məsələsinə ikinci dərəcəli əlamət kimi yanaşır. 
3.  Şəxsi bioqrafiyadan doğan psixoloji kompleks və  təsəvvürdən 
gələn əlamətlər. Yazıçıların təmsil etdiyi komplekslər onların fərdi psixi-
kasına aid olsa da, sosial mənşəcə onlar milli mühitə aiddirlər.  
4. Milli sayılan xüsusiyyətlərin bir qismi müəllifin ədəbiyyata daxil 
olduğu ədəbi mühit, onun aparıcı qəhrəmanları, süjetləri, oradakı məfkurə 
istiqamətləri ilə bağlı olur. Milli ədəbi mühit və ovqatlar həmişə xalqların 
tarixi inkişaf səviyyəsi və qayğıları ilə bağlı olur. Məsələn, 20-30-cu illər 
Azərbaycan nəsrində qadın azadlığı problemi aparıcı idi. Bu mövzu isə 
yazıçıların marağından çox Mədəni  İnqilab mühitinin dəyərlər sırası ilə 
bağlı idi.  
Bu xüsusiyyətlərdən hansının yazıçının yaradıcılığında qabarıq 
olması onda milli və bəşəri xüsusiyyətlərin nisbətini müəyyən edir. Lakin 
yazıçı nə qədər dərin mütaliəli və geni savadlıdırsa, onun yaradıcı yaddaşı 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə