Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə133/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   129   130   131   132   133   134   135   136   137

 
341
əxlaqı müxalifət forması kimi davamını şərtləndirdi. Sənaye inqilablarına 
qədər bu müxaliflik dinin daxili intriqaları idi. 
3. Lakin sənaye inqilabi və maarifçilik dövründə təhsilin inkişafı 
ədəbi yaradıcılığı dini fəaliyyət formalığından və dini monopoliyadan 
çıxardı. Savadlı adamlar sırf dini fəaliyyətlə  məşğul olmadan da maddi 
dolanışıq mənbələri tapa bildilər və bu onların müstəqilliyi ilə nəticələndi. 
Ona görə intibah dövründə bədii yaradıcılıq dini və kommersiya fəaliyyəti 
arasında olan bir şeyə çevrildi. 
Dini  ədəbiyyatın birmifliyi prinsipi öz yerini maarifçi ədəbiyyatın 
çoxmifliliyi prinsipinə verdi. Ədəbiyyat fərdi mifyaratmaya çevrildi, lakin 
öz mifoloji təbiətini itirmədi. Müəlliflər Bibliya süjetləri məngənəsindən 
çıxdılar: bütpərəst yunan mətnləri köməyə  gəldi və yunan ədəbiyyatı 
cavan milli dillərə  tərcümə olunmağa başladı. Milli dillər təkcə  qədim 
dillərin rəqibi deyildi: bu dillər dinin monopoliyasından və  cəzalarından 
kənarda qalaraq yaradıcılıqla məşğul olmaq üçün bir sfera idi. 
Milli dillərin ədəbi dil kimi işlənməsi həm də müqəddəs kitabların 
yaradıcı həyatda, mənəvi həyatda monopoliyasının sonu idi. Qədim dillər, 
ilk növbədə, bu kitabların dili idi. Ədəbi yaradıcılığın mərkəzi monastır-
lardan, dini akademiyalardan saraylara, iri feodalların malikanələrinə, 
kitabxanalara və milli dillərdə yaradılan təhsil ocaqlarına keçdi. 
Maarifçilik dövründə sözün mistik hakimiyyəti dağılmağa başlayır. 
Söz sahibi olan yazıcılar mənəvi hakimiyyətdən imtina edir və onun 
əvəzinə mistikasız dünyəvi hakimiyyətə, maddi varlanmaya və ya öz 
ehtiyaclarını ödəməyə üz tuturlar. Mənəvi fəaliyyətin mərkəzində  və 
əsasında duran allah ideyası öz mövqelərini itirir. Ədəbiyyat çoxmifli olur 
və mifyaratma forması olmağa qayıdır. 
Lakin müasir maarifçilik erasının  ədəbi mifyaratması artıq antik 
mifyaratma da deyildir: antik mifyaratmanın utilitarizmi tayfa bütlərindən 
utilitar istifadə üçün yaradılırdı. Lakin müasir ədəbi mifyaratma əsas iki 
şey üçün: maddi fayda götürmək və yenə maddi fayda mülahizələri ilə 
sözün, ədəbi mətnin yaratdığı mənəvi hakimiyyətdən utilitar istifadə üçün 
yaradılırdı. Lakin müasir mətnyaratma və ədəbi yaradıcılıq digər adamlar 
və onların bədii və estetik ehtiyaclarının ödənilməsi üçün yaradılır. 
Beləliklə bütpərəstlik zamanı meydana çıxan ədəbi mətnin mifliyi, 
fərdlər tərəfindən reallıq kimi qəbul edilməsi müasir ədəbiyyatda da qalır. 
Amma bu dəfə qavrayışın oyunu kimi davam edir, şərtilik kimi, bütpərəst 
mif mistikasının sublimasiyası kimi davam edir. 
Yazıcı öz əsərinin ancaq süjet olduğunu aydın dərk etsə də öz fərdi 
aləmində bu süjeti reallığın variantı kimi yaradır, yazı prosesində özü də 
bu reallığa inanır. Sonradan oxu – bədii qavrayış prosesində oxucu da sərti 


 
342
bir süjet, mif oxuduğunu dərk edərək belə onun qavrayışını real həyat 
qavrayışı kimi yaşayır. 
 
 
6.7. Yaradıcı şəxsiyyət. Ədəbi mətnyaratmanın  
fərdi xüsusiyyətləri 
 
Yaradıcı  şəxsiyyət problemi  ədəbiyyat elmi tarixində  ən qədim 
zamanlardan müzakirə olunmuşdur. Yazının mistikləşdirilməsi və yazılı 
mətnə belə əlamətlərin şamil edilməsi yazı ilə  məşğul olan insanların da 
mistikləşdirilməsi ilə  nəticələnmişdir. Qədim mədəniyyətlərdə  şairlik və 
peyğəmbərlik peşələri daim yanaşı xatırlanır. Lakin dini mətnlərdə  ən 
qədim dövrlərdən  şairlərlə peyğəmbərləri fərqləndirməyə çalışırdılar. 
Hesab edilirdi ki, peyğəmbərlərə verilmiş Allah elçiliyi, allahla adamlar 
arasında vasitəçi olmaq kimi bir xüsusiyyət  şairlərdə yoxdur. Quranda 
yalançı peyğəmbərliyə həsr olunmuş ayrıca “Şairlər” surəsi vardır. 
Amma qədim dini kitablar, monoteist mətnlər də şairə Allah tərəfin-
dən, sonralar isə  təbiət tərəfindən xüsusi yazmaq qabiliyyəti verildiyini 
qəbul edirdilər. Görünür qədim maarifçi peyğəmbərlər də yazının və 
insanların yazı  vərdişinin Allahdan verilmə olduğunu təkzib etməkdə 
maraqlı deyildilər. Bu, peyğəmbərliyin özünü də gözdən sala bilərdi. Xalq 
dastanlarında el şairlərinə yuxuda buta verilməsi epizodu təkrarlanır. Bu 
da  şairliyin Allahla əlaqələndirilməsidir, onun tək-tək seçmə  şəxslərə 
verdiyi vergi kimi təqdim edilməsidir. Qədim cəmiyyətlərdə istedadlı 
şairlərin qazandıqları misilsiz nüfuz və hörmət də  şairlik qabiliyyətinin 
mistikləşdirilməsi ilə nəticələnmişdir. 
İstedad nədir? 
Birinci, istedad insanları bir-birindən fərqləndirən hansısa fitri tə-
bii xüsusiyyətlərdir. Belə xüsusiyyətlər həm irsiyyətdən, həm valideyn-
lərin irsiyyətinin çarpazlaşmasından, onların həyatının təbii və sosial 
şəraitindən gələ bilər.  İnsanın fitri təbii xüsusiyyətləri onun instinkt və 
emosiyalarının, vərdiş  və qabiliyyətlərinin keyfiyyətinə  və davamlılığına 
təsir göstərir. Ədəbi istedaddan danışanda onun bir qayda olaraq irsi savad 
və yazı qabiliyyətləri ilə bağlı olduğunu da nəzərə almaq lazımdır. Biz 
irsiyyət deyəndə atadan oğula keçən xüsusiyyətləri yox, insanlarda irsiy-
yətin təbii təsadüflərlə şərtlənən ən müxtəlif təzahürlərini nəzərdə tuturuq.  
İstedadın ikinci xüsusiyyəti yaradıcı  şəxsiyyətdə  emosional və 
fiziki enerjinin qüvvəsi ilə bağlıdır.  Emosional sabitlik istedadların 
mühüm xüsusiyyətidir. Onlar məhz bunun sayəsində bir əsər üzərində 


 
343
yorulub bezikmədən illərlə  işləyə bilirlər. Belə sabitliyin nəticəsində 
yaradıcı  şəxsiyyətlərdə ömür boyu davam edən  qopmaz emosiyalar və 
qopmaz ideyalar olur. Yazıçılarda qopmaz emosiyalar daha davamlı olur. 
Onlar tapdıqları süjet və ya mövzunun verdiyi emosional ovqatın təsiri 
altında həftələr, aylar, hətta illərlə yaşaya bilirlər. Yaradıcı  şəxsiyyət 
balaca və az əhəmiyyətli ideyanı belə illərlə  qəlbində  gəzdirib onu 
genişləndirir, onda mənalar və emosional çalarlar tapa bilirlər.  
Emosional sabitlik həm də yaradıcı  şəxsiyyətin yaradıcı  işinin 
keyfiyyəti üçün vacibdir. Ona görə yazıcı və şairlər yeni əsərləri üzərində 
hər gün işləyirlər. Fasilələrin verilməsi isə müəllifin emosional sabitliyinin 
pozulması və nəticədə əsərin bədii bütövlüyünün şübhə altında qalması ilə 
nəticələnir. Ona görə yazıçılar yaza bilmədikləri günlərdə  əlyazmasının 
hazır hissələrini köçürür və bu yolla yaradıcı ovqatdan çıxmamağa 
çalışırlar.  
Yazıçının həyat tərzindəki emosional sabitlik onun öz şəxsi tələbat 
və istəkləri ilə bağlı  fərdi mübarizəsinin fasiləsizliyi ilə tamamlanır. 
Yaradıcı adamın dünya və mühitlə  fərdi mübarizəsini  yaradıcı adamın 
şəxsi dramı adlandırmaq olar. Şəxsi dram insanın seksual meylləri, sosial 
dəyərləri, özünü təsdiq etmək ehtirasları ilə bağlıdır. Bütün bu istəkləri 
şəxsiyyət tam dərk etməsə belə, onun şəxsi həyatının məzmunu bunların 
reallaşdırılması ilə bağlıdır. Bunların reallaşdırılması  uğrunda insanın 
şüuraltı və  şüurlu mübarizə və fəaliyyətlərinin məcmusu onun şəxsi dra-
mıdır. Yaradıcılığın  əsas stimulları bütün hallarda həyat dramının dərk 
olunmayan dərinliklərində olur. Yazıçının məhsuldar yaradıcılıq fəaliyyəti 
üçün bu dramım davam etməsi, yazıçının şüuru üçün aktuallığı çox vacib-
dir. Şəxsi dramı bitən və ya bu istiqamətə maraqlarını itirəndən sonra ya-
zıçılar adətən yaza bilmirlər və yaradıcılıq potensialını itirirlər. Çünki hə-
yatla davam edən fasiləsiz yarışüurlu mübarizə və dram yaradıcılıq enerji-
sinin  əsas stimul və  mənbələrindən biridir, bəlkə bu mübarizənin fərdi 
miflər səviyyəsində və şəklində davamıdır. Deyirlər ki, bioqrafiyası olma-
yan adamlardan yazıçı olmur. Bu doğrudur, çünki fərdi yaradıcılıq prosesi də 
həyatla dramın bir şəkli, onun digər səkildə, sublimativ formada davamıdır. 
Bu mənada Ziqmund Freydin yaradıcılıq prosesi barədə sublimasi-
ya nəzəriyyəsində böyük həqiqət vardır.  İnsanların sağlam daxili fərdi 
həyatında  şüuraltı meyllərin aparıcı rolunu aşkar edən Freyd bir sıra 
fundamental psixi xəstəlik və problemlərin  şüuraltı meyllərin idarə 
edilməsi ilə bağlı olduğunu irəli sürür. Şüuraltı seksual meyllərə istisna bir 
əhəmiyyət verən alim bunların reallaşa bilməyən hissəsinin nevroz və 
psixi gərginlik yaratdığını əsaslandırır. Bu gərginliyin nəticəsində reallaş-
mayan seksual meyllər insanın digər fəaliyyət sahələrində özünü büruzə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə