Microsoft Word Rehim m son doc


 Ədəbi mətnin və kitabın kodluğu



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə126/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   122   123   124   125   126   127   128   129   ...   137

 
322
6.3. Ədəbi mətnin və kitabın kodluğu 
  
İlk yazı təşəbbüsləri yaddaş və uçot məqsədi ilə yazılmışdır, xüsusi 
mülkiyyəti və gərəyli məlumatları qorumaq üçün yaradılmışdır. Ona görə 
ilk yazı yazanlar ondan müasir nitqin törəyəcəyini bilmirdilər. Ona görə 
dilin inkişafı  həmişə yazının dolayı bir nəticəsi idi və yazıya və onun 
nümunələrinə ayrılmaz surətdə bağlı idi. Ona görə yazının daha qədim 
nümunələri onun sonrakı nümunələri üçün əsas, nümunə  və kod 
əhəmiyyəti kəsb etmişdir.  İnsanlar sözlə kitab yazmağa başlayanda hər 
təzə kitab əvvəlkinin davamı, ona təqlid olmuşdur. Bu mənada hər yeni 
kitabın tərtibi müəyyən mənada variant idi, təqlid idi. 
Mətnləri kodlar və variantlar kimi fərqləndirmək əsasən mətnyarat-
ma, kitabyaratma prosesini aydınlaşdırmaq üçün lazımdır. Qədimlərdən 
insanlar mətnin və onun yaranması mexanizmini anlamırdılar.  İlk 
maarifçilər, yazı yaradan və yazanlar peyğəmbər sayılır və ilahi, mistik 
simalar kimi təsəvvür edilirdi. Yazı yaza bilənlər həm də gələcəyi bilənlər 
kimi təsəvvür edilirdi. Yaradıcılıq prosesi və istedad isə xüsusi Allah 
vergisi sayılırdı. Lakin mətnin, kitabın özündən sonrakı kitabların kodu 
kimi izah edilməsi bu mistisizmi aradan götürür və mətnyaratma prosesini 
tarixi təkamül kimi izah edir. 
Bu mənada hər təzə kitab əvvəlkinin 1/ mövzu və  mətləbcə 
davamıdır, 2/ dil və termincə variantıdır. Mətnyaratma vaxtı müəllif öz 
mövzusu üzrə ona məlum olan kitablardan çıxış edir. Onun çıxış nöqtəsi 
və ya təqlid obyekti kimi götürdüyü kitab onun mətnyaratmasının kodu 
rolunu oynayır. Kodluq isə söz dili ilə  təsvir və izahın analogiya 
prinsipinə  əsaslanmasıdır. Mütləq ağıl yoxdur. Ancaq əvvəlki kitabı 
davam və ya inkar etmək təşəbbüsü olur, bu isə yenə sözlə təsvirin əvvəlki 
kitabla  əlaqəsinin təsdiqi olur. Bu mənada, mətnyaratma prosesində heç 
bir mistika yoxdur. Kitabyazma prosesi yaddaşda olan elmi və  ədəbi 
informasiyaya  əsaslanır. Bu informasiyanın  əzbərlənməmiş, amma digər 
kitablardan müəllifə  məlum hissəsi  şüuraltı bir kod rolunu oynayır. Ola 
bilsin ki, yazı prosesində müəllif özü bu kitabların nümunə rolunu, baza 
rolunu, kod rolunu hiss etməsin və çox vaxt da belə olur. 
Kitabın kodluğu onun mətn kimi, işarə  sırası kimi maddi sabitli-
yidir. Bu sabitlik onun identik mətn şəklində yüzdən minlərlə saya qədər 
miqdarda çap edilməsi sayəsində yaranır. Hesab etmək olar ki, bütün çap 
edilmiş kitablar kod kateqoriyasına aiddir. Kodun mətn sabitliyi – təfək-
kürün əsas mənbəyidir, yəni əzbərbilmə qabiliyyətinin bütün dil daşıyıcı-
ları üçün identikliyini təmin edir. 


 
323
Lakin kitabın kodluğu, elmi və bədii tərəqqidə iştirakı nisbidir: bəzi 
kitablar bu yolda misilsiz böyük rol oynayırlar, bəziləri isə az rol oynayır-
lar. Bu mənada 1/ birbaşa və 2/ dolayısı ilə kodluq funksiyası daşıyan ki-
tablardan danışmaq olar. Birbaşa kod funksiyasını orta və ümumi təhsil 
prosesində dərslik və vəsait kimi fəal istifadə olunan kitablar aiddir. 
Bu, cəmiyyətlərdə yaradılan təhsil və elm sistemlərində kitabların nə 
dərəcədə əsas və əhəmiyyətli sayılması ilə bağlı olur. Dolayı kodluq kəsb 
edən kitablar dar ixtisas mütəxəssislərinin istifadə etdiyi mətnlərdir. 
Dilin adi daşıyıcısı olan adamlar birbaşa kod kimi istifadə olunan 
kitabların öyrənilməsinə sosial müqavilə kimi qoşulurlar. Məsələn, sxola-
stika dövründə müqəddəs kitablar əsas kod rolunu oynayırdı. Marksist re-
jimlərin maarif sistemində isə K.Marks, F.Engels, V.Leninin kitabları əsas 
kod kimi istifadə edilirdi. Kitabların təhsil proqramlarına, dərsliklərin 
mətninə düşməsi ilə onların kod aktivliyi arta bilir. Bu maarif sistemləri 
qarşısındakı məqsəd və istiqamətlərlə bağlı olur. Bu mənada insanın hansı 
dildə danışması onun doğulduğu mühitlə bağlı olduğu kimi, hansı kitabı 
daha doğru kod sayması da onun təhsil aldığı maarif sisteminin səciyyə-
sindən asılıdır. Yəni insanlarda kod kitabları qiymətləndirmək üçün fitri 
qabiliyyət yoxdur. Belə qabiliyyət konkret təhsil prosesində yaranır. 
Ədəbi kitab – əlyazması kimi mövcud olan və ya çap olunmuş 
bədii əsərdir: şeir, hekayə, təmsil, pyes də ayrılıqda ədəbi kitab və deməli, 
kod kimi qəbul edilə  və kod terminində  nəzərdə tutula bilər. Nəzirə  və 
təbdil yaradıldıqda kod rolunda konkret əsər ola bilir. Homerin “İlliada”sı 
kod rolunda çıxış etmiş nadir əsərlərdən biridir. Bu əsərə  bənzəyən 
yüzlərlə əsərlər yazılıb və epopeya janrının ilkin kodu sayıla bilər. 
Janr kodu – ədəbi mətnyaratmada janrın tarixinə aid yaddaşın 
müəllifdən asılı olmadan iştirak etməsidir. Dram, roman kimi janrlarda 
müəllifin sevdiyi, onun daxilli aləminə və maraqlarına yaxın olan müəllif-
lərin əsərlərinin quruluşu, süjeti, qəhrəmanların səciyyəsi kimi ən müxtəlif 
xüsusiyyətlərdən istifadə edilir. Məsələn realist yazıçı olan və H.Cavidi 
romantizminə görə  tənqid edən C.Cabbarlı öz dramlarını yazanda alman 
romantik dramının janr şablonlarından istifadə edirdi. Bu bir daha ədəbi 
yaddaşın çox zaman müəllifin yaradıcılıq prosesində kor-təbii olaraq 
özünü göstərə bilməsini təsdiqləyirdi. 
Müasir kinodramaturgiyada janr kodundan istifadə yüksək dərəcədə 
inkişaf etmişdir. Hollivudda yaradılan ssenarilər müəyyən janr və mövzu 
kodunu o dərəcədə əks edir ki, çox zaman süjetlərin inkişafını əvvəlcədən 
bilmək olur. Bu janr şablonlarının sabitləşməsi və ssenari müəllifləri 
tərəfindən ciddi surətdə gözlənilməsi ilə bağlıdır. 


 
324
Mövzu və süjet kodu da ədəbi mətnyaratmada qədimdən bəri 
istifadə edilən vasitədir.  Şərqdə “Yusif və Züleyxa”, “Leyli və Məcnun” 
süjetləri əsirlərlə təkrar edilirdi. robinzoniadalar, səyahətnamələr, bioqrafi-
yalar isə qərbdə ən çox işlənən tematik kodlar olmuşdur. Realizm erasında 
da dəniz, meşə, məhəbbət üçbucağı və s. mövzu kodları olmuşdur. 
Rəsmi saray ədəbiyyatlarında, dövlətlərin himayə etdiyi sosialist 
realizmi və inqilabi ədəbiyyat cərəyanlarında da mövzu şablonları əsas rol oy-
nayır.  İnqilabi  şüura yiyələnmə, kollektivləşmə,  əməkçi qəhrəman, inqilaba 
qoşulan şərq qadını kimi mövzu şablonları ədəbi kodun bir forması idi.  
Ədəbi epoxalar dəyişəndə aktual mövzu kodları  dəyişir, onların 
yeni variantları, yeni yarımkodlar meydana çıxır. 
Fərdi kitab kodu – ədəbi mətnyaratmada xüsusilə şərqdə mühüm 
rol oynamışdır. Şərqdə, müsəlman aləmində divan bağlamaq yaradıcılıqla 
məşğul olmağın bir şəkli idi. Divan müəllifin bir kitabı sayılırdı  və 
qəzəldən kənar formalarda yazılan əsərlər ora bir qayda olaraq salınmırdı. 
Ümumən  şərqdə  və  Qərbdə ayrı-ayrı kitabları  mətnyaratma etalonuna 
çevrilməsi adi bir hal idi. 
Vəzn kodu – poeziyada mətnyaratmada geniş istifadə edilir. Məsə-
lən, Azərbaycan poeziyasında əruz və heca üslubu əsirlərlə yanaşı davam 
etmişdir. Onların hər birinin öz tarixi və bu tarix boyu formalaşmış dil və 
üslub şablonları, öz lüğət fondu var idi. Bunlardan hansına müraciət etmək 
əsasən müəlliflərin ədəbi təhsili ilə şərtlənirdi.  
Qafiyə kodu – divan ədəbiyyatına aid bir xüsusiyyətdir. Divan 
yaradan müəllif müəyyən qafiyələrdə mütləq qəzəllər yazmalı idi, çünki 
bu qafiyələr klassik ənənədən gəlirdi. Eşq, şəb, həkim və s. bu kimi qafi-
yələrdə yazmaq şairin ustalığını göstərən amillərdən sayılırdı. Biz irəlidə 
gördük ki, dilin heç bir funksiyası universal deyildir, bu funksiyaların 
hamısı inkişaf edərək yeni keyfiyyətlər kəsb edir. Bu dilin ilk funksiyası 
olmuş kitablıq, yazılı  mətnlik funksiyasına da aiddir. Ona görə kitabın 
kodluğunu tarixi cəhətdən iki mərhələyə ayırmaq olar.  
1.  İntibah dövrünə  qədər kitabın mütləq kodluğu dövrü. Bu 
dövrdə yazılı  mətnyaratmanın ancaq bircə kitab kodu vardır, çünki mətn 
yaradan adamlara məhdud sayda kitablar məlumdur. Bu məhdud sayda 
kitabların da hamısı Allaha aid edilən  əsas monoteist kitabın  şərhləridir. 
Mətnyaradan, yəni variantyaradan yazıçı  hətta  şifahi mətnlər bilsə belə 
kitabyazma  ənənəsi onları  mədəniyyətə aid və qiymətli saymır. O biri 
tərəfdən fərdi yaddaş kodu zəif və kasaddır,  şifahi dil az inkişaf edib. 
Kitabın belə mütləq kodluğu dövründə  mətnyaratma ancaq qədim  ədəbi 
dillərdə gedirdi. Romantiklər xalq dillərinin  əhəmiyyətini ortaya atandan 
sonra qədim dillər haqqında səhv bir təsəvvür yarandı: guya bu dillər 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə