Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə30/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   26   27   28   29   30   31   32   33   ...   148

_____________Milli Kitabxana_____________ 

 90


3. Riyaziyyatın tədrisində ümumiləşdirmə  şagirdlərin idrak fəaliyyətinin 

inkişafında sistematik məntiqi  əməliyyat kimi mənimsəmənin metodik sisteminin 

müasir tələblərə cavab verə bilməsi üçün empirikliyə nisbətən nəzəri səviyyənin 

yüksəldilməsinə üstünlük verilməlidir. 

4. Şəxsiyyətin tərbiyəsində, “əqli qaydaya salmaqda” mühüm vasitə olmaqla 

riyaziyyatın məktəbdə müasir tələblər səviyyəsində  tədrisinin  əsas məqsədinin 

şagirdlərə fikirləşməyi öyrətmək olduğunu daima diqqət mərkəzində saxlamaq 

lazımdır.  

5. Riyaziyyat təliminin məqsədinin və  cəmiyyətin sosial sifarişinin xüsusi 

əhəmiyyəti vardır. Hazırda müstəqil Azərbaycan respublikasında ümumi təhsildə 

riyazi hazırlığın səviyyəsi qabaqcıl ölkələrin elitar məktəblərində olduğu kimi 

daima yüksəldilməlidir. 

6. Tədris fənni kimi riyaziyyatın spesifik xüsusiyyətləri olan sistematiklik, 

ardıcıllıq, məntiqi ciddilik, ümumilik, mücərrədlik, tətbiq sahəsinin genişliyi 

kursun mənimsənilməsinin metodik sisteminin qurulmasında  əsas yer tutması 

unudulmamalıdır. 

7. Riyaziyyatın səciyyəvi xüsusiyyətlərini bilərək, onların digər məktəb 

fənlərinin öyrənilməsində, həyati məsələlərin həllindəki rolunu nəzərə almalı. 

8. Riyaziyyat üçün spesifik olan nəzəriyyə ilə  təcrübənin  əlaqəsinə, uyğun 

biliklər sisteminin, riyazi mədəniyyətin (hesablama, isbat, qurma, çevirmələr, 

ölçmə, qrafiklər qurmaq və s.) formalaşdırılmasına xüsusi diqqət vermək lazımdır.  

9. Ümumiləşdirilmiş anlayışlar sistemi əsasında təlimin bütün 

mərhələlərində  şagirdlərin dünyagörüşü, idraki və  məntiqi qabiliyyətləri inkişaf 

etdirilməlidir. 

10.  Şagirdlərdə  məntiqi təfəkkürün və  fəza təsəvvürü vərdişləri təkcə 

həndəsənin öyrənilməsi prosesində deyil, ibtidai və aşağı siniflərin riyaziyyatında, 

cəbr, cəbr və analizin başlanğıcında inkişaf etdirilməsi məktəb riyaziyyatı 

tədrisinin metodik sistemində əsas yer tutmalıdır. 




_____________Milli Kitabxana_____________ 

 91


11. Təlimin müxtəlif mərhələlərində induktiv və deduktiv mühakimələrin, 

ümumiləşdirmə, xüsusiləşdirmə, mücərrədləşdirmələrin səviyyələri düzgün müəy-

yənləşdirilməlidir. 

12. Riyazi təlimin metodik sisteminin təkmilləşdirilməsinin yuxarıda 

göstərdiyimiz meyarlarından elmi-tədqiqat işlərində, metodik ədəbiyyatda, məktəb 

proqramları  və  dərsliklərin hazırlanmasında müasir tələblər səviyyəsində istifadə 

edilməmişdir.  

13. Riyazi təlimin metodik sisteminin təkmilləşdirilməsinin məlum didaktik 

prinsiplərdən irəli gələn meyarları, baxdığımız ümumiləşdirilmiş  məntiqi 

əməliyyatlarla  əlaqədar meyarların ifadəsinə  gətirilir. Belə meyarlar sırasına 

didaktik əhəmiyyət, tamlıq, genişlik, təlimdə motivləşdirmə və intensivləşdirmə və 

s. daxildir. Ümumiləşdirilmiş meyarları riyaziyyat proqramları  və  dərsliklərinin 

hazırlanması və təkmilləşdirilməsi mərhələlərində tətbiq etmək məqsədəuyğundur.  

14. Proqram və  dərsliklərin tərtibində  şagird kontingentindən asılı olaraq 

(orta ümumtəhsil, peşə-texniki, xüsusi orta, fg məktəbləri və s.) bu və ya digər 

meyarlar qrupu başqası ilə əvəz edilə bilər. 

15. Ümumiləşdirmə ilə  əlaqədar tədris materialının seçilməsi meyarları 

sistemi  əsas (stabil) və dinamik (ümumiləşdirilmiş) hissələrdən ibarət ola bilər. 

Sonuncu riyaziyyatdan proqram və dərsliklərin hazırlanması və təkmilləşdirilməsi 

mərhələsində yaranan məsələlərdən asılıdır.  

16. Deməli,  şagirdlərdə riyazi mədəniyyətin, o cümlədən ümumiləşdirmə 

qabiliyyətinin inkişaf etdirilməsində proqram və dərsliklərin hansı meyarlar sistemi 

əsasında yaradılması  və qiymətləndirilməsi mühüm yer tutur. Təhlil etdiyimiz 

ədəbiyyatın  əksəriyyətində riyaziyyatın tədrisində ümumiləşdirmənin  əhəmiyyətli 

olduğu deyilir, lakin proqram və  dərsliklərin tərtibində, ayrı-ayrı mövzular üzrə 

aparılan dərslərdə bu əməliyyatın tətbiqi, onun şagirdlərə öyrədilməsinə aid 

konkret nümunələr olduqca azdır.  



_____________Milli Kitabxana_____________ 

 92


“Riyazi isbatdan keçməyən heç bir tədqiqat həqiqi elm sayıla bilməz” 

 

Leonardo Da Vinçi 

II FƏSİL  

 

Məktəb riyaziyyat kursunda ümumiləşdirmənin nəzəri əsasları 

 

2.1.Riyaziyyatın tədrisində ümumiləşmənin nəzəri əsasları məsələsinin 

mahiyyəti 

 

Riyaziyyatın tədrisində  tətbiq olunan hər hansı  təlim üsulu və priyomunun 

nə dərəcədə səmərəli olduğunu nəzəri cəhətdən söyləmək üçün bunların obyektiv 

varlığın və məntiqi təfəkkürün qanunauyğunluqlarına, ali sinir sistemi fəaliyyətinə 

uyğun olub-olmadığını  fəlsəfə, fiziologiya, psixologiya və riyazi-məntiqi 

baxımından araşdırmaq lazımdır. Belə bir təhlil nəticəsində alınmış biliklər, 

riyaziyyatın məktəbdə öyrənilməsinin üsulları  və priyomlarının o cümlədən 

ümumiləşdirmənin nəzəri əsasıdır. Xarici aləmin qanunauyğunluqlarına, bu və ya 

digər elm sahəsinə, xüsusən riyaziyyata, ümumiləşdirmənin tətbiqi zamanı özünü 

göstərən didaktik qanunauyğunluqlara, ümumiləşdirməni mümkün edən fizioloji, 

psixoloji və məntiqə aid biliklər riyaziyyatın tədrisində ümumiləşdirmə metodunun 

nəzəri əsaslarını təşkil edir. 

Məktəbdə bu və ya digər mövzunun tədrisi zamanı ümumiləşdirmədən 

qismən istifadə edilsə də onun elmi əsaslarına əhəmiyyət verilmir. Həmin məsələ 

ilə  əlaqədar olaraq qarşıya bir sıra suallar çıxır. Bu məqsədlə aparılan dərslərdə 

ümumiləşdirmə düzgün yerinə yetirilirmi? Müəllimin iş metodu xarici aləmin 

qanunauyğunluqlarına nə dərəcədə uyğun gəlir? Real gerçəkliyin hansı qanunauy-

ğunluqları  təlimdə ümumiləşdirmə metodunu tətbiq etmək üçün müəllimə imkan 

verir? Bu kimi suallar və onlara verilə bilən cavablar idrak nəzəriyyəsi ilə 

ümumiləşdirmənin əlaqəsinə aiddir. Ümumiləşdirmə metodundan səmərəli istifadə 

etmək üçün ali sinir fəaliyyətinin müvafiq qanunauyğunluqlarına istinad etmək 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə