Microsoft Word Road traffic law 1998


Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   23   24   25   26   27   28   29   30   31

Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması 

I. Dəmiryol keçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyən və keçiddən hərəkəti 

qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir. 

II. İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər. 

III. Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir. 

IV. Şlaqbaum quraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidə daxil olmaq 

qadağandır. 

V. Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər. 

Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə 

tutulmalıdır. 

VI. Dəmiryol keçidlərinə yaxınlaşma 1.1 və 1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumla nişanlanmalı, keçidin 

bilavasitə yaxınlığında isə hər bir tərəfdən 1.3.1 və 1.3.2 xəbərdarlıq nişanları quraşdırılmalıdır. 

VII. Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 1.4.1--1.4.6 lövhələri quraşdırılır. Həmin 

lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu zaman onları 1.1 və ya 1.2 xəbərdarlıq nişanları 

müşayiət edə bilər. 

VIII. Hərəkət intensivliyi az olan keçidlərdə 2.5 üstünlük nişanı quraşdırılır. Həmin keçidlərdə nəqliyyat 

vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır. 

Maddə 71. Yol işlərində olunan işarələr 

I. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi 

ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə): 

1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar; 

2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri

3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar; 

4) hərəkətin istiqamətini göstərən maneə; 

5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr; 

6) yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar. 

II. Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq 

siqnallarının qurulmasından sonra başlanıla bilər. 

III. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə 

işarə etmək lazımdır. 

IV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan 

işıqlar quraşdırılmalıdır. 

V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri 

hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti 

yol fəhlələri tərəfindən nizamlanmalıdır. 



VI. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər 

qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər 

edilir. 

VII. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran 

olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdə tutulmalıdır. 

VIII. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin 

aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir. 

Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları 

Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə): 

1) "Avtoqatar" -- qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə 

birləşdirilmiş avtobus və trolleybuslarda -- kabinənin damında bir-birindən 150--300 mm aralı, üfiqi yerləşdirilmiş 

narıncı rəngli üç fənər şəklində; 

2) "Tikanlı şinlər" -- tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında -- bərabərtərəfli, ağ rəngli

təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində 

(üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər); 

3) "Uşaqların daşınması" -- avtobusda və ya yük avtomobilinin banında dəstə ilə uşaq apararkən, bu nəqliyyat 

vasitələrinin qabağında və arxasında -- qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu 

təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri 

qədər); 


4) "Kar sürücü" -- lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında-

diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm 

diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində; 

5) "Əlil" -- I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat 

şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında -- tərəfləri 150 mm 

ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində; 

6) "Həkim" -- sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında -- tərəflərinin ölçüsü 

140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri 

vurulmuş, göy rəngli kvadrat şəklində; 

7) "Təlim nəqliyyat vasitəsi" -- sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında 

və arxasında -- bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri 

azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə "təlim" sözü yazılmış 

üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir); 

8) "Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük" -- 400400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə 

ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində; 

9) "Təhlükəli yük" -- belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında -- 690300 mm ölçüdə, onun 

400300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq 

şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir); 

10) "Uzunölçülü nəqliyyat vasitəsi" -- yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq 

olan avtoqatarların arxasında -- 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200200 mm ölçülü, işıqqaytarıcı 

səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600200 mm ölçüdə 

iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır; 

11) "Qəza dayanacağı" -- yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır; 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə