Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

IV. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və 

istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud 

tamamladığı yol nişanları ilə birgə istifadə edilir. 

V. Yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, 

sarı rənglə olan 1.4, 1.10 və 1.17 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. 

VI. Üfiqi nişanlanma xətləri aşağıdakılardır: 

1) 1.1 -- əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini

yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və 

avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 

2) 1.2 -- avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər); 

3) 1.3 -- dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 

4) 1.4 -- dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir və hərəkət 

hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir; 

5) 1.5 -- iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki 

və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir; 

6) 1.6 -- əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə 

yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti -- cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə 

böyük olan qırıq xətlər); 

7) 1.7 -- yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin 

uzunluğuna bərabər olan qırıq xətlər); 

8) 1.8 -- sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədi göstərir 

(enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair 

yerlərdə); 

9) 1.9 -- reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir, qarşılıqlı hərəkətlə 

nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat 

axınlarını ayırır; 

10) 1.10 -- duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur və 

hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir; 

11) 1.11 -- yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli 

nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, 

geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; 

12) 1.12 (stop-xətt) -- 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün 

dayanmalı olduğu yeri göstərir; 

13) 1.13 -- kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı 

olduğu yeri göstərir; 

14) 1.14.1 -- nizamlanmayan piyada keçidini, 1.14.2 -- piyadaların hərəkət istiqamətini, 1.14.3 -- hərəkətin 

svetoforla nizamlandığı piyada keçidini göstərir; 

15) 1.15 -- velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir; 

16) 1.16.1--1.16.3 -- nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir; 

17) 1.17 -- ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir; 




18) 1.18 -- yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 

nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə 

dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə 

verir; 


19) 1.19 -- yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud 

əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 

1.19 nişanlama xətti 1.18.1--1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər; 

20) 1.20 -- 1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir; 

21) 1.21 ("stop" yazısı) -- 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı 

bildirir; 

22) 1.22 -- yolun (marşrutun) nömrəsini göstərir; 

23) 1.23 -- ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir. 

VII. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 

1) 1.1--1.3 xətlərini kəsib keçmək qadağandır; 

2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda 

yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir

3) 1.5--1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; 

4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib 

keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-

birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları 

söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət 

svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır; 

5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt 

tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və 

nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar. 

VIII. Yol qurğularının elementlərinə (körpülərə, dəmiryol keçidlərinə, dayaq qurğularına və s.) hasarlara, sütunlara, 

eləcə də yollarda olan və hərəkət üçün təhlükə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və 

həmçinin sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq 

şəklində şaquli nişanlama çəkilir. 

IX. Şaquli nişanlanma xətləri aşağıdakılardır: 

1) 2.1 -- yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini (körpülərin 

dayaqlarını və s.) göstərir; 

2) 2.2 -- tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir; 

3) 2.3 -- ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir; 

4) 2.4 -- istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir 

5) 2.5 -- kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir; 

6) 2.6 -- başqa sahələrdə yol sədlərinin yan səthini göstərir; 

7) 2.7 -- təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir. 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə