Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

I. Banında adamlar daşınan yük avtomobillərini yalnız "S" kateqoriyalı (kabinədəki sərnişinlər də daxil olmaqla 8 

nəfərdən artıq adam daşındıqda), habelə "C" və "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə 

etməsinə icazə verilir. 

II. Yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə 

oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır. 

Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata 

keçirilir. 

III. Bort platforması olan yük avtomobilinin banında adamların daşınmasına bu Qanunun müddəalarına uyğun təchiz 

edildikdən sonra icazə verilir. 

IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq 

olmamalıdır. 

V. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında 

sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin 

olduqdan sonra hərəkətə başlamaq olar. 

VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü 

müşayiət edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə 

təmin edilmiş olduqda, gedə bilərlər. 

VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat 

vasitələrinin önündə və arxasında "Uşaqlar" tanınma nişanı olmalıdır. 

VIII. Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə 

yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır. 

IX. Adamların daşınması: 

1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), 

traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti 

banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə; 

2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə 

tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən 

maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin 

qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində 

daşımaq; 

3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir. 

X. Sərnişinlərə: 

1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya 

güclə açmaq; 

2) hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat vasitələrinin pillələrində dayanmaq 

və ya yük avtomobilinin banında ayaq üstə durmaq; 

3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını 

açmaq; 


4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq; 

5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək; 




6) nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır. 

Maddə 57. Yüklərin daşınması 

I. Daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü 

üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. 

II. Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün 

yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. 

III. Yükün daşınmasına: 

1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması; 

2) sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə 

olunmasını çətinləşdirməməsi; 

3) yükün yerlə sürünməməsi və yola düşməməsi; 

4) yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl 

ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması; 

5) səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir. 

IV. Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının 

pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır. 

V. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən -- qabarit işığının xarici kənarından 1 metrdən 

çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda "İri qabaritli yük" tanınma nişanı ilə işarələnməlidir, 

sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya 

işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır. 

VI. Ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit 

parametrlərinin eni 2,5 metrdən, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu 

avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin 

qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu 

avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir. 

VII. Taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir. 

VIII. Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək 

mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır. 

IX. Mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə: 

a) nəqliyyat vasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda, onun damında yük 

daşımaq; 

b) yük yerinin qarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır. 

X. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız 

fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən 

edilmiş şərtlərlə daşınır. 



Maddə 58. Nizamlayıcının siqnalları 

I. Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin 

gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur (2 saylı 

Əlavə). 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə