Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

vasitəsinin öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac 

qoymalıdır. 

VI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 

1) dayanacağın qadağan edildiyi yerlərdə

2) yaşayış məntəqələrindən kənarda -- yolların hərəkət hissəsində; 

3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 

4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 

5) girişin, habelə darvaza qarşısında; 

6) 3.28 yol nişanının təsir zonalarında. 

VII. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən 

aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. 

VIII. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq 

qadağandır. 

IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri 

gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. 

Maddə 53. Parklanma 

I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa 

icazə verilir. 

II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin 

parklanması qadağandır. 

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması 

I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin 

istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. 

II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, 

qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin 

qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. 

III. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur 

edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. 

IV. Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol 

verməlidir. 

V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada 

yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə 

doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən). 

VI. "Uşaqlar" tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım 

gəldikdə dayanmalı və uşaqlara yol verməlidir. 

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması 



I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda 

səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan 

məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, 

texniki yardım xidmətinə məlumat verməlidir. 

II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması 

yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza 

dayanması nişanını quraşdırmalıdır. 

III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin 

zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat 

vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv 

olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, 

yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. 

IV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə 

vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin 

fənər bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır. 

V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır: 

1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir; 

2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan 

başqa şəxs əyləşməlidir; 

3) yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır; 

4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun 

siqnallar verməlidir; 

5) nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır (yedəyə almaq üçün xüsusi 

olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir); 

6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır; 

7) yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və yük avtomobilinin bort platformasında sərnişin 

daşınması qadağandır; 

8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi yolu 

ilə həyata keçirilməlidir; 

9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 4 

metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər 

metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir. 

VI. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir: 

1) buzlu yol şəraitində; 

2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda; 

3) ikitəkərli motosikletlərlə və ya onları; 

4) birdən artıq nəqliyyat vasitəsini. 

Maddə 56. Adamların daşınması 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə