Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə1/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   40
YHQ və HT - Mühazirə


1.1. Giriş. Yol hərəkəti qaydalarının yaranması və inkişafı tarixi

Yol hərəkəti yaranan vaxtlarda, yəni, hələ heç bir texniki nizamlama vasi- tələri olmadıqda, yol hərəkətinin təşkilinin yeganə elementi insanların yollardan istifadə qaydalarını müəyyən edirdi.


Belə qaydalar bir neçə əsr bundan qabaq yaranmağa başlamış və canlı nəqliyyat vasitələrinin hərəkətini qaydaya salmaq üçün istifadə olunmuşdur.
Avtomobillərin meydana gəlməsi hərəkət təhlükəsizliyinə diqqəti artırmağı və xüsusi qaydaların yaranmasını tələb etdi.
Avtomobillərin hərəkət qaydaları tarixdə ilk dəfə olaraq 1896-cı ildə İngil- tərədə yaradılmışdır. XX əsrin birinci on illiyində Rusiyada avtomobillərin hərə- kətinə müəyyən tələblər qoyan ilk məsul qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu. İlk ingilis qaydalarında avtomobillərin hərəkət sürəti bütün hallarda 12 mil/saat-a (19,65 km/saat) qədər məhdudlaşdırıldı. 1912-ci ildə Moskva şəhər duması tərə- findən müəyyən edilmiş qaydalarda çəkisi 350 pud (5740 kq) olan avtomobillərin 12 verst/saat (12,80 km/saat), digər nəqliyyat vasitələrinin isə 20 verst/saat (20,9 km/ saat) sürətlə hərəkət etməsi qadağan edilirdi.
Ümumdünya hərəkətinin yaranması, hələ XX əsrin əvvəllərində hərəkət qaydalarının əlaqələndirilməsini tələb etdi.
Avtomobil hərəkət qaydaları haqqında ilk beynəlxalq saziş 1909-cu ildə qəbul edildi. 2.1 saylı şəkildə bu sazişdə qəbul edilmiş ilk beynəlxalq yol nişanları göstərilmişdir.
а)



kəsişməsi.
Şəkil 2.1 İlk beynəlxalq yol nişanları.

  1. nahamar yol; b) təhlükəli döngələr; ç) dəmir yolu keçidi; d) yolların

1926-cı ildə Parisdə yol nəqliyyatı və avtomobil nəqliyyatı haqqında bey- nəlxalq müqavilələr bağlandı ki, bu da 1931-ci ildə qəbul edilmiş yollardakı siq- nalları eyniləşdirmək və Amerika ölkələri arasında avtomobil nəqliyyatının hərəkət qaydaları haqqında konvensiyanı təkmilləşdirdi. 1943-cü ildə Amerika Konvensiyası yenidən işləndi və yeni redaksiyada qəbul edildi.
1949-cu ildə BMT-nin Cenevrədə keçirilmiş yol hərəkəti üzrə konfransında aşağıdakı müqavilələr qəbul edildi: yol hərəkəti haqqında Konvensiya, yol nişanları və siqnalları haqqında protokol sənədləri. Bu müqavilələr yol hərəkətinin təşkili və qaydalarına xüsusi tələblər qoyurdu.
1949-cu il Konvensiyasının məqsədi beynəlxalq yol hərəkətinin inkişafı və onun təhlükəsizliyinə təsir göstərmək idi. 1949-cu il Konvensiyasına inkişaf etmiş ölkələrin əksəriyyəti qoşuldu. Bu Konvensiya və protokola keçmiş SSRİ 1959-cu ildə qoşuldu. Konvensiya, əsasən, üç qrup məsələlərə baxdı:

  • xarici dövlətlərə getdikdə sürücüyə, avtomobilə və uyğun sənədlərə qoyulan tələblər;

  • hərəkət təhlükəsizliyinin təmini məqsədilə hərəkət iştirakçılarına qoyulan əsas tələblər;

  • hərəkət təhlükəsizliyinin nəqliyyat vasitələrinə qoyduğu texniki tələblər. “Yol nişanları və siqnalları haqqında protokol” yol nişanları və

göstəriciləri sistemini, hərəkət hissəsinin nişanlanma qaydalarını və svetofor siqnalları haqqında əsas qaydaları müəyyən etdi. Qeyd etmək lazımdır ki, 1949- cu il protokolu Avropa ölkələrində qəbul edilmiş yol nişanlarına istinad etdiyindən, Konvensiya 78 ölkə tərəfindən qəbul edildiyinə baxmayaraq protokolu cəmi 38 dövlət təsdiq etdi. Belə ki, Amerika ölkələri nisbətən başqa yol nişanları sisteminə malik olduqlarından protokola qoşulmadılar.
1964-cü ildə BMT-nin Avropa iqtisadi komissiyasının işgüzar orqanları çərçivəsində keçmiş SSRİ-nin iştirakı ilə yol hərəkətinin təşkili üzrə yeni əsas sənədlər işlənməyə başlandı. Bu iş BMT-nin 1968-ci ildə Vyanada keçirilmiş yol hərəkəti üzrə konfransı ilə başa çatdı. Burada “Yol hərəkəti haqqında Konvensiya”, “Yol nişanları və siqnalları haqqında Konvensiya” sənədləri qəbul
edildi. 1968-ci il Konvensiyası nəinki, relssiz mexaniki nəqliyyat vasitələrinin və piyadaların, həmçinin tramvay, velosipedçi, əlil arabalarının, canlı nəqliyyat vasitələrini idarə edən və mal-qara aparan şəxslərin hərəkət qaydalarını müəyyən etdi.
Beynəlxalq Konvensiyalardan başqa müəyyən qrup ölkələr arasında regional müqavilələr də bağlanmağa başladı ki, bunlar hər bir ölkənin şəraitinə daha uyğundur. Buna yol hərəkəti haqqında Avropa müqaviləsini misal göstərmək olar.
Göstərilən tipik sənədlərə baxmayaraq müxtəlif ölkələrin sənədlərində mü- əyyən fərqlər mövcuddur. Bu, onların avtomobilləşmə səviyyəsi, qanunvericiliyi, hərəkətin nizamlanma texnikasının inkişafı və həmçinin, yerli adətlərinin müxtəlif olması ilə izah edilir. Hal-hazırda ABŞ-da vahid yol hərəkət qaydaları mövcud deyildir.
1961-ci ilə qədər keçmiş SSRİ-də vahid hərəkət qaydaları yox idi. Ölkənin avtomobilləşmə səviyyəsinin artması ilə sürücü kadrlarının hazırlanmasının qaydaya salınması və hərəkətin təşkilinin təkmilləşdirilməsi məqsədilə 1961-ci ildə vahid yol hərəkət qaydaları yaradıldı.
1965-ci ildə bu hərəkət qaydalarına yenidən baxıldı və 1970-ci ildə bir sıra əlavələr edildi.
Keçmiş SSRİ-də 1973-cü ildə qəbul edilmiş “Yol hərəkəti qaydaları” ilk dəfə ümumdünya terminologiyasını özündə əks etdirdi. 1980-cı ildə “Yol hərəkəti qaydaları”na yenidən baxıldı və yeni redaksiyada SSRİ DİN tərəfindən təsdiq edildi.
Burada əsas dəyişiklik ondan ibarət oldu ki, qaydalara yeni DÜİST 10807- 70 əlavə olundu. Burada da yol nişanlarının sayı artırıldı, qaydaya salındı və həmçinin, DÜİST 23457-79 nəzərə alındı.
Hazırkı yol hərəkət qaydaları belə bəzən elə əmrlər nəzərdə tutur ki, onlar sürücülərdən subyektiv qiymətləndirmə tələb edir. Belə tələblərə misal olaraq hə- rəkət sürətindən asılı olaraq sürücünün ara məsafəsini seçməsini, nizamlanmayan piyada keçidlərində piyadalar yolu o vaxt keçə bilərlər ki, onlar yaxınlaşan
nəqliyyat vasitəsinə qədər olan məsafəni və onun sürətini düzgün qiymətləndirsinlər, keçmənin təhlükəsizliynə əmin olsunlar və s. göstərmək olar. Təcrübələr göstərir ki, belə subyektiv tələblər bir çox hallarda kobud səhvlərlə nətiçələnir.
Ona görə də hərəkətin təhlükəsizliyini təmin etmək problemini həll etmək üçün qaydaları ardıcıl olaraq təkmilləşdirməklə yanaşı, bir tərəfdən hərəkət qay- daları haqqında sürücü və piyadalara texniki vasitələrlə maksimum məlumat vermək, digər tərəfdən isə qaydaları təbliğ etməyin üsul və formalarını təkmilləşdirmək lazımdır.
Mövcud qaydaların lazımi etibarlığa malik olmaması səbəbindən hal- hazırda dünyanın bütün ölkələrində əsas qayda pozğunluğu sürət həddinin aşılması, yəni verilmiş hərəkət şəraitinə uyğun olaraq sürətin düzgün seçilməməsidir. Məhz bu səbəbdən də hərəkətin təşkilində əsas istiqamətlərdən biri hərəkət sürətinin normalaşdırılmasıdır. Sürücünün subyektiv qərarlarını azaltmaq məqsədi ilə bu zaman teleidarə olunan nişanlar, xüsusi qaydalar, radio və s. istifadə olunur.
Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq 1998-ci ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanu- nunu qəbul etdi. Bu qanunda beynəlxalq sənədlər və müasir Avropa standartları öz əksini tapdı.

    1. Yüklə 1,28 Mb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə