Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə7/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   40
YHQ və HT - Mühazirə

Parklanma - nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış, müvafiq qaydada işarələnmiş yerdə durmasıdır.
Yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmir yol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir.
Sürücü - hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur).
Sərnişin - nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyatı olmayan şəxsdir.
Piyada - NV-lərdən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur).
Velosipedçi - əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir.
Mal - qara ötürən - mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir.
Ötmə - hərəkət etdiyi zolağı dəyiş- məklə, qarşı hərəkət zolağına çıxaraq, hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir.
Üstünlük - nəzərdə tutulan istiqa- mətdə digər hərəkət iştirakçılarına nis- bətən ilk növbədə hərəkət etmək hüqu- qudur.
Yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkə- tə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücüləri- nin qəflətən hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur edə bilə- cəyi halda, onun hərəkəti davam etdir- məməsi və ya yenidən hərəkətə başla- maması, manevr etməməsidir.
Məhdudiyyətli görünmə - duman, yağış, qar və başqa şəraitdə, habelə to- ranlıqda yolun 300m-dən az məsafədə görünməsidir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə