Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə3/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   40
YHQ və HT - Mühazirə

Yolun hərəkət hissəsi - yolun nəq- liyyat vasitələrinin hərəkəti üçün istifa- də edilən hissəsidir (yolun ayrıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hə- rəkət hissəsi ola bilər).
Yol çiyini - yolun hərəkət hissəsin- də hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları
müəyyən NV-nin hərəkəti üçün nəzərdə tutulduqda, «yol çiyini » digər yol isti- fadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır.
Baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement beton, daş ma- terialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yol
( ikinci dərəcəli yolda yol ayrıcı qarşısında örtüklü sahənin olması onu əhəmiy-

yətcə kəsişdiyi yola bərabər etmir).


Baş yol kimi işarələnmiş küçə və yollarda hərəkət maneəsiz olaraq üstün həyata keçirilir. Bu zaman ikinci dərəcəli yoldakı NV-lər o halda hərəkət etmə hüququna malik olurlar ki, baş yolda hərəkət edən nəqliyyat axınında kifayət qə- dər böyük interval və ya «kəsilmə» yaranır. Yadda saxlamaq lazımdır ki, hərəkət üstünlüyünün svetoforlar və ya nizamlayıcılar vasitəsi ilə müəyyən edildiyi yol ayrıclarında nə baş, nə də ikinci dərə-
cəli yollar olmur.
Piyada keçidi - yolun hərəkət his- səsində piyadaların yolu keçməsi üçün nəzərədə tutulan sahə, yaxud mühən- dis qurğusudur. Yolun nişanlama xət- ti olmadıqda yerüstü piyada keçidi- nin eni 5.16.1 və 5.16.2 «Piyada keçi- di» nişanları arasındakı məsafə ilə mü-
əyyən edilir.
Yol ayrıcı - yolların bir səviyyə- də hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən, bunla- rın əmələ gətirdiyi ərazidir. Ətraf əra- zilərdən yollara girişlər və müxtəlif səviyyəli kəsişmələr yol ayrıcı hesab olunmurlar.


Nizamlanan yol ayrıcı - hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yol ayrıcıdır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə