Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə5/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   40
YHQ və HT - Mühazirə

Mexaniki nəqliyyat vasitəsi - asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir.
Avtomobil - yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexa- niki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə bir- ləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin, yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə olunan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir).
Operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişlərinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası ücün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.
Qoşqu - mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı (mexaniki və qeyri-mexaniki) nəqliyyat vasitəsidir.
Yarımqoşqu - avtomobillərdə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur.
Uzun ölçülü nəqliyyat vasitəsi - uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir.
Özugedən maşınlar - tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir.
Təkərli traktor - yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə, maksimum sürəti 30km/saat-dan yüksək olmayan nəqliyyat vasitəsidir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə