Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə10/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
YHQ və HT - Mühazirə

Xəbərdarlıq nişanları


Yol nişanları yollarda yol hərəkət qaydaları və şəraitləri haqqında mü- əyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biridir. Onlar bütün dünya ölkələrində hərəkətin təşkilinin ən səmərəli və geniş yayılmış vasitələrindən biridir. Nişanlar sürücülərə və digər hərəkət iştirakçılarına yol şəraitlərinin qiymətləndirilməsində kömək edərək, yollardakı təhlükələr, lazımi sürət rejiminin saxlanmasının vacibliyi haqqında məlumat verir, hərəkət istiqamətlərini müəyyən edir və s.


Yol nişanları adətən, yolun sağında quraşdırılır. Vacib informasiya daşıyan nişanlar bəzən əvəzedici nişan vasitəsilə təkrarlanırlar. Təkrarlayıcı nişanlar ayı- rıcı zolaqda, onlar olmadıqda isə yolun solunda və hətta onun üstündə qoyulurlar.
Təmir işləri və hərəkət sxemlərinin təcili dəyişdirilməsi zamanı bilavasitə yolun hərəkət hissəsində qoyulan səyyar dayaqlardakı müvəqqəti yol nişanla- rından istifadə olunur. Belə müvəqqəti nişanların tələbləri qoyulduğu yerdəki stasionar nişanların tələblərindən kəskin surətdə fərqləndiyindən, sürücülər on- ların tələblərini əsas götürməlidirlər.
Sürücülərə rahat olması üçün bütün yol nişanları 7 nişan qrupuna bölü- nürlər: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatveri- ci göstərici, servis, əlavə məlumat (lövhəcikilər).
Yol nişanının nömrəsinin birinci rəqəmi qrupun nömrəsini, sonrakı rə- qəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir.
Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər bir qrup yol nişanlarının özünəməxsus rəngi və forması olur.
Yol nişanlarının sutkanın bütün vaxtlarında fərqləndirilməsi və oxunması üçün, daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (NV-nin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yer- lərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqlandırıcı səthli nişanların 100 m-dən az olmayan məsafədən görünmə- si təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.
Yol nişanlarının yerdəyişdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmir işləri görülürsə, üstü şürüşkəndirsə və s.) və onların istifadə edil- məsinə ehtiyac qalmazsa, bu nişanlar təcili surətdə çıxarılmalıdırlar.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə