15
Üzüm nümunələrinin xloroplast mikrosatellit lokuslarının allel
müxtəlifliyinin klaster analizi nəticəsində Cakkard genetik oxşarlıq
indeksinin 10-a bərabər məsafəsində genotiplər, onlarda aşkar olunmuş
haplotip müxtəlifliyinə uyğun olaraq, 6 qrupda qruplaşmışlar. Klaster
analizi əsasında qurulmuş dendroqram genotiplərin xloroplast DNT-
nin mikrosatellit lokusları əsasında təyin olunmuş genetik
müxtəlifliyinin onların coğrafi paylanmasına uyğun olmadığını göstərir.
Xloroplast mikrosatellit lokuslarının allel tezlikləri əsasında 4 üzüm
populyasiyası arasındakı Nei genetik məsafəsinin təyini nəticəsində
məlum olmuşdur ki, Quba və Şabran nümunələri Nei genetik məsafə
indeksinin 0.07-ə
bərabər qiymətində bir-birlərinə digər
populyasiyaların nümunələrindən daha yaxındırlar. Abşeronun üzüm
nümunələri Quba və Şabran nümunələrindən bir qədər uzaqda
yerləşərək, Nei genetik məsafəsinin 0.316-a bərabər qiymətində
onlardan ayrılmış, Nabran zonasına məxsus üzüm nümunələri ilə digər
populyasiyalar arasındakı genetik məsafə isə 0.848-ə bərabər olmuşdur.
5. Azərbaycanın mədəni və yabanı üzüm nümunələrinin genetik
müxtəlifliyinin müqayisəli öyrənilməsi və genotiplərin identifikasiyası
RAPD və xloroplast mikrosatellit markerləri əsasında tərtib
olunmuş dendroqramlarda əksər klasterlərin həm mədəni, həm də
yabanı üzüm nümunələrindən ibarət olması tədqiq olunan mədəni üzüm
nümunələrinin əksəriyyətinin genetik cəhətdən yabanı nümunələrə
oxşarlığını ifadə edir. Bu nəticə mədəni üzüm nümunələrinin onlara
genetik yaxın olan yabanı üzüm nümunələrindən mənşə alması fikrini
irəli sürməyə imkan verir. Başqa sözlə desək, RAPD və xloroplast
mikrosatellit praymerləri vasitəsilə mədəni və yabanı üzüm
nümunələrinin identifikasiyası paleontoloji dəlilləri, həmçinin bir sıra
tarixi qaynaqlarda üzümün mədəniləşdirilməsinə dair verilmiş
məlumatları təsdiqləyərək, Azərbaycanın şimal-şərqini əhatə edən
Xəzəryanı bölgələrin üzüm bitkisinin mədəniləşdirmə mərkəzlərindən
biri olduğunu göstərir. Öyrənilmiş regionun üzüm bitkisinin
müxtəlifliyinin mərkəzi olmasını sübut edən bu nəticə biotik və abiotik
amillərə davamlı genlərin əldə olunmasında cari zonanın yabanı üzüm
nümunələrinin əhəmiyyətliliyindən xəbər verir.
RAPD və xloroplast mikrosatellit praymerlərinin verdiyi
informasiyadan fərqli olaraq, nüvə mikrosatellit lokuslarına görə
yabanı və mədəni üzüm nümunələri arasında genetik oxşarlıq müəyyən
edilməmişdir ki, bu da minilliklər ərzində təbii mühit şəraiti fonunda
16
ətraf mühit amillərinin nüvə genomuna, xüsusilə mikrosatellit lokuslara
göstərdikləri müntəzəm təsirin nəticəsi kimi izah oluna bilər.
Tədqiqat obyekti kimi seçilmiş üzüm nümunələrinin RAPD, nüvə və
xloroplast mikrosatellit markerlərinin klaster analizi əsasında əldə
olunmuş dendroqramların və bu dendroqramların qurulmasında özül
rolunu oynayan Cakkard genetik oxşarlıq indeksinin qiymətlərinin
müqayisəli təhlili nümunələrin identifikasiyasına xidmət etməklə
yanaşı, genetik yaxın və ya uzaq olan genotiplərin mənşəyi haqqında
təsəvvürün formalaşmasında, nümunələrin sinonim və omonimliyinin
təyinində də əhəmiyyətli olmuşdur. Üzüm kolleksiyasında “Ortayetişən
Sarıgilə” və “Gecyetişən Sarıgilə” adları ilə saxlanılan iki sortun eyni
RAPD, nüvə və xloroplast mikrosatellit markerlərinə malik olması
onların sinonim nümunələr, yaxud da eyni bir sortun klon formaları
olduğunu göstərir. Tezyetişən Sarıgilə sortu isə RAPD markerlərinə və
nüvə mikrosatellit lokuslarının allel müxtəlifliyinə görə bu iki sortdan
cüzi fərqlənsə də, onlar kimi D haplotipinə malik olmuşdur; bu isə
Sarıgilə sortlarının eyni ana bitkinin nəsilləri olduqlarını sübut edir. Ağ
şanının 4 variasiyasının (xırda-oval giləli, iri giləli, uzunsov giləli və
klon forma) RAPD və nüvə mikrosatellit markerlərinin müqayisəsi bu
sortların bir-birindən genotipcə kəskin fərqləndiyini, onların xloroplast
mikrosatellit lokuslarının analizi isə xırda-oval giləli və uzunsov giləli
Ağ şanı sortlarının D haplotipinə malik olmaqla eyni, iri giləli Ağ şanı
və klon formanın isə uyğun olaraq, B və F haplotiplərinə malik
olmaqla müxtəlif ana bitkilərdən əmələ gəldiyini göstərdi.
NƏTİCƏLƏR
1.
Biomorfoloji-kəmiyyət əlamətlərinin “principle component” və
klaster analizləri Gavangir, Hacı Abbas, gecyetişən Sarıgilə və Ala
şanı sortlarının Azərbaycanın Abşeron yarımadasına məxsus 30
mədəni üzüm nümunəsi içərisində ən məhsuldar sortlar olduğunu
göstərir. “Path” analizi vasitəsilə müəyyən edilmişdir ki, mədəni
üzüm nümunələrində bir koldakı salxımların sayı, salxımın uzunluğu
və bir zoğun məhsuldarlığı, yabanı üzüm genotiplərində isə bir
zoğun məhsuldarlığı, həmçinin yüz gilənin kütləsi, yarpağın eni,
gilələrin eni, gilələrin uzunluğu və məhsuldar zoğların sayı əlamətləri
məhsuldarlığın əsas elementləridir.
2.
Mədəni və yabanı üzüm nümunələrinin nüvə genomu səviyyəsində
yüksək genetik müxtəliflik OPC-16, OPF-18 və OPA-17 RAPD
praymerlərindən istifadə nəticəsində aşkar olunmuşdur. RAPD
17
praymerləri ilə amplifikasiya olunmuş DNT fraqmentlərinin klaster
analizi nəticəsində Cakkard genetik oxşarlıq indeksinin 0.508-ə
bərabər qiymətində bütün nümunələr 9 qrupda birləşdirilmişlər.
3.
OPF-18 RAPD praymeri vasitəsilə amplifikasiya olunmuş 2300 n.c.
uzunluqlu spesifik DNT fraqmenti ilə resveratrol antioksidantının
yüksək miqdarı arasında statistik cəhətdən önəmli asılılıq vardır.
4.
RAPD markerlərinə görə hesablanmış Nei genetik müxtəliflik
indeksinə əsasən genetik müxtəliflik Abşeron yarımadasındakı
mədəni üzüm populyasiyasında yüksək (0.852), Nabran və Quba
bölgələrindəki yabanı üzüm populyasiyalarında nisbətən zəif
(müvafiq olaraq, 0.824 və 0.793), Şabran zonasında isə daha
aşağıdır (0.765).
5.
Nüvə mikrosatellit praymerlərindən istifadə nəticəsində VVMD28,
VVMD36 və VVS2 lokuslarının genetik müxtəlifliyinin yüksək
olduğu aşkar edilmişdir; nüvə mikrosatellit lokusları üzrə allellərin
sayı, effektiv allellərin sayı, müşahidə olunan və gözlənilən
heteroziqotluğun səviyyəsinə görə ən yüksək genetik müxtəliflik
Şabran zonasının üzüm populyasiyasındadır.
6.
Nüvə mikrosatellit lokuslarındakı allel müxtəlifliklərinin klaster
analizi nəticəsində 65 üzüm nümunəsi 9 qrupa ayrılmışdır; bu
klasterləşmə, mədəni və yabanı üzüm nümunələrinin coğrafi
müxtəlifliyi ilə əsasən (yalnız 3 nümunə istisna olmaqla) uzlaşır.
7.
Molekulyar müxtəlifliyin statistik analiz (AMOVA) üsulu vasitəsilə
nüvə mikrosatellit lokusları səviyyəsində 4 populyasiya arasında
təyin olunmuş genetik müxtəlifliyin etibarlılığı təsdiqlənməklə
yanaşı, mədəni və yabanı üzüm populyasiyaları arasındakı genetik
fərqin 43.2%, yabanı populyasiyalar arasındakı fərqin isə 38.2%
olduğu müəyyən edilmişdir.
8.
Xloroplast mikrosatellit praymerlərindən istifadə etməklə müəyyən
olunmuş 6 haplotipdən yalnız birinə (D) Abşeron, Şabran, Quba və
Nabran populyasiyalarının hamısında rast gəlinir və həmin
haplotipin tezliyi yabanı üzüm populyasiyası ilə müqayisədə mədəni
üzüm populyasiyasında ~4 dəfə yüksəkdir (uyğun olaraq, 14.7% və
61.3%). Bu fakt D haplotipinin üzümün mədəniləşdirmə prosesində
müəyyən rol oynadığını güman etməyə əsas verir.
9.
Molekulyar-genetik analizlər nəticəsində gecyetişən və ortayetişən
Sarıgilə sortlarının sinonim, yaxud eyni bir sortun klon formaları,
Ağ şanının 4 variasiyasının isə genotipcə bir-birindən kəskin
fərqlənən omonim nümunələr olmaları aşkar edilmişdir; xırda-oval
Dostları ilə paylaş: |