69
Ə
ksər hallarda firmalar VB S qismində Oracle, nterbase, Microsoft SQL
Server kimi məşhur istehsalçıların məhsullarından istifadə edirlər.
OLAP – istifadəçiyə verilənləri asanlıqla seçərək kompüter işlənməsinə cəlb
etməyə və müxtəlif tərəfdən nəzərdən keçirməyə imkan verən işgüzar proqram
təminatı funksiyasıdır. Müştəri və VB S arasında yerləşən server OLAP – ın əsas
tərkib elementidir. Bu server verilənlərin VB – də necə təşkil olunduğunu anlayır
və xüsusi funksiyalarından istifadə etməklə onları təhlil edir. OLAP alətləri
istifadəçiyə çoxölçülü verilənlərdəki dəyişiklikləri təhlil etməyə imkan verir. Bu
texnologiyadan həm verilənlərin axtarışında, həm də verilənlərin bəndləri arasında
ilk baxışda görünməyən münasibətlərin açılmasında istifadə oluna bilər.
Müasir dövrdə CRM sistemlərinin çox məşhur istiqamətlərindən biri
elektron kommersiya üçün nəzərdə tutulmuş eCRM sistemləridir. Lakin müasir
CRM sistemləri biznesin hansı sahəsində tətbiq olunmasından asılı olmayaraq bu
və ya digər formada nternet texnologiyalarından ostifadə edir ( məsələn, müştəri
haqqında vacib informasiyanın əldə olunması üçün ). Buna görə də, CRM
sisteminin yaradıcıları öz məhsullarının adına “e” hərfini əlavə edirlər. Lakin bu
eCRM sistemlərinin elektron biznesə heç bir aidiyyatı yoxdur. Həqiqi eCRM
sistemləri adi CRM sistemlərinin malik olduğu bütün funksiyalarla yanaşı firmanın
web – saytı ilə təmamilə inteqrasiya olunur( saytdakı bütün informasiya eCRM
sistemində əks olunur ). Bununla yanaşı sistemin özü saytın qurulmasını
müəyyənləşdirə və hər bir müştəriyə internetlə alqı – satqı prosesində effektiv
xidmət edə bilər.
CRM sisteminin əsas funksional blokları aşağıdakılardır:
• SFA ( Sales Force Automation ) – ticarət nümayəndəliklərinin
fəaliyyətinin avtomatlaşdırılması;
• MA ( Marketing Automation ) – bazarın tədqiqinin avtomatlaşdırılması;
• CSS ( Customer Servis & Support ) – müştərilərə xidmətin
avtomatlaşdırılması;
70
SFA firma üçün daha gəlirli müqavilələr bağlamağa, proqnozlaşdırmanın
dəqiqliyini və pul axınlarının effektivliyini artırmağa, satış prosesini
avtomatlaşdırmaqla, əlavə xərcləri aşağı salmağa və s. imkan verir.
MA istiqamətində göstərilən fəaliyyətin effektivliyini artırmaqla yanaşı,
nternetdən istifadə etməklə, bazarın öyrənilməsi üçün yeni informasiya
kanallarını yaradır.
CSS isə, xidmətin yaxşılaşdırılmasına, buna sərf olunan əlavə xərclərin
azaldılmasına, müştərilərin məmnunluğunun yüksəldilməsinə, satışdan sonrakı
xidmətin yaxşılaşdırılmasına imkan verir.
nformasiya texnologiyalarının inkişafı yeni istiqamətin – Database
Marketing – in yatanmasına gətirib çıxarmışdır. Bu CRM sistemin tətbiqi ilə sıx
ə
laqədardır. Database Marketing ( VB – nın təhlilinə əsaslanan marketinq
fəaliyyəti ) – firmanın mövcud VB – nın işlənməsi və bu informasiyanın marketinq
strategiyasının hazırlanmasında istifadəsi texnologiyasıdır. Bu konsepsiya ötən
ə
srin 80 – ci illərindən təklif olunsa da, yalnız indi – verilənlərin sadə yığımından
və ekspert analizindən intellektual maşın analizinə keçilməsi ilə öz səmərəsini
verməkdədir. Bu texnologiyadan tələbin öyrənilməsində geniş istifadə olunur.
Database Marketing bütöv bir texnoloji tsikli əhatə edən addımlar ardıcıllığı kimi
nəzərdən keçirilə bilər. Proses artıq mövcud olan müştərilər haqqındakı
məlumatların təhlilindən başlayır. Bu prosesinəsas mərhələri aşağıdakılardır:
1.
Müştərinin identifikasiyası;
2.
Müştəri haqqında hansı informasiyanınvacib və əldə edilə bilən olması
qərarı;
3.
Belə informasiya mənbələrinin axtarılması;
4.
Bütün vacib informasiyaların VB – da saxlanılması;
5.
Cavabının tapılması vacib olan sualın formalaşması;
6.
Saxlanmış verilənlərin təhlili: modelin qurulması;
7.
Bu modelə əsaslanan marketinq strategiyasının seçilməsi;
8.
Seçilmiş müştərilərlə birbaşa qarşılıqlı əlaqə ( strategiyanın reallaşdırılması);
9.
Nəticələrin təhlili.
71
Ə
ldə olunmuş nəticələrin optimallaşdırılması üçün bu mərhələlər təkrar
oluna bilər. Əslində, verilənlərin ən sadə təhlili belə, bazarın (tələb və təklifin) real
vəziyyəti haqqındakı təsəvvürləri kifayət qədər mükəmməlləşdirməyə imkan verə
bilər. Database Marketing – in tətbiqinin real nəticələrini yalnız bu çətin suallara
cavab tapılması mümkün olduğu zaman gözləmək olar:
müştərinin alıcılıq qabiliyyəti onun məlum xüsusiyyətləri ilə necə
ə
laqələnir;
müştərilərin hansının əlavə reklama ehtiyacı vardır;
potensial müştərilərdən hansı real alıcı olacaq;
müştərilərin hansı xüsusiyyətlərinə gələcəkdə diqqət yetirmək lazım
deyil;
növbəti ayda satışın həcmi necə olacaq.
Bu vəçox başqa suallara doğru cavabların tapılması böyük məbləğdə pula
qənaət olunmasına və əlavə gəlirin əldə edilməsinə şərait yarada bilər. Lakin bu
sualların cavablandırılması üçün verilənlərin ən təcrübəli ekspertin həyata keçirə
biləcəyindən təhlili tələb olunur. Buna görə də, verilənlərin intellektual təhlili –
Data Mining texnologiyalarından istifadə olunur. Data Mining – in Database
Marketing – də tətbiqinin son məqsədi firmada tələb və təklifin ekspertin minimal
iştirakı ilə tədqiq olunmasıdır. Database Marketing – də Data Mining – in tətbiqi
aşağıdakı mərhələlərdən ibarətdir:
1.
Cavabı axtarılan sualın formalaşdırılması;
2.
Məqsəd dəyişəninin sərbəst dəyişənlərdən necə asılı olduğunu
müəyyənləşdirən modelin qurulması;
3.
Məlum verilənlər üzərində bu modelin statistik testləşdirilməsi;
4.
2 – 3 – cü addımların təkrarı ( proqnozlaşdırmanın arzuolunan
dəqiqliyinə nail olana qədər );
5.
Əldə olunmuş modelə əsaslanan marketinq strategiyasının qurulması;
Tələb və təklifin tədqiqi və əldə olunmuş nəticələrdən istifadə etməklə
səmərəli qərarların verilməsi üçün Marketinq nformasiya Sistemindən istifadə
olunur. Bu sistemin əsas elementləri aşağıdakılardır:
Dostları ilə paylaş: |